Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1091/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü; apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməsi, apellyasiya şikayətinin forma və məzmununa dair tələblərin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1942/2023 nömrəli 1 dekabr 2023- cü il tarixli qərardadından c avabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.276,70 manat məbləğində əsas borcun, 815 manat məbləğində faiz borcunun və 61 manat məbləğində ödənilmiş dövlət rüsumunun - cəmi 4.152,70 manat məbləğində pulun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Kürdəmir Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, 2(041)-1940/2022 nömrəli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti ve rmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1942/2023 nömrəli, 1 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Cahid İmanov və Tale Kərimov) apellyasiya qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 363-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiy a bu hissədə mövqeyini MPM-in 10-1.3, 10-1.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
6. Kollegiya həmçinin qeyd etmişdir ki, apellyasiya şikayəti verilərkən MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.
7. Kollegiya qeyd etmişdir ki, MPM-in 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və 363.1.5-c i maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPMin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllə nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, yanlış olaraq apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və yeni qərardad çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (VÖEN **********) və iddiaçı hüquqi şəxs (VÖEN **********) olmaqla vergi ödəyiciləridir. Tərəflərin arasında yaranan mübahisə sahibkar lıq fəaliyyəti ilə əlaqədar yaranan kommersiya mübahisəsidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır.
10. Cavabdehin apellyasiya şikayətini elektron qaydada verməməsinin səbəbi odur ki, cavabdeh xx.xx.2022-ci il tarixli 2(041)-1940/2022 saylı mülki iş elektron sistemdə olmadığı üçün və göstərilən tarixdə baxıldığı zaman poçt vasitəsilə göndərilməsi mümkün olduğu üçün apellyasiya şikayətini poçtla göndərmişdir. Apellyasiya şikayətindən də göründüyü kimi müraciəti edən vətəndaş şəxsən özüdür və heç bir hüquqi yardım almamış, yəni vəkil xidmətindən istifadə etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəməy ə birbaşa müraciət edən cavabdehin məhkəməyə müraciət hüququ məhdudlaşdırılır. Bundan başqa, cavabdeh apellyasiya şikayəti verərkən xx.xx.2022-ci il tarixli 2(041)-1940/2022 saylı qətnamənin ümumiyyətlə prossesual hüquq normaları pozulmaqla qəbul olunduğunu dəqiqliklə göstərmişdir. Belə ki, mülki işin baxılması ümumi məhkəmənin səlahiyyəti çərçivəsində deyil, məhz kommersiya məhkəməsinin səlahiyyətindədir. Apellyasiya şikayətinə əlavə olunan Azərbaycan Respublikasl Vergilər Nazirliyinin “taxes.gov.az” internet saytından əlavə edilmiş məlumatlar apellyasiya şikayətinə əlavə olunmuşdur. Göstərilən hallar Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1940/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsasdır. X1 Məhkəməsini göstərilən halları ümumi formal bir qərardadla qeyrimümkün saymaqla cavabdehin müdafiə hüququnu məhdudlaşdırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
13. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilm əz.
14. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı
15. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
16. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yo l verilmir.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
21. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Qanunun təl əbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayət i qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı qismən “apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilməli, mülki işin bu qərarın əsaslandırıcı hissəsində qeyd olunan sonrakı prosessual hərəkətlərin edilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi, qərardadın apellyasiyanın qeyri-mümkün hesab edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmalıdır.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıql arı sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
26. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətl ərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 363.1.5-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
27. Bu tələb MPM-nin 10-1.3-cü maddəsindən irəli gəlir. Çünki həmin normada müəyyən edilmiş qaydaya görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndər ilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
28. Baxılan iş üzrə apelyasiya şikayətinin mümkünlüyünü araşdırarkən apelyasiya instansiyası məhkəməsi bu normanı tətbiq etmiş və apelyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə əsaslanaraq apelyasiya şikayətini qeyri-mümkün hesab etmişdir.
29. Kassator məhkəmənin gəldiyi bu nəticəni əsassız hesab edərək bildirir ki, «2(041)-1940/2022 saylı mülki iş elektron sistemdə olmadığı üçün apellyasiya şikayətini poçtla göndərmişdir».
30. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsaslı hesab edir. Belə ki, “Elektron məhkəmə” informasiya siste mindən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən həmin iş üzrə elektron kabinet yaradılması müəyyən edilmir. Bu halda birinci instansiya məhkəməsi cavabdehin verdiyi apelyasiya şikayətinin qeydiyyata alınması üçün zəruri olan hərəkətləri etməli idi. Həmçinin apelyasiya instansiya məhkəməsi, mülki iş üzrə elektron kabinetin mövcud olmadığını nəzərə alaraq, apelyasiya şikayətinin elektron qeydiyyatının həyata keçirilməsinin mümkünlüyünü araşdırmaq üçün birinci instansiya məhkəməsinə göndərməli idi. Lakin məhkəmə apelyasiya şikayətini geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərmişdir.
31. Apelyasiya şikayətinin verilməsi üçün digər bir tələb isə MPM-nin 361-ci maddəsində apelyasiya şikayətinin forma və məzmununa dair tələblərdir. Həmin normada apelyasiya şikayəti ndə şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılması tələb olunur.
32. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-nin 361.1-ci maddəsində “Apelyasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apelyasiya” sözləri ilə əvəz edilmişdir. Həmin normanın yeni redaksiyası, bundan sonra verilən apelyasiya şikayətlərinin MPM-də müəyyən edilmiş formada tərtib olunmasını tələb edir. Apellyasiya şikayətinin forması, MPM-nə Əlavə 2-də müəyyən edilmişdir.
33. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi hes ab etmişdir ki, cavabdehlər apelyasiya şikayətini MPM-nə Əlavə 2-yə uyğun tərtib etməmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin MPM-nin 361.1.-ci maddəsinə uyğun olmaması barədə nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normalar ciddi tətbiq olunmuşdur. Belə ki, apelyasiya şikayətlərinin bəsit məzmuna malik olması, forma tələblərinə tam cavab verməməsi, hüquqi baxımdan mükəmməl tərtib olunmaması barədə mövqe qəbul edilə bilər. Lakin apelyasiya şikayətində cavabdehin prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması barədə dəlilləri açıq-aşkar əsaslandırılmamış deyildir. Cavabdeh prosessual hüquq normalarının pozuntusunu müvafiq cədvəl şəklində olan hissədə hər bir hüquq normasının qarşısında göstərməsə də, şikayətlərdə qətnamənin əsassız və qanunsuz olması barədə bəzi izahlı dəlillər əksini tapmışdır. Buna görə də apelyasiya şikayətinin MPM-nin 361.1-ci maddəsinə uyğun olmaması barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır.
35. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
36. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1942/2023 nömrəli 1 dekabr 2023-cü il tarixli qərardadı qismən - “apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinə müvafiq olaraq qaytarılması üçün iş mat erialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilsin. Mülki iş bu qərarın əsaslandırıcı hissəsində qeyd olunan sonrakı prosessual hərəkətlərin edilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardad apellyasiyanın qeyri-mümkün hesab edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.