Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1090/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), hüquqdan sui-istifadə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-19 10/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən torpaq sahəsində sonradan, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməyən hazırda mübahisələndirilən fərdi yaşayış evi inşa edilmişdir. 2. 24 avqust 2020-ci ildə “Azəriqaz” İB ilə, 9 sentyabr 2020-ci ildə "xxxx" ASC Al-X6 arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr imzalanmış, "xxxx" ASC tərəfindən həmin ünvan üzrə Al-X2 iştirakı ilə sayğac qura şdırılmış və bu barədə protokol tərtib edilmiş, sonuncu istehlakçı kimi göstərilmişdir. 3. 3 iyul 2021-ci ildə "xxxx" MMC ilə Aynur İsmayılova arasında internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır.
4. Sonradan özbaşına tikili Aynur İsmayılova tərəfindən X7 rəsmiləşdirilmədən satılmış, X11 fərdi yaşayış evinə köçüb bir müddət orada yaşamış, 4 oktyabr 2021-ci ildə isə X11 “Azəriqaz” İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmış, işıqla bağlı kommunal xidmətlər üzrə abunəçi kimi X11 qeydiyyatdan keçmişdir.
5. X11 birinci instansiya məhkəməsində icraat vaxtı tikilini heç bir rəsmiləşdirmə aparmadan Cavabdeh2 satmışdır. Cavabdeh2 ailə üzvləri olan digər cavabdehlərlə birgə mübahisəli tikiliyə köçmüş və hazırda orada yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən və oradakı fərdi yaşayış evindən əmlakı ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, 3 il bundan öncə həyat yoldaşı Nümayəndə əvvəlcədən tanıdığı Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərlə birgə üç və ya dörd otaqlı evlər tikib satırdılar. Torpaq sahələri çox olduğundan istəmişlər ki, həmin evlərdən birini övladları X4 üçün tiksinlər. Həyat yoldaşı öz tanışı Əmiraslanov Əvəzlə görüşüb 17.000 manat pul vermişdir ki, övladı üçün hə min evi tiksin. Həmin vaxt Əvəzin işləri çox olduğundan evin tikintisini şərik kimi işlədikləri Habil adlı şəxsə həvalə etmişdir. Ona 17.000 manat pulu Habilə verdiyini demişdir. Qeyd edilən məbləğin verilməsini Habil şəxsən təsdiq etmişdir. Həmin vaxtlar 17.000 manatdan əlavə yoldaşı ilə birgə gördükləri işə görə onlara çatası 18.000 manat qazanc da olmuşdur. Onlar 35.000 manat pulun evin inşası üçün kifayət edəcəyini düşünmüşlər. 18.000 manat qazanc onlara verilməmişdir. Habil evi tikməyə başlamış, təxminən 4 aydan sonra ev hazır olmuşdur. Bir müddət keçəndən sonra, övladlarını bu evə köçürmək istəmişlər. Lakin aydın olmuşdur ki, gecə ilə tanımadıqları şəxslər oğlu üçün tikilən evə köçüblər. Evə köçən şəxslərdən bunun səbəbini soruşduqda, evi Habildən pul verərək aldıqlarını bildirmişlər. Habildən bu işə aydınlıq gətirməsini istəmişlər, o isə bəhanə gətirmişdir ki, həmin şəxslərə ev tikib verəcəkdir. Bir müddət keçəndən sonra, həmin şəxslər evdən köçmüşlər. Lakin sonradan başqa bir ailə mübahisəli evə köçmüşdür.
8. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi (əri Nümayəndə) izahat verərək bildirmişdir ki, ona borclu olan şəxs borc müqabilində ona ev tikməli idi. Evin tikilməsinə baxmayaraq onun xəbəri və razılığı olmadan başqa şəxsə satıblar. Lakin torpaq onun mülkiyyətindədir. Dəfələrlə evdən çıxması üçün cavabdehi xəbərdar etmişlər, lakin heç bir nəticəsi olmayıb.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh X1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Evi Aynur adlı xanımdan dəllal vasitəsilə almışdır. Aynur ona demişdir ki, əgər çıxarış alsa, Xəlil adlı şəxsə 5000 manat pul versin. Onun da imkanı olmamışdır. Dəllal ondan çıxarış düzəldilməsi üçün 4000 manat pul almışdır. 31000 manata evi almışdır. Sonra kürəkəni sənədlərə baxanda bilmişdir ki, yalnız qazın və işığın sənədləri onun adınadır. O, iddiaçını (ərini) qonşu kimi tanımışdır. Bir gecə qapını içkili vəziyyətdə döymüş, ondan evdən çıxmağı tələb etmişdir. Həmin vaxta kimi evin ona məxsus olduğunu bilməmişdir. Sonra yaranan problemlərə görə 2022-ci ilin noyabr ayında evi 32000 manata satmışdır. Evi satarkən məhkəmə çəkişməsindən xəbərsiz olmuşdur. Bildiriş gəlməsinə baxmayaraq hüquqi savadı olmadığından başa düşməmişdir. Evi dəllal vasitəsilə satmışdır.
10. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X5 artıq mübahisəli əmlakdan çıxdığı üçün onun əsl cavab dehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə əvəz edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,046 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclas protokollarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddianı qəbul etməmiş və təmin edilməməsini xahiş etmişlər. Onlar bildirmişlər ki, iddiaçının nümayəndəsi ev alqı-satqısı ilə məşğul olur. Həmin ərazidə şəriki ilə birlikdə 4 ev tiki b satıb. O, evi Məhbubə adlı xanımdan alıb, evi o satıb, o da məhkəməyə verə bilərdi. O iddiaçıdan ev almayıb ki, iddaçı da ondan ev istəsin. 32000 manat evə, əlavə təmirə pul xərcləmişlər. Ümumilikdə 40000 manat pul xərcləmişlər. O, iddiaçını evi alandan 1 ay sonra tanıyıb. Səhər saat 06:00 radələrində, ailə ilə birlikdə rayona yola düşərkən iddiaçı qapını döyüb ona bildirmişdir ki, bu evi alma. Evin yiyəsinin borcu var. Ondan kim olduğunu soruşduqda qonşu olduğunu bildirmişdir. Ona həmin vaxt evin ona məxsus olduğunu deməmişdir. Evi birinci dəfə Aytəkin adlı qadına satanda torpağın sənədlərini verməmişlər, sonra evi alan Məhbubə xanım da torpağın kimə məxsus olmasını bilməyib. Onlar alanda əgər iddiaçı razı deyildisə, evə köçəndə hansı səbəbdən etiraz etməməsi sual doğurur.
13. Abşeron R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmişdir.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1143 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 03 fevral 2023-cü il tarixli 3-21-3-32/2-1111/2023 nömrəli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inven tar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli evin və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin ölçülərinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşdüyü, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX ******* saylı reyestrdən çıxarışa və xx.xx.2015-ci il tarixli 193 inventar nömrəli texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, 58A nömrəli ev və həmin evin yerləşdiyi 0,046 ha torpaq sahəsinin 66 kv.m hissəsinin digər şəxslər tərəfindən faktiki olaraq istifadə olunduğu, həmin torpaq sahəsinin 66 kv.m hissəsində digər şəxslərin fak tiki istifadələrində olan eni 6 metr, uzunluğu isə 11 metr olan fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur.
15. Birinci instansiya məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-487/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim M.Abbasova).
