Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-109/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıli oğlunun cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-109/2023 Açar sözlər: əşyaların evdən çıxarılması, evdən istifadəyə olan maneələrin aradan qaldırılmaqla evə köçürülmə tələbləri Bakı şəhəri, 16 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(106)1529/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarına əsasən İddiaçıli oğlunun mülkiyyətinə Masallı rayonu,Qızılağac kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarına əsasən X3, X1, X4, X5 və X2 mülkiyyətinə Masallı rayonu, Qızılağac kəndində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
4. Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmuş mərhum X7 adına Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan 5 saylı təsərrüfat başına kit abın 34-cü səhifəsinə əsasən öhdəsində 0,10 ha həyətyanı torpaq sahəsi, orada 1990-cı ildə tikilmiş 1 mərtəbəli və 2 otaqlı fərdi yaşayış evi və Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan İddiaçıli oğlunun adına Masallı RİHB-nın Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan 5 saylı təsərrüfat başına kitabın 32-ci səhifəsinə əsasən öhdəsində 0,08 ha həyətyanı torpaq sahəsi, orada 1936-cı ildə tikilmiş 1 mərtəbəli və 3 otaqlı fərdi yaşayış evi vardır.
5. Cavabdeh Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır.
6. X11 ilə Cavabdeh arasında 21 iyul 2005-ci ildə Masallı RİHB-nın Qızılağac kənd ərazi nümayəndəliyində nikah bağlanmışdır.
7. X11 07 may 2020-ci ildə ölmüşdür.
8. Həsənov X6 rayonu, Qızılağac kəndində qeydiyyatdadır və yaşay ır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçıli oğlu (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus soyuducu, televizor, xalça, stol, 6 ədəd stul, 2 dəst yorğan-döşək, 2 ədəd çarpayıdan ibarət əşyaların torpağın mülkiyyətə verilməsinə dair JN-453A saylı şəhadətnaməyə əsasən mülkiyyətində olan Masallı rayonu, Qızılağac kəndində yerləşən torpaq üzərində olan evdən çıxarılması, həmin evdən istifadəsinə olan maneələrin aradan qaldırılmaqla qeyd olunan evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sonradan iddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin torpağın mülkiyyətə verilməsinə dair JN-453A say lı şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsindən və orada olan evdən əşyaları ilə birlikdə çıxarılması, özünün isə həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh mülkiyyətində olan torpaqda yerləşən evə özünə məxsus bəzi əşyalar yığaraq evin qapısını açarla bağlamış və onun evdən istifadəsinə imkan vermir. Halbuki, qonşuluqda mərhum atasına məxsus olan 0,10 ha torpaq sahəsi və orada inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-452A saylı şəhadətnamə ilə mərhum atasının mülkiyyətində olmaqla ondan miras qalmış və həmin miras əmlakda cavabdehin yaşamasına etiraz etmir. Cavabdeh 2021-ci ildən onun mülkiyyətində olan tor paqdakı evin qapısını bağlamaqla və özünə məxsus əşyaları həmin evə yerləşdirməklə evdən istifadə hüququna süni şəkildə maneəçilik yaradır. Cavabdehə bu hərəkətlərini dayandırması barədə bir neçə dəfə xəbərdarlıq etsə də, nəticəsi olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyn tələbinə əsasən mübahisəli evin yerləşdiyi torpaq sahəsi mülkiyyətində olduğundan həmin evə də mülkiyyət hüququ əldə edir. Lakin cavabdehin mülkiyyətinə aid torpaq sahəsində olan evin qapılarını bağlamaqla, həmin evə özünə məxsus əşyaları iradəsinə zidd yığmaqla onu mülkiyyətində olan torpağa və orada inşa edilmiş evə buraxmaması, torpaqdan və onun üzərində olan evdən istifadəsinə imkan verməməsi həmin daşınmaz əmlaklara olan hüquqlarının kobud şəkildə pozuntusudur. Hazırda da cava bdeh qanunsuz hərəkətlərini davam etdirməklə evini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməsi mümkün deyildir.
12. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev 1936-cı ildə tikilib, həmin ev uçduğundan yerində 1978-1980-ci illərdə 1 otaqlı ev tikilib, sonradan uşaqlar böyüdükcə tələbata uyğun olaraq əlavə otaqlar tikilmişdir. Həmçinin, nikah dövründə də əlavə tikililər, məsələn mətbəx, hamam və sair tikililər inşa edilmişdir. 2001-ci ilin noyabr ayında mərhum əri X11 ilə ailə həyatı quraraq mübahisəli evə köçmüşdür, lakin nikahlarını 21 iyul 2005-ci ildə rəsmiləşdirmişlər və həmin evlilikdən 1 övladı olmuşdur. Həmin evə gəlin köçərkən mübahisəli evdə əri və onun 3 övladı - Alim, Arif və hazırki iddiaçı yaşayırdılar. Mübahisəli evdə qeydiyyatdadır, 2014-cü ildən Bakı şəhərində müvəqqəti yaşayır və işləyir. Lakin mübahisəli evə daimi olaraq gedib-gəlir və əmlakları da həmin evdədir.
13. Masallı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 22 sentyabr 2021-ci il tarixli, 2(050)-2638/2021 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Quliyev) iddia qismən təmin edilmiş, iddiaçının Masallı rayonu, Qızılağac kəndində mülkiyyətdə olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli fərdi yaşayış evinə 2001-ci ilin noyabr ayında ailə həyatı quraraq köçmüş, halhazırda da həmin evdə qeydiyyatdadır, orda onun əmlaklarının mövcuddur, hətta nikah dövründə mübahisəli fərdi yaşayış evi ilə bağlı əlavə tikililər, məsələn mətbəx, hamam inşa edilmiş, hazırki mübahisə üzrə onun qeydiyyatda olduğu ünvanda deyil, faktiki olaraq Bakı şəhərində yaşaması onun həmin torpaq sahəsindən və evdən çıxarılması üçün əsas ola bilməz.
15. Həmçinin, birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsinə münasibətdə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi mükiyyətdə olmasa da, torpaq sahəsi iddiaçıya verilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 69.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehi mülkiyyətində olan torpaqdan və onun üzərində olan evdən çıxarmamaqla qeyd olunan daşınmaz əmlaka mülkiyyət hüququnun pozulmasına şərait yaratmış, bununla bağlı maddi hüquq normalarını, həmçinin ailə üzvü sayılmayan cavabdehi onun mənzilində saxlamaqla Mənzil Məcəlləsinin müvafiq normalarını pozmuşdur. Bundan başqa, cavabdeh özü 2014-cü ildən Bakı şəhərində yaşamasını və orada işləməsini bildirməklə onun 7 ildən artıqdır ki, başqa ünvanda olması müəyyən edildiyindən mübahisəli evə dair hüquqları itirilmişdir. Lakin, birinci in stansiya məhkəməsi bunu nəzərə almamaqla müvafiq maddi hüquq normasını pozmuşdur.
19. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iddiaçı ilə onun istifadələrində olan evlərin ayrı-ayrı torpaqlarda yerləşməsini, onun yaşadığı evə və torpağa iddiaçının hüquqlarının qeydiyyata alınmamasını, mübahisəli evə iddiaçının mərhum atası ilə ailə həyatı quraraq köçməsini, iddiaçının isə başqa evdə yaşamasını nəzərə almamışdır.
21. Şirvan Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasi ya instasiya məhkəməsi) Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(106)-1529/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Zaur Allahyarov və Zeynal Zeynalov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilərək, cavabdehin torpağın mülkiyyətə verilməsinə dair JN-453A saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və orada olan evdən əşyaları ilə birlikdə çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla ə saslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, bununla da qəbul edilən qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır.
23. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instаnsiyа məhkəməsi cаvаbdehin mübаhisəli evdən çıхаrılmаmаsını оnun həmin evə аilə qurаrаq gəlməklə istifаdə hüququ əldə etməsi ilə əsаslаndırmışdır. Lаkin nəzərə аlınmаmışdır ki, cаvаbdehin mərhum əri X7 mülkiyyətində оlаn qоnşuluqdа yerləşən tоrpаq sаhəsində 1990-cı ildə inşа edilmiş 1 mərtəbəli 2 оtаqlı fərdi yаşаyış evi vаrdır və cаvаbdeh mərhum X11 ilə nikahda olmaqla onun ailə üzvü olmuş və ona məxsus olan evə hüquqları, o cümlədən vərəsə kimi həmin dаşınmаz əmlаkа hüquqlаrı vаrdır. О, hüququ оlduğu tоrpаqdаn və evdən deyil, iddiаçının mülkiyyətində olan torpaqda yerləşən evdən istifаdə etməklə iddiаçının həmin daşınmaz əmlaka dаir (gözlənilən mülkiyyət) hüquqlаrını məhdudlаşdırmış оlur.
24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh iddiaçının mərhum atası X7 arvadı (iddiaçının ögey anası) olmaqla onun ailə üzvü olduğundan X8 məxsus olan məzildən istifadə hüququ əldə edə bilər. Cavabdeh iddiaçının ailə üzvü olmadığından iddiaçıya məxsus evə yuxarıda göstərilən maddi hüquq normalarının heç birinə görə hüquq əldə etmir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, cаvаbdehin istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılmas ı üçün əsas yoxdur. Belə ki, iş mаteriаllаrındаn göründüyü kimi, mübаhisəli evin, qоnşuluğundа cаvаbdehin mərhum ərinin mülkiyyətində оlаn 0.10 hа tоrpаq sаhəsində 1990-cı ildə inşа edilmiş 1 mərtəbələi 2 оtаqlı fərdi yаşаyış evi vаrdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.7-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 14.2, 88, 217.1, 217.4, 372.1, 372.6, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələr inin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində mübahisəli fərdi yaşayış evlərinin hər ikisinin 3 otaqdan ibarət olması, eyni torpaqda və yanaşı yerləşməsi cavabdehin heç vaxt iddiaçıya məxsus evdə yaşamaması bildirilsə də, bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda bu halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edən mütəxəssis rəyinə zərurət var idi ki, məhkəmə tərəfindən ekspertiza təyin edilərək iş materiallarında olan şəhadətnamələrdə qeyd edilmiş kodlar üzrə fərdi yaşayış evlərinin harada yerləşməsi müəyyən edilə bilərdi. Lakin bu hal da məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa, iddiaçı iddia etdiyi fərdi yaşayış evinin ona ayrılmış torpaq sahəsində yerləşməsinə dair hər hansı mötər sübut təqdim etməmiş, eyni zamanda həmin torpaq sahəsinə və üzərində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı müraciət etməmişdir. Belə olan halda iddiaçının iddia etdiyi fərdi yaşayış evinə köçürülməsi, cavabdehin isə həmin mənzildən çıxarılması bərabərlik prinsipinin pozulması ilə nəticələnəcəkdir.
29. Həmçinin, kassator bildirmişdir ki, apellyasiya instansiya məhkəməs i işin bütün faktiki hallarını araşdırmamış, iddiaçı tərəfindən iddia etdiyi torpaq şəhadətnaməsində qeyd edilən torpaq sahəsinin hazırda harda yerləşməsini və hansı koordinatlarda olmasını müəyyən etməmiş, iddia edilən fərdi yaşayış evinin həmin torpaq sahəsinə düşməsinə, iddiaçının hazırda hansı fərdi yaşayış evində yaşamasına, iddiaçının cavabdehlə faktiki münasibətlərinə aydınlıq gətirilməmişdir.
30. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 180-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3, 372.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətini n təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əş ya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
36. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
37. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmi n yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
39. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə b irlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
40. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
41. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
42. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı:
43. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəlləni n 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qal xdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait ya radıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(106)1529/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.