Məhkəmə qərarları › İş №2(102)-1092/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1092/2023

17.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Sadıq oğlunun cavabdeh "xxxx" MMC-ə (X5, X15, X13, X18, X14 və Cəlilabad rayon 1 saylı notariat ofisinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsi, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), X11 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1031/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Cəlilabad rayonu Uzuntəpə kəndində 3,11 hektar torpaq sahəsi (bundan sonramübahisəli torpaq sahəsi) İddiaçı1 Sadıq oğlunun (bundan sonra - iddiaçı), X3, X10, X6, X12 və X7 mülkiyyətinə verilmişdir.

3. Cəzaçəkmə müəssisənin rəisi tərəfindən təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X21 Müəssisəsində cəza çəkən İddiaçı1 ümumi mülkiyyətində olan 3,11 ha torpaq sahəsinin həyat yoldaşı X5 tərəfindən satılm asına dair 20 avqust 2007-ci il tarixli razılıq ərizəsi vermişdir.

4. X8 və "xxxx" MMC arasında bağlanmış, Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, X8 onun ailə üzvlərinin mülkiyyətində olan mübahisəli torpaq sahəsini 3200 manat müqabilində cavabdeh MMC-nin təsisçisi İddiaçı2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 2,66 ha pay torpaq sahəsinin cavabdehə satılmasına dair Cəlilabad rayon notariat kontorunda bağlanmış 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini onunla əsaslandırmışdır ki, uzun müddət həmin torpaq sahəsindən istifadə etməklə torpaq sahəsinə sahiblik və istifadə etmişdir. İddiaçı həmin torpaq sahəsini dövlət qeydiyyatına aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi ərizə ilə müraciət etmiş, lakin həmin idarədən ona ünvanlanmış məktubdan sonra məlumatı olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsi 27 sentyabr 2007-ci il tarixdə alğı-satqı müqaviləsi əsasında cavabdehə satılmışdır. Həmin torpaq sahəsinə dair cavabdehə müqavilə əsasında çıxarış verilmişdir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Lakin iddiaçı tərəfindən həmin torpaq sahəsi cavabdehə satılmamış və ümumiyyətlə nə onun, nə də ki, onun ailə üzvl ərinin razılığı olmamışdır. İddiaçı həmin vaxt cəzaçəkmə müəssisəsində olmuşdur. Belə ki, notariat kontorunda təsdiq olunmuş alğı-satqı müqaviləsindəki imza iddiaçıya məxsus deyil, iddiaçı torpaq sahəsini 7 il müddətinə cavabdehə icarəyə vermişdir. Lakin torpaq sahəsinin hansı qiymətə icarəyə verilməsini iddiaçı bilmir, qiyməti iddiaçının anası cavabdehlə razılaşmışdır.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X5, X15, X13, X18 və X14 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuşlar.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçını rayon sakini kimi tanıyır. O, iddiaçının əmisi oğlundan torpaq sahəsi almış, bundan sonra sonuncudan iddiaçının torpaq satması barədə xəbər tutmuşdur. İ ddiaçının evinə gedərək razılığa gəlmişlər. Həmin vaxt iddiaçı həbsdə olduğu üçün torpaq sahəsinin alğı-satqısı barədə onun həyat yoldaşı Zərifə Bayramova ilə razılığa gəlmişdir. 27 sentyabr 2007-ci il tarixdə iddiaçının ailə üzvləri notariat kontoruna gələ bilmədikləri üçün notarius ilə birlikdə iddiaçının evində olmuşlar, iddiaçının ailəsinin, qardaşlarının, anasının və bütün ailə üzvlərinin razılığı ilə alğı-satqı müqaviləsi əsasında 3200 manat iddiaçının həyat yoldaşı Z.Bayramovaya ödəməklə torpaq sahəsini cavabdehin adına almışlar. İddiaçı həbsdə olduğu üçün onun razılıq ərizəsi cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilərək göndərilmişdir. Hər bir halda iddiaçının razılığı olmuşdur. Daha sonra o, həmin torpaq sahəsinə dair mülkiyyət hüququna Daşınmaz Əmlakın Dö vlət Reyestrindən çıxarış almışdır. Aldığı vaxtdan da torpaq sahəsindən istifadə etmişdir, sonra isə 2021-ci ildə həmin torpaq sahəsini başqa şəxsə satmışdır. Hazırda həmin ərazilərdə torpaq sahəsinin qiyməti baha olduğu üçün iddiaçı başqa bir şəxslə razılaşıb torpaq sahəsini satmaq məqsədilə qərəzli olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddia edir ki, torpaq sahəsini icarəyə vermişdir. Lakin 2007-ci ildən hazırkı vaxtadək nə səbəbdən ondan icarə haqqını tələb etməməsini izah edə bilmir. İddiaçının 14 ildən sonra ona qarşı hazırki tələblə məhkəməyə müraciət etməsi özü də onun haqsız olduğu qənaətinə gəlmək üçün əsasdır və iddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişd ir.

9. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-1663/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddia müddətinin ötməsi barədə ərizəsi əsaslı hesab olunmalıdır. Belə ki, iddiaçı 6 (altı) illik iddia müddətini ötürmüşdür.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150, 373.2, 375.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, alğı-satqı müqaviləsini o, imzalamamışdır. Onun imzası saxtalaşdırılmışdır. Bu barədə birinci instansiya məhkəməsində bildirsə də, bununla bağlı müvafiq ekspertiza təyin edilməmişdir.

14. İddiaçının vəsatəti ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1056 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, Cəlilabad rayonu 1 saylı dövlət notariat ofisində 27 sentyabr 2007-ci il tarixli 4Ə-111 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin 14cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X21 Müəssisəsinin 17/50-298, 20 avqust 2007-ci il tarixli məktubundakı razılıq verilməsi barədə ərizədə “İmza” qrafasındakı imza - İddiaçı1 tərəfindən icra olunmuşdur.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apel lyasiya instansiyası məhkəməsi) 2(106)-1031/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına istinadla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin hallarından görünür ki, alğı-satqı predmeti olan birgə mülkiyyətdə olmuşdur. İddi açı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi cavabdehə satılmamış, ümumiyyətlə onun və onun ailə üzvlərinin razılığı olmamışdır.

17. Mübahisələndirilən müqavilə təsdiq edilərkən müqavilədə sözügedən torpaq sahəsinin mülkiyyətçilərindən Bayramova Zərifədən başqa digər mülkiyyətçilərin imzaları olmamışdır. Digər mülkiyyətçilər öz payları barədə sərəncam verməyi satıcıya həvalə etməmişlər.

18. Həmçinin, torpağın satılmasına digər mülkiyyətçilərin adından notariat gaydasında təsdiqlənən etibarnamə verilməmişdir. İş materiallarından görünür ki, sözügedən alğı-satqı müqaviləsi təsdiq edilərkən digər mülkiyyətçilərdən X15 və X6 razılıq ərizələri Cəlilabad rayonu, Uzuntəpə kənd İnzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Bu razılıq ərizəsi etibarnamə kimi qəbul edilə bil məz. Çünki Qanunun tələbinə görə müvafiq icra hakimiyyəti orqanı daşınmaz əmlaka dair sərəncam verilməsi üçün etibarnamələri təsdiq etmir.

19. Müəyyən edilir ki, alğı-satqı müqaviləsi tərtib və təsdiq edilərkən mülkiyyətçilərin imzası olmamış, bununla da qanunla müəyyən edilmiş forma tələblərinə əməl edilməmişdir. Alğı-satqı müqaviləsini mülkiyyətçilərdən (səlahiyyətli şəxslərdən) İddiaçı1 Sadıq oğlu və X15 imzalamamışlar. Müqavilənin etibarlılığı üçün lazımi şərtlər ödənilməmişdir - yəni onun bağlanmasında lazımi subyektlər (səlahiyyətli şəxslər) iştirak etməmiş, onların iradə ifadəsi bildirilməmiş, əqdin formasına əməl edilməmişdir.

20. Göstərilənlər onu deməyə əsas verir ki, Cəlilabad Rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş 27 sentyabr 2007-ci il tarixli, 4Ə-111 reyestr nömrəli a lğı-satqı müqaviləsi özlüyündə etibarsız müqavilə olmuşdur.

21. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan altı illik müddət müqavilə tələbləri üzrə yaranan mübahisələrə tətbiq edilir. İddiaçı isə hazırda müqavilənin etibarsızlığının (əhəmiyyətsizliyinin) tanınmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı ilə cavabdeh M MC arasında bağlanmış və Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27 sentyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi daxilində hər iki tərəfin qarşılıqlı razılaşması əsasında bağlanmış və hər iki tərəf müqavilədə ifadə edilmiş şərtlə, yəni “satıcı, 3,11 ha torpağı alıcıya satdım, alıcı isə həmin torpağı aldım" şərti ilə razılaşmışlar. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verərəkonu satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin torpağa dair cavabdehlə alğı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericilikdə qeyd olunan hüququn ümumi prinsiplərinə əməl edilməmiş, məhkəmə tərəfindən mübahisəyə dair qərar qəbul edilərkən iş materia lları düzgün araşdırılmamış və faktlar və sübutlar işə dair qərar qəbul etmək üçün yetərli olmamışdır. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən də bir daha təsdiq edilmişdir ki, iddiaçı JN-590 nömrəli. Kod 80600048 nömrəli Dövlət aktına əsasən ümumi mülkiyyətlərində olan 3,11 ha torpaq sahəsini həyat yoldaşı X5 tərəfindən satılmasına razılıq vermişdir və ərizə cəzaçəkmə müəssisənin rəisi tərəfindən təsdiq edilmişdir. İkinci hal isə ondan ibarətdir ki, X2 ailədə maddi çətinliklərə görə satmaq istədiyi 3.11 ha pay torpaq sahəsindən, ailədə azyaşlı uşaqları 03 avqust 1990-cı il təvəllüdlü X13, 26 oktyabr 1991-ei il təvəllüdlü X19 və 18 avqust 1995-ci il təvəllüdlü X9 payına düşən hissəsinin, uşaqların mənafeyinə uyğun olmaqla anaları X1 hüq uqu verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

27. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

28. Maddə. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

31. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

32. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqa vilə notariat qaydasında təsdiqlənməlidir.

33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

34. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, b u əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

37. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

46. Baxılan işdə iddiaçı mübahisəli torpaq sahəsinin onun və digər ümumi mülkiyyətçilərin razılığı olmadan satılmasına istinadən alğı-satqı müqaviləsinin etibarsız sayılmasını tələb edir (§ 5-6).

47. Cavabdeh isə iddiaya etiraz edərək torpaq sahəsini bütün mülkiyyətçilərin, o cümlədən iddiaçının razılığı əsasında aldığını bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir (§ 8).

48. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı1 Sadıq oğlunun, X3, X10, X6, X12 və X7 ümumi mülkiyyətində olan Cəlilabad rayonu Uzuntəpə kəndində 3,11 hektar torpaq sahəsi Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 27 sentyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsi ilə "xxxx" MMC-ə satılmışdır. İddiaçı1 torpaq sahəsinin satılmasına yazılı razılıq vermişdir (§ 2-4).

49. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

50. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsası kimi Mülki Məcəllənin 329.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı alğı-satqı müqaviləsində özü imza etməmiş, digər mülkiyyətçilər öz payına sərəncam verməsini satıcıya həvalə etməmişlər, bu barədə notarial etibarnamə verməmişlər, bununla da qanunla müəyyən olunmuş forma tələblərinə əməl olunmamışdır. Ona görə də xx.xx.2007ci il tarixli alğı-satqı müqaviləsi özlüyündə etibarsız olmuşdur (§ 16-21).

51. Kassasiya kollegiyası bu mövqeyi əsaslı saymır ona görə ki, əvvəla, əqdin forma şərtinə əməl olunması dedikdə, Mülki Məcəllənin 405.1 və 406.1-ci və digər aidiyyəti maddələrində nəzərdə tutulan tələblərə əməl olunması başa düşülür.

52. Belə ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir (§ 26, 32-34).

53. Göründüyü kimi, qanunverici forma şərtinin gerçəkləşməsi üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində qanunun tələb etdiyi formada razılığa gəlmələrini tələb edir. Həmin şərtlərin pozulması halında isə əqd fo rma tələblərinə əməl olunmamasına görə etibarsız sayılır.

54. Bu səbəbdən Mülki Məcəllənin 329.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

55. Baxılan işdə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair 27 sentyabr 2007-ci il tarixli müqavilənin tərəfləri – satıcı, daşınmaz əşyanın ümumi birgə mülkiyyətçisi Zərifə Bayramova, alıcı isə "xxxx" MMC olmuşlar. Müqavilə tərəfləri torpaq sahəsinin alıcıya satılmasını, alıcı tərəfindən isə əşyanın dəyərinin satıcıya ödənilməsi barədə razılığa gəlmişlər. Həmin müqaviləni notarius təsdiqləmişdir.

56. Belə olan halda, apellyasiya məhkəməsinin müqavilənin forma tələblərinə əməl ol unmaması və iddiaya Mülki Məcəllənin 329.1-ci maddəsinin tətbiqi barədə mövqeyi qanuni və əsaslı sayıla bilməz.

57. İddiaçının əqdin etibarsız sayılması tələbinin əsası kimi əşyanın satılmasına razılıq verməməsi barədə bildirdikləri nəzərə alındıqda, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 222.2-ci və ya 358.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır (§ 27, 30).

58. Göründüyü kimi, qanunvericilikdə birgə mülkiyyətdə olan əşyaya sərəncam verilməsinə dair müqavilənin bilavasitə bütün mülkiyyətçilər tərəfi ndən imzalanmasına dair məcburi bir qayda nəzərdə tutulmamışdır. Qanunda birgə mülkiyyətdə olan əşyaya sərəncamın (bir qayda olaraq) bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğu göstərilir. Hətta səlahiyyətli şəxsin qabaqcadan razılığı olduqda onun əşyasına (hüququna) səlahiyyətsiz şəxs tərəfindən verilən sərəncam etibarlı sayılır. Razılıq bəyan edildiyi təqdirdə ümumi mülkiyyətçilərin müqaviləni şəxsən imzalamalarına, yaxud əşyaya sərəncam verilməsini etibarnamə ilə satıcıya həvalə etmələrinə gərək yoxdur.

59. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, İddiaçı1 mübahisəli torpaq sahəsinin satılmasına dair cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş yazılı razılıq vermiş və həmin sənəddəki imzanın İddiaçı1 tərəfindən icra edildiyi ekspertiza rəyi ilə müəyyən olunmuşdur (§ 3, 14).

60. Bu hallar ümumi mülkiyyətdə olan əşyaya sərəncam verilməsi ilə bağlı qanunun dispozisiya şərtlərinin gerçəkləşməsinə - iddiaçının satışa dair razılığını bəyan etməsinə dəlalət edir.

61. Belə olan halda mübahisəli alğı-satqı müqaviləsini bütün mülkiyyətçilərin, o cümlədən iddiaçının bilavasitə imzalamamasına, onların öz paylarına sərəncam verməyi satıcıya həvalə etməmələrinə, bu barədə notarial etibarnamə verməmələrinə görə əqdin etibarsız olması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz.

62. Kollegiya onu da nəzərə alır ki, müqavilənin etibarsız sayılmasına dair iddianı qaldıran və apellyasiya şikayəti verən torpaq sahəsinin bütün ümumi mülkiyyətçiləri deyil, satışa yazılı şəkildə razılıq vermiş İddiaçı1 özü olmuşdur.

63. Bununla belə, öz mövqey ini (razılıqları müvafiq qaydada rəsmiləşdirilmiş) digər ümumi mülkiyyətçilərə münasibətdə də əsaslandıran apellyasiya kollegiyası, onların kənd təsərrüfatı təyinatlı (özü də 3.11 ha həcmində) torpaq sahəsinin başqasına satılmasına iradələrinin olmamasının inandırıcılığını və işin hallarına uyğunluğunu qiymətləndirilməmiş, hətta sənədləşmədə hansısa qüsur olsa belə, ümumi mülkiyyətçilərin razılaşma öncəsi və sonrakı hərəkətlərini əqdi bəyənib-bəyənməmələri, irəli sürülmüş iddianın mülki hüquqlardan sui-istifadə təşkil edib-etməməsi baxımından müzakirə etməmişdir.

64. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

65. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqda n sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir (§ 25, 35-37).

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019cu il tarixli qərarı, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı).

67. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir (§ 38-41).

68. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsin ə göndərilməlidir.

69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1031/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar