Məhkəmə qərarları › İş №2(102)-1095/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1095/2021

28.01.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1095/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1095/21 (Açar sözlər: qanunsuz əmrin ləğv edilməsi tələbi) 28.01.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, heç bir qanuni əsası olmayan, qanunsuz çıxarılmış xx xxxxxx 2019-cu il tarixli 278/A nömrəli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmək kitabçasından da göründüyü kimi xx xxxxxxxx 2014-ci il tarixdə “xxxx” ASC “Xırdalan” filalı üzrə istehlak kreditləri bölməsinin kiçik eksperti vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2014-cü il tarixdə “Xırdalan” filalı üzrə istehlak kreditləri bölməsinin eksperti vəzifəsinə keçirilmiş, xx xxxx 2015-ci il tarixdə 'Nəsimi” filalı üzrə istehlak kreditləri bölməsinin eksperti vəzifəsinə keçirilmiş, xx xxxx 2016-cı il ta rixdə öz xahişi ilə işdən azad edilmişdir. Daha sonra xx xxxx 2016-cı il tarixdə “CRİF Reccivables Management” YMC Kollektor vəzifəsinə təyin edilmişdir. xx xxx 2017-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx xxx 2017-ci i! tarixdə Azfen BM baxım işləri üzrə müfəttiş vəzifəsinə işə qəbul edilmişdir. xx xxx 2018-ci il tarixdə müddətin bitməsi ilə işə xitam verilmişdir. Ən son xx xxxxxx 2019-cu il tarixdə “Cavabdeh İKB” ASC-nin Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixindən etibarən Cavabdeh İKB ASC-nin adı “xxxx” ASC-yə dəyişdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdə liklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir” əsası ilə işdən azad edilmişdir. Qeyd edir ki, yuxarıda bildirdiyi kimi hər bir işdən öz xahişi ilə azad edilmişdir. Bu işdən də öz xahişi ilə çıxmaq istəmiş, çünki irəli getmək üçün daima imtahan verib, daha yaxşı işlərdə işləməyə çalışmışdır. Bu dəfə də “xxxx” ASC-yə imtahan verib keçmişdir. Bununla əlaqədar olaraq da yenə də ərizə yazmışdır ki, öz xahişi ilə işdən çıxsın. Bunu iş materiallarına əlavə etdiyi xx xxxxxx 2019cu il tarixli ərizəsi də sübut edir. Ailəsində həyat yoldaşının səhhəti pisləşdiyindən, pula ehtiyacı olduğundan xx xxxxxx 2019-cu il tarixdə tanıdığı şəxsdən, başqa bir mütəxəssisin müştərisi olan X1 borc pul al maq məcburiyyətində qalmışdır. Həmin pul məbləğini alandan sonra pulu xx xxxxxx 2019-cu il tarixdə saat 18:00-da qaytarmağa söz vermişdir. Lakin elə oldu ki, o, pulu saat 21:00-da qaytara bilmişdir. Həmin şəxs də narazı qalaraq işlədiyi banka gedərək, ondan şikayət etmişdir. Pulu qaytarandan sonra isə yenidən ora gedərək izahat vermişdir ki, heç bir problem olmayıb. Pul məsələsi öz şəxsi məsələsi olduğu halda, qanunvericiliyə əsasən “Ç” bəndinin təsir dairəsinə düşmədiyi halda necə ola bilər ki, haqqında belə bir əmr verilərək, onun kariyerasına belə bir ləkə sala bilərdilər. O, öz xahişi ilə işdən çıxmağı barədə əmri gözləyərkən, 30 dekabrda onu çağırmış onun əmək müqavilənə bu əsasla xitam verilməsi bildirilmişdir. Halbuki, işlədiyi dövrdə heç bir qüsuru və s. olmamışdır. Bircə dəfə ba ş verən anlaşılmazlıq və işə aidiyyatı olmayan bir hala görə onun bu statya ilə işdən çıxarılmağı qanunvericiliyin kobud pozuntusudur. Onun kimdənsə borc pul götürməyinin, 1 gün ərzində qaytarmağının işəgötürənin və yaxud da mülkiyyətçinin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması halını sübut etmədən, bunu əsaslandırmadan onu necə bu əsasla işdən çıxara bilərlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-2175/2020) İddiaçı “xxxx” ASC-yə qarşı “qanunsuz əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı “xxxx” ASC-nin idarə heyətinin sədrinə ünvanladığı xx. xx.2019-cu il tarixli ərizəsinə görə, onun son iş günün xx.xx.2020-ci il tarixi olmaqla öz xahişi ilə olduğu vəzifədən azad edilməsini xahiş etmişdir. “xxxx” ASC-nin İdarə Heyəti sədrinin müavini Fuad Tağıyev tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2019-cu il tarixli, 278/A saylı əmrinin surətinə görə, İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) son iş günü xx.xx.2019-cu il tarixi olmaqla ləğv edilməsi əmr edilmişdir. 1020686 saylı əmək kitabçasının surətinə görə, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə “Cavabde h İKB” ASC-nin Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixindən etibarən Cavabdeh İKB ASCnin adı “xxxx” ASC-yə dəyişdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir” işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləs i üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgöt ürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-3-cü hissələrinin tələblərinə əməl edilmiş və iddiaçı son haqq-hesabı və iki aylıq işdən çıxma müavinatını almışdır. Bu baxımdan, iddiaçı ilə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” ASC-nin İdarə heyəti sədrinin müavini Fuad Tağıyev tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2019cu il tarixli, 278/A saylı əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə heç bir əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-6323/2020 ) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəalarına istinad olunacaq) 70-ci maddəsinin ç) bəndində müəyyən edilmişdir ki, işçi özünün əmək funksiyasını və y a əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.(maddə 71.2) Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətini və onun növlərini müəyyən edən 186-cı maddə təsbi t edir ki,

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-3-cü hissələrinin tələblərinə əməl edilmiş və iddiaçı son haqq-hesabı və iki aylıq işdən çıxma müavinatını almışdır. Bu baxımdan, işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlik lərini yerinə yetirmədiyindən, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilmişi zamanı qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab etmişdir ki, “xxxx” ASC-nin İdarə heyəti sədrinin müavini Fuad Tağıyev tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2019-cu il tarixli, 278/A saylı əmri əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə verildiyindən, həmin əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şika yətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməklə onun “xxxx” ASC-yə qarşı qanunsuz əmrin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmasını və “əmək müqaviləsinin ləğvi” haqqında xx.xx.2019-cu il tarixli 278/A saylı əmrin ləğvi barədə qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən qanunu n bu tələbini kobud şəkildə pozmuşdur. Cavabdeh təşkilat onun istinad olunan maddə ilə işdən azad edərkən şəxsi məsələ ilə bağlı faktı əsas tutmuşdur. Belə ki, həyat yoldaşının səhhətində problem olduğu üçün o, xx.xx.2019-cu il tarixdə başqa bir mütəxəssisin müştərisi olan tanışı X3 adlı şəxsdən borc almış və həmin pulu xx.xx.2019-cu il tarixdə saat 18-00 qaytaracağına söz vermişdir. Lakin həmin pulu qeyd edilən saatda qaytara bilmədiyi üçün Məcnun barəsində banka şikayət etmiş, həmin gün 21-00-da pulu qaytarmışdır. Lakin bank bu mübahisənin şəxsi məsələ ilə bağlı olmasına baxmayaraq, onu ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə tutduğu vəzifədən azad etmişdir. Bu əmr onun gələcək karyerasına ciddi əngəl yaradır, əmrdən sonra ixtisası üzrə işə qəbul edilməsi mümkünsüz ola bilər. b) Kassasiya şi kayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş dir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya ş ikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. “xxxx” ASC-nin İdarə Heyəti sədrinin müavini Fuad Tağıyev tərəfindən verilmiş əmək müqaviləsinin ləğvi haqqında xx.xx.2019-cu il tarixli, 278/A saylı əmrdən görünür ki, bankın Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssisi əmək fəaliyyəti zamanı vəzifələrinin kobud pozulmasına yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bununla da Bankın hüquqlarına və qanunla qorunan mənafelərinə əhəmiyy ətli ziyan vurmuşdur. Bankın Sumqayıt filialının istehlak kreditləşməsi üzrə mütəxəssisi İddiaçı öz izahatında qeyd etmişdir ki, Bankın müştərisi olan X2 Bank tərəfindən kredit verildiyi gün zəng edərək borc almış və daha sonra müştəriyə qaytarmamaqla, müştərinin yazılı narazılığına səbəb olmuşdur. Bunlar nəzərə alınaraq işəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) son iş günü xx.xx.2019-cu il tarixi olmaqla ləğv edilmişdir. Göründüyü kimi iddiaçının işdə azad edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əsas landırılmışdır. Həmin maddənin məzmununa görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər Eyni zamanda iddiaçının işdən azad olunmasına dair əmrdə göstərilir ki, iddiaçı əmək fəaliyyəti zamanı vəzifələrinin kobud pozulmasına yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmiş və bununla da Bankın hüquqlarına və qanunla qorunan mənafelərinə əhəmiyyətli ziyan vurmuşdur. İşə götürən tərəfindən əmrin verilməsi əsasları kimi filial müdirinin təqdimatına, işçinin izahatına və müştərinin izahatına əsaslanılmışdır. Əmrin məzmunundan aydın olaraq görünür ki, f aktiki olaraq iddiaçının işdən azad olunması əmək vəzifələrinin icrası ilə bağlı deyil, vəzifələrinin icrasından kənarda baş vermiş digər şəxslə yaranmış borc öhdəliyi ilə əlaqədardır. Göstərilən hallara isə iddiaçının əmək funksiyasını yerinə yetirilməməsi, işə götürənə ziyan vurulması ilə bağlı hər hansı bağlılığının olması müəyyən edilmir. İddiaçının əmrin verilməsi zamanı maddi hüquq normalarının tələbinin pozulması ilə bağlı göstərilən dəlillərinin olmasına baxmayaraq faktiki olaraq həmin dəlillərin hüquqi qiymətləndirilməsi təmin edilməmişdir. Beləliklə apellyasiya instansiya məhkəməsi iddiaçının işdən azad olunması ilə bağlı heç bir dəlilini araşdırmamış və yalnız birinci instansiya məhkəməsinin əsaslandırılmayan mövqeyi ilə razılaşmışdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci his səsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbinə görə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar aşağıdakılardır; a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməs i; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi x ələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. İddiaçı kassasiya şikayətində haqlı olaraq apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəs ində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Vəkil şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüq uqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın iza h edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bil ər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və pros essual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edils in. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6323/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar