Məhkəmə qərarları › İş №2(103)-2539/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2539/2023

19.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2539/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzildəmn çıxarılma və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X17 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndəiştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar2023-cü il tarixli, 2(006)-354/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzili kirayə şəklində yaşaması üçün Cavabdeh vermişdir. 2.Cavabdeh bir müddətdən sonra razılaşmış kirayə haqqı məbləğini ödəmədiyinə görə iddiaçı mənzili boşaldıb təhvil verilməsini tələb etmiş, lakin cavabdeh mənzildən çıxmadığına görə iddiaçı mülkiyyətçi olaraq cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5- 05101- 093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılması və mənzilin iddiaçının qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzil İddiaçı mülkiyyətindədir. İddiaçı 2013-cü il tarixdə həmin mənzili alandan sonra Cavabdeh kirayə ev axtardığını, həmin evdə kirayə yaşamaq istədiyini bildirmişdir. İddiaçı buna etiraz etməmiş və cavadeh həmin evdə kirayə yaşamağa başlamışdır. Tərəflərin ilkin razılaşmasına görə aylıq icarə haqqı 200 manat təşkil etmiş, daha sonra icarə haqqı 300 manata qədər artmışdır. 2020-ci il tarixə kimi cavabdeh kirayə haqlarını ödəmiş, lakin bütün dünyada baş vermiş “COVİD19” pandemiyası başladıqdan sonra kirayə haqlarını ödəməkdən yayınmışdır. İddiaçı da buna göz yummuş, həmin vaxt bir müddət icarə haqqı da tələb etməmişdir. 2021-ci ildən etibarən isə cavabdeh ümumilikdə icarə haqqını ödəməmişdir. Buna görə də iddiaçı cavabdehdən mənzili boşaldıb, təhvil verməsini tələb etmişdir. Lakin cavabdeh iddiaçının bu haqlı tələbinə bu günə kimi məhəl qoymamışdır. Dəfələrlə bu barədə şifahi danışıqları olsa da, cavabdeh aqressiv şəkildə, iddiaçını nalayiq ifadələrlə təhqir edərək mənzili tərk etməkdən yayınır. İddiaçı tərəfin əldə etdiyi məlumata görə, Cavabdeh daha əvvəl Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29, 6 nömrəli mənzilin mülkiyyətçisi olmuş, evi başqa bir şəxsə satmışdır. Daha sonra o, həmin mənzildə kirayə yaşamış və həmin vaxtdan da evdən çıxmaqdan imtina etmişdir. Həmin şəxslər də cavabdehə qarşı məhkəmədə iddia qaldırmaqla onu evdən çıxarmışlar. İddiaçı isə evi alan zaman bu barədə məlumatı olmamış, cavabdeh özü bu barədə iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan mənzili tərk etməməklə iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 5.Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, Zəngilan rayonu, Ağbis kəndində qeydiyyatda olmaqla 1993-cü ildən Zəngilan rayonunun işğalından sonra hal-hazıra kimi Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin, 6 nömrəli mənzilində məskunlaşaraq yaşamışdır. 2013-cü ilin təxminən mart-aprel aylarında mənzilin qapısı döyülmuş, qapını döyən şəxs özünü X5 təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin, 6 nömrəli mənzilin mülkiyyyətçisi, eyni zamanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirmişdir. X20 cavabdehə, həmçinin, bildirmişdir ki, mənzili 28000 (iyirmi səkkiz min) manata satın almış, məqsədi isə evi ucuz alıb baha sataraq əlavə pul qazanmaqdır. Cavabdeh X6 evin onun olmasını təsdiq edən sənədini təqdim etməsini tələb etmiş, Zəngilan rayonundan məcburi köçkün olduğunu və yaşamağa başqa yerinin olmadığını bildirdikdən və X20 “məcburi köçkün” ifadəsini eşitdikdən sonra özünü narahat hiss etməyə başlamış, cavabdehin yaşamağa başqa yerinin olmadığını görüb ona həmin mənzildə yaşaya-yaşaya, kredit kimi, banksız, hissə-hissə pul ödəməklə mənzili 42000 (qırx iki min) manata, yəni aldığı qiymətin yarısı qədər də əlavə pul ödəniləcəyi təqdirdə sata biləcəyini demişdir. Cavabdeh mənzilin hissə-hissə ödəniş olmaqla satılması təklifinə razılaşmış, aylıq 250- 300 manat ödəmək şərtilə, cəmi 42000 manata Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili almışdır. X20 mənzilə dair sənədləri çıxarış alması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verdiyini bildirmişdir. X20 2 ay mənzilin çıxarışını təqdim etmədən Cavabdeh hər ay 250 manat olmaqla 500 manat pul almışdır. Cavabdeh X6 mənzilin çıxarışını gətirib təqdim etməsini və aralarında müqavilə bağlanmasını tələb etdikdə sonuncu mənzilin anası İddiaçı adına qeydə alınmasını təsdiq edən Çıxarış təqdim etmişdir. Cavabdeh X6 anası İddiaçı da gəlib aralarında olan razılaşmaya razı olub-olmadığını üz-üzə müzakirə etdikdən sonra aylıq 300 manatdan ödəniş edə biləcəyini bildirmişdir. Bir gün X20 bir qadınla gəlmiş və həmin qadının anası Çimnaz olduğunu bildirərək mənzili 42000 manata Cavabdeh hissə-hissə ödəməklə satılmasından anasının xəbəri olduğunu bildirdikdən sonra Cavabdeh İddiaçı sual verərək evin sahibi kimi oğlu Samir Zeynalov ilə aralarında olan razılaşmadan da xəbərinin olubolmadığını soruşmuş, iddiaçı oğlu Samir Zeynalovun Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili Cavabdeh 42000 manata satmasından və həmin pulu da hissə-hissə ayda 300 manat olmaqla ödəcəyi barədə razılaşmadan xəbəri olduğunu bildirərək mənzili almaq üçün hissə-hissə ödənilən 300 manat aylıq pulunun Samir Zeynalova verilməsini xahiş etmişdir. Cavabdeh onlara inanaraq 2013-cü ilin Novruz bayramı ərəfəsində martaprel ayından 2021-ci ilin noyabr ayınadək hər ay 300 manat olmaqla 3100 (üç min yüz) manat mənzilə görə pul ödəmiş, həmin puldan əlavə evi özü alacaqdı deyə həyətdə qonşuların gedişgəlişinə maneə yaratmayacaq bir ölçüdə mənzil istismar sahəsi ilə razılaşdırmaqla mənzilin yanında olan boş sahədə 7000 (yeddi min) manata mətbəx və hamamtualet tikdirmiş, əlavə 3000 (üç min) manat xərc çəkərək evin eyvanını da 8 kv.metr qabağa çəkərək böyütmüşdür. Məcburi köçkün ailəsi olduğuna görə qonşular və MKİS-nin əməkdaşları cavabdehə çox hörmət qoymuşlar. Bundan başqa, həmin mənzilin təmirinə 8000 (səkkiz min) manat xərc çəkmiş, 1200 (min iki yüz) manat dəyərində plastik qapı-pəncərə və 600 (altı yüz) manat mənzilə dəmir seyf qapı qoydurmuşdur. Yaşadığı məhəllədə mənzilin sahibi kimi onu tanıyırlar. 2021-ci ilin noyabr ayında mənzilin kredit pulundan 300 manat ödədikdən sonra Samir və anası Çimnaz məhəllənin ümumi plana düşdüyünü eşidib mənzili Cavabdeh satmaq fikrindən daşınmışlar, onlar arasında yaranan mübahisə bina tikmək istəyən şirkətin rəhbərliyinə də gedib çıxmışdır. Belə ki, məhəlləni alıb bina tikmək istəyənlər Cavabdeh və ailə üzvlərini məcburi köçkün kimi hara isə yerləşdirərək sonuncuları oradan köçürtmək istədiklərini bildirdikdə X20 və anası İddiaçı buna qəti etirazlarını bildirərək, mübahisəli mənzilin mülkiyyətçiləri onlar olduğu halda həmin mənzilə dair kompensasiyanın Cavabdeh deyil, onlara çatmalı olduğunu bildirmişlər. Orada bina tikmək istəyən şirkətin əməkdaşları X11 və İddiaçı xəbərdarlıq edərək bildirmişlər ki, Cavabdeh və ailə üzvlərinin harada yerləşdirilməsinin və ya köçürülməsinin onlara düşəcək kompensasiyanın məbləğinə heç bir aidiyyəti olmayacaqdır. Beləliklə, X20 ilə İddiaçı birləşərək aralarında olan razılaşmanı pozmuşlar. Cavabdeh X20 və İddiaçı mənzilin dəyərindən kreditlə hissə-hissə ödədiyi 31100 (otuz bir min yüz) manat, mənzilin təmiri üçün xərclədiyi 8000 (səkkiz min) manat, evin eyvanının 8 kv.metr qabağa çəkmək üçün xərclədiyi 3000 (üç min) manat, plastik qapıpəncərə üçün xərclədiyi 1200 (min iki yüz ) manat və mənzilin giriş qapısı üçün verdiyi 600 (altı yüz) manat olmaqla, ümumi məbləği 50900 (əlli min doqquz yüz) manat olan pulunun qaytarılmasını tələb etmiş, lakin Samir Zamanov Cavabdeh və uşaqlarına hədəqorxu gələrək Dövlət Təhlükəsizliyi Xidmətinin məxfi əməkdaşı olduğunu bildirmiş, sonradan isə mənzilin pulunu anası İddiaçı tələb etməsini demişdir. Beləliklə, özünü əvvəl Milli Təhlükəsizlik Nazirliyinin, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək X1 Çimnaz Qurban qızı ilə əvvəlcədən əlbir olaraq Cavabdeh aldatmış, etibardan sui-istifadə edərək sonuncunun 50900 (əlli min doqquz yüz) manat pulunu mənimsəyərək vermirlər. X6 və İddiaçı pulunu tələb etdikdə bildirmişlər ki, Cavabdeh həmin pulu onların mənzilində yaşadığına görə kirayə haqqı kimi əvəzləşdirmişlər. Halbuki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzilində 1993cü ildən Zəngilan rayonu işğal olunandan məskunlaşaraq yaşayır. Məcburi köçkünlərin məskunlaşdıqları yerdən dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edilməyənədək köçürülməsi mümkün deyil. İddiaçı övladı X12 da bu çirkin oyununa alət edərək ev satmaq adı ilə Cavabdeh aldıqları pulları mənimsəyərək Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət törətmişlər. Bundan başqa, X20 özünü DTX əməkdaşı kimi təqdim edərək tutduğu mövqeyindən və vəzifəsindən sui istifadə etməklə Cavabdeh təhdid edərək hədələmiş və qanunsuz yolla 50900 (əlli min doqquz yüz) manat pulu mənimsəmişdir. Cavabdeh İddiaçı pul ödədiyini iddiaçı iddia ərizəsində etiraf etmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməməsini xahiş etdi. 6.Bakı şəhəri NəsimiRayon Məhkəməsinin (bundan sonra-məhkəmə)23 yanvar 2023-cü il tarixli, 2(006)-354/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılması, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı verilməsi, qalan 50 manat hissəsinin isə İddiaçı aid edilməsi qət edilmişdir. 7.İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Mənzil məsələləri üzrə ictimai komissiyasının 6 nömrəli xx.xx.2001-ci il tarixli protokolundan (Bakı şəhər İcra Hakimiyyəti Başçısının 694 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir) çıxarışdan görünür ki, BŞİH-nə daxil olmuş xx.xx.2001-ci il tarixli, M-1692 nömrəli ərizə Nəsimi rayonu, Ermənistan Respublikasından qaçqın düşmüş Cavabdeh yaşadığı Nəsimi rayonu, R.Axundov küç.29 6 №-li evdə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi məsələsinə razılıq verilməsi qərara alınmışdır. 8.İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2002-ci il tarixli 37 nömrəli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, R.Axundov küçəsi, ev 29, mənzil 6 ünvanında yaşayır və xx.xx.2002-ci il tarixdən həmin mənzildə qeydiyyata alınmışdır. 9.İş materiallarında olan AZE seriyalı 07398445 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1954-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Vəsiqənin verilmə tarixi xx.xx.2010-cu ildir. 10.İş materiallarıda olan xx.xx.2011-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh adından Məmmədova Zümrüd Əsgər qızı Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 30.7 kv.m. olan 1 otaqlı 6 saylı mənzili X13 25.000 (iyirmi beş min) manata satmışdır. 11.İş materiallarıda olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(101)- 769/2011-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmamaqla 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun 2010-cu ilin sentyabrın 3-də həbsdə saxlanıldığı 1 (bir) il 1 (bir) ay 7 (yeddi) gün təyin edilmiş cəzadan çıxılmaqla barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmuş, 3 (üç) il sınaq müddəti müəyyən edilərək üzərindəki qəti olaraq əmlakı müsadirə olunmamaqla 5 (beş) il 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunmuş, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Cavabdeh davranışı üzərində nəzarət Bakı şəhərinin Nəsimi Rayon İcra Şöbəsinə həvalə olunmuş, sınaq müddəti ərzində Cavabdeh üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. 12.İş materiallarıda olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixdə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzilin (reyestr nömrəsi: **********05-05101-093004) hüquq subyekti X14r. 13.İş materiallarıda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil (reyestr nömrəsi: **********05-05101-093004) xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 606 nömrəli reyestr kitabının 55635 nömrəli vərəqində X8 adına qeydiyyata alınmışdır. 14.İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)-241/2012 saylı qətnaməsindən görünür ki, ilkin iddia ərizəsinin qismən edilməsi, cavabdehlər Cavabdeh, X15 və X16 Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin, 6 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh, X15 və X16 əşyaları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin, 6 nömrəli mənzilindən çıxarılmaları, ilkin iddia ərizəsi qalan hissədə və qarşılıqlı iddia ərizəsi əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. 15.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh, cavabdehlər X24, X25, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Zümrüd Əsgər qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli qətnaməsinin dəyişidirilmədən saxlanılması qət edilmişdir. 16.İş materiallarıda olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmmədova Zümrüd Əsgər qızının kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. 17.İş materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X21 Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən ümumi sahəsi 30.4 kv.m., yaşayış sahəsi 16.5 kv.m., yardımçı sahəsi 13.9 kv.m. olan 1 otaqdan ibarət 6 nömrəli mənzili X4 23508 (iyirmi üç min beş yüz səkkiz) manata satmışdır. 18.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil (reyestr nömrəsi: **********05-05101-093004) xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 606 nömrəli reyestr kitabının 55635 nömrəli vərəqində X3 adına qeydiyyata alınmışdır. 19.İş materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X7 ümumi sahəsi 30.4 kv.m., yaşayış sahəsi 16.5 kv.m., yardımçı sahəsi 13.9 kv.m. olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 1 otaqlı 6 nömrəli mənzili İddiaçı 19595 (on doqquz min beş yüz doxsan beş) manata satmışdır. 20.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzil (reyestr nömrəsi: **********05-05101-093004) xx.xx.2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) 606 nömrəli reyestr kitabının 55635 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. 21.İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir. 22.İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Muradova X19 rayon sakinidir, Nəsimi rayonu, R.Axundov küçəsi, ev 29, mənzil 6 ünvanında müvəqqəti məskunlaşmışdır. Vətəndaş Cavabdeh qeyd olunan ünvanda xx.xx.1995-ci ildən siyahıya alınmışdır. 23.İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 16 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Muradova X19 rayonundan məcburi köçkündür, R.Axundov küçəsi, ev 29, mənzil 6 ünvanında müvəqqəti qeydiyyatdadır. 24.İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********90 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsində yerləşən 29 nömrəli evin 6 nömrəli mənzili xx.xx.2003-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-7/930 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı DNK-nın 4Ə-58 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı ASAN Xidmət mərkəzinin notariusu B.Ə.Bağırzadə tərəfindən təsdiq edilmiş 4Ə-384 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 25.İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 15396-5/D saylı arayışından görünür ki, şöbənin icraatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 241/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi xx.xx.2013-cü il tarixdə daxil olmuşdur. xx.xx.2013-cü il tarixdə icra sənədinə xitam verilməsi üçün 17/70-898/9 saylı müşaiətedici məktubla məhkəməyə təqdimatla müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-241/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi üzrə 077/2013 saylı icra işi arxivdə aşkar edilmədiyi üçün mülki işin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. 26.İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 02/31 nömrəli cavab məktubundan görünür ki, Komitənin Regional idarətetmə və status şöbəsinin 2007-2022-ci illəri əhatə edən elektron məlumat bazasında Cavabdeh “qaçqın” və ya “məcburi köçkün” statusuna malik olub-olmaması barədə heç bir məlumat aşkar edilməmişdir. 27.Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, hazırkı mübahisənin predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzil xx.xx.2003-cü il tarixdə hazırki iş üzrə Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2011- ci il tarixdə cavabdehin adından Məmmədova Zümrüd Əsgər qızı həmin mənzili X13 25.000 manata satmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)-241/2012 saylı qətnaməsi ilə Cavabdeh və digərlərinin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılmaları, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin dəyişidirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə isə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2013-cü il tarixdə X21 hazırki mübahisənin predmeti olan mənzili X4 23508 manata, X7 isə xx.xx.2013-cü il tarixdə qeyd olunan mənzili hazırki iş üzrə İddiaçı 19595 manata satmışdır. Sözügedən mənzil xx.xx.2013-cü il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və həmin vaxtdan hal-hazıradək iddiaçının mülkiyyətindədir. 28.Məhkəmə iddia tələbinin “Cavabdeh xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********5-05101-093004 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzilin hazırki iş üzrə İddiaçı mülkiyyətində olması müəyyən edildiyindən iddiaçının tələbi bu hissədə haqlıdır və təmin edilməlidir. 29.Məhkəmə hesab etmişdir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 nömrəli mənzilin mülkiyyətçisidir, Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını pozaraq, onun iradəsi ziddinə, heç bir haqq ödəmədən iddiaçıya məxsus əmlakda heç bir qanuni əsas olmadan yaşayır və həmin əmlakdan istifadə edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən çıxarılmalıdır. 30.Məhkəmə iddia tələbinin “mənzilin İddiaçı qanuni istifadəsinə qaytarılması” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinin təmin edilməsi özlüyündə mənzilin İddiaçı qanuni istifadəsinə qaytarılması ilə eyni mənanı ifadə etdiyindən, iddia tələbinin bu hissəsinin təmin edilməsinə prosessual qənaət prinsipi baxımından lüzum qalmamışdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməməlidir. 31.Məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etirazda qeyd etdiyi “Cavabdeh İddiaçı pul ödədiyini iddiaçının iddia ərizəsində etiraf etməsi” məsələsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçının etiraf etdiyi hissədən əlavə pulun ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin mübahisəli mənzilə görə ödədiyi pulu iddiaçıya vermədiyi mübahisəsizdir. Cavabdeh mənzilə görə ödədiyi vəsaiti iddiaçının oğluna verdiyini bildirmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, mənzilə görə pul vəsaitinin X11 verilməsi İddiaçı mənzilə görə pulun ödənilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Çünki həmin vəsaitin X11 verilməsi o zaman mənzilə görə pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin icrası sayıla bilər ki, X20 İddiaçı ixtiyarlı şəxsi olsun. Halbuki, Cavabdeh X9 icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə X9 icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, İddiaçı buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 32.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. 33.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə, 13-cü maddəsinin İ bəndinə 29-cu maddəsinin İ-İİ bəndlərinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 146.1, 146.2, 152.1, 157.1-157.2, 157.4-ci;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 216-220, 217 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 34.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 35.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi aldadaraq onun əmlakını ələ keçirmiş, alğı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməkdən imtina etmiş, vurduğu zərəri, yəni alğı-satqı adı altında aldığı pulları və mənzilin dəyərini müstəsna dərəcədə artıran görülmüş işlərin əvəzini ödəməkdən yayınmışdır. İşin faktiki hallarından da məlum olduğu kimi iddiaçı ilə cavabdeh arasında 2013-cü ildə mübahisə predmeti olan mənzilin alğı-satqı haqqında şifahi formada kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəf cavabdehdə inam, etibar yaradaraq, evi sonuncunun mülkiyyətinə verəcəyini vəd edib illər ərzində pul almışdır. Sonradan isə bu vəziyyətdən istifadə edib, heç bir müqavilənin olmadığını, guya tərəflər arasında kirayə müqaviləsi əsasında münasibətlərin qurulduğunu bildirir. Beləliklə də, iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, cavabdehə əmlakı verməkdən yayınmışdır. İddiaçının hərəkəti mülki hüquqi öhdəliyin yerinə yetirməməsi, cavabdehin əmlak, mülkiyyət hüquqlarının pozulmasıdır. Qeyd edildiyi kimi mənzilin alğı-satqı dəyəri olaraq iddiaçı ilə şərtləşdirilmiş 42.000 manatın 31.100 manatı, yəni xeyli hissəsi cavabdeh tərəfindən ödənilməsinə, həmçinin razılaşma müddətinin bitməməsinə baxmayaraq iddiaçı öhdəliyin şərtlərini yerinə yetirməmiş, iddiaçının davranışına isə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən tələbi pozulan və tətbiq edilməyən digər maddi hüquq normasının MM-nin 157.7-ci maddəsidir. Cavabdeh tərəf mənzilin yaxşılaşdırması üçün məsrəflər çəkmişdir. Bu məsrəflər mənzildən kənar boş sahədə 7000 manata tikilən, evə xidmət edən mətbəx, hamam və tualetin tikilməsi,evin eyvanını 8 kvardat metr artırmaq üçün çəkilən 3000 manat, evin əsaslı təmiri üçün 8000 manat, plastik qapı-pəncəə üçün 1200 manat, seyf qapı üçün 600 manat məbləğində, ümumilikdə 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində xərc çəkilmişdir. Həmin sərf edilən məbləğ hesabına aparılmış yaxşılaşdırma işlərini mənzildən ayırmaq mümkün deyil. Eyni zamanda həmin işlər mənzilin həm sahəsinin genişlənməsinə, həm əsaslı təmir edilərək mənzilin qiymətinin əhəmiyyətli dərəcədə artamasına səbəb olmuşdur. Qanunvericilik həmin sərf edilən məbləğin şəxsin, indiki halda cavabdehin tələb etməsinə imkan verir. Görülən işlərin aşkar olunmasına, mübahisələndirilməməsinə və cavabdehin də tələb etməsinə baxmayaraq məhkəmə çəkilən xərclərlə bağlı heç bir münasibət bildirməmiş, cavabdehin əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı tərəf cavabdehə konkret olaraq əmlak zərəri vurmuşdur. Həmin zərərin tələb edilməsi ilə bağlı(31.100 manat barəsində) məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh həmin məbləği iddiaçı deyil, onun ixtiyarlı şəxsi olduğu sübut edilməyən oğlu Samir Zamanova ödəmişdir, beləliklə də cavabdehin tələb hüququnun yaranmadığı göstərmək istəmişdir. Ancaq məhkəmənin nəzərindən qaçır ki, cavabdeh tərəf iddiaçıya ödənilməsi üçün hər ay ödənilən kredit məbləğlərini, iddiaçıya verilməsi üçün hər ay ödənilən kredit məbləğlərini, iddiaçıya verilməsi üçün məhz iddiaçının göstərişi ilə onun oğlu Samir Zamanova ödəmişdir. Ümumilikdə aylıq pul məbləğlərinin ödənilməsini isə iddiaçı öz iddia ərizəsində də bəyan etmişdir. Məhkəmənin bu mövqeyi cavabdehin delikt üzrə yaranan hüququnun reallaşmasına imkan verməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iş tam, hərtərəfli, obyektiv araşdırılmamış, yalnız iddiaçı tərəfin dəlillərinə istinad etməklə əsassız qətnamə qəbul olunaraq cavabdehin əmlak hüquqları pozulmuşdur. Cavabdehin iddiaçıya pul ödəməsinə, bu faktın da iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 36.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 37.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 38.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 39.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 40.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

41. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 42.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 43.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 44.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 45.Maddə 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 46.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 47.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 48.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 50.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51.Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarının araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, mübahisə predmeti olan mənzil xx.xx.2003-cü il tarixdə hazırkı iş üzrə Cavabdeh adına ilkin qeydiyyatdan keçmiş, xx.xx.2011- ci il tarixdə cavabdehin adından Məmmədova Zümrüd Əsgər qızı həmin mənzili X13 25.000 manata satmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2012-ci il tarixli 2(006)-241/2012 saylı qətnaməsi ilə Cavabdeh və digərlərinin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə çıxarılmaları, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə həmin qətnamənin dəyişidirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3544/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə isə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2188/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. xx.xx.2013-cü il tarixdə X21 hazırki mübahisənin predmeti olan mənzili X4 23508 manata, X7 isə xx.xx.2013-cü il tarixdə qeyd olunan mənzili hazırki iş üzrə İddiaçı 19595 manata satmışdır. Sözügedən mənzil xx.xx.2013-cü il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır və həmin vaxtdan halhazıradək iddiaçının mülkiyyətindədir. 53.Belə olan halda kollegiya hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30.4 kv.m mənzildən cavabdehin çıxarılması üzrə tələbi qanuni olmaqla məhkəmə tərəfindən düzgün olaraq təmin edilmişdir. 54.Kollegiya apellyatorun mənzilə görə şifahi alğı-satqı müqaviləsi bağlanması, mənzil üçün pul ödənilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, daşınmaz əmlaklarla əlaqədar sərəncam verilməsi ilə bağlı əqdlər notariat qaydada bağlanılmalıdır. Cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. 55.Digər tərəfdən məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etirazda qeyd etdiyi “Cavabdeh İddiaçı pul ödədiyini iddiaçının iddia ərizəsində etiraf etməsi” məsələsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçının etiraf etdiyi hissədən əlavə pulun ödənilməsini iddia etdiyi halda, onu məhz iddiaçıya və ya onun ixtiyarlı şəxsinə ödədiyini sübuta yetirmək yükünü daşıyır. Cavabdehin mübahisəli mənzilə görə ödədiyi pulu iddiaçıya vermədiyi mübahisəsizdir. Cavabdeh mənzilə görə ödədiyi vəsaiti iddiaçının oğluna verdiyini bildirmiş, lakin bu halı təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, mənzilə görə pul vəsaitinin X11 verilməsi İddiaçı mənzilə görə pulun ödənilməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Çünki həmin vəsaitin X11 verilməsi o zaman mənzilə görə pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin icrası sayıla bilər ki, X20 İddiaçı ixtiyarlı şəxsi olsun. Halbuki, Cavabdeh X9 icranı qəbul etməyə ixtiyarlı şəxs olmasını, habelə X9 icranı qəbul etməyə ixtiyarsız şəxs olsa belə, İddiaçı buna razılıq verməsini və ya bu icradan fayda götürməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 56.Apellyatorun onun tərəfindən mənzilin təmirinə çəkilmiş xərclərin məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan hal qətnamənin qanuniliyini şübhə altına almamaqla onun ləğvinə səbəb ola bilməz, həmçinin cavabdeh qeyd edilən məsələ ilə bağlı müstəqil tələb şəklində məhkəmədə iddia qaldıra bilər. 57.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 58.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməmli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-354/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 59.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(006)-354/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar