Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1091/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və xxx ızına qarşı iş üzrə QƏRARİ (açar sözlər: evdən çıxarılma, ailə münasibətlərinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və xxxızına qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2691/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli, qətnaməsindən cavabdeh xxxızının kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüş, daha sonra Bərdə rayonunda məskunlaşmış və Bərdə rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı qərarı ilə Qaradağlı kəndindən 0,08 həyətyanı torpaq sahəsi almış, 2005-ci ildə həmin torpaq sahəsində ev inşa etdirməyə başlamış və 3 otaqdan ibarət evin tikintisi 2011-ci ildə başa çatdırılmışdır.
2. İddiaçıya məxsus yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2007-ci ilin aprel ayında rəsmi nikaha daxil olmuş, aralarında bağlanmış nikah 2018-ci ildə pozulmuşdur.
4. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən veri lmiş 2572 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı Bərdə rayon Qaradağlı kəndində ailə üzvləri - X7, X3, X4, X5, X9, X2, X6, X8 ilə birgə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və xxxızına onun mülkiyyətində olan xxxyerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı xxxyaşayır. Bərdə rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı qərarı ilə Qaradağlı kəndindən 0,08 həyətyanı torpaq sahəsi alıb və orada ev tikib. Həmin evi cavabdehlərə müvəqqəti yaşamaq üçün verib. İddiaçının oğlu (cavabdeh) Cavabdeh1la Cavabdeh2 2007-ci ildə ailə qurubl ar. Sonra da boşanıblar. Hazırda ailə üzvlərinin sayının çoxluğu və evin kiçik olması səbəbindən iddiaçı cavabdehlərdən evdən çıxmalarını tələb etsə də, cavabdehlər onun bu tələbinə əməl etmirlər.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 1572. Və 157.4-cüe maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 iddianı qəbul etməyərək göstərib ki, xxx ilə ailə qurandan sonra həyətdə olan və atasıgilin yaşadığı evdə yaşayıblar. 2012-ci ildə həyətdə ikinci ev tikildi və Vüsalə ilə özü köçüb orada yaşamağa başlayıb. İkinci evin tiklməsində Vüsalə ilə onu böyük əməyi olub. Başqa yaşayış yerləri yoxdur.
9. Cavabdeh2 xxxiddiaya etirazında göstərib ki, Cavabdeh1la 2007-ci ildə ailə qurub, iddiaçını yaşadığı evə gəlin köçüb. Sonra onun da valideynlərini köməkliyi ilə həyətdə ikinci ev tikilib, 2012-ci ildə Əlizaminnlə həmin evə köçüb. 2018-ci ildə boşansa da, həmin evdə yaşamağa davam edir. Başqa evi yoxdur.
10. Bərdə Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(021)-811/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Qamət Əbilov)
11. Birinci instansiya məhkəməsi müəyyən edib ki, Cavabdeh1la Cavabdeh2 2007ci ildə rəsmi nikaha daxil olublar, nikahları 2018-ci ildə pozulub. Cavabdeh2 ailə qurduğu vaxtdan Cavabdeh1la birgə mübahisədə adı keçən evdə yaşayıb. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb.
12. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 7 iyul 2001-ci il tarixli qərarına istinadən qeyd edib ki, sözügedən mənzil reyestrdə qeydiyyata alınmadığı üçün V.xxxova ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan müqavilənin bağlanması qeyri-mümkün olmuşdur.
13. Tərəflər arasında hüquq münasibətlərinin 2000-ci ilin sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (xx.xx.2009) əvvəl yarandığını, cavabdehin 2007-ci ildə evə köçdüyünü nəzərə alan birinci instansiya məhkəməsi hesab edib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi həmin münasibətlərin yaranma zamanına görə köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəalarına uyğu n həll edilməlidir.
14. İş materiallarında evin “cavabdehin qayınatasına məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. İddiaçı qeyri-müəyyənlikdən istifadə edərək cavabdehləri evdən məhrum etmək istəyir.
15. Birinci instansiya məhkəməsi qeyd edib ki, evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 53, 123-cü, Mənzil Məcəlləsinin (hazırda qüvvədə olan) 13-cü, Mülki Məcəllənin 228.1, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələ ri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tərəfindən qətnamə qəbul edilərkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilmişdir. Halbuki işin hallarından və Cavabdeh2 izahatından da görünür ki, cavabdehlər həmin mübahisəli evdə 2012-ci ildən yaşamağa başlamışlar; - cavabdehlər rəsmi nikaha daxil olmazdan əvvəl mübahisəli ev torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyətində olmuş, həmin torpaq üzərində yerləşən fərdi yaşayış evi şəxsi vəsaiti hesabına inşa edilmişdir; - cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsini və fərdi yaşayış evini tərk etməməsi nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
19. Cavabdeh1 apellyasiya şikayətini qəbul edərək bildirmişdir ki, Cavabdeh2 Aqşin adlı şəxslə münasibətləri olmuş və evin qapısını bağlayıb onunla getmişdir. Cavabdeh2 anasının Bərdə şəhərində yerləşən evində yaşayır. Apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə etirazı yoxdur.
20. Cavabdeh2 xxxxxx apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, keçmiş həyat yoldaşı ilə nikahı pozulduqdan sonra Aqşin adlı şəxslə münasibətləri olmuş, lakin bu m ünasibətlər Aqşinin narkotik maddəyə görə tutulması ilə bağlı uzun çəkməmişdir. Mübahisəli evdə yaşamadığı müddət ərzində isə Aqşinlə kirayədə deyil, anası evində yaşamışdır. Hazırda isə mübahisəli evdə yaşayır.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2(104)-2691/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afir Hüseynzadə, İslam xxxov)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, əvvəla, Cavabdeh2 2007-ci ildə Cavabdeh1la ailə qursa da, bu zaman mübahisəli evə deyil, iddiaçıya məxsus köhnə evə –iddiaçının Laçın rayonundan məcb uri köçkün düşərək Bərdə rayonuna gələrkən məskunlaşdıqları evə gəlin köçmüşdür. Hazırda mübahisələndirilən evin tikintisi isə 2011-ci ildə yekunlaşdığından iddiaçı cavabdehləri 2012-ci ildə həmin evə köçürmüşdür ki, işin həmin halını iddiaçı ilə yanaşı, Cavabdeh2 da öz izahatında təsdiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsi mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməkdə səhvə yol vermişdir.
23. Digər tərəfdən, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Bərdə rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2004cü il tarixli 11 saylı qərarı ilə İddiaçı satılmış və həmin torpaq sahəsinə dair istifadə və sahiblik hüququ sonuncuya məxsus olmuş, elə məhz iddiaçı tərəfindən 2005- ci ildə mübahisəli fərdi yaşayış evinin tikintisinə başlanılmış, 2011-ci ildə 3 otaqlı evin inşası sona çatdırılmışdır. Sözügedən ev iddiaçının yaşadığı köhnə evlə eyni həyətdə yerləşir və sonuncu evdə iddiaçı 9 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Cavabdeh2 isə 2018-ci ildə Cavabdeh1la nikahları pozulduqdan sonra 2021-ci ildən etibarən daimi olaraq mübahisəli evdə yaşamamış, anası evində yaşamış, ara-sıra gəlib baş çəkmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan 0,08 ha torpaq sahəsində yerləşdiyindən və həmin torpaq sahəsi yaşayış evi tikmək məqsədilə iddiaçıya satıldığından, habelə sonuncu tərəfindən inşa edildiyindən iddiaçının mübahisəli ev üzərində gözlənilən mülkiyyət hüququ vardır və işə baxan məhkəmə h əmin evi özbaşına tikili kimi tanımaqda haqlı olmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırki mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranma vaxtının müəyyən edilməsi əhəmiyyət kəsb edir. Cavabdehlər mübahisəli tikiliyə 2012-ci ildə köçdüklərindən tərəflər arasındakı mübahisəyə xx.xx.2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
26. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edib ki, cavabdehlər dən xxxova (Kərimova) Vüsalə xxx qızı iddiaçının keçmiş gəlini olmaqla, onun ailə üzvü dairəsinə daxil deyildir. Eyni zamanda, Cavabdeh2 Cavabdeh1la nikahları pozulduqdan sonra mübahisəli evdə daimi yaşamamış, evin qapısını bağlayaraq, ara-sıra gəlib getmiş, anası evində qalmışdır. Digər Cavabdeh1 iddiaçının doğma oğlu olmaqla, ailə üzvü olsa da, bu, onun mübahisəli evdən istifadə hüququnun daimiliyini təmin edən hal deyildir. Belə ki, o, yetkinlik yaşına çatmışdır və əmək qabiliyyətli olmaqla, iddiaçının onu saxlamaq vəzifəsi və onun saxlanması ilə bağlı hər hansı aliment öhdəliyi yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, iddiaçı cavabdehlərin mübahisəli evdən çıxarılması tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi isə maddi hüquq normalarının pozuntus una yol verməklə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi nəticəni Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Məcəllənin 152.1, 157.4, 180.1, 180.3-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılıb: - Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 178.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 9.3, 217.4, 218.1, 217.1-ci maddələri pozulub; - belə ki, iddiaçı tərəfindən mübahisəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq sübut (reyestrdən çıxarış) məhkəməyə təqdim edilməmiş, məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq, cavabdeh yaşadığı mənzildən çıxarılmışdır; - iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi o zaman qanuni hesab edilərək təmin oluna bilərdi ki, iddiaçının yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ əmələ gəlmiş olsun. Halbuki, mübahisə edilən daşınmaz əmlak torpaq sahəsi deyil, torpaq sahəsi üzərində inşa edilmiş tikili olmuş və i ddiaçının qeyd edilən tikili üzərində heç bir hüququ mövcud olmamışdır. Mübahisə edilən tikili torpaq sahəsinə münasibətdə yeni yaranmış daşınmaz əmlak olmuşdur; - Məhkəmə cavabdehin mübahisəli mənzildə uzun müddət yaşaması, həmçinin həmin mənzildən başqa yaşayış yerinin olmaması kimi iş üçün əhəmiyyət kəsb edən hallara qiymət verməmiş, qeyd olunan hallar ümumiyyətlə araşdırılmamışdır; - cavabdeh qısa müddət ərzində anasına məxsus evdə yaşamış, daha sonra yenidən mübahisəli evə qayıtmış və hazırda da başqa yaşayış yeri olmadığından həmin evdə yaşamağa davam edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
32. İddiaçının məhkəmə kollegiyasına ünvanlanan ərizəsi isə məzmun baxımından etiraz olmadığı üçün məhkəmə kollegiyası həmin ərizəni etiraz kimi qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyin atı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassas iya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə b axarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Kassasiya şikayətində qətnaməni yalnız Cavabdeh2 xxxmübahisələndirilib, bu baxımdan, kollegiya qətnaməni ona qarşı iddianın təmin edilən hissəsində yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən mübahisəsiz halına görə mübahisədə adı keçən evin yerləşdiyi torpaq sahəsi Bərdə rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2004-cü il tar ixli 11 saylı qərarı ilə iddiaçıya satılmış və həmin torpaq sahəsinə dair istifadə və sahiblik hüququ sonuncuya məxsus olmuş, elə məhz iddiaçı tərəfindən 2005-ci ildə mübahisəli fərdi yaşayış evinin tikintisinə başlanılmış, 2011-ci ildə 3 otaqlı evin inşası sona çatdırılmışdır. Cavabdehlər mübahisəli tikiliyə 2012-ci ildə köçüblər. Cavabdeh2 ilə Cavabdeh1 nikahları 2018-ci ildə pozulub.
39. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30)
40. Hazırki işdə də müəyyən edilib ki, Cavabdeh2 (xxxovanın) iddiaçının oğlu Cavabdeh1la nikahı məhkəmə qaydasında pozulub və bu səbəbdən Cavabdeh2 hazır da yaşayış sahəsinin sahibi olan iddiaçının ailə üzvü sırasına daxil deyildir.
41. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcllənin 30.4-cü maddəsinə gösər isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, k eçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
43. Hazırki işdə də Cavabdeh2 (xxxovanın) iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı müəyyən edildiyi üçün apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından düzgün olmuşdur.
44. İddiaçı tərəfindən mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq sübutun (reyestrdən çıxarışın) məhkəməyə təqdim edilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, kollegiya qeyd edir ki, mübahisədə adı keçən evin iddiaçının mülkiyyətində olması müəyyən edilməsə də, evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə qərarı ilə iddiaçıya satılma sı müəyyən edilib və apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli ev üzərində gözlənilən mülkiyyət hüququnun olması baxımından istinad edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2691/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir