Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-273/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma; yaşayış sahəsindən istifadə hüququna xitam verilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10042/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satıcı qismində Cavabdeh, ipoteka saxlayan qismində "xxxx" ASC və alıcı qismində İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 222İK/2018 saylı alğı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən Cavabdeh Bakı şəhəri, M.İ.Hinduşah Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzili 140000 manata İddiaçı satmış, İddiaçı isə həmin əmlakı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir.
2. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı-Cavabdeh müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən otuz gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı, 2.2.5-ci bəndinə əsasən isə müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra otuz gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə alıcıya onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətinə əsasən, Bakı şəhəri, M.İ.Hinduşah Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və yaşayış sahəsində istifadə hüququna xitam verilməsi" tələb inə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi, ev 15, mənzil 131 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmaqla bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına tam pay hüququ ilə ********** qeydiyyat nömrəli, RX ******* seriyalı, xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzili 19 oktyabr 2018-ci il tarixdə Cavabdeh 46 saylı Not ariat Kontorunda aralarında təsdiq edilmiş 222İK/2018 saylı alğı-satqı və ipoteka müqaviləsi əsasında 140000 manat məbləğində dəyərini ödəməklə almışdır. Mənzil eyni tarixli və eyni saylı alğı-satqı və ipoteka müqaviləsi əsasında “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səbail Filialında girov saxlanılmış. 18 oktyabr 2018-ci il tarixdə iddiaçı ilə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səbail Filialı arasında 222İK/2018 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən kreditora 300 (üç yüz) ay müddətinə, illik səkkiz faiz dərəcəsi olmaqla 112.000 (yüz on iki min) manat məbləğində pul qaytarılmalıdır. Cavabdehlə iddiaçı arasında mənzilə dair alğısatqı müqaviləsi başa çatandan sonra alğı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən cavabdeh Bu mü qavilə notariat qaydasında təsdiq olunduğu tarixdən otuz gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmalıdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən cavabdeh bu müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 (otuz) gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə Alıcı-İpoteka qoyana onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil verməlidir. Cavabdeh bu günə kimi mənzildən qeydiyyatdan çıxmayaraq mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehə dələlərlə mənzildən çıxmaq tapşırığı verilsə də, o, buna əməl etməmişdir. Hesab edir ki, iddia tələbi təmin olunmaqla Cavabdeh mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi. 15 saylı evin. 131 saylı mənzilindən çıxa rılmalı və həmin mənzildə olan istifadə hüququna xitam verilməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Günay Axundova) ilə iddianın təmin edilməsi, Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzil İddiaçı mülkiyyətindədir, Cavabdeh isə həmin mənzilə dair heç bir hüququ yoxdur. Qanunvericiliyə uyğun olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəy yənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşın a çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sos ial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
8. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddia təmin edilməli, Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 178.1, 228.5, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, o mənzilini notariat kontorunda bağlanmış müqavilə əsasında satsa da, həmin müqavilə formal xarakter daşımışdır. Məhkəmə icraatı çəkişmə prinsipinin pozulması ilə aparılmışdır.
12. Bakı Apellyasiya məhkəməsinin 2(103)-10042/2021 nömrəli mülki iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ( hakimlər Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apelyasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsassız olduğunu bildirmişdir.
14. Apellyasiya şikayətinin müqavilənin etibarsızlığı ilə əlaqədar dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh əqdin etibarsızlığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun alğı-satqı müqaviləsinin notariat orqanında bağlaması müqavilə bağlanarkən Mülki Məcəllədə nəzərdə tutulan şərtlərə riayət edilməsinə dəlalət edir. Bundan əlavə Cavab deh həm əqd bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulmasına, həm əqd bağlanarkən aldadıldığına, həm də hüquqi nəticə yaratmayan uydurma əqd bağlaması ilə bağlı maddi hüquq normalarına istinad etsə də bunun faktiki hallarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Cavabdeh istinad etdiyi halların hamısının eyni zamanda mümkünlüyü ziddiyyət təşkil etdiyinə görə inandırıcı deyildir.
15. Cavabdeh apellyasiya şikayətininin çəkişmə prinsipinin pozulmasına dair dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili Vəkil2 iştirak etmiş, iddiaçı özü dəfələrlə məhkəməyə ərizələrlə müraciət etmiş və onun prosesdə iştirakı və sübutların təqdim olunması üçün zəruri şərait yaradılmışdır
16. Məhk əmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 178.1, 228.5, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152-ci maddəsinin tələbini pozmuşdur. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X2 Naxçıvani küçəsi ev 15,131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh h əmin mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Həmin qərar qəbul edilərkən dəlillər araşdırılmamışdır. Belə ki, həmin mənzil cavabdeh tərəfindən ipotekaya iddiaçının hərbiçi olduğu üçün güzəştli şərtlərdən yararlanmaq məqsədilə sonuncunun adına rəsmiləşdirilmişdir. Hətta cavabdeh əl yazısı yazaraq bu halı təsdiq etməklə bu mənzilə qarşı hər hansı bir iddiasının olamadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)10042/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi çıxarılan zaman cavabdeh məhkəmənin yeri və vaxtı barəsində dəqiq məlumatlı olmadığı üçün iştirak edə bilməmişdir. Həmçinin cavabdehin səhhətində yaranmış problemlərlə əlaqədar bu işlərlə maraqlanmamışdır. Çünki iddiaçı sonuncunun məhkəməyə təqdim edəcəyim sübutların olduğu nu bildiyi üçün cavabdehə barışıq təklif etmişdir. Bu səbəbdən də cavabdeh ona inandığı üçün Bakı Apellyasiya məhkəməsinin müvafiq qətnaməsindən şikayət verməmişdir. Cavabdeh məhkəmə qətnaməsindən Yasamal rayon icra şöbəsindən çağırış aldığı zaman məlumatlı olmuşdur. Həmin ərəfədə isə cavabdeh ürək əməliyyatı üçün Türkiyə Respublikasına getmişdir. Cavabdehin məhkəməyə əhəmiyyətli sübut təqdim edəcəyini və səhhətində olan problemi nəzərə alaraq buraxılmış prossesual müddətin üzrlü sayılaraq bərpa edilməsini xahiş edir. Sözügedən əl yazısı birinci instansiya məhkəməsində təqdim olunmadığından məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Məhkəmə iddiaçının adına olan sənədləri əsas götürməklə iddiasını təmin etmişdir. Lakin əslində həmin alğı-satqı müqaviləsi və onun əsas ında alınmış çıxarış ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
20. Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. Mülkiyyət hüququ İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə
22. Maddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərə kətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir
24. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri ö z yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu 2
5. Maddə
1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyat a alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
26. Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanl arı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeyd iyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi n əticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-10042/2021 nömrəli mülki iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.