Məhkəmə qərarları › İş №2(102)-1083/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1083/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarışın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(104)2364/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı atası X1 miras qalmışdır. İddiaçının atası 09.11.1981-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ev üzərində qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında X5 və X2 bərabər payları müəyyən edilmiş, evin üzərində X5 və X2 mülkiyyət hüquqları 18.11.1992-ci ildə qeydiyyata alınmışdır. 2.Həmin vərəsələrdən X5 iddiaçının analığı, X6 isə qardaşıdır. X5 qeyd olunan ümumi birgə mülkiyyətdə olan payını nəvəsi Cavabdeh vəsiyyət etmişdir. X5 22.08.2017-ci il tarixdə vəfat etmişdir və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 əmlaka olan payı nəvəsi - Cavabdeh adına keçmiş və Cavabdeh və X2 adına paylı mülkiyyət hüququ üzrə həmin fərdi y aşayış evinə dair 11.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 3 otaqlı, ümumi sahəsi 47,2 kv.m. olan yaşayış evinə və 0,006 torpaq sahəsinə dair cavabdehin adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin və bunun əsasında cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 47,2 kv.m. olan yaşayış evindən və 0.006 torpaq sahəsindən ibarət miras əmlak ilkin olaraq iddiaçının atası X4 adına qeydə alınmışdır. Atası Məhərrəm 1981-ci ildə vəfat etdikdən sonra 4 saylı Gəncə şəhəri Dövlət notariat ofisinin 2k-17 reyestr nömrəli, 16.02.1984-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk iddiaçının ögey anası X3 və qardaşı X2 adlarına keçmiş və onların adlarına 18.11.1992-ci il tarixli, 8446 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsinin əvəzinə iddiaçının ögey anası X3 və qardaşı X2 adlarına hal-hazırda ünvanı Qurtuluş küçəsi, ev 41 olan həmin fərdi yaşayış evinə dair 19.10.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmi şdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin 27.01.2019-cu il tarixli, 2V-199 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 bu əmlaka olan payı nəvəsi Cavabdeh adına keçmiş və Cavabdeh adına həmin fərdi yaşayış evinə dair 11.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçının atası Məhərrəm rəhmətə getdikdən sonra miras əmlak hesab olunan Kəpəz rayonu, Qurtuluş (keçmişdə Aydınbəyov) küçəsi, ev 41 ünvanında yerləşən evinə iddiaçının qardaşı X6 qanuni vərəsə kimi faktiki sahiblik etmişdir. İddiaçının qardaşı X6 psixi xəstəliyə tutulduğundan sonuncu dəfə 2017-ci ilin iyun ayında Gəncə şəhər Psixatiriya Xəstəxanasında “şizofreniya paranoid ağır forma” diaqnozu ilə müalicələrdə olmuşdur. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 16.02.2 018-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək iddiaçının qardaşı X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Gəncə Şəhər Kəpəz Rayon İHB-nın 561 saylı 02.04.2018-ci il tarixli sərəncamı ilə iddiaçı qardaşı X6 üzərində qəyyum təyin olunmuşdur. İddiaçının qardaşı Məmməd hazırda Bakı şəhərində Mərdəkan qəsəbəsində psixiatriya xəstəxanasındadır. Həmçinin iddiaçının ögey anası 1942-ci il təvəllüdlü X5 08.01.2011-ci ildən ölən günədək, yəni 22.08.2017-ci ilədək X10 Dispanserində “üzvi mənşəli şəxsiyyət dəyişkənliyi, psixi hallarla ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatda durmuş və dəfələrlə müalicələrdə olmuşdur. O, öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətində olmamış və mütəmadi ağıl zəifliyi psixi hallarına görə dərmanlar qəbul etmişdir. Kim nə demişsə fərqinə v armadan onu etmişdir. Belə olan halda Xəzəngül Məmmədova öz iradəsi ilə 05.05.2011-ci ildə Gəncə şəhəri 4 saylı notariat ofisində Cavabdeh vəsiyyətnamə verə bilməzdi. Çünki “Notariat haqqında” qanuna görə əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti yoxlanmalı idi. Gəncə şəhəri 4 saylı notariat ofisi vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verərkən həm Azərbaycan Respublikası Konstitusiyası, həm Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, həm də “Notariat haqqında” qanunvericiliyin tələblərini nəzərə almamışdır.

5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(043)229/2021 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı atası X1 miras qalmışdır. İddiaçının atası 1981-ci ildə vəfat etdikdən sonra onun vərəsələrindən X5 və X6 miras əmlakı qəbul edərək ümumi birgə mülkiyyət hüququ üzrə rəsmi reyestrdə qeydiyyat aparılmışdır. Həmin vərəsələrdən X5 iddiaçının analığı, X6 isə qardaşı olmuşdur. X5 qeyd olunan ümumi birgə mülkiyyətdə olan payını nəvəsi Cavabdeh vəsiyyət etmiş və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 əmlaka olan payı nəvəsi Cavabdeh adına keçmiş və Cavabdeh və X2 adına paylı mülkiyyət hüququ üzrə həmin fərdi yaşayış evinə dair 11.02.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının miras qoyanla hər hansı bağlılığı olmamış, miras qoyanın öz əmlakını hər hansı şəxsə vəsiyyət etməsi iddiaçı nın hüququna toxunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(043)229/2021 saylı qətnaməsindən İddiaçı Məhərrəm qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı apelлyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qardaşı X2 qəyyumu təyin olunmuşdur. Ona görə də iddianı onun adından qaldırmışdır. Onun analığı vəsiyyətnamə verərkən öz hərəkətlərinin mənasını başa düşməmiş, bu səbəbdən də vəsiyyətnamə qanunsuz tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(104)-2364/2021 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, miras qoyan X5 2017-ci ildə vəfat etdiyindən həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə iddiaçı vəsiyyətnaməni 2 (iki) il ərzində mübahisələndirə bilər. Lak in iddiaçı bu müddətdə mübahisə açmamışdır. Bununla belə iddiaçı iddia ərizəsində vəsiyyətnamənin və çıxarışın etibarsızlığı tələbini qoysa da, onun gələcəkdə prosessual hərəkət etməsi nəticəsində hansı hüquqlarının müdafiəsini həyata keçirməsi məlum deyildir. Bu hallar isə iddia ərizəsindən görünmür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni məhkəmə baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxarkən məhkəmə notariat kontorundan iş i tələb etməmiş, Cavabdeh həqiqətən Xəzəngül Məmmədovanın nəvəsi olmasını müəyyən etmədən Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinə əsaslanmışdır. İddia tələbini qardaşı Məmməd Məmmədovun adından qaldırmışdır və bu halda onun subyektiv hüququnun olmaması barədə məhkəmənin mövqeyi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydas ında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə

148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə

149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bi lər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi“qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla“müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər“ 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvv ədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqla rı o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki no tariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.“Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyest rində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyas ı məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, məhkəmə işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

24. Çünki "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyy ətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

26. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

27. İşə baxmış məhkəmələr də bu mövqedən çıxış edərək, vərəsələrin dairəsi barədə qanunun müddəalarına istinadən bildirmişdir ki, iddiaçı iddia ərizəsində vəsiyyətnamənin və çıxarışın etibarsızlığı tələbini qoysa da, onun gələcəkdə prosessual hərəkət etməsi nəticəsində hansı hüquqlarının müdafiəsini həyata keçirməsi məlum deyildir. Bu hallar isə iddia ərizəsindən görünmür.

28. Məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşır. Çünki iddiaçı miras qoyan Xəzəngül Məmmədovanın vərəsələri dairəsinə aid deyildir. Hətta mübahisəli vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş çıxarış ləğv olun sa və ya etibarsız sayılsa belə, iddiaçı bununla bağlı hər hansı hüquq əldə etmir. İddiaçının Xəzəngül Məmmədovadan qalmış mirasla hər hansı hüquqi bağlılığı və qanuni marağı mövcud deyil. İşin bu halı onu deməyə əsas verir ki, iddiaçının hazırki tələbi qanuni deyildir. Çünki MPM-nin 2.1-ci maddəsinə görə, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

29. Kassasiya kollegiyası həmçinin iddiaçının hazırki tələbi qardaşı Məmməd Məmmədovun adından verməsi barədə dəlilini əsassız sayır. Çünki iddiaçı iddia ərizəsini özünün adından vermişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(104)2364/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar