Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1083/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, daş hasarın sökülməsi, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın istifadəyə qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1921/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********80 olan Çıxarışın surətinə əsasən, Şamaxı şəhərində yerləşən 0,6201 ha torpaq sahəsi İddiaçı məxsusdur.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********62 olan Çıxarışın surətinə əsasən, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 0,5553 ha torpaq sahəsi Cavabdeh2 məxsusdur.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********52 olan Çıxarışın surətinə əsasən, Şamaxı şəhərində yerləşən 1,8818 ha torpaq sahəsi Cavabdeh2 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Şirvan Şərabları MMC-yə qarşı “torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və torpağın istifadəsinə qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş **********80 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə ona məxsus torpaq sahəsinin 0,30 ha hissəsinin boşaldılması, həmin hissəyə çəkilmiş hasarın sökülərək ona məxsus sahədən çıxarılması və həmin sahənin istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı əsl cavabdehin əvəz olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh Şirvan Şərabları MMC əsl Cavabdeh2 (bundan sonra – cavabdeh ) ilə əvəz edilmişdir
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 21 sentyabr 2020-ci il tarixdə qardaşı X1 0,78 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi iki yerdə yerləşir. Mübahisəli sahə 0,6201 ha dan ibarət olan torpaq sahəsidir. Torpaq yuxarıda qeyd olunan vaxtda adına rəsmiləşsə də həmin torpaqdan 2019-cu ilin noyabr ayından faktiki olaraq istifadə etmişdir. Həmin vaxt bu sahədə taxıl əkmişdir. Yayda taxıl biçinindən sonra iyul ayında oranın cavabdeh tərəfindən hasara alındığını görmüşdür. Xəbərdarlıqlarına baxmayaraq hasarı tikib qurtardılar. Bildirmişlər ki, guya onun yeri deyil. DƏDRX-nin nümayəndəsi həmin əraziyə getmişdir. Cavabdeh tərəfindən ərazinin hasra alındığını görüb əvvəl bildirmişdir ki, sənin yerin dey il. İkinci dəfə aparıb yeri yenə ölçdürəndən sonra bildirmişdir ki, 0,30 sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bundan sonra dəfələrlə şirkətin rəhbəri Ceyhun müəllimlə telefonla danışmış, ona bildirmişdir ki, onun torpağına girməmişlər. Torpağının 0,30 ha hissəsi zəbt olunmuşdur.
7. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək izahat verib bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı cavabadehə aid alqı satqı müqavilələri və çıxarışları vardır. Həmin hüquq müəyyənedici sənədlərdən görünür ki, cavabdeh tərəfindən hər hansı bir zəbt halı olsaydı onda dövlət təşkilatı ona bu sənədləri verməzdi.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli rəyinə ə sasən, iddiaçının mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuziuğu vardır. Cavabdehin mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1.8818 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdehin mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qey diyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0 5552 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçının İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1,0818 ha torpaq sahəsi ilə və cavabdehin mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.5553 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir.
9. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli № 10/6949 saylı ekspert rəyinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1,8818 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. Cavabdeh2 mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,5553 ha torpaq sahəsi cavabdehin naturada göstərdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu vardır. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1,8818 ha torpaq sahəsi və Cavabdeh2 mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,5553 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 100 manat təşkil edir.
10. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(074)-29/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,6201 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmiş **********52 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 1,8818 ha torpaq sahəsi və cavabdehin mülkiyyətinə verilmiş **********62 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0,5553 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının mülkiyyətinə verilmiş **********80 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əlavə olunmuş plan və ölçü sənədində göstərilən koordinatlar daxilində olan 0.6201 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilmir.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabd ehin mülkiyyətinə 0,30 ha torpaq sahəsini zəbt edib daş hasar inşa etdiyini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Yanaşı yoxlanılmış mütəxəssis və ekspert rəyləri ilə isə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunmadığı, cavabdehin hazırda istifadəsində olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə iş üzrə olan sübutlarla cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və daş hasarın sökülməsi tələb olunan tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılması təsdiq edilməmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və daş hasarın sökülməsi tələb olunan tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılması təsdiq edilmədiyindən iddia tələbi təmin edilə bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 157,2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 3-cü hissəsi, 111 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 115, 124.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı X2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2020-ci il tarixd ə qardaşı X1 0,78 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi iki yerdə yerləşir. Mübahisəli sahə 0,6201 ha dan ibarət olan torpaq sahəsidir. Torpaq yuxarıda qeyd olunan vaxtda adına rəsmiləşsə də həmin torpaqdan 2019-cu ilin noyabr ayından faktiki olaraq istifadə etmişdir. Həmin vaxt bu sahədə taxıl əkmişdir. Yayda taxıl biçinindən sonra iyul ayında oranın cavabdeh tərəfindən hasara alındığını görmüşdür. Xəbərdarlıqlarına baxmayaraq hasarı tikib qurtardılar. Bildirmişlər ki, guya onun yeri deyil. DƏDRX-nin nümayəndəsi həmin əraziyə getmişdir. Cavabdeh tərəfindən ərazinin hasara alındığını görüb əvvəl bildirmişdir ki, onun yeri deyil. İkinci dəfə aparıb yeri yenə ölçdürəndən sonra bildirmişdir ki, 0,30 sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Bundan sonra dəfələrlə şirkətin rəhbəri C eyhun müəllimlə telefonla danışmış, ona bildirmişdir ki, onun torpağına girməmişlər. Torpağının 0,30 ha hissəsi zəbt olunmuşdur.
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1921/2022 nömrəli mülki iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyas iya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki müxtəlif orqanın verdiyi rəylər üst-üstə düşür. Həmçinin rəylərdə olan koordinat, sahə və konfiqurasiya uyğunsuzluğu ifadələri anlaşılmaz olaraq qalmış, bu uyğunsuzluğun nədən ibarət olmasının izahı verilməmiş və sonda həmin uyğunsuzluq cavabdehin xeyrinə həll olunmuşdur. Məhkəmə iş üzrə olan sübutları hərtərəfli, tam və ob yektiv araşdırmadan cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi və daş hasarın, sökülməsi tələb olunan tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmaması qənaətinə gəlmiş, maddi hüquq normalarını nəzərə almadığından iddiaçının qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbini təmin etməmiş, onun pozulmuş hüquqları bərpa edilməmiş, o, mülkiyyətindən məhrum olmuş, külli miqdarda maddi və mənəvi zərərə uğramışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 157.1. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MPM
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkə mə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1921/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.