Məhkəmə qərarları › İş №2(104)-745/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-745/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-745/2023 18.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili X4, ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı «cehiz əşyaları ilə birlikdə evdən çıxarılma» tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2322/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cehiz əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqlarının cavabdeh İddiaçı mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2322/2022 saylı qətnaməsi (hakim T.Musayev) ilkin iddia tələbi təmin edilmiş, cavabdeh X8 özünə məxsus şkaf, iki nəfərlik çarpayı, 2 ədəd tumba, termo, 2 də döşək, 2 ədəd yorğan və 2 ədəd balıncdan ibarət yataq dəsti, divan-kreslo, 1 ədəd şkaf (qorka), 1 ədəd stol və 6 ədəd stuldan ibarət qonaq dəsti, soyuducu, lüstur, 3 ədəd xalça (2x3m, 1.5x1m, 1.5x1m), paltaryuyan maşın, yemək dəsti, çay dəsti, xrustal qablar (meyvə qabı, gülqabı), qazan dəsti, stəkan-nəlbəki dəsti, şirəli vedrə, qaşıq-çəngəl dəsti və tül pərdələrdən ibarət cehiz əşyaları ilə birlikdə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ilkin İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. Belə ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə onun oğlu Röyal ilə faktiki olaraq evlənmiş, xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 2014-cü il tarixdə Zəhra və 2017-ci il tarixdə Nilay adlı uşaqları doğulmuşdur. Cavabdeh toy günü ona məxsus olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Lakin, ailə münasibətlərinin pozulması zəminində oğlu ilə cavabdeh ayrılmışlar, onlar arasında olan rəsmi nikah xx.xx.2022-ci il tarixli qətnamə əsasında ləğv edilmişdir. Buna baxmayaraq, cavabdehə məxsus cehiz əşyaları hələ də onun evində qalmaqda davam edir. Oğlu ilə cavabdehin ailə münasibətləri 6 ayda çoxdur ki, pozulmasına baxmayaraq, cavabdeh özünə məxsus cehiz əşyalarını onun evindən könüllü çıxarmamışdır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Onun evi 2 yaşayış otağından, aynabənddən və mətbəxdən (köməkçi hissələr) ibarətdir. Cavabdehin cehiz əşyaları onun evində olduğu üçün evində yer yoxdur və o, arvadı ilə məcbur olub mətbəxdə yaşayır. Bu səbəbdən hər gün cavabdehlə aralarında söz-söhbət yaranır, habelə cavabdeh azyaşlı uşaqlarını evdə qoyaraq gecələr evdən gedir, səhərə yaxın isə evə gəlir. Aralarında olan mübahisəyə son qoyulması isə cavabdehin ona məxsus evdən çıxarılması nəticəsində mümkün ola bilər. Cavabdeh isə könüllü olaraq ona məxsus evdən çıxmaqdan imtina etmişdir. Həmçinin, cavabdehə məxsus şkaf, iki nəfərlik çarpayı, 2 ədəd tumba, termo, 2 ədəd döşək, 2 ədəd yorğan və 2 ədəd balıncdan ibarət yataq dəsti, divan-kreslo, 1 ədəd şkaf (qorka), 1 ədəd stol və 6 ədəd stuldan ibarət qonaq dəsti, soyuducu, lüstur, 3 ədəd xalça (2x3m, 1.5x1m, 1.5x1m), paltaryuyan maşın, yemək dəsti, çay dəsti, xrustal qablar (meyvə qabı, gülqabı), qazan dəsti, stəkan-nəlbəki dəsti, şirəli vedrə, qaşıq-çəngəl dəsti və tül pərdələr hazırda onun evindədir. Artıq cavabdehin hərəkətləri onları bezdirmiş, ona görə də cavabdehin cehiz əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılmasını istəyir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı onun keçmiş qayınatasıdır. Belə ki, o, 04 noyabr 2013-cü il tarixdə cavabdehin oğlu ilə faktiki olaraq evlənməklə, 12 iyul 2017-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 20 sentyabr 2014-cü il tarixdə Zəhra və 10 may 2017-ci il tarixdə Nilay adlı uşaqları doğulmuşdur. Toy günü ərinin və onun ailə üzvlərinin istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, həmin vaxtdan hazırki vaxta qədər mübahisəli evdə yaşayır. Uşaqları da həmin evdə doğulmuşdur. Hazırda ona və uşaqlarına məxsus əmlaklar mübahisəli evdədir. Onun yaşamağa başqa evi yoxdur. Hesab edir ki, onun azyaşlı uşaqları ilə birlikdə evdən istifadə hüququ tanınmalıdır. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndi, Ü.Hacıbəyov küçəsində yerləşən 0.33 ha torpaq sahəsinin 0.0450 ha hissəsi paylı mülkiyyət hüququ üzrə X1, 0.0450 ha hissəsi X2, 0.24 ha hissəsi İddiaçı, 7 saylı fərdi yaşayış evi isə tam mülkyiyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-444/2022 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında 12 iyul 2017-ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 312 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından 20 sentyabr 2014-cü il tarixdə doğulmuş Zəhra və 10 may 2017-ci il tarixdə doğulmuş Nilay adlı uşaqların Cavabdeh yanında qalması, 14 sentyabr 2021-ci il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o cavabdeh tərəfindən mübahisəli mənzilə köçürüləndə, ailə üzvü kimi ailəyə qəbul olunanda, cehiz əşyaları həmin mənzilə yığılanda ev qanunsuz tikili idi. Bu evə heç bir qeyd şərt göstərilmədən köçürülmüşdür. Sonradan ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış və əri Röyal da paylı mülkiyyətçi olmuşdur. Ona heç nə düşməsin deyə Röyal öz payını atasına, hazırkı iddiada iddiaçıya bağışlamışdır. Məhkəmə isə bunları nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini qeyd edib əlavə olaeraq izahatında bildirmişdir ki, Cavabdeh həmin evdən indiyə qədər çıxmamışdır və hazırki vaxtadək həmin evdə yaşayır. Cehiz əşyaları da həmin evə yığılmışdır. Sonuncu həmin evdə pasport qeydiyyatdadır. Həmçinin, evin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdədir və keçmiş əri Röyal Hüseynov paylı mülkiyyətçidir. İddiaçı olan keçmiş qayınatasına isə evi sonradan 2022-ci il tarixdə bağışlamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin vəkili X6 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator qətnaməni bütövlükdə mübahisələndirmişdir. Ona görə də qətnamənin əsaslılığı ona münasibətdə bütövlükdə yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixdə iddiaçının oğlu R.Hüseynovla faktiki olaraq evlənmiş, xx.xx.2017-ci ildə nikahları rəsmiləşmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Zəhra və xx.xx.2017-ci il təvəllüdlü Nilay adlı uşaqları doğulmuşdur. İddiaçı gəlin kimi ərinin və onun ailə üzvlərinin istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əşyalarınıda həmin evə yığmışdır. Lakin iddiaçının oğlu R.Hüseynovla cavabdehin arasındakı münasibətlər pozulmuş və onlar məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Hazırda iddiaçı, cavabdehlə münasibətlərinin pis olduğunu və onunla birlikdə mübahisəli evdə birgə yaşamasının qeyri-mümkün olduğunu göstərib, cavabdehin cehiz əmlakları ilə birlikdə evdən çıxarılmasını tələb edir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixdə qüeydiyyata alınaraq ********** nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında Plenum öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Məhkəmə kollegiyası həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq qeyd edir ki, Cavabdeh ilə iddiaçının oğlu Röyal Hüseynov 2013-cü ilin noyabr ayında faktiki nikah münasibətinə girib, (onlar 12 iyul 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar) həmin vaxt mübahisəli evə köçdüyündən, mübahisəli evə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu normaların düzgün tətbiqi üçün ilk növbədə ilkin iddia üzrə Cavabdeh evin mülkiyyətçisinin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iddiaçı Cavabdehə münasibətdə həmin şəxslərə aid deyildir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk İddiaçı oğlu Röyal Hüseynov arasında olan ailə münasibətləri 2022-ci ilin yanvar ayında qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən pozulduqdan sonra mübahisəli evə dair ilk İddiaçı 2022-ci ilin iyun ayında mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin tələbləri baxımından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli evdən istifadə etmək hüququ yaranmamışdır. Kollegiya xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası bildirir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından onun həmin evdə yaşaması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməkdə əsaslı nəticəyə gəlmişdir. Qarşılıqlı iddia tələbi üzrə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Çünki, məhkəmə kollegiyası yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən və Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli fərdi yaşayış evi üzərində hər-hansı bir əşya hüququ qeydə alınmadığından, mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından onun mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması üçün əsaslar olmamış və cavabdehin iddiaçını saxlamaq kimi vəzifəsi müəyyən olunmamışdır. Eyni zamanda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, həmçinin o, maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2322/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar