Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1085/2025 20.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqmüəyyənedici sənədlərin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" MMC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-5231/2024 nömrəli 26 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 0,35164 ha torpaq sahəsində, 5 mərtəbəli binada yerləşən 58,3 kv metr ümumi, 45,5 kv metr yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 623 nömrəli reyestr kitabının 57233 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. ünvan 2ında 21 saylı və H.Cavid prospekti 546-cı məhəllədə 28 saylı yaşayış binası qəzalı vəziyyətdə olduğu üçün Cavabdeh MMC şirkəti tərəfindən sökülmüşd ür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüş, 21 saylı və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar da müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahibindən biri olan X4 şirkət tərəfindən verilən pul kompensasiyanı qəbul etməmişdir. Qaraj sahibi metal qarajın əvəzinə Ə.Ələkbərov-89 ünvanından inşa olunmuş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Şirkət olaraq sakinlərin həmin ərazidən problemsiz və maneəsiz köçürülməsi məqsədi ilə qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj onlar tərəfindən sökülmüşdür. Qaraj sahibi X4 24 iyul 2013-cü ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsini və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş edilmişdir.
3. İddiaçı tərəfindən "xxxx" MMC-nə ünvanlanmış ərizədə qeyd olunmuşdur ki, ünvan 2ında 21 və 28 saylı yaşayış binaları "xxxx" MMC şirkəti tərəfindən sökülmüşdür. Həmin binaların sakinləri ünvan 1 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri ola n X4 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvamnd inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə razılaşdıqdan sonra həmin metal qaraj "xxxx" MMC tərəfindən sökülmüşdür. Qaraj sahibi X4 24 iyul 2013-cü il tarixində vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində 33 saylı mənzildə yaşayır. Həyat yoldaşı vəfat etdikdən sonra İddiaçı "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X14 Group”a rəsmi məktub ünvanlayıb. 2016-cı ilin yanvar ayından İddiaçı yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının ikinci mərtəbəsindən qaraj yeri verilib və qaraj hal-hazırda da onun istifadəsindədir. Lakin dəfələrlə müraciət etsə də, həmin qaraja dair hüquq müəyyənedici sənədlər İddiaçı təqdim edilməyib. Qeyd edilənləri nəzərə alaraq İddiaçı istifadəsində olan “Mirvari Park” yaşayış kompleksinin ərazisində ona məxsus qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsini təmin edilməsi xahiş olunmuş, əks təqdirdə pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 4. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 123 kv metr olan mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
5. İd diaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 123 kv metr olan mənzili bağışlama müqaviləsinə əsasən X2 bağışlamışdır. 6. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 123 kv metr olan mənzil xx.xx.2023cü il tarixdə X1 ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydə alınmışdır.
7. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 546-cı məhəllədə istifadədə olan 25 nömrəli yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən, ona məxsus qaraja dair Cavabdeh MMC tərəfindən hüquqmüəyyənedici sənədlərin təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2ında 21 və 28 saylı yaşayış binaları Cavabdeh MMC şirkəti tərəfindən sökülmüş, həmin binaların sakinləri ünvan 5 ünvanında inşa olunmuş yaşayış kompleksinin 2 saylı binasındakı mənzillərə köçürülmüşdür. 21 və 28 saylı yaşayış binalarının həyətində olan metal və daş qarajlar müvafiq olaraq bina sakinləri ilə razılaşdırılaraq sökülmüşdür. Həmin metal qaraj sahiblərindən biri olan mərhum həyat yoldaşı X4 şirkət tərəfindən verilən pul kompensasiyasını qəbul etməmiş, metal qarajın əvəzində Ə.Ələkbərov 89 ünvanında inşa edilmiş yaşayış binasında qaraj sahəsinin verilməsini istəmiş və qarajın bu halda sökülməsinə icazə vermişdir. Qaraj sahibi ilə, yəni mərhum həyat yoldaşı ilə razılaşdıqdan sonra həmin meta l qaraj Cavabdeh MMC tərəfindən sökülmüşdür. Həyat yoldaşı vəfat etdikdən sonra "xxxx" MMC-yə rəsmi ərizə ilə müraciət edərək razılaşmaya əməl edib sökülmüş qarajın əvəzinə yaşadığı ünvanın ərazisində ona qaraj yerinin verilməsini xahiş etmişdir. "xxxx" MMC ərizəçiyə kömək etmələri üçün 11 yanvar 2016-cı il tarixində "xxxx" MMC və “X14 Group”a rəsmi məktub ünvanlamışdır. Həmin məktubun məzmunundan da görünür ki, qarajın sökülməsi Cavabdeh MMC tərəfindən həyata keçirilib. 2016-cı ilin yanvar ayından ona yaşadığı “Mirvari Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri verilmiş və qaraj hal-hazırda da onun istifadəsindədir. Dəfələrlə müraciət etsə də həmin qaraja dair hüquqmüəyyənedici sənədlər ona, yəni, İddiaçı təqdim edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraci ət etmək məcburiyyətində qalmışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin binalar qəzalı olduğundan sökülməsi qərara alınmışdır. "xxxx" MMC podratçı kimi həmin işlərə cəlb edilmiş, əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamışdır. Həqiqətən iddiaçının 1 qarajı olub və ona artıq mənzil verilib. Daha sonra iddiaçı bildirib ki, onun yoldaşının orda başqa bir qarajı da olmuş və onun əvəzində yeni qarajın verilməsini istəmişdir. "xxxx" MMC-yə məktub ünvanlayıb, lakin həmin şirkət layihədə iştirakçı olmayıb. 2-ci qarajın sənədi məhkəməyə təqdim edilməmişdir, iddiaçı tərəfin iki qaraj olmasına dair sübutları yoxdur. Tələb əsassızdır. "xxx x" MMC-nin hazırkı məsələyə heç bir aidiyyatı yoxdur. Məktubda qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsi xahiş olunur. Bildirir ki, həmin sahədə hal-hazırda iddiaçıya qaraj ayrılıb və istifadəsindədir. Mülkiyyətinə verilməsi heç yerdə qeyd olunmayıb, məktub bunun üçün əsaslar yaratmır. İddianın rədd olunmasını məhkəmədən xahiş edir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli e-2(001)1274/2024 nömrəli qətnaməsi iilə iddia rədd edilmişdir. (X11)
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktorunun "xxxx" LLC-nin rəhbərliyinə ünvanlandığı 11 yanvar 2016-cı il tarixli məktubda qeyd etmişdir ki, qaraj sahibi X4 24 iyul 2013-ci ildə vəfat etmişdir. Mərhumun həyat yoldaşı İddiaçı Ə.Ələkbərov-89 ünvanında 2 saylı yaşayış binasının 8-ci mə rtəbəsində 33 saylı mənzildə yaşayır. Qeyd olunanlar nəzərə alınaraq vətəndaşa Ə.Ələkbərov küçəsi 89 saylı ünvandakı yaşayış binasından qaraj sahəsinin ayrılması üçün köməklik göstərilməsi və müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi xahiş olunur.
13. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC layihədə iştirakçı olmayıb, yəni həmin MMC-nin müqavilə üzrə hansısa sakinə hər hansı bir mənzilin və ya qarajın verilməsini kiməsə həvalə etmək kimi bir səlahiyyəti olmamışdır. 14. "xxxx" MMC-nin direktoru ilə "xxxx" LLC arasında aparılan yazışma hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Həmçinin xüsusilə qeyd edilməlidir ki, iş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, İddiaçı yaşadığı “Mirvan Park” yaşayış kompleksinin yeraltı qarajının 2-ci mərtəbəsindən qaraj yeri veri lib və qaraj hal-hazırda da onun istifadəsindədir. İddiaçı iddia tələbində göstərilən qaraja dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı həmin qaraja dair tətəflər arasında hər hansı müqavilənin olması müəyyən edilməmişdir. Nəzərə alınsa ki, söhbət daşınmaz əmlakdan gedir, o zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə görə bu əmlaka sahiblik və istifadə hüququ barəsində notariat qaydasında təsdiq olunmuş əqd olmalıdır. Bununla yanaşı İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar da aşkar olunmur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 146.1, 152.1 və 157.8 -ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normaları olaraq Mülki Məcəllənin 246-249-cu maddələrinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə diqqətdən qaçırmışdır ki, tələbin hüquqi əsasını cavabdeh tərəfindən sökülərək yerində inşa edilmiş çoxmənzilli yaşayış binası kompleksinin yerləşdiyi torpaq sahəsinə dair vətəndaşın mövcud hüquqları təşkil edir. Belə hallarda konkret olaraq Mülki Məcəllənin 2 46-249-cu maddələri, eləcə də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunu tətbiq edilməlidir. Bununla bağlı çoxsaylı məhkəmə praktikası mövcuddur. Birinci instansiya məhkəməsi bu məqama əhəmiyyət vermədən, həmin maddi hüquq normalarını ümumiyyətlə mübahisəyə tətbiq etməmişdir. Ona məxsus qarajın sökülməsi çoxmənzilli yaşayış binası kompleksinin tikintisi ilə əlaqədar olduğu aşkardır. Həmin kompleksin tikintisinin müvafiq dövlət qurumu tərəfindən icazə verildiyi də işin mübahisəsiz halıdır. Belə olan halda, torpaqların dövlət ehtiyaclarına alınması ilə bağlı qanunvericiliyin tətbiq edilməli olduğu şübhə doğurmamalıdır. Qüvvədə olan qanunvericiliyə görə, tək torpaq sahəsi deyil, həm də torpaq sahəsində yerləşən tikililər də kompensasiya olunmalıdır (Mülki Məcəllə 246.5-ci maddə, “Torpaqların dövlət ehtiyaclarına alınması haqqında” Qanunun 7.1-ci maddəsi). Sökülən qarajın əvəzi olaraq, məhz başqa qarajın verilməsini tələb etmək, qanunvericiliyə uyğundur (Mülki Məcəllə 247.4.2-ci və 247.5-ci maddələri). Məhkəmə tərəfindən iddianın təmin edilməməsi əsaslarından biri olaraq, İddiaçı sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsaslarının mövcud olmasına dair mötəbər sübutlar aşkar olunmadığı qeyd edilir. Bu mövqe ilə razılaşmayaraq ilk növbədə sökülən qaraja dair Oktyabr Rayon İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 8/6 saylı qərarını xatırlatmaq istəyirik. Həmin qərar mülki işin materiallarında var. Bu da, qarajın və yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edir. Sökülən qaraja dair hüquqmüəyyənedici sənədin məzmun u iddiaçı tərəfindən qəbul edilmirsə, bu da kompensasiyanın verilməsindən imtina üçün əsas ola bilməz (“Torpaqların dövlət ehtiyaclarına alınması haqqında” Qanunun 80.1-ci maddəsi). Digər tərəfdən, hesab etmişdir ki, hətta sökülən qaraja dair ümumiyyətlə heç bir sənəd olmasa idi belə, torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilməli idi. Bu baxımdan birinci instansiya məhkəməsinin sözügedən qaraj üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasların mövcud olmasına dair mötəbər sübutlar aşkar olunmadığı barədə qənaəti yalnışdır. Mövcud olan əsaslar, ilk növbədə söküntünün həyata keçirilmiş olmasıdır. Sökülən qaraj mövcud olub, bu işin mübahisəsiz halıdır, sökülən qarajın ilkin hüquqmüəyyəne dici sənədi məhkəməyə təqdim olunub, biz də sökülən qarajın sahibi olaraq alınmanın təsirinə məruz qalan tərəfik. Belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli və əsaslı sayıla bilməz. İddiaçı və cavabdeh arasında şifahi müqavilə öhdəlikləri var. İş üzrə cavabdeh "xxxx" MMC və "xxxx" MMC mübahisəli qarajın sökülməsi və yerində tikinti işlərinin aparılması işlərini müştərək yerinə yetirmişlər. Lakin, yaşayış kompleksində olan daşınmaz əmlaklarla bağlı hüquqmüəyyənedici sənədlər məhz Cavabdeh MMC tərəfindən verildiyi üçün, sənədləri məhz həmin təşkilatdan tələb etmişdir. Məhkəməyə təqdim edilən "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanladığı məktuba birinci instansiya məhkəməsi ümumiyyətlə düzgün qiymət verməyərək, "xxxx" MMC-nin məktubunun hüquq müəyyənedici sənəd kimi qəbul edilə bilmədiyini qeyd etmişdir. Məhkəmənin bu fikri ilə bağlı bildirmişdir ki, həmin məktub hüquqmüəyyənedici sənəd deyil və hüquqmüəyyənedici sənəd olaraq yox, sübut olaraq təqdim edilmişdir. Həmin sübuta məhkəmə düzgün qiymət verməmişdir. Mövqeyi bundan ibarətdir ki, ona məxsus qarajın sökülməsi zamanı şifahi razılaşma mövcud olmuş, qaraj söküldükdə şifahi razılaşmanın tərəfi olaraq, yeni qarajın verilməsi tələb edildikdə, razılaşmaya əməl edilməsi istiqamətində addımlar atılmış, bəhs edilən məktub ünvanlanmış və nəticə olaraq yeni qaraj sahəsi sahibliyinə verilmişdir. Bu hallar mübahisələndirilmir. Beləliklə, şifahi müqavilə tərəfindən tam, cavabdeh tərəfindən qismən yerinə yetirilmişdir. Əks halda, heç bir hüququ olmadığı halda, sahibliyinə qaraj sahəsinin verilməsi anlaşılmaz olardı. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir: “Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC podratçı kimi həmin işlərə cəlb edilmiş, lakin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmamışdır. Tikinti işləri aparılarkən İddiaçı adına daş qaraj olmuş, həmin daş qarajın əvəzinə Cavabdeh MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilmişdir. Göründüyü kimi iş üzrə Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Bu hal hər iki tərəfin izahatları ilə öz təsdiqini tapır” (qətnamə, səh.4 sonuncu abzas). Bu mövqe ziddiyyətli olmaqla yanaşı yuxarıda dediklərinin təsdiqi sayıla bilər. Birinci instansiya məhkəməsi cavabdehin əvvəlcədən mülkiyyət sahibləri ilə hər hansı bir iş aparmadığını müəyyən edir, iddiaçıya məxsus olan digər daş qarajın əvəzinə cavabdehin artıq bir otaq verdiyini müəyyən edir və belə qənaətə gəlir ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Digər daş qarajla bağlı məhkəmənin bu mövqeyi ilə razılaşaraq təsdiq edir ki, digər daş qaraja münasibətdə cavabdeh müqavilə üzrə öz öhdəliyini layiqincə yerinə yetirmişdir. Tələb mübahisəli qarajla bağlı cavabdehin öhdəliyini layiqincə yerinə yetirməməsi ilə bağlıdır. Bu abzasın məzmunundan görünür ki, məhkəmə tərəflərin münasibətinin müqavilə münasibətləri olduğu ilə razılaşır. Diqqətə çatdırmağı zəruri hesab etmişdir ki, bəhs edilən digər daş qarajla bağlı da hər hansı yazılı müqavilə olmamışdır. Əgər digər daş qaraja münasibətdə məhkəmə Cavabdeh MMC-nin müqavilə öhdəliyinin olduğunu qəbul edirsə, mübahisəli qaraja münasibətdə belə öhd əliyin olmaması nəticəsinə hansı əsasla gəlinmiş olması məlum deyil. Qarajların hər ikisinin mövcud olması mübahisəsizdir, hər iki qarajın eyni məqsədlər üçün sökülmüş olması da mübahisəsizdir, birinə dair müqavilə öhdəliyinin layiqincə yerinə yetirilmiş olması məhkəmədə müəyyən edilirsə, digərinə dair müqavilə öhdəliyinin yerinə yetirilməsi tələbinə dair hansı mötəbər sübutlar təqdim edilməli idi.
18. Cavabdehin apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, mübahisə üzrə birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı işin faktiki hallarını obyektiv araşdırmış, iddia üzrə təqdim olunmuş mötəbər sübutlara və digər hallara qanunvericiliyin tam tələbləri əsasında düzgün hüquqi qiymət verərək və müvafiq qanun normalarına düzgün istina edərək Azərbaycan Respublikası adından əd alətli qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5231/2024, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(001)- 1274/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 129 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının (“Mirvari Park” yaşayış kompleksi) yeraltı qarajının 2-ci mərtəbəsində yerləşən, İddiaçı təhvil verilmiş qaraja dair hüquqmüəyyənedici sənədlərin Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə)
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin tikinti işləri aparılarkən İddiaçı adına daş qarajın olması, həmin daş qarajın əvəzinə "xxxx" MMC tərəfindən iddiaçıya bir otaq artıq mənzil verilməsi və bununla da sonuncunun müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi barədə gəldiyi qənaət yanlışdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən belə tərəflər arasında müqavilə münasibətlərinin olmasına istinad etmişdir. Lakin işin halları bundan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşının iki qarajı olmuş, bundardan biri ayrıca otaqla əvəzlənmişdir, hazırkı mübahisə isə məhz mərhuma məxsus ikinci qarajın əvəzində faktiki olaraq təhvil verilmiş qarajla bağlıdır.
21. Məhkəmə daha sonra qeyd etmişdir ki, adıçəkilən məktubun tarixi və məzmunu da təsdiq edir ki, hazırkı mübahisəni n otaqla əvəzləşdirilmiş qaraja heç bir aidiyyatı yoxdur, məktubun tərtib olunduğu vaxt artıq digər qaraj otaqla əvəzləşdirilmişdi.
22. Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbi baxımından tərəflər arasındakı faktiki olaraq müqavilənin predmeti bir tərəfin öz əmlakını digər tərəfə təhvil verməklə maliyyələşdirməsi, digər tərəfin bunun müqabilində çoxmərtəbəli binaların tikintisini həyata keçirməklə qarajın təhvil verilməsi olduğundan, hal-hazırda qaraj təhvil verilməklə iddiaçının istifadəsində olması da nəzərə alınarsa müqavilə podrat müqaviləsinə uyğun gəlir. Mülki Məcəllədə podrat müqaviləsi üçün məcburi yazılı forma şərti nəzərdə tutulmamışdır. Tərəflər arasında qarajın əldə edilməsi ilə bağlı münasibətdə də podrat münasibətlərin yarandığını müəyyən etmək üçün tərəflərin arasında hər iki tərəfdən imzalanmış yazılı müqavilənin tərtib edilməsi mütləq şərt olmamışdır. Bir halda ki, podrat müqaviləsi şifahi də bağlana bilir, belə olan halda yetər ki, işin digər halları ilə tərəflər arasında qarajın əldə olunması ilə bağlı razılığın olması müəyyən edilsin. Belə olan halda, tərəflər apasında yazılı müqavilənin olmaması podrat münasibətlərinin yarandığını istisna etmir. Həmçinin, qətnamənin 21, 25-ci bəndlərində qeyd olunan halları podrat müqaviləsi üzrə münasibətlərin yaranmasını təsdiq edir.
23. İşin hallarını Mülki Məcəllənin 568.2 və 770-1.4-cü maddələri baxımından qiymətləndirən apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olduğundan, müqavilənin əsas şərtlərindən biri olan əmlakın təhvil verilməsi ilə bağlı şərt cavabde h tərəfindən icra olunduğundan həmin əmlaka dair hüquq müəyyənedici sənədlərin də iddiaçıya verilməsi cavabdehin vəzifəsidir.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139, 324, 325, 329, 390, 404, 405, 406, 568, 752 və 770-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarın, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 106.1, 217 və 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin d əlilləri
25. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5231/2024 nömrəli 26 noyabr 2024-cü il tarixli qətnaməsini tam ləğv edərək, işdə olan sübutlar əsasında iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını, yeni qərar qəbul edilməsi mümkün olmadığı halda qətnaməni ləğv edib işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən mübahisəli qaraj üzərində mülkiyyət və ya digər hüquqlar məsələsini açıq qoymuş, cavabdehin daşınmaz əmlak üzərində hüquqi statusunu araşdırmamışdır. Bununla da məhkəmə tərəflərin hüquqi statusunu və cavabdehin öhdəliklərini yanlış müəyyən edərək cava bdehin üzərinə icrası mümkün olmayan öhdəlik qoymuşdur. Daha sonra qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəflər arasında faktiki podrat münasibətləri olduğunu əsas gətirmişdir, lakin işin halları tərəflər arasında müqavilənin bağlanmadığını göstərir. Şifahi müqavilələrin etibarlılığı yalnız onların sübut edilməsi ilə mümkündür. Apellyasiya məhkəməsi şifahi razılığın hansı konkret sübutlarla təsdiqləndiyini aydın şəkildə göstərməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin nəticələrini təkzib etsə də, yazılı sübutların yoxluğu fonunda şifahi razılığın mövcudluğunu yetərincə əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin şifahi podrat müqaviləsinə əsaslanması, yazılı sübutların yoxluğu fonunda qanunun tələblərinə uyğun deyildir.
27. Apellyasiya məhkəməsi qaraj sahəsinin şifahi razılaşma əsasında təhvil verildiyini qəbul etmiş, lakin bu razılaşmanın təsdiqinə dair iş materiallarında sübutların olmamasını nəzərə almamışdır. Yəni, tərəflər arasında razılaşmanın konkret şərtləri, xüsusilə hüquq müəyyənedici sənədlərin təqdim olunması barədə yazılı öhdəliklər mövcud deyildir.
28. Qarajın təhvil verilməsi faktiki olaraq baş tuta bilər, lakin hüquq müəyyənedici sənədlərin təqdim olunması daşınmaz əmlakla bağlı münasibətlərdə vacib şərtdir. Bu səbəbdən bu sənədlərin təqdim olunmaması fonunda iddianın təmin edilməsi hüquqi cəhətdən əsaslı hesab edilmir.
29. Apellyasiya məhkəməsi yeganə olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə və “X14 Qroup” MMC-yə ünvanlanmış məktubu, həmçinin qarajın cavabdeh tərəfindən sökülməsi faktını əsas tutaraq tərəflər arasında şifahi podrat mü nasibətlərinin olması qənaətinə gəlmişdir. Halbuki, cavabdehin podratçı kimi iddiaçı qarşısında öhdəlik götürməsi, həmçinin iddiaçının cavabdehə sifarişin verilməsi həmin məktubla müəyyən olunmur. Digər tərəfdən tərəflər arasında podrat münasibətlərin olması işin faktiki halları ilə də tam təkzib olunur.
30. Apellyasiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara da düzgün hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMC-nin məktubu, sökülmüş qarajın sənədi və “Mirvari Park” yaşayış kompleksində iddiaçının mülkiyyətinə verilmiş mənzilin çıxarışı təqdim olunmuşdur. Həmin sənədlər əsasında iddiaçının mülkiyyətindəki evi və mərhum həyat yoldaşına məxsus qarajın sökülməsi faktı, iddiaçının istifadəsinə qarajın verilməsi xahişi və sökülmüş mənzilin əvəzinə iddiaçıya “Mirvari Pa rk” yaşayış kompleksində mənzilin verilməsi tam təsdiq olunur. Lakin, həmin sənədlər iddiaçının deməsinə görə istifadəsində olan mübahisəli qarajın cavabdeh tərəfindən verilməsini, cavabdehin həmin qaraj sahəsi üzərində hüquq sahibi olmasını və qarajın verilməsi ilə bağlı öhdəlik götürməsini təsdiq etmir. Mübahisəli qarajın iddiaçıya cavabdeh tərəfindən verilməsi faktı yalnız o halda sübut edilmiş hesab edilə bilər ki, cavabdeh həmin qaraj üzərində mülkiyyət hüququna malik olsun və ya qarajın verilməsi ilə bağlı üzərinə yazılı şəkildə öhdəlik götürmüş olsun.
31. İşə baxan apellyasiya instansiya məhkəməsi sübutlar olmadığı halda, cavabdehin üzərinə həm icrası mümkün olmayan, həm digər şəxsin mülkiyyət və ya sahiblik hüquqlarını pozan qətnamə qəbul etmişdir.
32. Kassasiya şikayətində Azərbay can Respublikası Mülki Məcəlləsinin 178, 324.1, 405.1, 752 və 762-cü, Mülki-Prosessual Məcəlləsinin 9, 14.2, 77.1 və 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
34. Maddə 14.2. Mülki hüquqların və aşağıdakılardır: vəzifələrin əmələ gəlməsi əsasları 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi.
35. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpa q sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
36. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. Maddə 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarı
39. Əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 50.1. Pr osesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər
43. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
44. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyas ı məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
52. Belə ki, iddianın təmin edən apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçının mərhum əri ilə cavabdeh MMC arasında şifahi podrat müqaviləsi olmuş, cavabdeh həmin müqavilənin şərtlərinə qismən əməl etməklə iki qarajdan birinin əvəzinə ayrıca mənzil vermiş, digər qarajı isə faktiki olaraq təhvil verməsinə baxmayaraq ona dair sənədləri verməkdən əsassız olaraq imtina etmişdir. Şifahi podrat müqaviləsinin əsas şərtlərindən biri olan əmlakın təhvil verilməsi ilə bağlı şərt cavabdeh tərəfindən i cra olunduğundan həmin əmlaka dair hüquq müəyyənedici sənədlərin iddiaçıya verilməsi də Mülki Məcəllənin 568.2 və 770-1.4-cü maddələri baxımından cavabdehin vəzifəsidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və düzgün hüquqi qiymət verməmiş, kifayət qədər əsaslar olmadan iş üzə cavabdeh kimi göstərilən Cavabdeh MMC-nin iddiaçının irəli sürdüyü tələblər üzrə cavab verməli şəxs olması qənaətinə gəlmişdir.
54. Belə ki, cavabdehin nümayəndəsi iddiaya etirazında və məhkəmə iclaslarında göstərmişdir ki, ünvan 2ında 21 və 28 saylı yaşayış binalarının, o cümlədən iddiaçının mərhum ərinin mülkiyyətində olmuş mənzillərin və binanın həyətində olan metal və daş qarajların sökülməsi Cavabdeh MMC tərəfindən həyata keçirilsə də, bu işlərin görülməsində "xxxx" MMC podratçı olmuşdur.
55. İşə baxan apellyasiya məhkəməsi cavabdehin nümayəndəsinin bu dəlili üzrə tam və hərtərəfli araşdırma aparmamışdır.
56. İş materiallarında ünvan 2ında 21 və 28 saylı yaşayış binalarının sökülməsinin sifarişçinin kim olması, iddiaçıya məxsus mənzillərin və qarajların sökülməsi müqabilində əvəz verilməsinin hansı təşkilat tərəfindən öhdəliyə götürülməsi, bu barədə olan müqavilələrin kiminlə bağlanması, ümumiyyətlə həmin sahədə yeni yaşayış binalarının inşasının kimin tərəfindən həyata keçirilməsi, binalarda yaşamış sakinlərlə, o cümlədən iddiaçının mərhum əri ilə olan söküntü və əvəz verilməsi barədə razılaşmaların kiminlə bağlanması müəyyən edilmir.
57. İddiaçının ərizəsinə cavab olaraq "xxxx" MMC-n in direktorunun "xxxx" MMC-nin Baş direktoruna və “X14 Group” LLC-nin icraçı direktoruna ünvanladığı 11 yanvar 2016-cı il tarixli məktubundan görünür ki, iddiaçının mərhum ərinə məxsus metal qarajın sahibi ilə razılaşdırıldıqdan sonra "xxxx" MMC tərəfindən sökülməsi, ərizəçiyə qaraj sahəsinin ayrılması xahiş edilmiş, məktuba qoşmada 6 vərəqədən ibarət müvafiq sənədlərin göndərilməsi qeyd edilmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə tərəflər arasında şifahi podrat müqaviləsinin olması, bununla da "xxxx" MMC-nin iddiaya cavab verməli şəxs olmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamış, məhkəmə halı təsdiq edən sübutların təqdim olunmasını iddiaçı tərəfə təklif etməmişdir.
59. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5231/2025 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.