Məhkəmə qərarları › İş №2(102)-1094/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1094/2025

02.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1094/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “maddi ziyanın ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr; Preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Əmirhüseyn oğlunun Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1730/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmünə əsasən, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X1 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafizə idarəsində yanğınsöndürən işləyən digər oğlu X2 zabit rütbəsinin verilməsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında İddiaçı ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Sim urq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017-ci ilin iyul ayının əvvəllərində İddiaçı tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 22300 (iyirmi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

2. Həmin hökmlə Cavabdeh (bundan sonra -cavabdeh) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilininmiş və ona, 3 (üç) il müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, Cavabdeh həbsdə saxlanıldığı iki günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum cəzasının təyin edilməsi hökm edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra -iddiaçı) cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 22300 manat maddi zərərin əvəzinin və ödənilmiş 157 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı iddiaçının etibarmdan sui istifadə edə rək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X1 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafızə İdarəsində yanğınsöndürən işləyən digər oğlu X2 zabit rütbəsinin veriləsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında iddiaçının ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017-ci ilin iyul ayının əvvəllərində iddiaçının tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı məh əllə, 1 saylı baxçanın inzibati binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs iddiaçıya ümumilikdə 22300 (iyiımi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla əlaqədar olaraq cavabdeh, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli və 1(060)-260/2020 saylı hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.Cavabdeh, hazırda azadlıqda olmasına baxmayaraq iddiaçıya vurmuş olduğu 22300 manat miqdarında maddi zərəri ödəməkdən yayınır.

6. İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bidirdi və əlavə olaraq bildirdi ki, cavabdeh həmin borcdan ona hər hansı məbləğ ödəməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmədə iddia tələbinə dair izahat verərək bildirdi ki, o, sözügedən borcla əlaqədar cəzasını çəkmiş, 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ona həbsdən çıxanda ödənişlə əlaqədar heç bir şey deyilməyib. Hökmdə qeyd edilən məbləği ödəyəcək imkanı yoxdur. Çünki hökmdəki məbləğ həddən artıq çoxdur və yalandır. Onun borcu 11.300 manatdır. O, ittiham aktı ilə tanış olmayıb və 22.300 manat pulu mübahisələndirməyib. Onu da bildirir ki, iddiaçı ruhi xəstə kimi qeydiyyatdadır. Hökmdə qeyd edilən məbləğdən cavabdehə hər hansı məbləğ ödəməyib. Qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir.

8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.C.Tanrıverdiyeva) 16 sentyabr 2024-cü il tarixli, 2(060)-5169/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 (iyirmi iki min üç yüz) manat məbləğində pul və 157 (bir yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

9. Məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)260/2020 saylı hökmünün preyudisiallığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbi tam əsaslıdır və təmin edilməli, cavabdehdən cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3, 180.2, 181-ci, Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 21, 1096.1, 1097.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)-5169/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, 2017-ci ilin avqust ayından İddiaçıla münasibətləri olmayıb, yəni həmin tarixdən sonra onunla görüşməmiş və ona zəng etməmişdir, bir sözlə 2019-cu ilin mart ayında iddiaçının ona 11.000 (on bir min) manat pu l verməsi öz tədiqini tapmır. Bundan başqa iddiaçının sübut kimi iddia ərizəsinə əlavə etdiyi hökmlə bağlı bildirir ki, həmin hökmün hazırkı mülki məsələyə heç bir aidıyyatı yoxdur. Çünki o, cəzasını çəkmiş və 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. İstər həmin müddətdə, istərsə də, o, həbsdən çıxanda onun kiməsə borcu olması barədə ona bir söz deyilməyib. Həmçinin ona cəza verilməsi ilə bağlı işə baxılan zaman da İddiaçı ona borcunun olması barədə nə şifahi, nədə ki, yazılı qaydada tələbi və ya xahişi olmayıb, yəni İddiaçı 15 oktyabr 2020-ci il tarixdə onun barəsində hökm çıxan müddətə kimi ona borcu ilə bağlı iddiası olmayıb, yalnız 2024-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan pul tələb etmişdir. Belə olan təqdirdə hesab edir ki, iddiaçı tərəfindən iddia ər isəsinə verilməsinə görə nəzərdə tutulan iddia müddəti ötürülmüş, məhkəmə isə bütün bu halları nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, onun barəsində hökm çıxarılanadək iddiaçı hazırkı tələblə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin barəsində olan cinayət işinə baxılarkən özünü təqsirli hesab etməmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətin ötürülməsi ilə iddianın verilməsini nəzərə almamışdır. Həmçinin iddia tələbində göstərilən pulun yalan olmasını təsdiq edən digər hal iddiaçı ilə 2017-ci ilin avqust ayından münasibətinin kəsilməsidir. Lakin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya 2019-cu ilin mart ayında 11.000 manat ona pul vermişdir. Məhkəmə isə bu halları araşdırmadan, məhkəmə hökmünü sübut kimi qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A. M.Süleymanova (sədrlik edən və məruzəçi), L.E.Rəhimli, F.Ə.Məmmədov) 28 noyabr 2024-cü il tarixli 2(105)-1730/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 sentyabr 2024cü il tarixli, 2(060)-5169/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən birinci instansiya məhkəməsinin əsaslandırmasına istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsa sları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə gəlincə isə həmin dəlili əsassız hesab etmişdir.

16. Belə ki, kollegiya qeyd etmişdir ki, araşdırılan mübahisə delikt öhdəliyi institutuna aid olmaqla, bu növ öhdəliklərdən irəli gələn tələblərə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, zərərin vurulması ilə xarakterizə olunan hərəkətlər cavabdeh tərəfindən 2019-cü ildə törədilmişdir. Odur ki, kollegiya araşdırılan mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsas olmadığını hesab etmişdi r.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsaslandırılmamış, formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1, 21.2, 1096.1, 1097.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1730/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib, yenidən baxılması üçün işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, 2017-ci ilin avqust ayından İddiaçıla münasibətləri olmayıb, yəni həmin tarixdən sonra onunla görüşməmişdir və ona zəng etməmişdir, bir sözlə 2019-cu ilin mart ayında iddiaçının ona 11.000 (on bir min) manat pul verməsi öz tədiqini tapmır. Bundan başqa iddiaçının sübut kimi iddia ərizəsinə əlavə etdiyi hökmlə bağlı bildirir ki, həmin hökmün hazırkı mülki məsələyə heç bir aidiyyəti yoxdur. Çünki cəzasını çəkmişdir və 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. İstər həmin müddətdə istərsə də, həbsdən çıxanda onun kiməsə borcu olması barədə bir söz deyilməyib. Həmçinin ona cəza verilməsi ilə bağlı işə baxılan zamanda İddiaçı ona borcunun olması barədə nə şifahi nə də ki, yazılı qaydada tələbi və ya xahişi olmayıb. Yəni, İddiaçı 15 oktyabr 2020-ci il tarixdə onun barəsində hökm çıxan müddətə kimi ona borcu ilə bağlı iddiası olmayıb, yalnız 2024-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pul tələb etmişdir. Lakin məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vur mamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Halbuki, məhkəmə apellyasiya şikayətində göstərilənlərlə bağlı və apellyasiya şikayətinə münasibət bildirməsi üçün İddiaçı iştrakını təmin etməyərək qanunvericilikdə nəzərdə tutulan çəkişmə prinsipinə əm əl etməmiş, nəticədə iddia tələbində göstərilən məbləğlə bağlı hazıki mübahisənin barışıq yolu həl edilməsi və həmin barışıq əsasında iddiaçının öz iddiasından imtina etmək imkanımdan məhrum edilmişdir. Əgər iddiaçı apellyasiya instansiya məhkəməsində iştirak etsəydi hazırkı mübahisə ilə bağlı onunla razılığa gələ bilərdi ki, bu da əlavə vaxt itkisinə və məhkəmə mübahisəsinin uzanmasına gətirib çıxartmazdı. Məhz bu səbəblərdən xahiş edir hazırkı işə kassasiya instansiya məhkəməsində şifahi icraat qaydasında tərəflərin iştirakı ilə baxılsın ki, iddia tələbində göstərilən məbləğlə bağlı hazırkı mübahisənin barışıq yolu həl edilməsi və həmin barışıq əsasında iddiaçının öz iddiasından imtina etmək imkanımdan məhrum edilməsin.

21. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3-cü maddələrə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Mad də 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi:

36. Cavabdeh kassasiya şikayətində işə şifahi icraat qaydasında tərəflərin iştirakı ilə baxılmasını xahiş etsə də məhkəmə kollegiyası işə məhkəmə iclasında baxılması üçün Azərbaycan Respublikasının MPM-in 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasları müəyyən etmədiyi üçün işə yazılı icraat qaydasında baxmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 414.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun daxil olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhk əmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə işdə iştirak edən şəxslərə məlumat verilir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin apellyasiya şikayətində göstərilənlərlə bağlı və apellyasiya şikayətinə münasibət bildirməsi üçü n İddiaçı iştrakını təmin etməyərək qanunvericilikdə nəzərdə tutulan çəkişmə prinsipinə əməl etmədiyi, nəticədə iddia tələbində göstərilən məbləğlə bağlı hazıki mübahisənin barışıq yolu həll edilməsi və həmin barışıq əsasında iddiaçının öz iddiasından imtina etmək imkanından məhrum edildiyi barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, iş materialları, o cümlədən apellyasiya məhkəməsinin 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, iş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə onun iştirak etməməsi məsələsini müzakirə edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan davam etdirilməsinə qərar ver mişdir.

39. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddiaçının məhkəmə iclasında iştirak edib-etməməsi onun hüququdur. MPM-in yuxarıda göstərilən 376.2-ci maddəsinə müvafiq olaraq işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Kollegiya həmçinin onu da vurğulayır ki, tərəflər arasında barışıq, razılaşma əldə edilməsi məhkəmədən kənar da mümkündür. Cavabdehin iddiaçı ilə hər hansı razılıq əldə etmə imkanı məhdudlaşdırılmamışdır.

41. İşin mübahisəsiz halıdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X1 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafizə idarəsində yanğınsöndürən işləyən digər oğlu X2 zabit rütbəsinin verilməsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında İddiaçı ünvan 1 ünvanında 11000 manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayını n qarşısında 4500 manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 manat, 2017-ci ilin iyul ayının əvvəllərində İddiaçı tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı binasında 3500 manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 22300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilininmiş və ona 3 il müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, Cavabdeh həbsdə saxlanıldığı iki günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılması və onun üzərində qəti olaraq 2 il 11 ay 28 gün azadlıqdan məhrum cəzasının təyin edilməsi hökm edilmişdir.

42. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə istinad etməklə qeyd edilən hökmünün preyudisiallığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbi tam əsaslıdır və təmin edilməli, cavabdehdən cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr, o cümlədən apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

45. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 noyabr 2024-cü il tarixli 2(105)-1730/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar