Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1082/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cаvаbdеh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, real zərər, əldən çıxmış fayda, mənəvi zərər; sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1114/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qət naməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 Dostu Əmiraslan qızının və qeyrilərinin etibarından sui-istifadə etməklə və aldatmaqla dələduzluq edərək külli miqdarda ziyan vurduğuna görə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 iyul 2004-cü il tarixli, a-0045/04 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmə əsasən İddiaçı mülki iddiası qismən təmin edilməklə onun xeyrinə X10 21.031.300 manat tutulması qərara alınmışdır.
2. X21 2006-cı ildə cəzaçəkmə müəssisəsində vəfat e tmişdir.
3. Cavabdeh X11 vərəsəsidir.
4. İddiaçı mülki iddia üzrə ödənilməli olan məbləğin mərhum Niyaz İsmayılovun vərəsələrindən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin 4 aprel 2013-cü il tarixli, 2(016)-66/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər X22, X12, X18, X13, X19 və X2 21.031.300 (iyirmi bir milyon otuz bir min üç yüz) manat və ya yeni nominalla 4.206,26 AZN və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Bundan başqa, Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2014-cü il tarixli, 2(016)674/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddia qismən təmin edilmiş, X7, X3, X8, X4, X9 və X2 müştərək qaydada ödənilməli 4.206,60 manat indeksasiya edilməklə 11.566 (on bir min beş yüz altmış altı) manat və 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Göstərilən məhkəmə aktlarının icrası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş ziyana görə 57.000 manat, kirayə evdə qaldığına görə ödədiyi və əlindən çıxmış fayda kimi 77.700 manat və mənəvi ziyana görə 10.000 manat pulun, ümumilikdə 144.700 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin əvvəllərində Ağsu rayonun Abasxanlı kənd sakini mərhum X16 birlikdə sonuncuya məxsus "Emil" İstehsalatKommersiya İdarəsinin bal ansında olan tikinti materialları istehsalı sexini fəaliyyətə salmaq üçün işbirliyi qurmaq barədə razılığa gəlmişlər. Bu məqsədlə də Tovuz rayonunda olan evini sataraq Niyaz İsmayılova köhnə Azərbaycan manatı ilə 21.031.300 (iyirmi bir milyon otuz bir min üç yüz) manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Niyaz İsmayılov onun etibarından sui-istifadə etmiş və verilən pulları təyinatı üzrə istifadə etməyərək mənimsəmişdir. Niyaz İsmayılov digər şəxslərə qarşı da dələduzluq etdiyinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə cinayət işi başlanılmış və həmin cinayət işi üzrə məhkəmənin 12 iyul 2004-cü il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Digər şəxslərlə bərabər Niyaz İ smayılovdan onun xeyrinə 11.031.300 (iyirmi bir milyon otuz bir min üç yüz) manat tutulması qərara alınmışdır. Qeyd edilən hökm 8 sentyabr 2004-cü il tarixdə qanuni qüvvəsini almış, icraya yönəldilərək həmin məhkəmə tərəfindən 9 dekabr 2009-cu il tarixli A-0045/04 saylı icra vərəqəsi verilmişdir. X26 2006-cı ilin dekabr ayında cəzaçəkmə müəssisəsində vəfat etməsi səbəbindən icra vərəqəsi icra edilməmişdir. Tələbinin təmin olunması ona vurulmuş ziyanın tam həcmdə ödənilmiş sayılması demək deyildir. Belə ki, 1999-cu ilin əvvəllərində evini satıb mərhum Niyaz İsmayılova pulunu vermişdir ki, həmin sahəyə qoyulan puldan müəyyən divident əldə etsin, bununla həyat şəraitini və güzəranını yaxşılaşdırsın. Lakin gözlədiyi kimi olmamış, əksinə dələduzluq hərəkətlərinin qurbanı olaraq ziyana düşməkl ə evini də itirmişdir. Hazırkı vaxtda həmin pula ucqar yerdən belə torpaq sahəsinin alınması mümkün deyildir. Artıq 21 ildir ki, kirayələrdə yaşamağa məcburdur. Qeyd etdiyi kimi təqribən 145 min manat məbləğdən artıq ziyana düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2022-ci il tarixli 04/1-76 saylı məktubundan görünür ki, 2022ci ilin iyun ayında istehlak qiymətləri indeksi 2004-cü ilin iyul ayına nisbətən 355,1 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsinin 3,6 dəfə artması müəyyən olunmuşdur. Buna görə də zərər illik 35,2 faiz təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli 01.20-2-2022-9824 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən etibarən 5000 köhnə manat (AZM) = 1 yeni manat (AZN) müsbətində denominasiya olunmuşdur. Bunları nəzərə alaraq hesab edir ki, onun yuxarıda qeyd etdiyi vaxt satdığı evinin qiyməti ən azı 75.000 manat təşkil edir. Həmin vaxtdakı satışından indiki satış qiyməti arasındakı fərq (75 min manat - 18 min manat= 57 min manat) 57.000 manat təşkil edir (əldən çıxan fayda). Eləcə də 21 ildir ki, Bakı şəhəri, Xətai rayonu, köhnə Naximov hazırkı P.Həşimov küçəsi 31/1-də kommunal xərclərlə birlikdə 300 manata kirayə evdə qaldığına görə çəkdiyi xərclər 21 il 7 ay (cəmi 259 ay) 300 manatdan olmaqla 77.000 manat təşkil edir. Eləcə də, dəfələrlə cavabdehdən ona vurulmuş ziyanın qaytarılmasını tələb etsə də, ona rişxəndlə cavablar vermiş və nəticədə o, əzab, əziyyət çəkərək stress keçirmiş, mənəvi zərər çəkmişdir.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia təl əbinə etiraz edərək bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-674/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclular X20, X12, X18, X13, X19 və X2 müştərək qaydada ödənilməli olan 4206,60 manat indeksasiya edilməklə 11.566 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməlidir. Borclular xx.xx.2022-ci il tarixdə icra sənədində qeyd edilən tələbi 11.566 manat pul vəsaiti və 30 manat dövlət rüsumunu tam olaraq tələbkara - hazırkı iş üzrə iddiaçıya ödəmişlər. Həmin vaxtdan 20 ildən artıq müddət keçmişdir. 2013-2014-cü illərdə məhkəmə qərarları qəbul edilmişdir. Qərarlar icra edilməsi üçün ailə üzvlərinin təqaüdünə yönəldilməklə icra edilmişdir.
10. Ağsu Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(016)-988/2022 nömrəli qətnaməsi ilə (hakim Ba bək Qasımov) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində göstərdiyi həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 81, 88, 119.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olar aq göstərilmişdir ki, məhkəmə cavabdehin həqiqətdən uzaq olan əsassız fikirlərinə don geyindirmişdir. Hakim şifahi deyilən vəsatətlərə əhəmiyyət verməmişdir. Bu isə nəticə etibarı ilə ədalətsiz, qanunsuz və əsassız qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə işə baxıb qətnamə çıxaran zaman maddi hüquq normalarını pozmaqla və düzgün tətbiq etməməklə bərabər, bir sıra prosessual hüquq normalarının tələb və göstərişlərini də pozmuşdur. Məhkəmə sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirməmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1114/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi i lə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi) Günay Cavadova və Ələddin Məcidov) iddiаçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.
16. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə, yəni maddi hüquq normalarının pozuntusuna yol verməklə və MPM-in tələblərini nəzərə almamaqla səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
17. Kollegiya qeyd etmişdir ki, baxılan iddianın təmin olunması üçün cavabdehin mərhum əri X21 tərəfindən iddiaçıya iddia ərizəsində göstərilən, yəni 57.000 manat və 77.700 manat maddi ziyanın vurulması, cavabdehin hərəkətləri nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri sübut olunmalıdır.
18. Kollegiya qeyd etmişdir ki, kollegiyanın iclasında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadəsində mərhum Niyaz İsmayılovun iddiaçının evini satdıqlarını dediyini göstərməsinə baxmayaraq, iş materialındakı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 iyul 2004-cü il tarixli, a-0045/04 saylı hökmündəki ifadələrindən nə mərhum X1 1, nə də həmin vaxt zərərçəkmiş şəxs qismində cəlb edilmiş İddiaçı ona məxsus evin satışı barədə hər hansı bir fikir ifadə etmədikləri müəyyən edilmişdir. Bu səbəbdən kollegiya şahid X6 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsini iş üzrə iddia tələbini və yaxud onun hər hansı bir hissəsini təsdiq edə biləcək mötəbər sübut kimi qəbul etməmişdir.
19. Kollegiya qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu MPM-in 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı tərəf iddia ərizəsində qeyd etdiklərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə kollegiyasının iclasında da ümumi qaydada fikir ifadə etməklə iddiasının təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2. 1097.1, 1133.1, 1145, 1151.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 80, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 402.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəf indən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarlarında ifadə olunmuş hüquqi mövqelərə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Şəki Apellyasiya Məhkəməsi sübutları hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirməmiş, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, yalnız cavabdeh tərəfin maraqları nöqteyi-nəzərdən hərəkət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək onun rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirl ər (əldən çıxmış fayda) başa düşülür. 26. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 27. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 28. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
31. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olma yaraq yoxlanılmalıdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.
43. İddia tələbinin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 1096-cı maddələri çıxış edir.
44. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və iddia tələbini yuxarıda göstərilən əsaslarla rədd etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Belə ki, İddiaçı onun maddi zərərə məruz qaldığını bildirir və bunu onunla izah edir ki, mərhum Niyaz İsmayılova verdiyi pulu evini satıb vermişdi. Satdığı evinin qiyməti ən azı 75.000 manat təşkil edir. Həmin vaxtdakı satışından indiki satış qiyməti arasındakı fərq 57.000 manat təşkil edir ki, bu da əldən çıxan faydadır. Eləcə də evi satdığına görə ötən 21 il 7 ay müddətdə hər ay 300 manat olmaqla, cəmi 77.000 manat kirayə haqqı ödəmişdir. Bundan başqa, düşdüyü vəziyyətə görə əzab, əziyyət çəkərək stress keçirmiş, mənəvi zərər çəkmişdir.
46. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
48. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tə rəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
49. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
50. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
51. İddiaçı evi satdığını və mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları təqdim etmədiyinə görə iddia tələbi rədd edilmişdir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
53. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1114/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.