Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1088/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi 18.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)7134/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Bakı Ağır Cinayətlə r Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 32.4312.1, 3201, 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 06 il müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 02 il sınaq müddəti ilə şərti hesab edilməsi hökm edilmişdir. Həmin cinayət işində şahid qismində dindirilmiş İddiaçı ifadəsində Cavabdeh1 və Cavabdeh2 ondan saxta sənədlə torpaq satmaq adı ilə 104.000 manat pulunu aldıqlarını, verdiyi pulun 57.000 manatını X götürdüyü, sənədlərin düzəldilib çıxarışı hazırlamaq məqsədi ilə 47.000 manat da qadınlarda qaldığını, istintaq zamanı dəymiş ziyanla b ağlı Cavabdeh2 tərəfindən müəyyən məbləğlər verildiyini, lakin zərərçəkmiş kimi tanınmadığını bildirmişdir. Həmin cinayət işində şahid qismində dindirilmiş X ifadəsində İddiaçı adlı şəxsin Cavabdeh2 torpaq sahəsi almaq istədiyini, aralarında sövdələşdiklərini, köməklik üçün hüquqşünas kimi ona müraciət etdiklərini, onun həmin vaxt BTN-nın yanında ofisi olduğunu, Cavabdeh2 ilə torpaq sahəsinə dair razılaşma olduqdan sonra İddiaçı işləri pozduğunu və alqı-satqının alınmadığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, 6 il 6 ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 il müddətin ə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və İddiaçı mülki iddiası təmin edilərək, təqsirləndirilən şəxs X 57.000 manat pulun tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 47.000 manat pulun, mənəvi ziyana görə 20.000 manat və 291 manat ödənilmiş dövlət rüsumunun, cəmi 67.291 manat pulun cavabdehlərdən müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmündə onun şahid qismində ifadəsi yazılmışdır və orada qeyd edilmişdir ki, cavabdehlər ona saxta sənədlə torpaq sahəsi satmaq adı ilə 104.000 manat pulunu almışlar. Belə ki, sənədlə torpaq satmaq adı ilə 104.000 manat pulunu almışlar. Belə ki, sənədlər Cavabdeh1 olmuş, sənədləri düzəlişlər edib alqı-salqı etmək üçün X kömək etməli idi. Onun verdiyi pulun 57.000 manatını X götürmüş, sənədlərin düzəldilib çıxarışı hazırlamaq məqsədi ilə 47.000 manat da cavabdeh lərdə qalmışdır. Ona istintaq zamanı dəymiş ziyanla bağlı Cavabdeh2 tərəfindən müəyyən məbləğlər verilmiş, lakin nədənsə korrupsiyada onu zərərçəkmiş kimi tanımışdır. Beləliklə, cavabdehlər tərəfindən ona qarşı cinayətin törədilməsi və ona 47.000 manat ziyan dəyməsi faktı sübuta yetirilmişdir. Həmin cinayət nəticəsində ona cavabdehlər tərəfindən iddiaçıdan 47.000 manat pul almışlar və indiyənədək qaytarmamışlar. Həmin cinayətin nəticəsində cavabdehlər tərəfindən ondan alınan 47.000 manat pul onlardan müştərək qaydada tutularaq ona geri qaytarılmalıdır və dəymiş mənəvi zərərin əvəzi də onlardan tutulmalıdır. Bundan başqa hadisə nəticəsində o, bu müddət ərzində istintaq orqanlarına və məhkəmələrə gedib-gəlmiş, bununla bağlı hər dəfə əlavə xərcləri olmuşdur, stress keçirtmişdir. Bununla bağlı ona mənəvi ziyan da dəymişdir, hadisə nəticəsində o ağır-mənəvi sarsıntı, baş ağrısı, iztirab, həyəcan hissləri keçirtmişdir. Cavabdehlər tərəfindən onun aldadılması və pulunun qaytarılmaması nəticəsində ona vurulmuş mənəvi ziyan ölçüyə gəlməz dərəcədə ağırdır. Ona vurulmuş mənəvi ziyanı 20.000 manat məbləğində qiymətləndirir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər cavabdehlərin iddiaçıdan 104.000 manat miqdarında pul alması müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehlərdən 47.000 manat pulun, mənəvi ziyana görə 20.000 manat mənəvi ziyanın qaytarmalarını iddia edir və həmin məbləğləri cavabdehlərdən müştərək qaydada tələb edir. İddiaçı həmin məbləğdən cəmi 8.000 manat (5.000 və 3.000 manat olmaqla) ödənilməsini etiraf etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(005)2366/2022 saylı qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia qismən təmin edilmiş, cavabdehlərdən 39.000 manat pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş 291 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab etmişdir ki, tələb olunan pul vəsaitinin 8.000 manat məbləğin cavabdehə verdiyini etiraf etməsi əks tərəfi sübut etmə vəzifəsindən azad edir. Məhkəmə araşdırılması zamanı qeyd edilmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia olunan məbləğin bir hissəsini qaytarıblar. Məhkəmə iş üçün əhəmiyyəti olan əsas sübutlar dan biri kimi qeyd olunan məbləğin iddiaçı tərəfindən kimə verildiyini və hansı şəraitdə nəyə görə verildiyini araşdırmamışdır. Əslində qeyd olunan məbləğ Daşınmaz Əmlakın əməkdaşı olan x adlı şəxsə verilmişdir və onun tərəfindən qeyd olunan məbləğin onlara ayrılıb-ayrılmaması araşdırılmamışdır. Məhkəmə qətnamə çıxararkən həmçinin tələb olunan məbləğin bir hissəsinin ödənildiyini və cinayət işi üzrə hökmlə iddiaçının onlara qarşı iddiasının baxılmamış saxlandığını nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)7134/2022 saylı qətnaməsi ilə (hakimlər A.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətn aməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən cavabdehlər tərəfindən 8.000 manat pulun ödənildiyini nəzərə almış və məhz elə ona görə də iddianı qismən təmin etmişdir. Yəni, ödənilmiş məbləğ çıxıldıqdan sonra cavabdehlərdən 39.000 manat pulun tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 apellyasiya şikayətində iddiaçıya 8.000 manatdan daha çox məbləğdə pul qaytarmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin mövqeyi onunla əsaslanmışdır ki,, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qayd asında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2, 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən ş əxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işə əlavə edilmiş sübutlara düzgün qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və t ərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birb aşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə tə sdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kass asiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçının cavabdehlərə 47.000 manat pul verdiyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Eyni zamanda iddiaçı həmin pulun 8.000 manatının cavabdehlər tərəfindən ona qaytarıldığını etiraf etmiş, həmin məbləğ tələb olunan məbləğdən çıxılmış və cavabdehlərdən yekun olaraq 39.000 manat pulun tutulması qət edilmişdir. Lakin, cav abdehlər iddiaçıya daha artıq məbləğ qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub- olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, cinayət işinə baxılarkən İddiaçı iddiası əsassız olduğundan baxılmamış saxlanılmışdır və ona görə də hazırki iddia təmin edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən hökmdə göstərilən hal müəyyən edilmədiyindən onun bu dəlili əsaslı sayıla bilməz. Belə ki, cinayət işi üzrə çıxarılmı ş hökmlə cavabdehlərin iddiaçıya ziyan vurduqları müəyyən edilmiş olsa da, İddiaçı həmin cinayət işində nə zərərçəkmiş, nə də mülki iddiaçı kimi tanınmamışdır. Bu baxımdan, yəni iş üzrə mülki iddia olmadığından cinayət işinə baxan məhkəmə olmayan iddianı baxılmamış saxlaya bilməzdi. Kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlili iddia ərizəsində tələb olunan məbləğin bir hissəsinin iddiaçıya qaytarılmasının işə baxan məhkəmə tərəfindən nəzərə alınmaması barədədir. Apellyasiya instansiyası məhkəməsi həmin dəlili də əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən cavabdehlər tərəfindən 8.000 manat ödənildiyini nəzərə almış və məhz elə ona görə də iddianı qismən təmin etmişdir. Yəni, ödənilmiş məbləğ çıxıldıqdan sonra cavabdehl ərdən 39.000 manat pulun tutulmasını qət etmişdir. Apelyator iddiaçıya 8.000 manatdan daha çox məbləğdə pul qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Kassasiya instansiyası məhkəməsinin, gənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı vəədalətli nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etsə də, Cavabdeh2 həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları tam sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiy aya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar qiymətlə ndirilərkən yuxarıda göstərilən tələblərə tam əməl olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-7134/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.