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlər mübahisəli evi Məhbubə Əliyeva adlı şəxsdən dəyərini ödəməklə aldıqlarını bildirsələr də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. İşdəki hüquqmüəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakın mülkiyyətçisi İddiaçıdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 157.1, 157.4-cü maddələri, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 217.3, 217.4, 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları müəyyən edilmədən əsassız qətnamə qəbul edilmişdir. Cavabdehlər yalnız qətnamənin qəbul edildiyi tarixə aid məhkəmə iclasından məlumatlı olmuşlar. xx.xx.2023cü il tarixində məhkəmə iclasında iştirak etmişlər və məhkəmə heç bir araşdırma aparılmadan iddianı təmin etmişdir. Cavabdehlər hazırda yaşadıqları Abşeron rayon, Xırdalan şəhəri O.Sarıvəlli küçəsindəki 0.046 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini X11 və onun kürəkəni X12 32.000 manata almışlar. Həmin əmlakın alqısatqısının rəsmiləşdirilməməsinə səbəb evi aldıqları şəxsin üzərinə düşən öhdəlikləri icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən qərəzli şəkildə boyun qaçırması olmuşdur. Əgər ədalətli məhkəmə araşdırması aparılsa, çəkişmə prinsipinə əməl edilməklə məhkəmə icraatı təmin edilsəydi bu hallar üzə çıxarılardı. Lakin işə baxan məhkəmə bu kimi diqqətə layiq halları nəzərə almamış, mübahisəyə tətbiq edilməməli maddi hüququ normalarını tətbiq etmiş və yalnız iddiaçının mövqeyinə uyğun qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilmə tarixi 22 iyun 2023-cü il olsa da, 23 iyul 2023-cü il tarixinədək elektron məhkəmə informasiya sisteminə qətnamə yüklənməmişdir. Bu da qətnamədən şikayət verilmə müddətinin süni şəkildə uzadılmasına, prosessual pozuntuya yol açmışdır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh X5 əsl cavabdehlə əvəz edilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdeh X11 (kürəkəni, Cəlilabad rayonu Prişib, indiki Göytəpə qəsəbəsində yerləşən hərbi hissədə MAXE işləyən X18 ilə birlikdə) iş məhkəmənin icraatında olan zaman həmin evi satmışdır. Bununla belə, X5 əməlində dələduzluq cinayətinin tərkib əlam ətləri olsa da, məhkəmə bu barədə prosessual normalardan istifadə edərək məlum olan cinayət barədə müvafiq prokurorluq orqanına məlumat verməmişdir. İddiaçı da bu məlumatı gizlətməklə cavabdehlərlə işbirliyində olmuşdur. İşə baxan məhkəmə səthi araşdırma aparmaqla, iddia tələbinə uyğun formal əsaslandırılmış qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinə baxış keçirilmədən qərar qəbul edilmiş, torpaq vergiləri, ödənişlər, torpağın faktiki istifadəçiləri barədə məlumat əldə edilməmişdir. Mübahisəli fərdi yaşayış evinin kim tərəfindən kimə satılması, bu alqı-satqının neçə dəfə baş verməsi və s. kimi hallar dəqiqləşdirilməmişdir. O, həmin yaşayış evinin dəyərini ödəməklə əldə etdiyi kimi həm də, orada əlavə təmirtikinti işləri görmüş, müəyyən xərc çəkmişdir.
20. Apelyasiya instans iyası məhkəməsində iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ev tikilib hazır olduqdan sonra evi tikən şəxsin xahişi ilə bir müddət evdə onun qızının yaşamasına iddiaçı tərəf etiraz etməmişdir. Lakin bir müddət sonra onlara bəlli olmuşdur ki, sözügedən evdə Məhbubə Əliyeva adlı şəxs yaşayır. Ondan evi tərk etməsi, evin iddiaçıya məxsus olması tələb ediləndə isə o evi Habildən pulunu ödəməklə aldığını bildirmişdir. Məhbubə Əliyevaya qarşı hazırkı iddia tələbi üzrə mülki iş məhkəmənin icraatında olan zaman sonuncu evi hazırkı cavabdehlərə satmışdır. O, Cavabdeh2 evin mübahisəli olduğunu və evlə bağlı məhkəmə mübahisənin mövcudluğunu bildirsə də, cavabdeh dəyərini ödəməklə ev aldığını bildirmişdir. Hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus evdə yaşamaları, sonuncunun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1910/2023 nömrəli 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Lətifə Məmmədova).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyinə dair qeyd etmişdir ki, mübahisələndirilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan, həmin fərdi yaşayış evinə dair gələcək “qanuni gözlənti” hüququ da məhz iddiaçıya məxsusdur. Yəni, ilkin olaraq, iddiaçının gələcəkdə məhz həmin sənədləri hüquqları qeydə alan orqana təqdim etməklə öz adına mübahisəli evə dair çıxarış əldə etməsi istisna olunmur. Məhz bu kontekstdən, yəni mülkiyyət, o cümlədən gözlənilən mülkiyyət hüququna daha üstün mövqedən yanaşıldıqda, cavabdehlərin hərəkəti iddiaçının mülkiyyət hüququnu pozulması kimi qiymətləndirilməlidir.
23. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, sonuncuların mübahisəli daşınmaz əmlaka dair heç bir mülkiyyət hüquqları olmadığı kimi hər hansı formada istifadə hüquqlarının olması da istisna edilir. Belə ki, cavabdehlər mübahisəli daşınmaz əmlakın dəyərini hazırkı iş üzrə ilk cavabdeh Məhbubə Əliyevaya ödəyərək əldə etdiklərini bildirsələr də, bu faktı təsdiq edəcək hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən, tərəflər arasında belə razılıq olsa belə, bunun Mülki Məcəllənin 139.1, 144.1-ci maddələrində müəyyən olunmuş qaydada rəsmiləşirilməsinə dair sübutlar işdə mövcud deyildir.
24. Kollegiya qeyd etmişdir ki, daşınmaz əmlak özlüyündə sənədsiz (daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan) əmlak olduğundan onun notarial qaydada alqı-satqı müqaviləsinin obyekti olması mümkün deyildir. Həmin əmlakı cavabdehlərə satdığı deyilən Məhbubə Əliyevanın belə qeyd edilən fərdi yaşayış evinə dair hər hansı hüququ mövcud olmadığından, so nuncu bu əmlak barəsində sərəncam vermək hüququna da malik olmamışdır.
25. Cavabdehlərin apellyasiya şikayətində istinad etdikləri əsas dəlilinə, yəni mübahisəli əmlakın X3 dəyəri ödənilməklə alınmasına dair kollegiya qeyd etmişdir ki, yuxarıda qeyd olunanlara əsasən cavabdehlərin bu əsasla iddiaçıya məxsus fərdi yaşayış evindən çıxmamaları əsassızdır.
26. Kollegiya həmçinin cavabdeh tərəfə izah etmişdir ki, mübahisəli əmlak cavabdehlərə hər hansı hüququ olmayan şəxs tərəfindən satılmışsa, həmin əsasla dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə cavabdeh tərəf ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.
27. Kollegiya gəldiyi nəticənin hüquqi əsası olaraq Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 152.5 və 152.6, 157.2, 164.1, 238.1 və 238.3, 239.2, 425.1, 560.1, 560.2, 560.3.4cü, MPM -in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin ədalətli şəkildə araşdırılmaması, torpaq sahəsinə baxış keçirilməməsi, vergilər, faktiki istifadə və bu kimi real hallar araşdırılmadığı üçün nəticə də ədalətsiz olmuşdur. Məhkəmə bu hissədə münasibətləri tənzimləyən maddi hüquq normalarını deyil, sırf iddia ərizəsinin təmin edilməsi yönündə münasibətləri tənzimləyən qanunvericilik aktlarını tətbiq etmişdir. Halbuki m əhkəmə araşdırması nəticəsində vəziyyəti aşkara çıxara bilərdi. Torpaq sahiblərinin əqdin onların üzərinə düşən hissəsində öhdəliklərini icra etməməsi, həmin aktın rəsmiləşdirilməsindən şüurlu şəkildə boyun qaçırmalarına əsasən sənədləşdirmə aparılmamışdır.
30. İş məhkəmənin icraatında ola-ola həmin ev satılmışdır. Göründüyü kimi, X5 əməlində real dələduzluq əməli məhkəməyə təqdim edilmiş və məhkəmə bu barədə prosessual normalardan istifadə edərək məlum olan cinayət barədə müvafiq prokurorluğa məlumat verməmişdir. Eyni ilə bu barədə məlumatı olan iddiaçı da bunu gizlətməklə cavabdehlərlə əlbirliyində olmuşdur ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmişdir. Cavabdehlər məhkəmə araşdırmalarında iştirak etməmiş və prosessual hüquqları pozulmuşdur. Bir dəfə məhkəməyə telefonla dəvət edilərək xx.xx.2023-cü il tarixində məhkəmədə iştirak etməkləri tələb edilmişdir. Heç bir sübut, dəlil, arayış və s. təqdim etmək imkanı yaradılmamış və nəticə etibarilə qanunsuz və prosessual hüquq normalarının pozulması ilə müşahidə olunan qətnamə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamışdır. Məhkəmə tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilmədən qərar qəbul edildiyi üçün torpaq vergiləri, ödənişlər, torpağın faktiki istifadəçiləri barədə məlumat əldə edilmədiyi üçün cavabdehlərin prosessual hüquqları pozulmuş, onlar məhkəmə araşdırmalarına lazımi sənədlər əlavə edə bilməmişdirlər.
31. İddiaçı iddia tələbində göstərmişdir ki, 3 il bundan qabaq evin tikintisinə razılıq vermişdir. Bunun üçün həyat yol daşı Nümayəndə tanışı olan Əmiraslanov Əvəz, Səfərov Yalçın və Habil adlı şəxslərə 35.000 verərək evin tikintisinə başlamışlar. İddiaçının ərizəsinə görə, Habil adlı şəxs təxminən 4 aya evi tamamlamışdır. Lakin İddiaçı evə köçmək istəyəndə evdə başqa şəxslərin yaşadığını və Habilin onlardan möhlət istədiyini bildirmişdir. Üzərindən 3 il keçməyinə baxmayaraq iddiaçının razılığı ilə həmin evdə müxtəlif zamanlarda 2-3 ailə yaşamışdır. Ancaq onların heç biri bu 3 illik müddətdə məhkəməyə verilməmişdir. Göründüyü kimi, iddia yalandır və məqsədi digər şəxslərlə əlbir olaraq dələduzluq yolu ilə evi mənimsəməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
33. Maddə 16.1. fiziki və hüquqi şəxslərin yaln ız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir
34. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüqu qlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
37. Maddə 157.2. mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
39. Maddə 560.2. hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
40. Maddə 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, k assasiya şikayəti təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçının əri, hazırki iş üzrə nümayəndə qismində çıxış edən Nümayəndə torpaq sahəsində ev tikərək alqı-satqısı ilə məşğul olmuşdur. İddia ərizəsinin məzmunundan da görünür ki, o, bu fəaliyyətini Əvəz, Yalçın və Habil adlı şəxslərlə birgə həyata keçirmişdir. İddianın əsası ondan ibarətdir ki, ev iddiaçının vəsaiti ilə oğlunun yaşaması məqsədilə tikilmişdir.
51. Qeyd edilməlidir ki, iddia tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi İddiaçı tərəfindən qaldırılsa da, faktiki münasibətlərdə onun nümayəndəsi kimi çıxış edən əri Nümayəndə iştirak etmişdir.
52. Beləliklə, iddiaçının ərinin özünün ev alqı-satqısı ilə məşğul olması işin mübahisəsiz halıdır, hətta iddia ərizəsində də göstərilmişdir ki, torpaq sahələri çox olduğundan tikdikləri evlərdən birini övladlarına tikib bağışlamaq istəmişlər.
53. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, tikilinin inşa edildiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir, iddiaçının ona qanuni gözləntisi vardır. Həmçinin iddia ərizəsindən müəyyən edilir ki, tikilinin inşası ilə bağlı münasibətlər iddia qaldırılmamışdan 3 il əvvəl (təxminən 2019-cu ilin sonlarında) başlamışdır.
54. İddiaçının iddiasına görə ərinin şəriki Habil həmin evi onun xəbəri və razılığı olmadan satmışdır. Cavabdeh tərəfin etirazının əsasına görə onlar evi Məhbubə adlı xanımdan 32000 manata almış, torpağın xüsusi mülkiyyətdə olmasını bilməmişlər, iddiaçının nümayəndəsi bir dəfə onlara evi almamasını, evin yiyəsinin borcu olduğunu bildirmişdir. İddiaçı onlara evin onun olmasını bildirməmiş, onlar evə köçəndə heç bir maneçilik etməmişdir.
55. Məhkəmələr iddianı təmin edərkən qeyd etmişlər ki, cavabdehlər mübahisəli daşınmaz əmlakın dəyərini hazırkı iş üzrə ilk cavabdeh Məhbubə Əliyevaya ödəyərək əldə etdiklərini bildirsələr də, bu faktı təsdiq edəcək hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, Məhbubə Əliyeva hazırki iş üzrə ilkin cavabdeh olmuş, birinci instansiya məhkəməsində izahat verərkən evi 32000 manata cavabdehlərə satdığını bildirdikdən sonra əsl cavabdehlərlə əvəz edilmişdir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin həllində ən həlledici məqam evin Məhbubə Əliyeva tərəfindən cavabdehlərə satılıb-satılmaması deyil, həmin evin ilkin satışı zamanı iddiaçının iradə ifadəsinin, satılma niyyətinin olub-olmaması olmuşdur. İşin faktiki araşdırılmış hallarından müəyyən edilir ki, ev tikildikdən sonra 2020ci il ərzində Aytəkin Al-Makasseessi ilə qaz və işığın istehlakı ilə bağlı kommunal, 2021-ci il isə Aynur İsmayılova ilə internet xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr imzalanmışdır. Bu isə həmin evdə öncə Al-Makassesi Aytəkin Kamal qızının, sonra isə Aynur İsmayılovanın yaşaması, daha sonra sonuncu tərəfindən Məhbubə Əliyevaya satılması halı üzə çıxarır ki, bu da hazırki iş üçün mühüm əhəmiyyət kəsb edir.
57. Məhbubə Əliyeva birinci instansiya məhkəməsində izahat verərkən evi Aynurdan 31000 manata aldığını, Aynurun evi Habildən 25 000 manata aldığını, evin Aynur tərəfindən ona təhvil verildiyini, iddiaçı ilə qonşu kimi yaxşı münasibətlərinin olmasına baxmayaraq heç vaxt orada yaşamasına dair hər hansı irad bildirməməsini, iddiaçının əri Nümayəndə onun evinə içkili vəziyyətdə Habillə birgə gəldiklərini, əslində Habillə onun aralarında 6000 manatla bağlı pul mübahisəsinin olmasını, bu səbəbdən hazırki iddianı qaldırmasını göstərsə də (bu hallar audio-video yazıda mövcud olmasına baxmayaraq protokolda natamam əks olunmuşdur) məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Məhkəmələr nəzərə almamışlar ki, iddiaçının nümayəndəsi Habil ilə işgüzar münasibətdə olmuş, həmin ərazidə birgə evlər tikib satmışlar.
58. İşin əhəmiyyətli hallarından ev tikildikdən sonra orada iki ilə yaxın müddətdə AlMakassesi Aytəkin Kamal qızının, son ra Aynur İsmayılovanın hansı əsasla yaşaması, ona evin kim tərəfindən təhvil verilməsi, evi inşa edərkən Habil ilə iddiaçı arasında hansı münasibətlərin (işgüzar-şəriklik, yoxsa podrat) olması, evin tikilmə məqsədi (satışdan əldə edilən vəsaitin bölünməsi, yoxsa iddiaçıya təhvil vermə), iddiaçı ilə eyni həyət olmasına baxmayaraq evə məhkəməyə məlum olan dörd müxtəlif şəxslərin (ailələrin) maneəsiz köçürülməsi halı, o cümlədən, iddiaçının onun evini satmasını iddia etdiyi Habil adlı şəxsdən hüquq mühafizə orqanlarına hansı səbəbdən şikayətçi olmaması, 2020-ci ildən sonra da Habillə işgüzar və ya dostluq münasibətində olub-olmaması kimi hallar araşdırılmamışdır.
59. İddiaçının nümayəndəsi apelyasiya instansiyası məhkəməsində izahat verərkən göstərmişdir ki, ev tikilib hazır olduqdan sonra ev i tikən şəxsin xahişi ilə bir müddət evdə onun qızının yaşamasına iddiaçı tərəf etiraz etməmişdir. Lakin bir müddət sonra onlara bəlli olmuşdur ki, sözügedən evdə Məhbubə Əliyeva adlı şəxs yaşayır. Ondan evi tərk etməsi, evin iddiaçıya məxsus olması tələb ediləndə isə o evi Habildən pulunu ödəməklə aldığını bildirmişdir. Lakin iddia ərizəsində bu hallar fərqli göstərilmiş, həmçinin işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, hətta Aynur İsmayılovadan əvvəl həmin ünvanda Al-Makassesi Aytəkin Kamal qızına kommunal xidmətlər göstərilmişdir. Halbuki, Al-Makassesi Aytəkin Kamal qızı evi tikən şəxsin qızı deyildir, evdə hansı əsasla yaşaması müəyyən olunmamışdır.
60. Birinci instansiya məhkəməsində iştirak edən Məhbubə Əliyeva isə Habili və iddiaçını ev alanadək ümumiyyətlə tanımadığı nı, evi Xəlil adlı dəllaldan aldığını və onun vasitəsilə də satdığını bildirmişdir.
61. İddiaçının nümayəndəsi həmçinin apelyasiya instansiyası məhkəməsində izahat verərkən mübahisəli evin ona borc müqabilində tikilib verilməli olmasını göstərmişdir.
62. Bundan başqa, iddiaçı tikilinin inşasına ümumilikdə 35000 manat vəsaitin qoyulmasını bildirsə də (17000 manatı verdiyini, 18000 manat alacağı pulu şəriklərinin qoyduğunu), iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Hesabat Cədvəlində həmin tikilinin dəyəri 31000 manat göstərilmiş, 32000 manata cavabdehlərə satılmışdır. Dəyəri 31000 manata qiymətləndirilə bilən bir əmlakın tikilməsinə sərf edilən vəsaitin 35000 manat olması inandırıcı olmamaqla araşdırılmalı hal hesab olunur.
63. Beləliklə, apelyas iya instansiyası məhkəməsi bu ziddiyyətli məqamlara aydınlıq gətirməmiş, iddiaçı tərəfin iddiasında və izahatında səmimi olub-olmamasına, ev inşa edilərkən işgüzar yoxsa podrat münasibətlərinin mövcudluğuna, hazırki iddianın qaldırılmasının hüquqdan sui-istifadə olub-olmamasına qiymət verməmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa da, yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş, iddiaçının həmin sahəyə qanuni gözləntisi olmuşdur. Lakin buna baxmayaraq iddiaçı sözügedən əmlakı adına rəsmiləşdirməmiş, torpaq sahəsinin ona məxsus olmasını nə cavabdehlər, nə də ondan əvvəlki şəxslərə bildirməmiş (onlara belə bir məlumatın verilməsini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir), fərdi yaşayış evinin özbaşına tikili o lduğunu güman edən şəxslər onu bir neçə dəfə satmışlar.
65. İddiaçının hansı səbəbdən iki ilə yaxın müddətdə mənzildə yaşayan AlMakassesi Aytəkin Kamal qızına və Aynur İsmayılovaya qarşı iddia qaldırmaması, mübahisəli tikilini xüsusi mülkiyyət kimi rəsmiləşdirməməsi məlum olmamış, məhkəmə mübahisəli fərdi yaşayış evi tikildikdən sonra ilk dəfə hansı əsasla satılması, iddiaçının nümayəndəsi ilə Habil adlı şəxsin arasında işgüzar münasibətlərin həmin dövrdə davam edib-etməməsi, hüquqdan-sui istifadə hallarının olub-olmaması halını müəyyən etməmiş, ev ilk dəfə Habil tərəfindən satılarkən iddiaçının iştirak edib-etməməsi, iradə ifadəsinin olub-olmamasını müəyyən etmək üçün Al-Makassesi Aytəkin Kamal qızı, Aynur İsmayılova və Habil adlı şəxsləri işə cəlb etməmiş, iddiaçı tərəfin öz iddiasında v ə məhkəməyə verdiyi izahatında nə dərəcədə dürüst olmasını müəyyən etməmiş, işin halları natamam araşdırılmışdır.
66. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nət icələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.
67. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir.
68. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prins iplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).
70. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
71. Oxşar mövqe X17 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş ol ur.
72. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdehin tikililərinin hüquq müəyyənedici sənədlərinin olmaması Mülki Məcəllənin qeyd olunan normasının tətbiqini istisna etmir.
73. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “mənzil” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan müstəqil anlayışdır. Ayrı-ayrı anlayışların Konvensiyanın 8-ci maddəsi ilə müdafiə olunan “mənzil” anlayışına uyğun olub-olmaması, faktiki şəraitə əsasən, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olaraq qiymətləndiriləcəkdir (bax: Prokopoviç Rusiyaya qarşı, № 58255/00, § 36, AİHM 2004).
74. M isal üçün, Məmmədova Azərbaycana qarşı 06 iyun 2023-cü il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi sözügedən binada 1996-cı ildən ailəsi ilə birlikdə yaşayırdı və bu fakt hökumət tərəfindən mübahisələndirilməmişdir. Buna görə də, Konvensiyanın 8-ci maddəsinin müddəalarına əsasən, bina ərizəçinin mənzili idi. Ərizəçinin şikayətinə Konvensiyanın 8-ci maddəsi tətbiq edilə bilər.
75. Bu hallar ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, mübahisəli hüquq münasibətlərini tənzimləyərkən hüququn tətbiqində səhvə yol verilmiş və iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
76. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edi lmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına, nəticə etibarilə yuxarıda sadalanan maddi hüquq normaları ilə işin faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparılmadığına dəlalət edir.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbə bləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
78. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
79. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
80. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada y ekun hüquqi qiymət verilməlidir.
81. Ona görə də ləğv edilməli, iş yenidən yuxarıda göstərilən hallar araşdırılmaqla baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
82. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “23” “oktyabr” “2023”-cü il tarixli 2(105)-1910/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.