Məhkəmə qərarları › İş №2(102)-1089/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1089/2022

26.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1089/2022 26.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh ASC Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7760/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən 11.10.2021-ci il tarixdə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadına əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayəti MPM-ə 3 saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməmiş və eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilməmişdir. Cavabdeh ASC Bakı Apelyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən 15.12.2021-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə yenidən kassasiya şikayəti vermişdir. Qeyd edilən kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilsə də, MPM-nin 3 saylı əlavəsində müəyyən olunmuş formada tərtib edilməmişdir. Halbuki, 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllədə müəyyən edilmiş formada verilməlidir. (Həmin forma MPM-nin 3 saylı əlavədə müəyyən olunmuşdur.) MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhk əmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh ASC-nin Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7760/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar