Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun, iddiaçının, onun vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2560/2018 saylı 21 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli q ətnaməsi ilə (hakim M.A.Bağırov, iş № 2(064)-114/2017) iddia qismən təmin edilmiş, cavabdeh x1ndan İddiaçı borclu olduğu 1200 manat pul və qanunsuz olaraq saxladığı iddiaçıya məxsus 1200 manat pulun Azərbaycan Respublikasının Mərkəzi Bankının 15 uçot faiz dərəcəsinə uyğun 4 (dörd) illik qətnamə çıxarıldığı günə faiz miqdarı 720 manat və iddiaçıya vurduğu mənəvi zərərin əvəzi 200 (iki yüz) manat məbləğində pul, cəmi 2120 manat pulun alınaraq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə məsrəfi – 70 (yetmiş) manat məbləğində ekspertiza xərcinin 05 manatının cavabdeh x1ndan, qalan hissəsinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.X.H eydərov (sədrlik edən və məruzəçi), N.F.Mirzəyev və Z.B.Babayev, iş № 2(106)-490/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(064)-114/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh x1ndan 15100 (on beş min yüz) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.M.Rüstəmov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.G.Nurməmmədov, iş № 2(102)-3955/2018) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2018-ci il tarixli qətn aməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.B.Kərimov (sədrlik edən və məruzəçi), Z.A.Zeynalov və İ.Q.Əsədov, iş № 2(106)-2560/2018) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(064)-114/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh x1ndan 15000 (on beş min) manat pulun alınaraq İddiaçı verilməsi, iş üzrə məhkəmə məsrəfi – 70 (yetmiş) manat məbləğində ekspertiza xərcinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdeh x1ndan və İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürül məsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Göstərilən qətnamədən cavabdeh x1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh x1ndan borclu olduğu 30.000 (otuz min) manat əsas borcu və həmin məbləğə hesablanmış bank uçot dərəcəsinə əsasən faiz borcunun, bununla yanaşı cavabdehin qanunsuz hərəkətləri ucbatından mənəvi zərər olaraq ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 5.000 (beş min) manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 2002-ci ildən tanıyır. Müxtəlif vaxtlarda x1n maşını ilə Bakı şəhərinə gedib-gəlmiş, onun taksisi ilə Bakı şəhərinə ərzaq və sair məhsulları göndərmiş, həmçinin bir neçə dəfə də onunl a xidməti işlə bağlı ünsiyyətdə olmuş və beləliklə də aralarında səmimi münasibət yaranmışdır. x1 ona taksi fəaliyyətinin gəlirli sahə olduğunu bildirərək bu fəaliyyəti genişləndirmək və birgə qazanc əldə etmək məqsədilə bir neçə avtomaşın alıb icarəyə verməyi ona təklif etmiş, bu işdə səriştəli olduğundan özünün buna nəzarət edəcəyini bildirməklə 2013-cü ilin oktyabr ayından etibarən müxtəlif vaxtlarda ondan 30.000 (otuz min) manat pul almışdır. Razılaşmaya əsasən pulları hissə-hissə ona qaytarılmaqla, sonrakı mərhələlərdə gəliri bölməyi planlaşdırmışlar. Bir müddət cavabdeh ona taksi fəaliyyətindən gələn gəlir adı ilə hissə-hissə pul qaytarmaqla onda inam yaratmışdır. Daha sonra biznesi genişləndirmək məqsədilə Horadiz ətrafında ferma tikmək, təsərrüfatla məşğul olmağı da öhdəsinə götürm üş və bu məqsədlə həmin pulları yenidən ondan geri istəmiş, hətta ona fermaya bənzər bir tikili də göstərmişdir. Yekun olaraq Horadiz şəhərində o, cavabdehə 27.000 (iyirmi yeddi min) manat pul vermiş, 3.000 (üç min) manatı isə onun tapşırığı əsasında cavabdeh Bakı şəhərində onun tanışı olan X2 almışdır. Müəyyən müddətdən sonra x1n hərəkətləri onda şübhə yaratdığından, ondan pulların geri qaytarmasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh x1 ona həmin pulları sərmayə şəklində taksi fəaliyyətinə və qoyunçuluğa yatırdığını və əgər gəlir əldə edə bilməsə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin yaxınlığındakı hansısa binanın zirzəmisində 64 kv.metrlik qeyri-yaşayış sahəsini onun ixtiyarına verəcəyini bildirmişdir. Həmin yerin sənədlərini göstərəndə o, sənədin saxta olduğunu görərək ondan pulları geri tələb etməyə başlamışdır. x1 pulların gah Zahid adlı şəxsdə, gah da Bəyəndik adlı şəxsdə olduğunu bəhanə gətirərək pulları onlardan ala bilmədiyindən bir az da ona möhlət verməyi xahiş etmişdir. Daha sonra pulları xx adlı bank işçisinə verməsini, xxi tapa bilməməsini bəhanə etmişdir. Qeyd olunan pulların qaytarılması ilə əlaqədar cavabdeh x1la 18.05.2015-ci il tarixdə ***-***-**-**; 26.05.2015-ci il tarixdə ***-***-**-**; 19.09.2015də ***-***-**-**; 06.11.2015-də ***-***-**-**; 15.12.2015-ci il və 10.02.2016-cı il tarixlərdə eyni nömrəli mobil telefonlarla danaşıqlar aparmış, cavabdeh Füzuli, Ağcabədi rayonlarında, Bakı şəhərində hansısa banklardan kredit götürərək və şəxsi avtomobilini sataraq ona olan pul borcunu qaytaracağına söz verməsinə baxmayaraq bu günədək nəinki pull arı qaytarmamış, qaytarmaq fikrinin olmadığını bildirmişdir. Bundan sonra o, Füzuli Rayon Polis Şöbəsinə müraciət etmiş, lakin polis şöbəsində mülki xarakterli iş olduğu bildirilərək 12.05.2016-cı il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmiş, məhkəmə qarşısında mülki qaydada iddia qaldırılması məsləhət görülmüşdür. Həmçinin sözügedən hadisə ilə bağlı cavabdehin təqsiri üzündən ona mənəvi ziyan da dəymişdir. Belə ki, o, bu məsələ ilə bağlı stress, əsəb gərginlikləri keçirmiş, tanıdığı şəxslərin yanında nüfuzdan düşmüşdür. Ona görə də cavabdeh tərəfindən bunun əvəzi ödənilməlidir. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x1 və vəkili Vəkil2 kassasiya şikayəti verərək, Şirvan Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2560/2018 saylı 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək iş üzrə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 4.1, 14.2, 77.1, 88, 217-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kass asiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili Vəkil2 kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, onun təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2560/2018 saylı 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil1 ayrı-ayrılıqda kassasiya şikayətinə etiraz etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarıldığını, işin obyektiv araşdırıldığını, məhkəmənin işin hallarına uyğun nəticəyə gəldiyini bildirməklə, kassasiya şikayətinin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(106)-2560/2018 saylı 21 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət v ermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Cavabdehin kassasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kassasiya şikayəti üzrə araşdırma yalnız həmin hissəyə aid aparılır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş və bununla əlaqədar qəbul olunmuş qətnamə qismən qanunsuz olmaqla aşağıdakı əsaslara görə qismən ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsində, şahid qismində dindirilmiş X6 ifadə verib bildirmişdir ki, cavabdeh x1nu tanıyır. O, taksi fəaliyyəti ilə məşğul olur, x1 bir neçə dəfə ondan Bakı şəhərinə İddiaçı pul göndərib, o, da həmin pulları İddiaçı Bakı şəhərində olan evində İddiaçı vermişdir. Həmin məhkəmədə dindirilmiş digər şahid X7 ifadəsində İddiaçı və cavabdeh x1u tanıdığını, kreditlə avtomobil almaq istədiyini bildirərək qeyd etmişdir ki, avtomobil almaq üçün ona lazım olan 3000 manat pulu x1 ona vermiş, o, avtomaşı nı almış, lakin avtomaşın x1n adına rəsmiləşdirilmişdir. O, iki il işləyib hər ay 300 manat pul vermiş, sonra da 2000 manat avtomaşının pulundan ödəmiş, avtomaşını 4000 manata satmışdır. x1 ona demişdir ki, həmin avtomobil X həkimindir. O, x1lə Bakı şəhərinə getmiş, X həkimin Bakı şəhərində olan evinin yanında dayanmış, x1 də bir neçə dəfə pulu aparıb X həkimə vermişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X1 izahatında bildirmişdir ki, İddiaçı və cavabdeh x1u tanıyır. O, taksi fəaliyyəti ilə məşğul olur, x1 bir neçə dəfə ondan Bakı şəhərinə İddiaçı pul göndərib, o da həmin pulları İddiaçı Bakı şəhərində olan evində İddiaçı vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11583 saylı 05 iyun 2017-ci il tarixli eksper t rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş kağız parçası üzərində “x1 27000” yazıları və imza-x1 tərəfindən icra olunmuşdur. Füzuli rayon Polis Şöbəsinin 12 may 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, x1nun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasında dindirilərkən cavabdeh x1 izahatında bildirmişdir ki, həqiqtəndə də İddiaçı ilə aralarında birgə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri olmuş və o, həqiqətəndə ondan müəyyən məbləğdə pul götürmüş və onun iddiaçıya cəmi 15.000 manat borcu qalmışdır. O, həmin pulu iddiaçıya qaytarmışdır. Hazırda onun idddiaçıya heç bir borcu qalmamışdır. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şə xs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi). MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsini n Plenumu özünün S.Əliyevanın şikayəti ilə bağlı 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, “məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianı təmin etdiyi hissədə mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarına və Konstitusiya Məhkəməsi Plenumunun göstərişlərinə əsasən, işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qətnamədə tədqiq edilmiş dəlillərlə əsaslandırmaq əvəzinə yalnız onları sadalamaqla kifayətlənmiş və Mülki Məcəllənin 739, 740, 385.1, 442-ci maddələr inə istinad edərək iddianın qismən əsaslı olması qənaətinə gəlmişdir. MPM-nin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Prosessual qanunun qeyd olunmuş normasına əsasən, kassasiya instansiyasının göstərişlərinə əməl edilməsi mütləq xarakter daşıyır. Əgər işə yenidən baxan məhkəmə həmin göstərişlərə əməl etmirsə, bu müəyyən hüquqi nəticələrə səbəb olur. Belə halda qətnamə ləğv edilməli olur, çünki işdə aradan qaldırılmamış, kassasiya məhkəməsinin qeyd etdiyi nöqsanlar qalmış olur. MPM-nin 420-ci maddəsinin müddəalarına əməl edilməsinin zəruriliyinə Konstitusiya Məhkəməsinin Plenumu da özünün 28.02.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci ma ddəsinin şərh edilməsinə dair” Qərarında işarə etmişdir. Lakin qeyd olunmuş normaya zidd olaraq işə apellyasiya qaydasında baxan məhkəmə yuxarı məhkəmənin göstərişinə tam həcmdə əməl etməmişdir. Belə ki, bundan əvvəl işə kassasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh x2un izahatında və qeyd olunan şahidlərin ifadələrində göstərdiklərindən əlavə iddiaçı E.X5 müxtəlif vaxtlarda ondan aldığı borc puldan hissə-hissə ona qaytarmasını həm öz iddia ərizəsində və həm də Füzuli RPŞ-nın istintaq bölməsinə verdiyi izahatında təsdiq etmişdir. (i.v 1-3, 7-10). İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi isə iddiaçıdan ümumilikdə alınan 30.000 manatın hansı hissəsinin iddiaçıya qaytarılmasının müəyyən edilməsinin mümkün olmamasını qeyd etməklə kifayə tlənmiş və hesab etmişdir ki, iddia tələbinin cavabdeh x2un etiraf etdiyi həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Ona görə ki, iş materialları ilə cavabdeh x2un iddiaçıdan almış olduğu ümumi pulun qalıq hissəsini təşkil edən 15.000 manat borcu qalmasını və həmin pulu qaytarmasını bildirsə də o, qeyd olunan məbləğin iddiaçıya qaytarmasını sübut edə bilməmişdir. Göründüyü kimi, iddianın qismən əsaslı olması nəticəsinə gələn apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişi üzrə heç bir araşdırma aparmamış, özünün mülahizələrinə əsaslanmışdır. Bu isə, MPM-nin 88-ci maddəsinin tələblərinə ziddir. Həmin normaya əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (MPM-nin 76.1-ci maddəsi). Qeyd olunmuş prosessual normaya əsasən, sübutlar faktiki məlumatlardır. Faktiki məlumat deyəndə, fakt deyil, fakt barədə məlumat başa düşülməlidir. Həmin məlumatlar əsasında məhkəmə iş üzrə əhəmiyyət kəsb edən halların mövcud olub-olmamasını müəyyən edir. Öz növbəs ində o hallar sübutedici faktlar adlanır ki, hüquqi əhəmiyyəti olan faktların olub-olmaması barədə qənaətə gəlməyə imkan verir. Beləliklə, prosessual qanunun yuxarıda qeyd olunmuş normaları sübutetmə ilə əlaqədar vəzifələrin tərəflər arasında bölüşdürülməsinə dair ümumi qaydanı müəyyən edir. İddiaçı iddiasının əsasını təşkil edən faktları sübut etməlidir, çünki o, iddiasının təmin olunmasını istəyir. Odur ki, əgər onun istinad etdiyi fakt sübut olunmazsa, hesab olunur ki, belə fakt mövcud olmamışdır. Digər tərəfdən, işə baxılması nəticəsində, o cümlədən apellyasiya icraatı qaydasında qəbul olunmuş hər bir məhkəmə qətnaməsi məhkəmənin mübahisə üzrə gəldiyi nəticəsini, işin hallarına dair hüquqi mövqeyini özündə əks etdirir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (MPM-nin 220.4-cü maddəsi). Məhkəmə mötəbər sübutlara əsaslanmadan və onları təhlil etmədən iddianın təmin və ya rədd edilməsi barədə nəticə ilə kifayətlənə bilməz. Məhkəmə tərəflərin hüquq münasibətləri və onlara verdiyi hüquqi qiymətlə əlaqədar bu və ya digər mülahizəyə gəlməyinin səbəbini açıqlamalıdır. Kassasiya instansiyası məhkəməsinin göstərişi üzrə araşdırma aparılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız ona istinad olunmuşdur ki, iddiaçıdan ümumi likdə alınan 30.000 manatın hansı hissəsinin iddiaçıya qaytarılmasının müəyyən edilməsi mümkünsüzdür. Lakin yalnız bu hala istinad edilməklə qətnamənin tam əsaslandırıldığı qənaətinə gəlinə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x2un İddiaçı aldığı borc puldan qaytarılmasını cavabdeh və şahidlərin göstərmələrindən əlavə iddiaçının özü də etiraf etmişdir ki, bu halın aydınlaşdırılmamış qalması iş üzrə düzgün olmayan, ədalətsiz nəticəyə gəlinməsinə gətirib çıxarır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu özünün «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tar ixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi vahid prosessual sənəddir. Qətnamənin əsasını məhkəmə araşdırılması zamanı yoxlanılmış, tədqiq və müəyyən olunmuş bütün faktlardan məntiqi olaraq irəli gələn nəticə təşkil etməlidir. Deməli qətnamənin nəticə hissəsindəki mövqe əsaslandırıcı hissəsindəki dəlillərə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün ba xılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «X10rşı» iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellya siya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin olunması hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir və bu da qəbul olunmuş qətnamənin həmin hissədə ləğvi üçün əsasdır. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki hazırki iş üzrə yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPMnin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, müəyyən olunmuş hallara prosessual qanunvericiliyə əsasən qiymət verməli, əvvəlki qətnaməni ləğv etmiş kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirməli, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə ə sasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir.. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh x1nun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2560/2018 saylı 21 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən- iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1092/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1092/2019
28.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver