Məhkəmə qərarları › İş №2(102)-1086/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1086/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1086/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının “başqa ölkənin vətəndaşı olmama və Azərbaycan Respublikasında yaşama faktının müəyyən edilməsi barədə” ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6216/2021 saylı, 20.08.2021-ci il tarixli qətnaməsindən maraqlı şə xs Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Ərizəçi Mansır qızı 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Sonradan 1991-ci ildə Ukraynaya gedərək orada yaşamış, 07.09.2004-cü il tarixdən Azərbaycan Respublikasına gələrək burada yaşamaqda davam edir. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayır. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş 15.10.2019-cu il tarixli arayışda ərizəçinin Gürcüstan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 05.06.2018-ci il tarixli arayışda ərizəçinin “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbayvan Respublikasının 30.09.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi Mansır qızı maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşı olmamağı və 2004-cü ildən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respubli kasının vətəndaşı olmuşdir. Sonradan 1991-ci ildə Ukraynaya gedərək orada yaşamış, 07.09.2004-cü il tarixdən Azərbaycan Respublikasına gəlib burada yaşayır. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş arayışda onun Gürcüstan Respublikasının vətəndaşı olmadığı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışda isə onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı göstərilir. Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, 13 yanvar 2020-ci il tarixli cavabdan da göründüyü kimi, 2004-cü ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməsi bildirilmişdir. Şəxsiyyətini təsdiq edən heç bir sənədinin olmaması, buna görə də Azərbaycan Respublikasının sərhədlərini tərk edə bilməməsi onun üçün bir sıra problemlər yaradır. Qohumlarının, ata mülkünün Gürcüstanda olmasına baxmayaraq, sənədi olmadığından Gürcüstana da gedib-gələ bilmir, qeyd edilən sənədi də başqa şəkildə ala bilmir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(007)-376/2021 saylı qətnaməsi ilə (hakim B.N.Qasımov) Ərizəçi Mansır qızının maraqlı şəxslər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Maraqlı şəxs2 cəlb edilməklə “Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir dövlətin vətəndaşı olmamağı və 2004-cü idən Azərbaycan Respublikasında yaşamağı faktının müəyyən edilməsi” haqqında ərizəsinin təmin edilməməsi qət edilmişd ir.

5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi 28 iyun 1962-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur. 07 sentyabr 2004-cü il tarixdə isə Azərbaycan Respublikasına köçərək burada yaşamışdır, Gürcüstan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq o, Gürcüstan vətəndaşı hesab edilmir və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab olunmur. Hazırda ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, 1991-ci il tarixdə Ukraynaya getmiş və 07.09.2004-cü il tarixdə isə Azərbaycan Respublikasına gəlmişdir. Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatından görünür ki, ərizəçi 1996-2000-ci illər üzrə Xarkov vilayəti, Vovçan rayonu, Nikolayevka kəndi (keçmiş adı Jovtneve druqe) ünvanında qeydiyyatda olmuşdur. Hazırda ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün deyil. Nəticədə məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, ərizəçi Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının vətəndaşı deyil. Həmçinin iddiaçı 1991-ci ildən 2004-cü ilədək Ukraynada yaşamış və məhkəməyə ərizəçinin Ukrayna vətəndaşı olmamasına dair hər hansı bir sübut təqdim edilməmişdir.

6. Məhkəmə hesab etmişdir ki, Ərizəçi Mansır qızı 1991-ci ildən 2004-cü ilədək daimi əsaslarla Ukraynada yaşasa da, Ukraynanın vətəndaşı olmamasına dair, ərizəsində istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, ərizəsini həmin hallara uyğun əsaslandırmamış, ərizəsində qeyd oluna n xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən ərizəçinin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Həmin qətnamədən ərizəçi Vəliyeva (Mahmudova) Qənirə Mansır qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(007)-376/2021 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6216/2021 saylı, 20.08.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli qətnaməsinin ləğv olunması, ərizənin təmin edilməsi və 28.06.1962-ci ildə Gürcüstanda anadan olmuş Vəliyeva (Mahmudova) Qənirə Mansır qızının heç bir ölkənin vətəndaşı olmaması və 07.09.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müə yyən olunmuşdur ki, ərizəçi 1991-ci ildə Ukraynaya gedərək orada yaşayıb. 07.09.2004-cü ildə Azərbaycan Respublikasına gəlib, həmin vaxtdan hal-hazıra kimi burada yaşayır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı deyil. Bu, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini arayışı ilə (iş v. 54) təsdiq olunur. O, vətəndaşlıqla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Dövlət Miqrasiya Xidməti 13.01.2020-ci il tarixli, R/V-65 nömrəli məktubu ilə (iş v. 2) ona cavab verib ki, 2004-cü ildən hazırkı vaxtadək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün DMX-nə müraciət edə bilər. Bundan sonra ərizəçi həmin faktın müəyyən edilməsi ü çün məhkəməyə müraciət edib. Faktın hüquqi əhəmiyyəti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsində müəyyən olunub. Orada qeyd olunub ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. O cümlədən Mülki-Prosessul Məcəllənin 307.2.10-1-ci maddəsinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi 07.09.2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşayır. Bu, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 16.03.2020-ci il tarixli, 33/88/M-288 nömrəli məktubu ilə (iş v. 6) təsdiq olunur. Belə ki, həmin məktubdan görünür ki, 2000-2020-ci illər ərzində ərizəçinin dövlət sərhəddindən hərəkəti barədə yalnız bir məlumat qeydə alınıb: 07.09.2004-cü ildə ölkəyə giriş. Ərizəçi Gürcüstanın vətəndaşı deyil. Bu, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 8) təsdiq olunur. Ərizəçi Ukraynanın da vətəndaşı deyil. Bu, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 79) təsdiq olunur. Həmin arayışda qeyd olunub ki, ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmadı. Bu məlumat həmin arayışın ümumi məzmunu nəzərə alınmaqla belə qiymətləndirilir ki, ərizəçi Ukrayna vətəndaşı deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri

12. Maraqlı şəxs Dövlət Miqrasiya Xidməti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işə yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmadan iş üzrə qətnamə qəbul etmiş, sübutlar düzgün qiymətləndirilməmiş, qanunu səhv təfsir etməklə mülki qanunvericiliyin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq 19. “Vətəndaşlıq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyy ətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; Maddə

306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin“30 - 40-6cı“fəsillərində“ikinci bölməsinin üçüncü yarımbölməsində“müəyyən edilmi ş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.“ 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə

308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə

307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.

1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının. Maddə

310. Ərizənin məzmunu“və ərizəyə baxılması“ 310.1.“Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə

418. Apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

22. Belə ki, kassasiya şikayətinin əsas dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən ərizəç inin heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi hissəsini tam aydınlaşdırmamasından ibarətdir.

23. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, ərizəçi onun uzun müddət (1991-ci ildən 2004-cü ilədək) Ukrayna Respublikasında yaşadığını bildirmiş, orada hansı əsaslarla yaşadığı, bu dövlətə mənsubluğu, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələrin olmasını təsdiq və ya inkar edən hər hansı sübutu təqdim etməmişdir.

24. Birinci instansiya məhkəməsi ərizəçinin Ukrayna Respublikasında kifayət qədər uzun müddət yaşadığına istinadən, işin düzgün həlli üçün haqlı olaraq onun bu ölkənin vətəndaşı olub-olmamasının araşdırılmasını zəruri saymış və ərizəçidən bu cür sübut təqdim etməyi tələb etmişdir.

25. Ərizəçi tərəfindən təqdim olunmuş Ukrayna Re spublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin məlumatında ərizəçinin 1996-2000-ci illər üzrə Xarkov vilayəti, Vovçan rayonu, Nikolayevka kəndi (keçmiş adı Jovtneve druqe) ünvanında qeydiyyatda olduğu, lakin hazırda ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmadığını bildirilmişdir.

26. Birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi bu sübutu məzmun baxımından təhlil edib qiymət verərək bildirmişdir ki, ərizəçi 1991-ci ildən 2004-cü ilədək daimi əsaslarla Ukraynada yaşasa da, Ukraynanın vətəndaşı olmamasına dair, ərizəsində istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, ərizəsini həmin hallara uyğun əsaslandırmamış, ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

27. Lakin apelyasiya in stansiyası məhkəməsi sözügedən sübuta birinci instansiya məhkəməsinin verdiyi qiymətlə razılaşmamış və qeyd etmişdir ki, ərizəçi Ukraynanın da vətəndaşı deyil. Bu, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışla (iş v. 79) təsdiq olunur. Həmin arayışda qeyd olunub ki, ərizəçinin Ukrayna vətəndaşlığına mənsubiyyətini müəyyən etmək mümkün olmadı. Bu məlumat həmin arayışın ümumi məzmunu nəzərə alınmaqla belə qiymətləndirilir ki, ərizəçi Ukrayna vətəndaşı deyil.

28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Çünki Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş arayışda (iş v. 79) ərizəçinin həmin ölkənin vətəndaşı olması nə təsdiq, nə də inkar edilməmişdir. Bu arayışda əks olunan məlumatlar, h əll olunmalı məsələ ilə bağlı tam və qəti rəyə gəlməyə imkan vermir.

29. Nəzərə alınmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

30. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzə rdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

31. Bundan başqa, mülki işdən görünür ki, ərizəçi 2018-ci ilin aprel ayında DMX-nə müraciət edərkən, keçmiş SSRİ vətəndaşlığının pasportunu təqdim etmişdir. Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş 15.10.2019-cu il tarixli arayışda ərizəçinin Gürcüstannın “Gürcüstan vətəndaş lığı haqqında” Qanunun 30-cu maddəsinin “a” bəndinə müvafiq olaraq və agentliyin əldə etdiyi məlumatlara əsasən Gürcüstan vətəndaşı hesab olunmadığı qeyd edilir.

32. İşin həlli baxımından bu arayışın məlumatlarının da təhlilinə ehtiyac vardır. Çünki “Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 30-ci maddəsi “Gürcüstan vətəndaşlığına xitam verilməsi üçün əsaslar” adlanır və həmin madənin “a” bəndində “Gürcüstan vətəndaşlığından çıxmaq” qeyd olunmuşdur.

33. Həmin Qanunun 31-ci maddəsinin məzmunundan görünür ki, vətəndaşlıqdan çıxmaq şəxsin hüququdur.

34. Ərizəçi onun vətəndaşlıqdan çıxdığını bildirmir. Bu baxımdan Gürcüstanın Azərbaycandakı səfirliyindən verilmiş 15.10.2019-cu il tarixli arayışın məlumatları ərizəçi ilə araşdırılmalı, onun vətəndaşlıdan çıxıb-çıxmaması dəqiqləşdirilməlidir. Çün ki ərizənin təmin olunması üçün başlıca şərt ərizəçinin “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması”dır.

35. Bundan başqa, iş materiallarından görünür ki, Ərizəçi Mansır qızının “heç bir dövlətin vətəndaşı olmaması və 2009-cu ildən Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi” tələbinə dair bundan əvvəl də məhkəməyə müraciəti olmuş, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(007)-1140/2020 saylı qərardadı ilə ərizə 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanmışdır.

36. MPM-nin 306.4-cü maddəsi bu halda məhkəmədən ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmaqla yanaşı, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnun izah edilməsini tələb edir. Buna əsasən Niz ami Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(007)-1140/2020 saylı qərardadında ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Lakin ərizəçi iddia ərizəsi deyil, yenidən faktın müəyyən edilməsi barədə ərizə vermiş və məhkəmə işə xüsusi icraat qaydasında baxmış, bu zaman Nizami Rayon Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(007)-1140/2020 saylı qərardadı ilə hüquq haqqında mübahisə olması müəyyən olunmasına baxmayaraq, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılmasının mümkünlüyünü əsaslandırmamışdır.

37. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessua l hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6216/2021 saylı, 20.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar