Məhkəmə qərarları › İş №2(102)-1085/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1085/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1085/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı C1 Cavabdeh B1, iddiaçı B1 cavabdeh İddiaçı C1qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, istifadə hüququnun tanınması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh, eyni zamanda iddiaçı B1 və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-***/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cava bdeh, eyni zamanda iddiaçı C2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı C1Cavabdeh B1 “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh B2 onun mülkiyyətində və Bakı şəhəri, ************ nömrəli bağ evi ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı C1C2 cavabdeh İddiaçı C1 qarşı “yaşamaq və istifadə hüqunun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, ********** nömrəli bağ evinə yaşamaq və istifadə hüqunun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı C1iddia tələbinin dəqiqləşdirilməsi, cavabdeh C2 onun mülkiyyətində olan Bakı şəhəri, ****** nömrəli bağ evindən kompensasiya ödənilmədən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı C1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1947-ci il təvəllüdlüdür. Bakı şəhəri, ******* nömrəli bağ evi onun xüsusi mülkiyyətindədir. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etdiyi MH seriyalı, ******* nömrəli Çıxarışın surəti ilə təsdiq edir. Həmin mənzildə o, 2003–cü ildə ailə həyatı qurduğu həyat yoldaşı C2 ilə birlikdə yaşamışdır. Təxminən 3 (üç) ay bundan əvvəl o, həyat yoldaşı C2 ilə arasında olan nikah münasibətlərinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, C2 ona məxsus olan ****** nömrəli bağ evində qeydiyyatda deyil və həmin bağ evini birgə nikah dövründə almamışdır. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi müvafiq “Forma–2” arayışının əsli ilə təsdiq edir. Elə ona görə də C2 nın ona məxsus Xəzər rayonu,******* nömrəli bağ evinə “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin onun Bakı şəhəri, ****** nömrəli bağ evində yaşaması onun üçün bir sıra əlavə problemlər yaradır ki, bu da yol verilməzdir. Belə ki, cavabdeh şəxs onun həyətində çoxlu sayda it və pişik saxlayır. Bildirmək istəyir ki, bu heyvanların onun həyətində saxlanması onun sağlamlığına ziyan vurur və başqa problemlər yaradır. Ona görə də hesab edir ki, cavabdeh xxxx-cu il təvəllüdlü C 2nın onun mülkiyyətində və istifadəsində olan və Bakı şəhəri, ****** nömrəli bağ evi ünvanında yerləşən mənzilinə olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməlidir. Hesab edir ki, cavabdeh xxxx-cu il təvəllüdlü X2 onun mülkiyyətində və istifadəsində olan və Bakı şəhəri, ****** nömrəli bağ evi ünvanında yerləşən mənzilində yaşayış sahəsinə istifadə hüququnun olması tamamilə əsassız və qeyri–qanunidir, bununla da onun hüquqlarını kobud surətdə pozur, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də, onun mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilməlidir İddiaçı C1C2 idia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı C1 ilə nikahlarını xx xxxxxxxx 2003-cü il tarixdə rəsmi olaraq qeyd etdirməklə evlənib ailə qurmuş və birgə nikahdan uşaqları olmamışdır. Həmin vaxt cavabdeh tərəfindən Bakı şəhəri, ************ nömrəli bağ evinə köçürülmüş, ona məxsus əşyalar da bağ evinə yerləşdirilmişdir və 2003-cü ilin sentyabr ayından başlayaraq cavabdehlə birlikdə bağ evində yaşamağa başlamış, birgə təsərrüfatı idarə etmiş və bu evdə daimi olaraq yaşayır. Bu bağ evinin və yerləşdiyi torpaq sahəsinin abadlaşdırılmasında, yaşayış üçün yararlı halda saxlanılmasında iştirak etmişdir. Həmçinin 2011-ci ildə cavabdehin razılığı ilə bağ evinin yerləşdiyi torpaq sahəsində əvvəllər istifadəsiz olan 15 kv.m ölçüdə olan tikili sökülmüşdür və yerində tərəfindən 1 otaq tikilmiş, yaşayış üçün şərait yaradılmış və xəstə olan anası Məmmədova ƏdiləƏliheydər qızı 2011-ci ildən vəfat etdiyi vaxtadək, 2014-cü ilədə k qeyd edilən tikilidə yaşamışdır. Bakı şəhəri, ************* 0,219284 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 33,1 kv.m yaşayış, 21.7 kv.m köməkçi sahədən ibarət 1333 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə cavabdeh İddiaçı C1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir və xx xxxxx 2009–cu il tarixdə çıxarış verilmişdir. Cavabdeh son vaxtlar onu evdən çıxaracağı barədə ona bildirmiş, bu da onun hüquqlarının pozulması ilə nəticələnəcək. O, dəfələrlə cavabdehdən onu qeydiyyata aldırmasını tələb etsə də, buna əhəmiyyət verməmişdir. O, 2003–cü ildə cavabdeh tərəfindən qeyd edilən evə bir ailə üzvü kimi köçürülmüş və həmin vaxtdan da daimi olaraq yaşayır və onun bu evə yaşamaq və istifadə hüququ yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan so nra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli 2(003)-****/2019 nömrəli qərardadı ilə (hakim Emin Məmmədli) İddiaçı C1Cavabdeh B1 "yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbi"nə dair 2(003)-*****/2019 saylı və iddiaçı B1 cavabdeh İddiaçı C1 qarşı “yaşamaq və istifadə hüqunun tanınması tələbi"nə dair 2(003)-****/2019 saylı mülki işlər birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmiş, mülki işdə 2(003)-*****/2019 sayı saxlanılmışdır. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-****/2019 nömrəli qətnaməsi ilə (hakim – Emin Məmmədli) hər iki iddianın təmin olunmaması qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2003-cü il tarixdə yaran mışdır. Eyni zamanda iş materiallarından görünür ki, qeyd olunan bağ evi xx xxxxx 2009-cu il tarixdən tam mülkiyyət hüququ ilə İddiaçı C1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cu maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublika sı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mülki iş üzrə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu səbəbdən B2 mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır. Tərəflər arasında nikah pozulsa da, qətnamə qanuni qüvvəsini almamışdır və bu səbəb də B2 keçmiş ailə üzvü hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, B2 istifadə hüququna xitam ver ilməsi üçün əvvəla həmin şəxs keçmiş ailə üzvü statusuna keçməli, bundan əlavə isə həmin şəxsin mənzilə olan istifadə hüquqlarına həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən yalnız kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Hazırki halda isə göstərilən hallar mövcud deyildir. Belə ki, hazırki işin faktiki hallarından da müəyyən olunur ki, tərəflər hal-hazırda nikah münasibətlərindədirlər. Yəni, İddiaçı C1 iddia tələbində C2 nın onun mülkiyyətində olan Bakı şəhəri, ************** nömrəli bağ evindən kompensasiya ödənilmədən çıxarılmasını xahiş etsə də, hal-hazır ki vaxta X4 mülkiyyətçi ilə birgə yaşayır və onun ailə üzvüdür. Kompensasiya ödənilmədən xitam verilmə halına münasibətdə isə məhkəmə qeyd edir ki, şəxsin mənzilə olan hüquqlarına kompensasiyasız xitam verilməsi üçün təməl şərt həmin şəxsin həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmasıdır. Odur ki, İddiaçı C1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə B2 iddia tələbi üzrə isə belə nəticəyə gəlmişdir ki, İradə Babazadənin mübahisəli bağ sahəsinə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən istifadə hüququ yarandığından mövcud olan hüququn məhkəmə qaydasında yenidən tanınması barədə tələb təmin edilə bilməz. Odur ki, iddiaçı B2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 228.1, 228.5-ci maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cu maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitutusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı C1 və C2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı C1və C2 nın apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-*****/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı C1 C2 na qarşı “kompensasiya ödənilmədən bağ evindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, C2 nın İddiaçı C1 mülkiyyətində olan Bakı şəhəri, ******** nömrəli bağ evindən çıxarılması, C2 nın İddiaçı C1 qarşı “yaşamaq və istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə mübahisə Bakı şəhəri, ************** nömrəli bağ evi ilə bağlıdır. Tərəflərin mübahisəli evə dair hüquq münasibətləri isə B2 2003-cü il tarixdə nikaha girməklə həmin evə köçməsi ilə yaranmışdır. İş materiallarından göründüyü kimi, İddiaçı, B2 köçdüyü tarixdə, yəni 2003cü ildə mübahisə predmeti olan bağ evinin mülkiyyətiçisi dey il, icarədarı olmuşdur. Həmin evə mülkiyyət hüququnu isə sonradan İ.Babazadə ilə birlikdə yaşadığı dövrdə-xx.xx.2009-cu il tarixdə əldə etmişdir. X1 şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mükiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anının həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğu, bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranmasının Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Gör ündüyü kimi, Konstitusiya Məhkəməsinin həmin qərarında mülkiyyət forması dəyişdikdə (dövlət mülkiyyətində olan ev özəlləşdirmə nəticəsində xüsusi mülkiyyətə keçdikdə) xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anının həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğu və yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranmasının qeydiyyat adınında qüvvədə olan maddi hüquq normasına uyğun həll edilməsi göstərilmişdir. Bu baxımdan, apelyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı C1mübahisəli bağ evi üzərində mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə qeydiyyata alındığından mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsinə dair xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Qeyd edilən qərarda, həmçinin göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi, mülkiyyətçinin ailə üzvlərinin (əri, a rvadı, valideynləri, uşaqları) etibarlı ailə münasibətlərindən irəli gələn yaşayış hüququnun yaranmasının təməl şərtlərindən biri mülkiyyətçi ilə mənzildə yaşayan şəxslərin ailə münasibətləri içərisində birgə yaşamaları faktıdır. Qanunverici, qeyd edilən müddəanı istifadə hüququ sahibinin ev şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasından irəli gələrək müəyyənləşdirmişdir. Baxılan işdə B2 2003-cü ildən Bakı şəhəri,*********** yerləşən *** nömrəli bağ evində mülkiyyətçi olan İddiaçı C1 ailə üzvü - arvadı kimi yaşaması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən həmin vaxtda və hazıra kimi mülkiyyətçi ilə birgə yaşayan B2 mübahisəli evdən istifadə hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi B2 iddiasını rədd edərkən, Mülki Mə cəllənin 228.5-ci maddəsinə istinadla qeyd etmişdir ki, onun mübahisəli bağ sahəsinə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən istifadə hüququ yarandığından mövcud olan hüququn məhkəmə qaydasında yenidən tanınması barədə tələb təmin edilə bilməz. Apelyasiya kollegiyası rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, baxılan iş İ.Baba-zadənin iddiasına münasibətdə xarakteri etibarilə qanunla qorunan hüququn təsdiqi barədədir. Belə ki, iddiaçı, mübahisəli bağ evinə istifadə hüququnun olmasına istinad edərk, həmin hüququnun təsdiq edilməsini xahiş etmişdir. Məhkəmənin istifadə hüququnun olması faktını qəbul etdiyi və hüquq sahibinin evdən çıxarılması ilə bağlı məhkəmə mübahisəsi olduğunu bildiyi halda, bu hüququn tanınması barədə id dianı təmin etməməsi formal xarakter daşımaqla, əsassızdır. Bundan başqa, məhkəmə, B2 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli bağ evinə istifadə hüquqnun yaranması hissəsində düzgün qənaətə gəlsə də, işə baxıldığı vaxt da bu hüququn mövcud olduğunu qeyd etməklə nəzərə almamışdır ki, həmin hüquq sonradan aradan qalxmışdır. Ona görə ki, qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ qeyd edilən normaya əsasən yaransa belə, sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərind ə mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Baxılan işdə isə daşınmaz əmlakın dövlət reyestrində B2 adına xx.xx.2013-cü il tarixədən Bakı şəhəri, ***************** saylı fərdi yaşayış evinin bir hissəsinin xüsusi mülkiyyət kimi qeydə alındığı və hazırda onun mülkiyyətində olması təsdiq olunur. Bu hallar ona dəlalət edir ki, B2 mülkiyyətində başqa daşınmaz əşya olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahələri mövcuddur. Belə olan halda, mübahisəli evə onun istifadə hüququ tanınmaqla İddiaçı C1 mülkiyyət hüququ əsassı z məhdudlaşdırıla bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı C1 iddiasının rədd edilməsi hissədə ilə razılaşmaysan apelyasiya kollegiyası qeyd etmişdir ki, qanunverici istifadə hüququna xitam verilməsi haqqında mülkiyyətçi ilə istifadə hüququ sahibi arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər qaydasını (Mülki Məcəllə, maddə 228.2.) normanın da məzmunundan aydın olduğu kimi, istifadə hüququnun mövcud olduğu hallar üçün müəyyən etmişdir. Hazırkı işdə isə,. B2 mübahisəli evə istifadə hüququ xx.xx.2013-cü il tarixədən aradan qalmışdır. Belə olan halda, mövcud olmayan istifadə hüququna xitam verilməsi mümkün olmadığı kimi, buna görə kompensasiya ödənməli olma sı da absurddur. Qeyd olunanlara əsasən, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Ona görə də, qətnamə ləğv olunmalı və B2 iddia tələbi yuxarıda sadalanan əsaslarla rədd, İddiaçı C1 iddia tələbi isə təmin olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh, eyni zamanda iddiaçı C2 (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən mahiyyəti üzrə araşdırılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı C1 iddiası üzrə qeyriobyektivlik nümay iş etdirmiş və onun iddia tələbinə aid hissədə düzgün olmayan qətnamə çıxarmışdır. Qətnamədə Bakı şəhəri, ********** saylı yaşayış evinin bir hissəsinin 2013-cü ildə onun adına qeydiyyatdan keçirilməsi səbəbindən mənzildən istifadə hüququnun aradan qalxmış sayılması vurğulanmış, həmçinin ailə münasibətlərinə son qoyulmasının da hüququn itirilməsinə gətirib çıxarmasını qeyd etməklə düzgün mövqe nümayiş etdirilməmişdir. Belə ki o, həmin evdə yaşamır, heç bir əlaqəsi yoxdur, onun adına qeydiyyata alınsa da uzun müddətdir ki, istifadə etmir, həmin hissə bir otaqdan ibarətdir və 20 ildən yuxarıdır ki, qardaşı X5 ailəsi ilə birlikdə yaşayır. Göründüyü kimi onun yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmamışdır, həmin şəxsin mənzildə ailəsi ilə yaşaması digər kimsənin yaşamasını mümkünsüz edir. Belə ki, onun evdən çıxarıldığı təqdirdə mülkiyyətində olan mənzilə köçə bilmək imkanının olub-olmaması, kimlərin yaşaması və onun bu ünvanda 2003-cü ildən fasiləsiz və daimi yaşamamağı halları araşdırılmamışdır. Apelyasiya Məhkəməsi düzgün olmayaraq Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir, halbuki onun yaşayış sahəsinə ehtiyacının olması, həmin sahələrin onun mənzil ehtiyacının qarşılanması hallarının mümkünsüzlüyü amilinə isə qətiyyən qiymət verilməmişdir. İş materiallarından da aydın olur ki, cavabdehlə onun arasında olan münasibətlər 2003-cü ilin sentyabr ayından yaranmışdır.Ona görə də xx xxxxxxx 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. xx xxxxxxx 2009 -cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, "yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiya rına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi- büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır". Qeyd olunan müddəaların mənası baxımından uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi mübahisəli bağ evində yaşadığından, o, yaşamaq və istifadə hüququnun tanınmasını tələb etməkdə haqlı olmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakç ılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı, eyni zamanda İddiaçı C1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda iddiaçı C2 və vəkili Vəkil1 kasasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1 və 228.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmay an uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikası X1 X.Məmmədovun şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mükiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anının həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğu, bu h alda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranmasının Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh, eyni zamanda iddiaçı C2 kasasiya şikayətində dəlil olaraq Bakı şəhəri, ***************** saylı yaşayış evində yaşamadığına, heç bir əlaqəsinin olmamasına, onun adına qeydiyyata alınsa da uzun müddətdir ki, istifadə etməməsinə, həmin hissənin bir otaqdan ibarət olmasına və 20 ildən yuxarıdır ki, qardaşı X3 ailəsi ilə birlikdə orada yaşamasına, həmin şəxsin mənzildə ailəsi ilə yaşamasının digər kimsənin yaşamasını mümkünsüz etməsinə istinad edərək, onun yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmadığını göstərsə də, bununla bağlı qeyd edilməlidir ki, C2 nın mülkiyyətində olan yaşayış evində kimsənin yaşaması, onun orada uzun müddət yaşamaması, qardaşının ailəsi ilə orada yaşaması onun mülkiyyət hüququndan məhrum olması və ya mülkiyyət hüququnun məhdudlaşdırıla bilməsi anlamına gələ bilməz. Mülkiyyətçinin hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunmaqdadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbayc an Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: Cavabdeh, eyni zamanda iddiaçı C2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar