Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1092/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh İriş oğluna qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(106)-104/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 oğlu, İddiaçı2 və İddiaçı5 birgə verdikləri kassasiya şikayəti üzrə işə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları 1. 18 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən, 1990-cı ildə inşa edilmiş, 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 104 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır, həmin evin yerləşdiyi 0,577 ha torpaq sahəsi isə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2 və İddiaçı5 adlarına qeydə alınmışdır.
2. Sabirabad rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli qərarına və “Torpağın mülkiyyətə verilməsinə dair” 05 yanvar 2006-cı il tarixli Şəhadətnaməyə əsasən, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh İriş oğlunun və 5 nəfər ailə üzvlərinin adlarına qeydə alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 13 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçılar tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi Seriya RX ******* nömrəli Çıxarış əsasında ümumi birgə xüsusi mülkiyyət hüququ üzrə iddiaçılara məxsus Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin hüdudları daxilindədir. Yəni boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi istinad olunan Seriya RX ******* nömrəli Çıxarışla müəyyən olunmuş 0,577 ha torpaq sahəsinin sərhədləri ilə əhatə olunur. Seriya RX ******* nömrəli Çıxarış əsasında ümumi birgə xüsusi mülkiyyət hüququ üzrə iddiaçılara məxsus Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin Cavabdeh və ya digər şəxslər tərəfindən istifadə və ya hər hansı digər formada müdaxilə olunması halları mövcud deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən, onların mülkiyyətində olan 0,577 ha torpaq sahəsinin zəbt edilmiş hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsi onların mülkiyyətindədir. Mülkiyyətlərində olan fərdi yaşayış evi də həmin torpaq sahəsində yerləşir. Torpaq sahəsinin bir hissəsi, o cümlədən torpaq sahələrinə giriş-çıxış yolun un bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçılar tərəfindən boşaldılması tələb olunan mübahisəli torpaq sahəsi iddiaçılara deyil, məhz “Torpağın mülkiyyətə verilməsinə dair” JN-032 A-saylı Şəhadətnaməyə əsasən, onun mülkiyyəti olan 0.55 ha torpaq sahəsi ilə əhatə olunmaqla ona məxsusdur.
7. Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 18 dekabr 2013-ci il tarixli Çıxarışa əsasən, iddiaçıların ümumi paylı mülkiyyətlərində olan Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən, 0,577 ha torpaq sahəsindən (13 may 2022-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə olunmuş * ********* saylı yerquruluşu planına uyğun) cavabdehin çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir.
8. Məhkəmə, mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, iddiaçılar tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi 18 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən, ümumi birgə xüsusi mülkiyyət hüququ üzrə iddiaçılara məxsusdur və həmin torpaq sahəsi Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Yəni boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi istinad olunan Çıxarışla müəyyən olunmuş 0,577 ha torpaq sahəsinin sərhədləri ilə əhatə olunur.
9. Məhkəmə, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıların ümumi pa ylı mülkiyyətlərində olan Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən, 0,577 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsinin iddiaçılara qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli qərarına və “Torpağın mülkiyyətə verilməsinə dair” 05 yanvar 2006-cı il tarixli Şəhadətnaməyə əsasən, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə onun və 5 nəfər ailə üzvlərinin adlarına qeydə alınmışdır. İddiaçılara məxsus hər hansı torpaq sahəsini zəbt etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(106)-104/2023 saylı qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), S.İ.Mayılov və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(056)-82/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçıların cavabdehə qarşı “torpaq sahəsindən çıxa rılma və torpağın qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarına görə tərəflər qonşu torpaq sahəsinin mülkiyyətçiləridir.
15. Hazırda iddiaçılar mülkiyyətlərində olan 0,577 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etməklə, zəbt edilmiş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onlara qaytarılmasını iddia edirlər.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçıların tələbinin təmin edilməsi üçün, onlar tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Mübahisəli sahəsinin iddiaçı tərəfin mülkiyyətçisi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Bu hallardan birinin ödənilməməsi iddianı rədd etmək üçün əsasdır.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıların mülkiyyətində olan 0.577 ha torpaq sahəsinin hər hansi bir hissəsi cavabdehin qanunsuz sahibliyində deyil. Bu hal, iş üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında təqdim edilmiş mütəxəssis arayışına əlavə edilmiş yerquruluşu planından da aydın görünür. Ona görə də iddia rədd olunmalıdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, habelə Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçılar kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
20. İddiaçılar kassasiya şikayətini iddia ərizəsinə uyğun olaraq eyni məzmunda əsaslandırılmışlar və əlavə olaraq göstərmişlər ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışlar. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. İ bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələ blərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
34. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
35. İddiaçılar kassasiya şikayə tində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 18 dekabr 2013-cü il tarixli Çıxarışa əsasən, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən, 1990-cı ildə inşa edilmiş, 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 104 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır, həmin evin yerləşdiyi 0,577 ha torpaq sahəsi isə mülkiyyət hüququ üzrə iddiaçıların adlarına qeydə alınmışdır. Həmçinin, Sabirabad rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli qərarına və “Torpağın mülk iyyətə verilməsinə dair” 05 yanvar 2006-cı il tarixli Şəhadətnaməyə əsasən, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,55 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə cavabdehin və 5 nəfər ailə üzvlərinin adlarına qeydə alınmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər qonşu torpaq sahəsinin mülkiyyətçiləridir. İddiaçılar mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etməklə, zəbt edilmiş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onlara qaytarılmasını iddia edirlər və tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad etmişlər.
38. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilir ki, mülkiyyətçi özgəs inin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçıların ümumi paylı xüsusi mülkiyyətində olan Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha mübahisəli torpaq sahəsinin cavabdehin və ya hər hansı digər şəxslərin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçinin razılığı olmadığı halda, həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçıların tələbinin təmin edilməsi üçün, onlar tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı və cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi, mütəxəssis rəyi ilə razılaşmayıb, ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, iddiaçıların mülkiyyətində olan 0.577 ha torpaq sahəsinin hər hansi bir hissəsi cavabdehin qanunsuz sahibliyində deyil. Bu hal, iş üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında təqdim edilmiş mütəxəssis arayışına əlavə edilmiş yerquruluşu planından da aydın görünür. Göstərilənlər onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddiaçılar ın tələbinin təmin edilməsi üçün əsas yoxdur.
42. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı təmin edərkən işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
43. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçıların kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(106)-104/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.