Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1084/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14, Cavabdeh1 vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)10521/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-3650/2019 saylı qətnaməsi ilə (sədrl ik edən, hakim N.X.Nəbizadə) İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı “yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma, həmin sahələrin boşaldılaraq təhvil verilməsi” barədə ilk iddia ərizəsi, həmçinin Cavabdeh1 və digərlərinin İddiaçı1 və digərlərinə qarşı “yaşayış sahəsindən istifadə etmə qaydalarının pozulması və digər tələblərinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)10521/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və E.Y.Şamayev) iddiaçıların apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkə məsinin xx xxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni qarşlıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia ərizəsi qismən təmin edilib, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi üzərində Cavabdeh1 və Cavabdeh2 hüquqlarını məhdudlaşdıran və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxx 2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilməklə yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn İddiaçı1, İddiaçı2 və İddiaçı3 hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, həmçinin Cavabdeh1 və Cavabdeh2 aid (Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxx 2000-ci il tarixli Qətnaməsi ilə X6 istifadəsinə verilmiş, 2 otaqlı, sahələri 20,0; 12, 0 kv.metr, sahəsi 18,0 kv.metr olan yardımçı sahə) yaşayış sahəsindən istifadə etmə qaydalarına İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qalan hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçılar qətnamədən kassasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı1 və digərləri Cavabdeh1 və digərlərinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və digərlərinin istifadələrində olan və zəbt etdikləri ünvan 2 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılmaları, həmin sahələrin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və digərləri İddiaçı1 və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən və Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxx 2000-ci il tarixli Qətnaməsi ilə X9 istifadəsinə verilmiş (2 otaqlı, sahələri 20; 18 kv.metr olan yaşayış otaqları) və ölümündən sonra hazırda onların yaşadığı yaşayış sahəsi üzərində hüquqlarını məhdudlaşdıran və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, cavabdehlərin iddiaçılara aid yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması və törədilmiş deliktə görə müştərək qayda hər birinə 10.000 manat miqdarında mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilmə sini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh1 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSL ƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 vəkili xx kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili xx, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh1 vəkili xx iz ahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edib həmin hissədə qarşılıqlı iddia ərizəsini qismən təmin edib, qalan hissədə qətnaməni d əyişdirilmədən saxlayarkən, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi üçün əsasların olmasına, ilk iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdu r. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxx 2000-ci il tarixli qətnaməsi ilə X7 X10 qarşı “yaşayış sahəsindən və həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, evdən istifadə qaydası müəyyən edilməklə, X2 20 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan; X11 və F.A.Yeniskanyanın isə sahəsi 20 və 12 kv.metr olan 2 yaşayış otağından və sahəsi 18 kv.metr olan verandadan; X8 isə sahəsi 24 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan istifadə etmələri qət edilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, habelə işdə iştirak edən şəxslərin izahatlarını digər sübutlarla müqayisəli şəkildə tədqiq edib müəyyən etmişdir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb və həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Mübahisəli ev özbaşına tikilidir və həmin ev X3 məxsusdur. X11 xx xxxxxxx 2012-ci il tarixdə ölüb. X12 isə xx xxxx 1990-cu il tarixdə rəsmi nikah əsasında İddiaçı1 ailə qurub. xxx xx xxxxxx 2014-cü il tarixdə ölüb. Tərəflər mübahisəli evdə yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. xx, xx, xx və x X1 miras qalmış (mübahisəli evdə yerləşən yaşayış sahəsi 20 və 12 kv.metr olan otaqlar və sahəsi 18 kv.metr olan veranda) əmlakı qəbul etməkdən imtina etmişlər. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilib, lakin mübahisəli ev özbaşına tikili olduğundan və şəxsin həmin evdə uzun müddət yaşaması güman edilsə belə, onun evdə yaşamasının Cavabdeh2 hər hansı hüquq verməməsi səbəbindən birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilib və iddia ərizəsi mümkün sayılmayıb. Eyni zamanda Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 “xxxx” ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsindən və əşyalardan istifadə etmə faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, Cavab deh1 xx xxxxxxx 2012-ci il tarixdən mübahisəli evdən və Binəqədi rayon məhkəməsinin xx xxx 2000-ci il tarixli qətnaməsi ilə mərhum qardaşı Rafiq Hüseynov tərəfindən istifadə edilməsi üçün (istifadə etmə qaydaları) müəyyən edilmiş yaşayış sahəsindən və orada yerləşən əşyalardan istifadə etmək faktı müəyyən edilib. Birinci instansiya məhkəməsi hər iki iddia tələblərini rədd edərkən, gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırki iş üzrə tərəfləri məhkəmə baxışının predmeti olan ilk və qarşılıqlı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa malik olmamaları qənaətinə gəlib. Çünki, tərəflər mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsin də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahi yyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, ilkin iddia üzrə iddiaçılar tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçılar mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq cavabdehlərin həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçıların tələbi əsasında cavabdehlərin şərtsiz qaydada evdən çıxarılmaları yəni cavabdehlərin evdən çıxarılmaları hamının qanun qarşısında bərabərliyi prinsipinin poz ulmasına, iddiaçılara münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və ən nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının o lmadığı təsbit olunmuşdur. Belə olan təqdirdə, iddiaçıların mübahisəli tikili üzərində hüquqları məhdudlaşdıran və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn hərəkətlər qanunsuz hesab edilməli, bu cür hərəkətlərə son qoyulmalı; cavabdehlərin iddiaçılara aid yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələr aradan qaldırılmalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10521/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1084/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1084/2020
03.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver