Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1094/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10483/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməy ə müraciət edərək, cavabdehdən 6100 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh yaşadığı evin həyətində ev tikmək üçün hissəhissə olmaqla ondan cəmi 5250 manat pul alıb. Cavabdeh evin dörd daş divarını hörəndən sonra Neft Şirkətinin əməkdaşları gəlib tikintini dayandırıblar. Cavabdeh X5 adlı tanışının ev tikmək üçün Neft Şirkətindən icazənin alınmasında köməklik edəcəyini bildirmiş, iddiaçı X5 adlı şəxsə 3100 manat pul vermişdir. Tikinti dayandırılandan sonra tikinti ilə bağlı pulları X5 və Dəyanətdən geri istəmiş, lakin pulunu geri vermədiklərindən onlar barəsində polisə şikayət etmişdir. Polis idarəsində X5 aldığı 3100 manat pulu qaytarmış, cavabdeh isə 5250 manat pulu aldığını etiraf etsə də, qaytarmamışdı r. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı, həmçinin qeyd etmişdir ki, ilkin ərizəsində iddiaçının həyətə tökdüyü bir maşın daş, qum və təxminən 2 kub metr taxta materialının qiymətini nəzərə almayıb. Həmin əşyalar da nəzərə alınmaqla cavabdeh ona 6100 manat ödəməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Zaur Hacıyev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 5250 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5280 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)10483/2019 nömrəli qətnaməsi il ə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1542/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı cavabdehdən 6100 manat pulun alınaraq ona ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən et məmiş, tərəflərin hüquq bərabərliyini pozmuş, prosesin çəkişmə prinsipini təmin etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, yanlış cavabdehin formal mülahizələrinə istinad etməklə işi natamam araşdırmış, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edərək maddi və prossesual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının nümayəndəsi X4 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasə n kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən iddiaçı faktiki istifadəsində olan həyətyanı torpaq sahəsində ev tikintisini cavabdehə sifariş edib. İddiaçı tikini materiallarının alınması və əmək haqqı qismində cavabdehə 6100 manat pul verdiyini, cavabdeh isə bununla bağlı aldığı məbləğin 5250 manat olduğunu bildirir. Tikili qismən inşa edildikdən sonra müvafiq icazələr alınmadığı üçün rəsmi orqanlar tərəfindən onun inşası dayandırılıb. İddiaçı tikinti işlərinin aparılması üçün sərf olunmuş vəsaitin cavabdeh tərəfindən ona qaytarılmasını tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh bir nəfər tanışını n tikintiyə icazə alacağına söz verdiyi üçün tikinti işlərinin aparılmasına razılaşıb. Sonradan məlum olub ki, onun tanışı icazə almayıb və bununla bağlı tikinti dayandırılıb. Bu səbəbdən tələb olunan pul məbləğində əmlakından məhrum olub. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində evin tikintisi ilə bağlı şifahi podrat müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyin podrat müqaviləsini tənzimləyən n ormalarında mövcud vəziyyətdə riskin podratçının üzərində olması barədə hər hansı müddəa yoxdur. Bu baxımdan iş üzrə iddiaçıya dəymiş zərərlə (əmlak itkisi ilə) cavabdehin hər hansı qanunsuz hərəkəti arasında səbəbli əlaqə müəyyən edilmir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsində tikinti işlərinin aparılması üçün müvafiq icazənin alınmasının təmin edilməsi məhz iddiaçının vəzifəsi olmuş və belə icazə olmadan aparılan (sifariş edilən) tikinti işləri nəticəsində zərər riski də iddiaçının üzərində olmuşdur. İddiaçının bildirdiyi kimi cavabdehin belə icazəni ala biləcək tanışının olmasını bildirməsi və iddiaçının həmin şəxsə bununla bağlı pul verməsi zərərə görə riskin cavabdehin üzərinə keçməsi kimi qiymətləndirilə bilməz. Çünki hər bir halda iddiaçı tikintiyə rəsmi icazə sənədl əri olmadan və belə rəsmi icazənin verilmədiyini bilərək onun inşası ilə bağlı cavabdehə sifariş vermişdir. Tikili və əlavə tikinti materialları hal-hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindədir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə düzgündür və işə baxılarkən hər hansı maddi və prossesual hüquq normasının pozuntusuna yol verilməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbi nin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MM-nin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxs in şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Kassasiya məhkəməsi mübahisəyə apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətlə razılaşaraq, qeyd edir ki, iddiaçının bildirdiyi kimi cavabdehin belə icazəni ala biləcək tanışının olmasını bildirməsi və iddiaçının həmin şəxsə bununla bağlı pul verməsi heç də lazımi icazənin alınmamasına görə cavabdehin təq sirinin olmasını birbaşa sübut etmir. İddiaçı kassasiya şikayətində podrat müqaviləsi bağlanarkən sifarişçi tərəfindən müvafiq icazənin alınmasının da cavabdehə tapşırıldığını göstərsə də, bu barədə hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir. Tikintiyə rəsmi icazənin alınması üçün iddiaçının öz adından hərəkət etmək üçün cavabdehə səlahiyyət verməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77. 1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə işt irak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin prosesin çəkişmə prinsipinin pozulması ilə keçirilməsi və xx.xx.20019-cu ildən xx.xx.2019-cu il tarixədək stasionar müalicədə olması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclası barədə xx.xx.2019-cu il tarixdən məlumatlı olsa da, məhkəmə iclasınadək stasionar müalicədə olması, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda isə, apellyasiya məhkəməsi tərəfindən Mülki Prossesual Məcəlləsinin 376. 2-ci maddəsinin tələbləri pozulmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10483/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1094/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1094/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver