Məhkəmə qərarları › İş №2(102)-1085/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1085/2023

14.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1085/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsi) qar şı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5979/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İddiaçı arasında bağlanmış 21 fevral 2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Göygöl rayonu Nadil kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikasının təhsil nazirinin 23 sentyabr 2021-ci il tarixli, E-1207 nömrəli əmri ilə Göygöl rayonu Nadil kənd tam orta məktəbdə 23-25 sent yabr 2021-ci il tarixlərdə yoxlama aparılmış, yoxlamanın nəticələri barədə arayış tərtib olunmuşdur (səh. 114-116). Yoxlama zamanı məktəbdə müəllimlərin dərs bölgüsündə, hesabatların hazırlanmasında, yeni inventarların paylanmasında, eləcə də dərslərin əvəz edilməsində və s. pozuntuların olması müəyyən edilmişdir.

3. Yoxlama zamanı müəyyən edilmiş nöqsanlarla bağlı Nadil kənd tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə yazdığı 24 sentyabr 2021-ci il tarixli izahatında bildirmişdir ki, hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pullar yığılaraq ona verilmiş, o isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri CCC Atayevə, müdir müavini LLLBalakişiyevə vermişdir (səh. 92 - 93).

4. Göygöl Rayon Təhsil Şöbəsi üzrə ilk Həmkarlar İttifaqı Komitəsi 22 oktyabr 2021ci il tarixdə keçirdiyi iclasda İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi barədə qərar qəbul etmişdir.

5. Azərbaycan Respublikasının Təhsil Nazirinin 25 oktyabr 2021-ci il tarixli, K-1313 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən, Göygöl rayonu Nadil kənd tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə (bundan sonra – cavabdeh və ya Təhsil Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təhsil Nazirliyinin K-1313 nömrəli, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə keçirilən direktorların işə qəbulu müsabiqə və müsahibə mərhələlərindən uğurla keçərək, xx.xx.2019-cu il tarixində Təhsil Nazirinin əmri ilə Göygöl rayon Nadil kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur. 25 fevral 2019-cu il tarixdən işə başlamaq üçün əmri verilsə də, Göygöl rayon Təhsil Şöbəsinin müdiri YYYin n arazılığına görə məktəb kollektivinə mart ayının əvvəllərində təqdim edilmişdir. Kollektivə təqdim edilərkən E.Atayev kollektivdə iddiaçıya “köhnə kəndə təzə adət gətirmə, necə işləyiblər elə də davam etsinlər” demişdir. Fəaliyyətə başladığı vaxtdan daim təzyiqlərə məruz qalmışdır. E.Atayev ilk gündən iddiaçıya “Nadil məktəbinə təyin olunmağına rəy vermişəm bu məktəbin qiyməti 10000 manatdır” adı altında iddiaçıdan pul tələb etmişdir. E.Atayevin tələbini yerinə yetirmədiyi üçün mütəmadi olaraq müxtəlif yollarla təzyiqə məruz qalmışdır. Bir neçə aydan sonra tələb etdiyi pulu vermədiyi üçün iddiaçını iş otağına çağıraraq işdən çıxmağı barədə nazirin adına ərizə yazmağı tələb edərək, təzyiq göstərmişdir. E.Atayevin göstərdiyi təzyiqlərdən məcbur qalaraq özünə məxsus torpağı satmış, ona 3000 m anat pul vermişdir. Məktəbdə kütləvi surətdə texniki işçilərdən, valideynlərdən və bir qrup müəllimlərdən yığılan rüşvətin qarşısını alsa da, keçmiş direktorun yaxın qohumları və rəfiqəsi hazırki tədris işləri üzrə direktor müavini Tamam Mehdiyeva öz aralarında pul toplamış, LLLBalakişiyev və E.Atayevə çatdırmışdır. E.Atayevin yanına gedərək, məktəbdə Tamam Mehdiyeva tərəfindən gizlin pul yığıldığını demişdir. Məktəb kollektivinin əksər hissəsini keçmiş direktor Aytəkin Əmrahovanın yaxın qohumları təşkil etmişdir. Məktəbdə uzun illər işçi kimi adı qeyd olunan təsərrüfat müdiri X6 (keçmiş direktorun kürəkəni), ocaqçılar Nəcəfova Xatirə və Sayadova Cəmalə (keçmiş direktorun yaxın qohumları) işə çıxmadıqları üçün onlarla bağlanmış əmək müqaviləsinə xitam vermək istədikdə, Təhsil Şöbəsinin m üdir müavini LLLBalakişiyev iddiaçını dəfələrlə kobud ifadələrlə təhqir etmiş, “Aytəkinin qohumlarından kimisə işdən çıxararsan, səni o məktəbə həsrət qoyaram” demişdir. Heç bir halda iddiaçıya işə gəlməyən işçiləri işdən çıxarmağa imkan verməmişlər. E.Atayev, S.Balakişiyev və 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi Söhrab İsayev hər dəfə bir bəhanə ilə gətirdiyi sənədləri “səhvdir” deyib, bir gündə iddiaçını 3-4 dəfə get-gələ salmışlar. İddiaçı təzyiqlərdən məcbur qalaraq 2019-cu ilin noyabr ayından məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininin verdiyi konverti onlara gətirmişdir. 2020-ci ilin mart ayından pandemiya şəraiti olduğunu bəhanə edib, onların dediklərini etməmişdir. 2019-cu ilin noyabr ayında ocaqçılar işə götürülməli olduğu halda, iddiaçını kö hnə işçiləri yenidən işə götürməyə məcbur etmişlər. İşə çıxmayan ocaqçıların əmək funksiyasını X3 - keçmiş direktorun qızı yerinə yetirmişdir. İllərlə təsərrüfat müdiri və ocaqçıların kartlarının biri X1, digər kart isə Xəlilova Samirənin dediyinə görə 5 il ərzində direktor əvəzi işləmiş hazırkı tədris işləri üzrə direktor müavini Tamam Mehdiyevada olmuşdur. Noyabr ayının sonunda iddiaçı məktəbdə olan zaman X3 məktəbə kabinetə gəlmiş və ocaqçılardan birinin Cəmalə Sayadovanın kartını stolun üzərinə qoyaraq demişdir ki, “Söhrab İsayev bunu sizə verməyimi dedi, məktəbin xərclərini ödəmək üçün. Təhsil Şöbəsinə çatmalıdır pullar”. İddiaçı kartı götürməkdən imtina etmişdir. Səhəri gün Təhsil Şöbəsinə gələrək olanları demiş və təklif etmişdir ki, kartı özləri götürsünlər. E.Atayev və S.Balakişiy ev eyni qaydada davamlı iddiaçıya təzyiq göstərməyə başlamışlar. Məcbur qalaraq kartdan 6 ay pulu çıxarmış, RTŞ-nin müdiri E.Atayevə müavini S.Balakişiyevə və S.İsayevə vermişdir. 2020-ci ildə noyabr ayında E.Atayev, S.Balakişiyev və 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin aparıcı məsləhətçisi Söhrab İsayev yenidən eyni ocaqçıları işə götürməyi təkidlə demişlər. 2020-ci ilin noyabr ayından karantin müddətində (5 ay) kartdan çıxardığı pulu E.Atayev, S. Balakişiyev və S.İsayevə vermişdir. 2021-ci ilin fevral ayında tədrisə qismən əyani şəkildə başlayanda, iddiaçı qətiyyətlə keçmiş direktorun rüşvət toplayan qrupuna qarşı çıxaraq işə çıxmadıqları halda, işçilərin işinə nə olur-olsun xitam verəcəyini demişdir. İddiaçıya qarşı həm məktəbdaxili həm də Təhsil Şöbəsi tərəfindən daha çox təzyiq lər edilmişdir. Bir müddət sonra X2 iclasına çağırılmış, iclas zamanı Təhsil Nazirliyinin RTŞ-yə xx.xx.2021-ci il tarixində göndərdiyi arayış oxunmuş və müzakirə edilmişdir. Həmkarlar təşkilatı öz qərarını vermiş, Təhsil Nazirliyinin arayışında verilən qərarla razılaşmışlar. Arayışda iddiaçının izahatında qeyd etmədiyi məlumatları da qeyd etmiş kimi göstərmişlər. Çalışdığı müddət ərzində ödənişli yaradıcılıq məzuniyyəti üçün 2 dəfə müraciət etsə də, Göygöl RTŞ-nin müdir vəzifəsini müvəqqəti icra edən Semur Əsgərov iddiaçıya əsassız şəkildə məzuniyyət verməmişdir. İddiaçı işlədiyi dövrdə əmək intizamını, əmək funksiyalarını qəti surətdə pozmamışdır.

8. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilmiş və bundan s onra araşdırılmanın aparılması məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuşdur. Korrupsiya İdarəsi tərəfindən cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdir. Daha sonra bildirmişdir ki, iddiaçı valideynlərdən və müəllimlərdən pul yığırmış və bu barədə dəfələrlə xəbərdarlıq da edilmişdir. İddiaçı bu faktı öz izahatında da etiraf etmişdir. Direktorun müavini öz izahatında pulların yığılaraq iddiaçıya verilməsini etiraf etmişdir. Qeyd olunanlara əsasən iddiaçı işdən azad olunmuşdur. İddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə baxışı zamanı Azərbaycan Təhsil İşçiləri X7 Respublika Komitəsi iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon M əhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1095/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbi təmin olunmamışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş iddiaçının özü tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş izahatda hər ay bir neçə müəllimdən təşkilati işlər üzrə müavin tərəfindən təxmini 200-300 manat arası pulların yığılaraq ona verilməsi, o isə həmin pulları Rayon Təhsil Şöbəsinin sabiq müdiri YYYə, müdür müavini LLLBalakişiyevə verdiyini bildirmişdir. Qeyd olunan yığımların toplanmasına dair müvafiq təlimat və ya göstərişi təsdiq edən sübutlar məhkəmə araşdır ması zamanı müəyyən olunmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müvafiq izahat ərizəsində qeyd olunan əməllərin törədilməsi etiraf olunmuşdur ki, bu da onun həqiqətən də vəzifə funksiyalarının icrasında nöqsanlara yol verməsini təsdiq etmiş, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassız olmuş və bununla bağlı cavabdehin nümayəndəsinin izahatını və təqdim edilmiş sübutlarını inandırıcı saymışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 72, 186, 187, 311-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya inst ansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5979/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məktəbin direktoru vəzifəsində çalışdığı müddət ərzind ə mütəmadi şəkildə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Bu hallar, işdə olan çoxsaylı sübutlarla (araşdırma materialları, izahalar və s.) tam sübuta yetirilmişdir. Eyni zamanda, iddiaçının özü də izahatlarında (eləcə də iddia ərizəsində) bəzi neqativ halların mövcudluğunu (məktəbdə pulların yığılması, dərslərin boş keçməsi və s.) təsdiq etmiş, lakin bunları ona edilən təzyiqlər nəticəsində etməsini göstərməklə kifayətlənmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

18. Həmçinin, işdə olan Azərbaycan Respublikasının Təhsil nazirinin 23 sentyabr 2021-ci il tarixli, E-1207 saylı əmrinə əsasən Göygöl rayonu Nadil kənd tam orta məktəbdə aparılmış yoxlanmanın nəticələrinə dair tərtib olunmuş arayışdan da görünür ki, araşdırma zamanı müəllimlərin d ərs bölgüsündə, hesabatların hazırlanmasında, yeni inventarların paylanmasında, eləcə də dərslərin əvəz edilməsində və s. pozuntuların olması müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmış, Göygöl Rayon Təhsil Şöbəsi ilk Həmkarlar Təşkilatının razılığı alınmışdır. Bu fakt işdə olan ümumi yığıncağının protokolundan çıxarışla da təsdiq olunmuşdur.

20. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası nın 35, 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 11, 68, 70, 80, 186-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Şikayət onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən irəli sürülən arqumentlərə əsaslı yanaşmamış, onu sadəcə iddiaçının mülahizəsi kimi qiymətləndirmişlər. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda iddiaçının kiməsə pul aparması ilə bağlı fikirlər öz təsdiqini tapmamışdır. Artıq həmin məsələyə verilmiş hüquqi qiymət ortada olduğu halda və həmin qərar ləğv edilmədiyi halda həmin halın iddiaçının işdən çıxarılması ilə bağlı əsaslar sırasına daxil edilməsi yolverilməzdir.

24. Kassator qeyd etmişdir ki, məhkəmələr tərəfindən nəzərə alınmayan digər məqam ondan ibarət olmuşdur ki, Təhsil İdarəsinin yüksək vəzifəli şəxslərinin məktəbdə pul yığımları ilə məlumatı məhz iddiaçı Təhsil Nazirliyinə vermişdir. Yazılan izahatdan da görünür ki, pulu yığan təşkilati işlər üzrə müavin olmuşdur. Həmin pul yığılıb iddiaçıya verilmiş, o isə pulları LLLvə Elburus adlı şəxslərə vermişdir. İzahatda açıq formada göstərilmişdir ki, o pul yığmamış, pulu yığan təşkilati işlər üzrə müavin olmuş və sadəcə pulu özü aparıb vermişdir. Həmin hərəkəti etməyə onu məcbur edən Təhsil İdarəsinin müdi ri Elburus adlı şəxs olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən yol verilməsi ehtimal edilən pozuntu başqa şəxslərin təpkisi ilə baş vermiş və iddiaçı həmin məsələ ilə bağlı Təhsil Nazirliyinə məlumat vermişdir. Belə olan halda iddiaçının heç bir məsuliyyəti yaranmamışdır. Əgər onun pul yığması rüşvət anlamına gəlirsə, rüşvət verməyə görə şəxsin heç bir məsuliyyəti nəzərdə tutulmamışdır. Bu halın olmamasını isə iş üzrə prokurorluq tərəfindən qəbul edilən qərar təsdiq etmişdir.

25. Kassator qeyd etmişdir ki, sübutlardan biri Qasımova Nəzakət tərəfindən xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış izahat olmuşdur ki, həmin izahatla bağlı iddiaçı tərəfindən fikir bildirilmiş, həmin xüsusatları təsdiq etməmişdir. Məhkəmə tərəfindən hansı səbəbdən iddiaçının i zahatını əsas götürməməsi və Nəzakət Qasımovanın verdiyi izahatını əsas götürməsi anlaşılan olmamışdır. Belə ki, Nəzakət Qasımova ümumiyyətlə məhkəmə prosesində şahid qismində dindirilməmişdir. Məhkəmə prosesində dindirilməyən şahidin vermiş olduğu izahatı sübut kimi götürülməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Həmin izahatın doğruluğu şəxsin məhkəmədə dindirilməsi ilə yoxlanmalı idi. Lakin göründüyü kimi həmin hal baş verməmişdir. İddiaçı pul yığılmasına etiraz etmiş, Təhsil Nazirliyinə məlumat vermişsə Nəzakət Qasımovanın verdiyi izahatının əsaslı olmaması bir daha öz təsdiqini tapmışdır. Nəzakət Qasımova tərəfindən Təhsil Nazirliyinə izahat təqdim edilmişdirsə onda Pərvanə və Samirə adlı şəxslər nədən işdən azad edilmirdi. Əgər direktor pulun yığılmasında maraqlı olmuş olsa i di, bu zaman Təhsil Nazirliyinə pul yığılması ilə bağlı məlumat verməzdi.

26. Kassator qeyd etmişdir ki, direktor tərəfindən ayaqyolunun düzəldilməsi üçün pul yığılması halı baş verməmişdir. Həmin halın baş verməsini təsdiq edən heç bir sübut olmamışdır. Həmin vaxt pul yığılmamış, sadəcə ayaqyolunu qıran şəxsin valideynləri çağırılaraq ayaqyolu onların hesabına düzəldilmişdir. Bu isə qanunvericiliyin tələblərinə zidd olmamışdır. Uşaqların yol verdiyi pozuntuya görə Mülki Məcəllədə valideynlərin məsuliyyət daşıması ilə bağlı norma nəzərdə tutulmuşdur.

27. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 81, 106.1, 372-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın də lilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə

35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

30. Maddə

71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 31. 10-cu maddə. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək;... f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 32. 12-ci maddə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... 33. 70-ci maddə “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. 34. 71-ci maddənin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 35. 71-ci maddənin 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdı r. 36. 72-ci maddə. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövl ət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. 37. 80-ci maddə, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alı nmaqla ləğv edilir. 38. 186-cı maddə, 1-ci hissə. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. 39. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Mad də 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, iddia tələbinin maddi-hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi:

1. İşəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;

2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tə ləblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;

3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilməsi müəyyən edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını bu normanın dispozisiya şərtləri əsasında araşdırmış, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar müəyyən etməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan işin hallarına görə, iddiaçı məktəbin direktoru vəzifəsində çalışdığı müddət ərzində mütəmadi şəkildə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Bu hallar, işdə olan çoxsaylı sübutlarla (araşdırma materialları, izahalar və s.) tam sübuta yetirilir.

51. Eyni zamanda, iddiaçının özü də izahatlarında (eləcə də iddi a ərizəsində) bəzi neqativ halların mövcudluğunu (məktəbdə pulların yığılması, dərslərin boş keçməsi və s.) təsdiq etmişdir (səh. 92-93).

52. İddiaçının ona istinad edilən qanunsuz əməlləri təsir altında etdiyi barədə dəlilləri də apelyasiya instansiyası məhkəməsi araşdıraraq qeyd etmişdir ki, iddiaçı bu hərəkətləri ona edilən təzyiqlər nəticəsində etməsini göstərməklə kifayətlənmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

53. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli 12/X saylı əmri qanuni və əsaslıdır.

54. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandır ması ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən törədilən intizam xətaları Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əmək vəzifələrinin kobud pozulması hesab edilən hallara aiddir. Həmin intizam xətasının törədilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi rəhbər tutulmaqla işçi ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdı rma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5979/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar