Məhkəmə qərarları › İş №2(102)-1089/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1089/2020

19.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1089/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator XXXoğlu, vəkili X1 və iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXXoğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(011)-1130/2018, hakim L.O.Talıbova) İddiaçı “xxxx” MMC və XXXoğluna qarşı iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3 saylı mənzilinin cavabdehlər tərəfindən İddiaçı təhvil verilməsi və onun həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, XXXoğlunun ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 1-cü mərtəbəsində, 1-ci blok, ümumi sahəsi 102,4 kv.metr olan, 3 otaqdan ibarət 3 saylı mənzilindən çıxarılması, mənzilin açarlarının XXXoğlu tərəfindən iddiaçıya təqdim olunması və mənzilin boşaldılması qət edilmiş, iddia qalan hissədə və müstəqil tələb irəli sürən üçüncü şəxs XXXoğlunun İddiaçı və «xxxx» MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12 591/2018, hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) XXXoğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4364/2019, hakimlər İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov) XXXoğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10754/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, və A.N.İmanov) XXXoğlunun apellyasiya şikayəti təmin edilməmiş, qətnaməsi dəyişdirilmədən sax lanılmışdır. Həmin qətnamədən İlham Məmmədov verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə bağlanmış fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən, MMC inşa etdiyi binada 3 saylı mənzili tikib sifarişçiyə təhvil verməyi, sonuncu isə öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdəsiinə götürmüşdür. xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinə əsasən, İddiaçı tərəfindən müqavilə dəyərini təşkil edən 27.648 manat məbləğində pul MMC-yə ödənilmişdir. “xxxx” MMC ilə XXXoğlu arasında xx xxxxxx 2008-ci il tarixdə bağlanmış fərdi mənzil tikintisi haqqında müqaviləyə əsasən MMC inşa etdiyi binada 25 saylı mənzili tikib sifarişçiyə təhvil verməyi, sonuncu isə öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdəsiinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin “xxxx” MMC-nin təsisçisi və sədri işləyən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair xx xxx 2014-cü il tarixli hökmündə göstərilmişdir ki, XXXoğlu qeyd edilən 25 saylı mənzili, mənzilin əvvəlki sahibi olan X7 58.500 ABŞ dolları vəsaiti ödəməklə almış və müqaviləni isə Elman Tağıyevlə bağlamışdır. Sonradan həmin mənzilin başqa şəxsə satıldığı aşkar edilmişdir. Lakino, MMC tərəfindən başqa mənzil ilə təmin olunduğundan şikayətçi olmamışdır. xx.xx.2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda cavabdeh “xxxx” MMC t ərəfindən inşa edilmiş yaşayış binasının 3 saylı mənzilindən XXXoğlunun ailə üzvləri ilə birlikdə çıxarılması və mənzilin boşaldılması, onunla cavabdeh “xxxx” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, həmin mənzilin açarının ona təqdim edilməsi, həmin mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması, mənzilə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs XXXoğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair “xxxx” MMC ilə İddiaçı arası nda bağlanmış xx.xx.2006-ci il tarixli müqavilənin etibarsız hesab olunması və onun adına zərərin əvəzinin ödənilməsinə dair müqavilənin verilməsi öhdəliyinin “xxxx” MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə əməl edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ilə MMC arasında fərdi mənzil tikintisi haqqında müqavilə bağlanmış və MMC, 3 saylı mübahisəli mənzili tikib sifarişçi olan İddiaçı təhvil verməyi və sonuncu da öz növbəsində mənzili qəbul edib mənzilin dəyərini MMC-yə ödəməyi öz öhdəsinə götürmüş, müqavilə dəyəri tam olaraq ödənilmişdir. Bundan başqa, iş üzrə üçüncü şəxs olan İlham Məmmədov ilə MMC arasında 25 saylı mənzilə dair xx.xx.2008-ci il tarixli müqavilə bağlanmış və həmin mənzilin dəyəri İlham Məmmədov tərəfindən həmin tarixdə MMC-yə tam ödənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə görə, İlham Məmmədov 25 saylı mənzili, mənzilin əvvəlki sahibi Səməd Əliyevdən 58.500 ABŞ dollarına almış, müqaviləni isə MMC-nin direktoru Elman Tağıyevlə bağlamışdır.. MMC-nin direktoru Rafiq Nəsibov tərəfindən apellyasiya məhkəməsinə təqdim edilmiş ərizədə göstərilmişdir ki, MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən mübahis əli mənzil sonuncuya satılmış, mənzilin dəyəri olan 27.648 manat tam olaraq ödənilmişdir. Mübahisəli mənzilə özbaşına daxil olan İlham Məmmədov heç bir hüquqi əsas olmadan həmin mənzildə yerləşmişdir. Onun qeyd edilən mənzildə yerləşməsinə dair hər hansı göstəriş verilməmiş və onunla həmin mənzilə dair müqavilə bağlanmamışdır. Aparılmış yarımçıq təmir işləri özbaşına aparılmış və həmin mənzilə dair hər hansı qərar, müqavilə və maliyyə arayışı olmadığından zəbt edilmiş hesab olunur. İlham Məmmədov xx.xx.2008-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən 25 saylı mənzili əldə etmişdir. xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən 28.080 manat ödəmişdir. MMC-nin təsisçisi və əvvəlki direktoru Elman Tağıyev tərəfindən İlham Məmmədova həmin yaşayış binasından 1-ci blokdan 25 saylı m ənzili təkrar satılmışdır. İddiaçı ayrılmış mənzil 1cimərtəbədə yerləşir və mənzilin nömrəsi 3-dür. İlham Məmmədova ayrılmış mənzil isə 4-cü mərtəbədə yerləşir, mənzilin nömrəsi isə 25-dir. İlham Məmmədova dair MMC-də mübahisə edilən 3 saylı mənzilinona verilməsinə, ayrılmasına, əvəzləşdirilməsinə dair hər hansı sübut, yazılı göstəriş və tərtib edilən müqavilə və maliyyə arayışı yoxdur. İşə yenidən baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339, 340, 390, eyni zamanda 152 və 157-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı ilə MMC arasında mübahisəli mənzilə dair xx.xx.2006-cı il tarixdə müqavilə bağlandığından və onun tərəfindən həmin mənzilin dəyəri ödənildiyindən birinci instansiya məhkəməsi iddianı mənzilin İlham Məmmədov və MMC tərəfindən i ddiaçıya təhvil verilməsi və onun həmin mənzilə dair sahiblik və istifadə hüququ tanınması, İlham Məmmədovun ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, mənzilin açarlarının iddiaçıya təqdim olunması və boşaldılması hissəsində təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsimüstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə isə hesab etmişdir ki, İlham Məmmədovla MMC arasında mübahisəli mənzilə dair müqavilə bağlanmadığından və həmin mənzilə dair müqavilə İddiaçıla bağlandığından və həmin mənzilə dair sonuncunun sahiblik və istifadə hüququ olduğundan birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblə rinə uyğun olaraq kassasiya instansiya məhkəməsinin göstərişləri ilə bağlı qeyd etmişdir ki, Elman Tağıyev və başqaları barəsində olan cinayət işinin baxışı zamanı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İlham Məmmədova təkrar satılmış 25 saylı mənzilin əvəzində məhz hazırki iş üzrə mübahisəsi gedən 3 saylı mənzilin verilməsi işin mübahisə edilməyən halıdır. Lakin, İlham Məmmədovun da göstərdiyi kimi 3 saylı mənzil ona qeyri-rəsmi şəkildə Elman Tağıyevin göstərişi ilə verilmiş və sonuncunun razılığı ilə o, həmin mənzildə təmir işləri aparmışdır. Lakin sonradan da onunla Elman Tağıyev arasında hər hansı müqavilənin bağlanması və ya mənzilin onun adına başqa qaydada rəsmiləşdirilməsi müəyyən edilmir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Elman Tağıyev MMC-nin tək təsisçis i olmaqla, MMC hazırda 100 faiz payla ona məxsusdur, müəssisənin qanuni təmsilçisi isə X9r. Sonuncu MMC-nin adından məhkəməyə ünvanladığı yazılı ərizədə 3 saylı mənzilə dair MMC ilə İlham Məmmədov arasında hər hansı müqavilə bağlanmadığını, ona həmin mənzilin verilməsi barədə hər hansı göstəriş verilmədiyini, yarımçıq təmir işlərini özbaşına apardığını, 3 saylı mənzilin xx xxxx 2006-cı il tarixli müqaviləyə əsasən İddiaçı satıldığını göstərmişdir. Bununla da müəyyən edilmişdir ki, üçüncü şəxs İlham Məmmədovun mübahisəli 3 saylı mənzilə sahibliyi üçün hər hansı hüquqi əsas olmamışdır. Bununla bərabər, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əm lakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin normanın məzmunundan göründüyü kimi, kreditor fərdi-müəyyən əşyanı borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni, fərdi müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, o kreditor a üstünlük verilməlidir. İşdən də göründüyü kimi, mübahisəli mənzilə dair yalnız İddiaçıla müqavilə bağlanılmış və sonuncu mübahisəli münasibətdə yeganə kreditordur. Bu halda, mübahisəli mənzilə dair İlham Məmmədovun hər hansı hüququ olmadığından, onun mənzilə sahibliyi qanuni əsaslara söykənmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsində nəzərdə tutulmuş “əmlakın mülkiyyət hüququ ilə üçüncü şəxsə verilməsi” anlayışı onun mənzilə hazırki qanunsuz sahibliyini əhatə etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamə nin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar