Məhkəmə qərarları › İş №2(102)-1088/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1088/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1088/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər pul tələbinə dair 16.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5699/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı qızı X4 ilə Cavabdeh oğlu X3 05 mart 20 19-cu il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanılmış nikah pozulmuşdur.

2. Hazırki iş üzrə XX2 X ondan 15.000 ABŞ dollar pulun götürdüyünü iddia edərək həmin pulun qaytarılmasını tələb edir.

3. İddiaçı pretenziya məktubu ilə Cavabdeh borcun ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 15.000 ABŞ dollarının manata məzənnəsi ilə 25.500 manat pulun, ödənilmiş 167 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat pulun cavabde hdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, onun qızı X5 ilə cavabdehin oğlu X1 19 fevral 2019-cu ildə toyları olmuş və rəsmi qaydada evlənmişlər. Bir il Bakı şəhərində yaşadıqdan sonra, cavabdeh ailəsini də götürərək Türkiyəyə getmək qərarına gəlmişdir. Türkiyəyə getməmişdən əvvəl ona bildirmişdir ki, uşaqlara Türkiyədə ev almaq istəyir. Bununla bağlı ondan 2019-cu ilin mart ayının axırında 15.000 ABŞ dolları pul götürmüşdür. Qızını Türkiyəyə 16 iyul 2020-ci ildə aparmışdır. Orada yaşadıqları müddətdə ev alınması barədə müxtəlif zamanlar evdə söz-söhbətlər olmuşdur. 2021-ci ilin fevral ayının 20-də qızı yaş yarımlıq uşaqla Bakıya geri qayıtmışdır. Ailə münasibətlərində yaranmış gərginliklə bağlı nikahın pozulm ası haqqında məhkəməyə müraciət olunmuş və 16 may 2021-ci il tarixdə nikah pozulmuşdur. Türkiyədə ev almaq barədə vəd isə yerinə yetirilməmişdir. Münasibətlər pozulduğundan o, ev almaq üçün aldığı 15.000 ABŞ dollarını tələb etmişdir. Pulu qaytaracağına söz versə də, bu günə kimi həmin məbləği ona qaytarmamışdır. Pulun qaytarılması ilə əlaqədar cavabdehə 04 mart 2024-cü il tarixdə poçt vasitəsi ilə pretenziya (xəbərdarlıq) göndərmişdir. Cavabdeh pretenziyanı 06 mart 2024-cü il tarixdə şəxsən almağına baxmayaraq, bu günə qədər onun göndərdiyi pretenziyaya heç bir cavab verməmiş və ona həmin məbləğdən bir manat belə pul ödəməmişdir. Pretenziyada 15 gün müdətində onun təklifinə cavab vermədiyi halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini ona bildirmişdir. Cavabdehin ondan 15.000 ABŞ dolları almasını təsdiq edən telefon danışıqları var. Cavabdehdən dəfələrlə tələb etməsinə baxmayaraq, ondan ev almaq adı ilə aldığı pulu qaytarmaqdan yayınır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1164/2024 nömrəli, 23 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakim M.Bağırova) iddia təmin edilmişdir.

7. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, tərəflərin övladları ailə həyatı qurduqdan sonra onların gedib yaşadıqları Türkiyə Respublikasında ev alınmasına kömək məqsədi ilə iddiaçı tərəfindən 2019-cu ilin mart ayında cavabdehə 15.000 ABŞ dolları verilmişdir. Lakin, tərəflərin övladlarının ailə həyatı baş tutmadığı üçün onlar arasında olan nikah 2021-ci ilin may ayında məhkəmə qaydasında pozulduğu və ev alınmadığı üçün iddiaçı cavabdehdən ona verilən 15.000 AB Ş dollarının geri qaytarılmasını istəsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir.

8. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş disk dinlənilərkən, orada olan telefon danışıqlarından cavabdehin iddiaçıdan 15.000 ABŞ dolları pul aldığı, lakin həmin məbləği iddiaçıya geri qaytarmaqdan imtina etdiyi müəyyən olunmuşdur.

9. Belə olan halda, məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən 15.000 ABŞ dolları tələb etməkdə haqlıdır, çünkü cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına həmin məbləği əldə etmişdir.

10. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə qeyd etmişdir ki, həmin ərizə bunun üçün hüquqi əsaslar olmaması səbəbindən təmin edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcə lləsinin 1091.1, 1091.2 və 1092.1-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aradan 3 il müddət keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən bu hal əsassız varlanma kimi qiymətləndirilmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının ciddi pozuntusu ilə qəbul edilmişdir. Təqdim olunan diskdə cavabdeh həm onunla, həm də əvvəllər onun başqa işdə vəkili olmuş Lalə xanımla söhbətləri qeyd edilmişdir. Sübut kimi bunların h ansına istinad edildiyi qeyd edilməmişdir. Həmçinin hər iki danışıqda cavabdeh iddiaçıdan 15.000 ABŞ dolları aldığını etiraf etməmişdir. Çünki belə hal olmayıb. Hətta məhkəmədə hakimin suallarını cavablandıran iddiaçı cavabdehin ondan heç vaxt pul istəmədiyini bildirmişdir. Belə olan halda, iddianın təmin edilməsi tamamilə əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən konstitusiyanın tələbi pozulmuşdur. İşə baxan məhkəmə yalnız iddiaçının mənafeyini əsassız olaraq müdafiə etmişdir. Başqa işdə iddiaçının qızının vəkili olmuş şəxsin bu işdəki cavabdehlə telefon danışığından bu mübahisə üzrə işdə sübut kimi istifadə etməklə məhkəmə tərəfindən göstərilən qərarın tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən məhkəmənin gedişində verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməməsi və bu nun üçün hüquqi əsasın olmaması barədə məhkəmənin gəldiyi nəticə tamamilə əsasssızdır. Qətnamədə bu hal əsassız varlanma kimi göstərilirsə, həmin hala görə iddia müddəti müəyyənləşdirilibsə, iddia müddətinin tətbiqi barədə ərizə vaxtında verilibsə, həmin ərizənin təmin ediməməsi çox ciddi qanun pozuntusudur. Yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən baş verməyən bu hal əsassız varlanma kimi qiymətləndirilmişdir. Lakin cavabdehin iddia müddətinin keçməsi barədə verdiyi ərizəni təmin etməməklə məhkəmə tərəfindən göstərilən maddənin tələbləri bilərəkdən pozulmuşdur. Məhkəmə faktlara deyil, öz subyektiv fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qətnamə qəbul etmişdir. Çox təəssüf ki, məhkəmə cavabdeh tərəfindən məhkəməyə istinad etdiyi halları sübut edə biləcək hər hansı bir sənədin təqdim edilməməsinə baxmayaraq bu hala düzgün qiymət verməmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, bu iş üzrə iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsində tərəflərindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə ümmiyyətlə araşdırılmamışdır. Qətnamədə məhkəmə sadəcə olaraq iddia müddətinin tətbiqi barədə ərizənin hüquqi əsası olmadığı bir cümlə ilə qeyd edilmiş, lakin bu fikirini əsaslandırmamışdır. İddiaçının qızı ilə cavabdehin oğlu arasında olan nikah 16 may 2021ci ildə pozulmuşdur və iddia müddəti həmin vaxtdan hesablanmalıdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5699/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov sədrlik edən, məruzəçi, M.Mə mmədov və F.Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

15. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəyə əsassız varlanmaya dair normaları tətbiq etməkdə və işdə olan sübutlara (iddiaçı tərəfindən təqdim olunmuş diskə) düzgün qiymət verərək tərəflər arasındakı telefon danışıqlarından cavabdehin iddiaçıdan 15.000 ABŞ dolları aldığı, lakin həmin məbləği iddiaçıya geri qaytarmaqdan imtina etdiyi müəyyən etsə də, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün qiymət verməmiş, həmin ərizənin hüquqi əsası olmadığını qeyd edərək fikirini əsaslandırmağa çalışmışdır.

16. Məhk əmə kollegiyası hazırki iddiaya sübutetmə aspektindən yanaşaraq qeyd etmişdir ki, iddiaçı tələbinin faktiki əsası kimi telefon danışıqlarına istinad etmişdir. Hazırkı işin halları ilə əsassız varlanma üçün qanunda nəzərdə tutulmuş şərtlərin hər üçü eyni zamanda mövcud olsa da, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işin hallarından görünür ki, iddiaçının qızı X4 ilə cavabdehin oğlu X3 05 mart 2019-cu il tarixdə rəsmi nikaha girmiş və Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanılmış nikah pozulmuşdur. İddiaçı tərəf apellyasiya şikayətinə etirazda hüququn pozulduğunu məhz qeyd edilən məhkəmə qətnaməsi qəbul edildiyi vaxtdan bildiyini, lakin tərəflər arasında mübahisənin pul tələbi olduğunu və həmin tələb üzrə iddia müddətinin 3 il olduğunu, hazırkı iddia ərizəsi ilə 06 may 2024-ci il tarixində məhkəməyə müraciət etdiyini bildirərək 3 illik iddia müddətinin buraxılmadığını qeyd etmişdir.

19. Məhkəmə kollegiyası işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının qızı ilə cavabdehin oğlu arasında olan nikah məhkəmə qətnaməsi ilə 16 may 2021-ci ildə pozulduğundan, iddiaçı hüquqlarının pozulmasını həmin tarixdə bilib. Bundan sonra isə iddiaçı, 04 may 2024-cü il tarixdə hazırkı iddia ilə məhkəmə müraciət edib. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

20. Beləliklə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə dügün qiymət verməmiş və iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 14.2.7, 372.1, 377.1, 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının iddiaçının öz hüquqlarının pozulmasını qızının nikahının pozulduğu 16 may 2021-ci il tarixdə bilməsini əsas gətirməsi tam əsassızdır. Məhkəmə kollegiyasının həmin tarixə istinad etməsi ilə iddiaçının qanunla qorunan hüququ pozulmuşdur. Qanunvericilikdə isə göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı qeyd etmişdir ki, həmin dövrdə, yəni övladlarının nikahı pozulan zaman iddiaçı ilə cavabdehin münasibətləri normal olmuşdur. Nikah pozulan zaman cavabdeh aralarında olan bütün məsələləri həll edəcəyi barədə vəd vermişdir. Aralarında olan münasibətləri 2023-cü ilin ortalarından sonra pisləşmiş və cavabdeh ev almaq adı ilə götürdüyü pulu qaytarmaqdan imtina etmişdir. Yalnız bundan sonra iddiaçı hüququnun pozulduğunu bilmişdir. Bundan sonra da iddiaçı qohumlar vasitəsi ilə (əsasən cavabdehin qardaşı vasitəsi ilə) pulu almaq istəmiş, lakin cavabdeh pulu verməkdən yayınmışdır. İddiaçı qeyd etmişdir ki, övladlarının nikahının pozulması gününün iddia müddətinin axımının başlanğıcı kimi qəbul edilməsi səhvdir. Məhkəmə kollegiyası tərəfindən Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, onun iddia tələbi əsassız varlanma il ə bağlı deyil. Əsassız varlanma məhkəmənin iş üzrə gəldiyi nəticələrdən biridir. Burada pul tələbi ümumi əsaslara söykənir və burada da Mülki Məcəllənin 1095-ci maddəsinin ilk cümləsi əsas kimi götürülə bilməz. Pul tələbinə dair iddia müddəti 3 ildir və həmin müddət iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticə əsassızdır. Göstərilənlərə əsasən, iddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün qiymət vermiş və iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüqu qi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

31. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyas iya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya i nstansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəyə əsassız varlanmaya dair normaları tətbiq etməkdə və işdə olan sübutlara (iddiaçı tərəfindən təqdim olunmuş diskə) düzgün qiymət verərək tərəflər arasındakı telefon danışıqlarından cavabdehin iddiaçıdan 15.000 ABŞ dolları aldığı, lakin həmin məbləği iddiaçıya geri qaytarmaqdan imtina etdiyi müəyyən etsə də, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün qiymət verməmiş, həmin ərizənin hüquqi əsası olmadığını qeyd edərək fikirini əsaslandırmağa çalışmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi, hazırki iddiaya sübutetm ə aspektindən yanaşaraq qeyd etmişdir ki, iddiaçı tələbinin faktiki əsası kimi telefon danışıqlarına istinad etmişdir. Hazırkı işin halları ilə əsassız varlanma üçün qanunda nəzərdə tutulmuş şərtlərin hər üçü eyni zamanda mövcud olsa da, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir.

44. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

45. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, i ddiaçının qızı X4 ilə cavabdehin oğlu X3 05 mart 2019-cu il tarixdə rəsmi nikaha girmiş və Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanılmış nikah pozulmuşdur. İddiaçı, apellyasiya şikayətinə etirazda hüququn pozulduğunu məhz qeyd edilən məhkəmə qətnaməsi qəbul edildiyi vaxtdan bildiyini, lakin tərəflər arasında mübahisənin pul tələbi olduğunu və həmin tələb üzrə iddia müddətinin 3 il olduğunu, hazırkı iddia ərizəsi ilə 06 may 2024-ci il tarixində məhkəməyə müraciət etdiyini bildirərək 3 illik iddia müddətinin buraxılmadığını qeyd etmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçının qızı ilə cavabdehin oğlu arasında olan nikah məhkəmə qətnaməsi ilə 16 may 2 021-ci ildə pozulduğundan, iddiaçı hüququnun pozulduğunu artıq həmin tarixdən bilmişdir. Bundan sonra isə iddiaçı, 04 may 2024-cü il tarixdə hazırkı iddia ilə məhkəmə müraciət etmişdir. Belə olan halda, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

47. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdi r. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2(103)-5699/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar