Məhkəmə qərarları › İş №2(102)-3175/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3175/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3175/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ ( Açar sözlər: mənzildən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2539/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 30.7 kv.m. olan 1 otaqlı 6 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5- 05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılması və mənzilin iddiaçının qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı 2013-cü il tarixdə həmin mənzili alandan sonra Cavabdeh kirayə ev axtardığını, həmin evdə kirayə yaşamaq istədiyini bildirmişdir. İddiaçı buna etiraz etməmiş və cavabdeh həmin evdə kirayə yaşamağa başlamışdır. Tərəflərin ilkin razılaşmasına görə aylıq icarə haqqı 200 manat təşkil etmiş, daha sonra icarə haqqı 300 manata qədər artmışdır. 2020-ci il tarixə kimi cavabdeh kirayə haqlarını ödəmiş, lakin bütün dünyada baş vermiş “COVİD19” pandemiyası başladıqdan sonra kirayə haqlarını ödə məkdən yayınmışdır. İddiaçı da buna göz yummuş, həmin vaxt bir müddət icarə haqqı da tələb etməmişdir. 2021-ci ildən etibarən isə cavabdeh ümumilikdə icarə haqqını ödəməmişdir. Buna görə də iddiaçı cavabdehdən mənzili boşaldıb, təhvil verməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının bu haqlı tələbinə bu günə kimi məhəl qoymamışdır. Dəfələrlə bu barədə şifahi danışıqları olsa da, cavabdeh aqressiv şəkildə, iddiaçını nalayiq ifadələrlə təhqir edərək mənzili tərk etməkdən yayınır. İddiaçı tərəfin əldə etdiyi məlumata görə, Cavabdeh daha əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29, 6 nömrəli mənzilin mülkiyyətçisi olmuş, evi başqa bir şəxsə satmışdır. Daha sonra o, həmin mənzildə kirayə yaşamış və həmin vaxtdan da evdən çıxmaqdan imtina etmişdir. Həmin şəxslər də cavabde hə qarşı məhkəmədə iddia qaldırmaqla onu evdən çıxarmışlar. İddiaçı isə evi alan zaman bu barədə məlumatı olmamış, cavabdeh özü bu barədə iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzili tərk etməməklə iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Zəngilan rayonu, Ağbis kəndində qeydiyyatda olmaqla 1993-cü ildən Zəngilan rayonunun işğalından sonra hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili ndə məskunlaşaraq yaşamışdır. 2013-cü ilin təxminən mart-aprel aylarında mənzilin qapısı döyülmuş, qapını döyən şəxs özünü X3 təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilin mülkiyyətçisi, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. X12 cavabdehə, həmçinin, bildirmişdir ki, mənzili 28.000 (iyirmi səkkiz min) manata satın almış, məqsədi isə evi ucuz alıb baha sataraq əlavə pul qazanmaqdır. Cavabdeh X4 evin onun olmasını təsdiq edən sənədini təqdim etməsini tələb etmiş, Zəngilan rayonundan məcburi köçkün olduğunu və yaşamağa başqa yerinin olmadığını bildirdikdən və X12 “məcburi köçkün” ifadəsini eşitdikdən sonra özünü narahat hiss etməyə başlamış, cavabdehin yaşamağa başqa yerinin olmadığını görüb on a həmin mənzildə yaşaya-yaşaya, kredit kimi, banksız, hissə-hissə pul ödəməklə mənzili 42000 (qırx iki min) manata, yəni aldığı qiymətin yarısı qədər də əlavə pul ödəniləcəyi təqdirdə sata biləcəyini demişdir. Cavabdeh mənzilin hissə-hissə ödəniş olmaqla satılması təklifinə razılaşmış, aylıq 250- 300 manat ödəmək şərtilə, cəmi 42000 manata Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili almışdır. X12 mənzilə dair sənədləri çıxarış alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verdiyini bildirmişdir. X12 2 ay mənzilin çıxarışını təqdim etmədən Cavabdeh hər ay 250 manat olmaqla 500 manat pul almışdır. Cavabdeh X4 mənzilin çıxarışını gətirib təqdim etməsini və aralarında müqavilə bağlanmasını tələb etdikdə sonuncu mənzilin anası İddiaçı adın a qeydə alınmasını təsdiq edən Çıxarış təqdim etmişdir. Cavabdeh X4 anası İddiaçı da gəlib aralarında olan razılaşmaya razı olubolmadığını üz-üzə müzakirə etdikdən sonra aylıq 300 manatdan ödəniş edə biləcəyini bildirmişdir. Bir gün X12 bir qadınla gəlmiş və həmin qadının anası Çimnaz olduğunu bildirərək mənzili 42000 manata Cavabdeh hissə-hissə ödəməklə satılmasından anasının xəbəri olduğunu bildirdikdən sonra Cavabdeh İddiaçı sual verərək evin sahibi kimi oğlu Samir Zeynalov ilə aralarında olan razılaşmadan da xəbərinin olub-olmadığını soruşmuş, iddiaçı oğlu Samir Zeynalovun Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili Cavabdeh 42000 manata satmasından və həmin pulu da hissə-hissə ayda 300 manat olmaqla ödəcəyi barədə razılaşmadan xəbəri ol duğunu bildirərək mənzili almaq üçün hissə-hissə ödənilən 300 manat aylıq pulunun Samir Zeynalova verilməsini xahiş etmişdir. Cavabdeh onlara inanaraq 2013-cü ilin Novruz bayramı ərəfəsində mart-aprel ayından 2021-ci ilin noyabr ayınadək hər ay 300 manat olmaqla 3100 (üç min yüz) manat mənzilə görə pul ödəmiş, həmin puldan əlavə evi özü alacaqdı deyə həyətdə qonşuların gediş-gəlişinə maneə yaratmayacaq bir ölçüdə mənzil istismar sahəsi ilə razılaşdırmaqla mənzilin yanında olan boş sahədə 7000 (yeddi min) manata mətbəx və hamam-tualet tikdirmiş, əlavə 3000 (üç min) manat xərc çəkərək evin eyvanını da 8 kv.metr qabağa çəkərək böyütmüşdür. Məcburi köçkün ailəsi olduğuna görə qonşular və MKİS-nin əməkdaşları cavabdehə çox hörmət qoymuşlar. Bundan başqa, həmin mənzilin təmirinə 8000 (səkkiz min ) manat xərc çəkmiş, 1200 (min iki yüz) manat dəyərində plastik qapı-pəncərə və 600 (altı yüz) manat mənzilə dəmir seyf qapı qoydurmuşdur. Yaşadığı məhəllədə mənzilin sahibi kimi onu tanıyırlar. 2021-ci ilin noyabr ayında mənzilin kredit pulundan 300 manat ödədikdən sonra Samir və anası Çimnaz məhəllənin ümumi plana düşdüyünü eşidib mənzili Cavabdeh satmaq fikrindən daşınmışlar, onlar arasında yaranan mübahisə bina tikmək istəyən şirkətin rəhbərliyinə də gedib çıxmışdır. Belə ki, məhəlləni alıb bina tikmək istəyənlər Cavabdeh və ailə üzvlərini məcburi köçkün kimi hara isə yerləşdirərək sonuncuları oradan köçürtmək istədiklərini bildirdikdə X12 və anası İddiaçı buna qəti etirazlarını bildirərək, mübahisəli mənzilin mülkiyyətçiləri onlar olduğu halda həmin mənzilə dair kompensasiyanın Cavabd eh deyil, onlara çatmalı olduğunu bildirmişlər. Orada bina tikmək istəyən şirkətin əməkdaşları X8 və İddiaçı xəbərdarlıq edərək bildirmişlər ki, Cavabdeh və ailə üzvlərinin harada yerləşdirilməsinin və ya köçürülməsinin onlara düşəcək kompensasiyanın məbləğinə heç bir aidiyyəti olmayacaqdır. Beləliklə, X12 ilə İddiaçı birləşərək aralarında olan razılaşmanı pozmuşlar. Cavabdeh X12 və İddiaçı mənzilin dəyərindən kreditlə hissə-hissə ödədiyi 31100 (otuz bir min yüz) manat, mənzilin təmiri üçün xərclədiyi 8000 (səkkiz min) manat, evin eyvanının 8 kv.metr qabağa çəkmək üçün xərclədiyi 3000 (üç min) manat, plastik qapıpəncərə üçün xərclədiyi 1200 (min iki yüz ) manat və mənzilin giriş qapısı üçün verdiyi 600 (altı yüz) manat olmaqla, ümumi məbləği 50900 (əlli min doqquz yüz) manat olan pulunun q aytarılmasını tələb etmiş, lakin Samir Zamanov Cavabdeh və uşaqlarına hədə-qorxu gələrək Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi əməkdaşı olduğunu bildirmiş, sonradan isə mənzilin pulunu anası İddiaçı tələb etməsini demişdir. Beləliklə, özünü əvvəl Milli Təhlükəsizlik Nazirliyinin, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək X1 Çimnaz Qurban qızı ilə əvvəlcədən əlbir olaraq Cavabdeh aldatmış, etibardan sui-istifadə edərək sonuncunun 50900 (əlli min doqquz yüz) manat pulunu mənimsəyərək vermirlər. X4 və İddiaçı pulunu tələb etdikdə bildirmişlər ki, Cavabdeh həmin pulu onların mənzilində yaşadığına görə kirayə haqqı kimi əvəzləşdirmişlər. Halbuki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilində 1993-cü ildən Zə ngilan rayonu işğal olunandan məskunlaşaraq yaşayır. Məcburi köçkünlərin məskunlaşdıqları yerdən dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edilməyənədək köçürülməsi mümkün deyil. İddiaçı övladı X9 da bu çirkin oyununa alət edərək ev satmaq adı ilə Cavabdeh aldıqları pulları mənimsəyərək Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət törətmişlər. Bundan başqa, X12 özünü DTX əməkdaşı kimi təqdim edərək tutduğu mövqeyindən və vəzifəsindən sui-istifadə etməklə Cavabdeh təhdid edərək hədələmiş və qanunsuz yolla 50900 (əlli min doqquz yüz) manat pulu mənimsəmişdir. Cavabdeh İddiaçı pul ödədiyini iddiaçı iddia ərizəsində etiraf etmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 yanvar 2023-cü il tarixli, 2(006)-354/2023 saylı qətnaməsi ilə (sədrl ik edən-Günay Abidova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılması, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı verilməsi, qalan 50 manat hissəsinin isə İddiaçı aid edilməsi qət edilmişdir.

5. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, hazırkı mübahisənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzil xx.xx.2003-cü il tarixdə hazırkı iş üzrə Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2011-ci il tarixdə cavabdehin adından X6 həmin mənzili X10 25.000 manata satmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)- 241/2012 saylı qətnaməsi ilə Cavabdeh və digərlərinin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılmaları, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə isə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2013-cü il tarixdə X13 hazırki mübahisənin predmeti olan mənzili X2 23508 manata, X5 isə xx.xx.2013-cü il tarixdə qeyd olunan mənzili hazırki iş üz rə İddiaçı 19.595 manata satmışdır. Sözügedən mənzil xx.xx.2013-cü il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və həmin vaxtdan hal-hazıradək iddiaçının mülkiyyətindədir.

6. Məhkəmə iddia tələbinin “Cavabdeh xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzilin hazırki iş üzrə İddiaçı mülkiyyətində olması müəyyən edildiyindən iddiaçının tələbi bu hissədə haqlıdır və təmin edilməlidir.

7. Məhkəmə hesab etmişdir ki, İddiaçı Ba kı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzilin mülkiyyətçisidir, Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozaraq, onun iradəsi ziddinə, heç bir haqq ödəmədən iddiaçıya məxsus əmlakda heç bir qanuni əsas olmadan yaşayır və həmin əmlakdan istifadə edir.

8. Məhkəmə iddia tələbinin “mənzilin İddiaçı qanuni istifadəsinə qaytarılması” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinin təmin edilməsi özlüyündə mənzilin İddiaçı qanuni istifadəsinə qaytarılması ilə eyni mənanı ifadə etdiyindən, iddia tələbinin bu hissəsinin təmin edilməsinə prosessual qənaət prinsipi baxımından lüzum qalmamışdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir.

9. Məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etirazda q eyd etdiyi “Cavabdeh İddiaçı pul ödədiyini iddiaçının iddia ərizəsində etiraf etməsi” məsələsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçının etiraf etdiyi hissədən əlavə pulun ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin mübahisəli mənzilə görə ödədiyi pulu iddiaçıya vermədiyi mübahisəsizdir. Cavabdeh mənzilə görə ödədiyi vəsaiti iddiaçının oğluna verdiyini bildirmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, mənzilə görə pul vəsaitinin X8 verilməsi İddiaçı mənzilə görə pulun ödənilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Çünki həmin vəsaitin X8 verilməsi o zaman mənzilə görə pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin icrası sayıla bilər ki, X12 İddiaçı ixtiyarlı şəxsi olsun. Halbuki, Cavabdeh X7 icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə X7 icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, İddiaçı buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə, 13-cü maddəsinin İ bəndinə 29-cu maddəsinin İ-İİ bəndlərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 146.1, 146.2, 152.1, 157.1-157.2, 157.4-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 216-220, 217 və 233-cü maddələrinə istinadla əsa slandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi aldadaraq onun əmlakını ələ keçirmiş, alğı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməkdən imtina etmiş, vurduğu zərəri, yəni alğı-satqı adı altında aldığı pulları və mənzilin dəyərini müstəsna dərəcədə artıran görülmüş işlərin əvəzini ödəməkdən yayınmışdır. İşin faktiki hallarından da məlum olduğu kimi iddiaçı ilə cavabdeh arasında 2013-cü ildə mübahisə predmeti olan mənzilin alğı-satqı haqqında şifahi formada kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəf cavabdehdə inam, etibar yaradaraq, evi sonuncunun mülkiyyətinə verəcəyini vəd edib illər ərzində pul almışdır. Sonradan isə bu vəziyyətdən istifadə edib, heç bir müqavilənin olmadığını, guya tərəflər arasında kirayə müqaviləsi əsasında münasibətlərin qurulduğunu bildirir. Beləliklə də, iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, cavabdehə əmlakı verməkdən yayınmışdır. İddiaçının hərəkəti mülki hüquqi öhdəliyin yerinə yetirməməsi, cavabdehin əmlak, mülkiyyət hüquqlarının pozulmasıdır. Qeyd edildiyi kimi mənzilin alğı-satqı dəyəri olaraq iddiaçı ilə şərtləşdirilmiş 42.000 manatın 31.100 manatı, yəni xeyli hissəsi cavabdeh tərəfindən ödənilməsinə, həmçinin razılaşma müddətinin bitməməsinə baxmayaraq iddiaçı öhdəliyin şərtlərini yerinə yetirməmiş, iddiaçının davranışına isə birinci instansiya məhkəməsi tərəfin dən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən tələbi pozulan və tətbiq edilməyən digər maddi hüquq normasının MM-nin 157.7-ci maddəsidir. Cavabdeh tərəf mənzilin yaxşılaşdırması üçün məsrəflər çəkmişdir. Bu məsrəflər mənzildən kənar boş sahədə 7000 manata tikilən, evə xidmət edən mətbəx, hamam və tualetin tikilməsi, evin eyvanın 8 kvadrat metr artırmaq üçün çəkilən 3000 manat, evin əsaslı təmiri üçün 8000 manat, plastik qapı-pəncərə üçün 1200 manat, seyf qapı üçün 600 manat məbləğində, ümumilikdə 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində xərc çəkilmişdir. Həmin sərf edilən məbləğ hesabına aparılmış yaxşılaşdırma işlərini mənzildən ayırmaq mümkün deyil. Eyni zamanda həmin işlər mənzilin həm sahəsinin genişlənməsinə, həm əsaslı təmir edilərək mənzilin qiymətinin əhəmiyy ətli dərəcədə artmasına səbəb olmuşdur. Qanunvericilik həmin sərf edilən məbləğin şəxsin, indiki halda cavabdehin tələb etməsinə imkan verir. Görülən işlərin aşkar olunmasına, mübahisələndirilməməsinə və cavabdehin də tələb etməsinə baxmayaraq məhkəmə çəkilən xərclərlə bağlı heç bir münasibət bildirməmiş, cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı tərəf cavabdehə konkret olaraq əmlak zərəri vurmuşdur. Həmin zərərin tələb edilməsi ilə bağlı (31.100 manat barəsində) məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh həmin məbləği iddiaçı deyil, onun ixtiyarlı şəxsi olduğu sübut edilməyən oğlu Samir Zamanova ödəmişdir, beləliklə də cavabdehin tələb hüququnun yaranmadığı göstərmək istəmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-X.Ə.Sarıye v (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) 2(103)-2539/2023 nömrəli, 19 aprel 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzil xx.xx.2003-cü il tarixdə hazırkı iş üzrə Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2011-ci il tarixdə cavabdehin adından X6 həmin mənzili X10 25.000 manata satmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)-241/2012 saylı qətnaməsi ilə Cavabdeh və digərlərinin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılmaları, Bakı Apellya siya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin dəyişidirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə isə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2013-cü il tarixdə X13 hazırki mübahisənin predmeti olan mənzili X2 23508 manata, X5 isə xx.xx.2013-cü il tarixdə qeyd olunan mənzili hazırki iş üzrə İddiaçı 19595 manata satmışdır. Sözügedən mənzil xx.xx.2013-cü il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və həmin vaxtdan hal-hazıradək iddiaçının mülkiyyətindədir.

15. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanın da yerləşən 30.4 kv.m mənzildən cavabdehin çıxarılması üzrə tələbi qanuni olmaqla məhkəmə tərəfindən düzgün olaraq təmin edilmişdir.

16. Kollegiya apellyatorun mənzilə görə şifahi alğı-satqı müqaviləsi bağlanması, mənzil üçün pul ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, daşınmaz əmlaklarla əlaqədar sərəncam verilməsi ilə bağlı əqdlər notariat qaydada bağlanılmalıdır. Cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.

17. Digər tərəfdən məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etirazda qeyd etdiyi “Cavabdeh İddiaçı pul ödədiyini iddiaçının iddia ərizəsində etiraf etməsi” məsələsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçının etiraf etdiyi hissədən əlavə pulun ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin mübahisəli mənzilə görə ödədiyi pulu iddiaçıya vermədiyi mübahisəsizdir. Cavabdeh mənzilə görə ödədiyi vəsaiti iddiaçının oğluna verdiyini bildirmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, mənzilə görə pul vəsaitinin X8 verilməsi İddiaçı mənzilə görə pulun ödənilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Çünki həmin vəsaitin X8 verilməsi o zaman mənzilə görə pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin icrası sayıla bilər ki, X12 İddiaçı ixtiyarlı şəxsi olsun. Halbuki, Cavabdeh X7 icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə X7 icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, İddiaçı buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları mə hkəməyə təqdim etməmişdir.

18. Apellyatorun onun tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, qeyd olunan hal qətnamənin qanuniliyini şübhə altına almamaqla onun ləğvinə səbəb ola bilməz, həmçinin cavabdeh qeyd edilən məsələ ilə bağlı müstəqil tələb şəklində məhkəmədə iddia qaldıra bilər.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 6, 146, 152 və 157-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbləri pozulmuşdur və tətbiq edilməmişdir. İşin faktiki hallarından da məlum olduğu kimi iddiaçı ilə cavabdeh arasında 2013-cü ildə mübahisə predmeti olan mənzilin alqı-satqı haqqında şifahi formada kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəf cavabdehdə inam, etibar yaradaraq, evi sonuncunun mülkiyyətinə verəcəyini vəd edib illər ərzində pul almışdır. Sonradan isə bu vəziyyətdən istifadə edib, heç bir müqavilənin olmadığını, guya tərəflər arasında kirayə müqaviləsi əsasında münasibətlərin qurulduğunu bildirir. Beləliklə də, iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, cavabdehə əmlakı verməkdən yayınmışdır. İddiaçının hərəkəti mülki hüquqi öhdəliyin yerinə yetirməməsi, cavabdehin əmlak, mülkiyyət hüquqlarının pozulmasıdır. Məhkəmə tərəfindən Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə qeyd edilən maddi hüquq norması tətbiq edilməmişdir. İddiaçı tərəf cavabdehə konkret olaraq əmlak zərəri vurmuşdur. Həmin zərərin tələb edilməsi ilə bağlı(31.100 manat barəsində) məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh həmin məbləği iddiaçı deyil, onun ixtiyarlı şəxsi olduğu sübut edilməyən oğlu Samir Zamanova ödəmişdir, beləliklə də cavabdehin tələb hüququnun yaranmadığı göstərmək istəmişdir. Ancaq məhkəmənin nəzərindən qaçır ki, cavabdeh tərəf iddiaçıya ödənilməsi üçün hər ay ödənilən kredit məbləğlərini, iddiaçıya verilməsi üçün məhz iddiaçının göstərişi ilə onun oğlu Samir Zamanova ödəmişdir. Ümumilikdə aylıq pul məbləğlərinin ödənilməsini isə iddiaçı öz iddia ərizəs ində də bəyan etmişdir. Məhkəmənin bu mövqeyi cavabdehin delikt üzrə yaranan hüququnun reallaşmasına imkan verməmişdir. Məhkəmə tərəfindən Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbi pozulmuşdur və tətbiq edilməmişdir. Qeyd edildiyi kimi mənzilin alqı-satqı dəyəri olaraq iddiaçı ilə şərtləşdirilmiş 42.000 manatın 31.100 manatı, yəni xeyli hissəsi cavabdeh tərəfindən ödənilməsinə, həmçinin razılaşma müddətinin bitməməsinə baxmayaraq iddiaçı öhdəliyin şərtlərini yerinə yetirməmiş, iddiaçının davranışına isə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bu barədə işin faktiki hallarında da daha geniş izah verilmişdir. Məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış, işin bütün halları, işdə olan və iddiaçının tələbində haqlılığını göstərən sübutların əhəmiyyəti nə zərə alınmamış, həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə 13, İ bənd Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. Maddə 29, İ-İİ bəndlər Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Tətbiq edilən hüquq Mülki Məcəlləsi

26. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna o lmaqla).

27. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüqu q normaları baxımından əsaslı olaraq ayrılıqda qiymtələndirilmişdir.

39. Kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2539/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar