Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1091/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10369/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim O.Q.Məmmədli, iş № 2(004)-2801/2019) iddiaçı ləğv prosesində olan İddiaçı A SCnin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı evdən istifadə hüququna xitam verilməsi, qeydiyyatdan və evdən çıxarma, evin boşaldılması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərin ASC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 8, mənzil 169-dan istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, İ.S.Şirinov və E.C.Kazımov) iddiaçının və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində və Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdiri lmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxx 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək cavabdehlər X5, X6 və “X10” MMC-dən xx xxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə 120.823,33 manatın tutulması və tutmanın X3 məxsus olan N saylı binanın, 169 saylı mənzilinə və X4 məxsus Novxanı bağ massivində yerləşən bağ evinə yönəldilməsi, mənzilin və bağın satılıb əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, həmin əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılmadıqda cavabdehlərin mənzildən və bağ evindən çıxarılmaları qət edilmişdir. Açıq hərrac zamanı mənzil bank tərəfindən satın alınmış və bankın mənzil üzərində mülkiyyət hüququ xx xxxxxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla bankın adına Reyestrdə n Çıxarış verilmişdir. 2019-cu ilin mart ayında bankın ləğvedicisi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin banka məxsus mənzildə yaşamaqla onun mülkiyyət hüququnu pozmalarını əsas göstərməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən və qeydiyyatdan çıxarılması, mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxx 2011-ci il tarixli qətnaməsi ilə onun mənzildən çıxarılma tələbinə dair bankın iddiasının təmin olunmasına baxmayaraq bankın yenidən onun mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etməsini, məhkəmənin eyni tələb üzrə ikinci dəfə işə baxaraq qətnamə qəbul etməsini, halbuki Azərbaycan Respublikası MPMnin 153.2.2-ci maddəsinə əsasən belə iddianın yolverilməz olduğunu əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda bankın ləğvedicisi kassasiya şikayəti verərək iddianın rədd olunmuş hissəsində qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər c avabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Cavabdeh1 kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edərkən məhkəmə tərəfindən MPM-nin 153 və 261.0.2-ci maddələrinin tələblərinin pozulmasını əsas göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2, 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Cavabdehin istinad etdiyi əvvəlki məhkəmə qətnaməsi üzrə iddianın predmeti kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə, hazırkı iş üzrə iddianın predmeti isə c avabdehlərin evdən çıxarılması ilə bağlı olmuşdur. Göründüyü kimi həmin işlər həm iddianın predmeti həm də əsaslarına görə biribirindən fərqlidir. Göstərilən vəziyyətdə MPM-nin 153, 261-ci maddələrinin qüvvəsinin tətbiqi üçün əsaslar olmadığından kollegiya Cavabdeh1 kassasiya şikayətini əsassız sayır və hesab edir ki, şikayət təmin edilmədən saxlanılmalıdır. Cavabdehlərin ipoteka predmeti olan evdən qeydiyyatdan çıxarılmaları məhkəmə tərəfindən həll edilməli olan mübahisə olmadığından, evin boşaldılması isə eyni zamanda cavabdehlərin oradan çıxarılmasını əhatə etdiyindən, kollegiya iddianın həmin hissədə rədd olunmasını əsaslı sayır hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin oluna bilməz. Göstərilənlərlə əlaqədar kollegiya hər iki kassasiya şikayətini əsassız, qətnaməni isə qanun i və əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1091/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1091/2020
12.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver