Məhkəmə qərarları › İş №2(102)-1089/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1089/2025

10.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1089/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı mülki iş üzrə QƏRARI ( Açar sözlər: müddətli əmək müqaviləsi bağlandığı hallar, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6542/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı müddətsiz əmək müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin Arxiv şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə arxiv üzrə mütəxəssis vəz ifəsinə işə qəbul edilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır.

3. İddiaçı öz xahişi ilə əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2022-ci il tarixdə 1 ay müddətinə bağlanmış əmək müqaviləsinə əsasən o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Əra zi İdarəsinin X2 şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə arxiv üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin K-124 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bun dan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdə n azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli, K-124 nömrəli əmrin ləğv olunmasını, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, iddiaçının işdən çıxarılması qanunsuz və əsassızdır. Birincisi, cavabdeh tərəfindən Əmək müqaviləsinin 9.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əmək müqaviləsi ləğv edilərkən işçi 1 təqvim ayı öncə xəbərdar edilməmişdir. İkincisi, cavabdeh orqan tərəfindən Əmək Məcəlləsinin 45-ci və 47-ci maddəsinin f) bəndinin tələbləri pozulmuşdur. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2011-cü il tarixdən xx.xx.2024-cü il tari xədək eyni binada arxiv üzrə mütəxəssis vəzifəsində işləmişdir. Uzun illər ərzində müddətsiz əmək müqaviləsi əsasında işləyən işçi ilə müddətli əmək müqaviləsinin bağlanması işə götürənin səlahiyyətlərindən sui-istifadə etməsinin nəticəsidir. Burada tərəflər arasında bağlanmış müqavilənin hüquq bərabərliyindən söhbət gedə bilməz.

7. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmış, bu Fərman əsasında iddiaçı ilə əmək müqaviləsinə xitam verilmiş və x x.xx.2022-ci il tarixdə yeni işə götürən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri ilə aralarında müqavilə imzalanmışdır. İşçi ilə yeni işə götürən arasında yeni əmək münasibətləri yarandığından, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinin nəzərə alınması mümkün olmamış və iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. İddaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini bağlayan zaman müqaviləni oxumuş, müddəti və müddəaları ilə tanış olmuş və onu imzalamaqla qəbul etmişdir. Nə müqavilə imzalanan zaman, nə də ki işlədiyi 2 ildən artıq olan müddət ərzində müqavilənin müddətindən və ya şərtlərindən hər hansı formada şikayət etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndi ilə mümkün hesab etmişdir. Tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəs inin “f’ bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq iş əgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f’ bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edib ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

8. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(004)4005/2024 nömrəli qətnaməsi ilə (hakim A.Oruclu) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin K-124 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin X2 şöbəsində arxiv üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh Azərbaycan Re spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyi dəlilləri ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsin in 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, razılıq dedikdə iradə ifadəsi başa düşülür. İradə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (1 ay) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Ona görə məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qar şılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.

11. Məhkəmə iş materiallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. Həmçinin iddiaçı ilə 1 aylıq müddətə bağlanmış əmək müqaviləsinə nədənsə xx.xx.2024-cü il (həftənin 5-ci günü) və ya xx.xx.2024-cü il (həftənin 1-ci günü) tarixlərdə deyil, xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu hal onu göstərir ki, iddiaçının işdən azad olunması vəziyyəti daim cavabdehin iradəsiylə bağlı olub onun diqtəsilə istənilən vaxt həyata keçirilir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, yalnız struktur dəyişikliyi olmuş, eyni fəaliyyət istiqamətini həyata keçirən müəssisədə daimi xarakter daşıyan vəzifə olmasına baxmayaraq, işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə hər dəfə (2 il 4 ay müddətində) 1 ay müddətinə uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə, 45-ci maddəsinin 1-ci, 4-cü hissələrinə, 47-ci maddəsin in “f” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarına, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunlu ğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi ilə əmək müqaviləsi bağlamaq və ləğv etmək işəgötürənin hüququdur. Əmək müqaviləsinin müddəti tərəflərin razılaşması ilə müəyyən olunur. Müqaviləni bağlayarkən işçinin müqavilə müddəti barədə məlumatı olmuş, onun 1 ay sonra işdən azad olunma ehtimalını bilmiş və bununla razılaşmışdır. Məhkəmə işçi ilə 1 aylıq müqavilənin bağlanılmasının Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmadığını qeyd etsə də, bunların hansı prinsip olmasını açıqlamamışdır. Prinsipə zidd olan hüquq münasibəti və hüquq normasının əsassız hesab edilməli olduğu məhkəmə tərəfindən qeyd edilmişdir. İddaçı ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddənin “f” bəndinin tələbləri nəzərə alınmaqla 1 ay müddətinə bağlanmışdır. Tərəflərin qarşılıqlı razılaşması ilə müddətli əmək müqaviləsinin bağlanılması imkanı qanunvericilik tərəfindən dəqiq müyyən edilmiş və onun 1 ay olması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Məhkəmə işçinin qanunamüvafiq işdən azad edilməsini əsassız olaraq əmək hüquqlarının pozuntusu kimi qiymətləndirmişdir. İddaçı ilə xx.xx.2022-ci il tarixdə 1 aylıq əmək müqaviləsini bağlanmış, hər ay Məcəllənin 73-cü maddəsinin tələblərinə əsasən müddəti uzadılmış, yekunda isə sonuncu ayda müddət uzadılmamışdır. Məhkəmənin mövqeyinə görə bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Məcəllənin tələbinə əsasən işəgötürən işçi ilə bağlanmış müqaviləyə müddəti bitdikdə xitam verə bilər. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını ətraflı və obyektiv araşdırmamış və nəticədə səhv qətnamə qəbul etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər - M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və S.Səlimova) 2(103)-6542/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müddətli əmək müqaviləsinin bağlanması əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bağlıdır.

18. İddiaçının vəzifəsinin adından da göründüyü kimi, o, cavabdeh təşkilatda əvvəlki vəzifəsinə uyğun işə qəbul edilmişdir. Beləliklə də müəyyən edilir ki, iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu cavabdeh təşkilata qabaqcadan bəlli olmuşdur.

19. Məhkəmə kollegiyası hesab edib ki, 10 ildən artıq müddətsiz əmək müqaviləsi əsasında işləmiş iddiaçının eyni ərazi idarəsində eyni əmək funksiyasının icra edilməsi üçün cavabdehlə yenidən müddətli əmək münasibətlərinə girməsinin onun iradəsinə uyğun olması, müddətli əmək mü qaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanması həm ağlabatan, həm də inandırıcı deyil.

20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 45.5, 47, 68.2, 73.1, 300.1, MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahi ş etmişdir.

23. Kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq aeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanmışdır. Bunun əksini sübut edən heç bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında əks olunmuş mövqeyinə zidd nəticəyə gəlmiş, nəzərə almamışdır ki, Ərazi İdarəsinin bütün işçiləri ilə məhz müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası “müddətli əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlanması həm ağlabatan, həm də inandırıcı deyil” barədə g əldiyi nəticəni əsaslandırmamış, heç bir dəlilə və ya sübuta istinad etməmişdir. Göründüyü kimi, əmək müqaviləsinin bağlanmasından 2 ildən artlq müddət keçmişdir, lakin bu müddət 5 (beş) il təşkil etmir ki, onunla müddətsiz əmək müqaviləsi bağlansın. Deməli, cavabdeh tərəfindən verilmiş əmrin ləğv edilməsi üçün heç bir hüquqi əsas olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Cavabdeh kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

28. Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqavil əsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

29. Maddə

40. Maddə İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

30. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətl ərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

31. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiy yətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[67] d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanı nın müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

32. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

33. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

34. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddə lərində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

41. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarı 45.... Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər və ziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

46. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflər in dəlillərini hərtərəfli araşdırmalıdırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, tərəflər arasında yaranmış mübahisə əmək mübahisəsidir və iddia tələbi işçi ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanunsuzluğu barədədir.

49. İşin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən mü əyyən edilmiş halların qısa xülasəsi ondan ibarətdir ki, iddiaçı müddətsiz əmək müqaviləsi əsasında xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinin Arxiv şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə arxiv üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. Bununla bağlı iddiaçı ilə əvvəlki əmək müqaviləsinə xitam verilmiş, eyni iş yerində eyni işə qəbul olunması barədə onun la yeni əmək müqaviləsi bağlanmış, lakin bu dəfə müqavilə müddəti bir ay müəyyən edilmişdir. İşəgötürən iddiaçını xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) işdən azad etmişdir.

50. İddiaçının dəlilləri ümumiləşdirildikdə görünür ki, onunla əmək müqaviləsinə xitam verilməsini iki əsasla mübahisələndirir:

1. İşəgötürən onunla əmək müqaviləsinə xitam verilməsi barədə onu əvvəlcədən xəbərdar etməmişdir;

2. Həmin müəssisədə daimi əsaslarla 10 ildən artıq işləmişdir, bu səbəbdən də işəgötürənin onun müvəqqəti işci hesab etməsi qanunsuzdur, yerinə yetirilən əmək funksiyası şərtlərinə və göstərilən xidmətlərin daimi xarakterə malik olduğu aşkar olduğu halda onunla müddətli əmək müqaviləs i bağlana bilməzdi.

51. İlk növbədə qeyd olunmalıdır ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir.

52. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

53. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə 5 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasınd a işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır.

54. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnanı Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar təşkil edir.

55. Baxılan işdə iddiaçı ilə əvvəl bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstərilən əsaslar olmamışdır.

56. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır.

57. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir.

58. Apelyasiya instansiyası məhkəməsinin qüvvədəsaxladığı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada razılıq dedikdə iradə ifadəsi başa düşülür. İradə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (1 ay) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Ona görə məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq yoxdur. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.... iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir.

59. Məhkəmə kollegiyasıbu mövqe ilə razılaşır və bildirir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir.

60. Məhkəmə kollegiyası iddiaçı ilə işəgötürən arasında müddətsiz əmək müqaviləsi mövcud olduğu halda, qısa müddətdən sonra onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan saymır.

61. İddiaçının cavabdeh müəssisədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmasının qanunvericiliyin tələblərinə zidd olması barədə apelyasiya instansiyası məhkə məsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

63. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarı ilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə d əlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6542/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar