Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1095/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması, faktı təsdiq edən sənədlərin əldə olunmasının qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(105)-2220/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi (bundan sonra - ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək, onun 2002ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – MMC) fəhlə kimi çalışması faktının müəyyən edilib təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Qubadlı rayonunda anadan olmuşdur. Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində ixtisas təhsili almış (xx.xx.1981- xx.xx.1982-ci illər) və daha sonra hərbi xidmətdə olmuşdur (1982-1984 illər). Əmək fəaliyyətinə 1985-ci ildən 1999-cu ilədək “Azərkimya” İB-nın “Üzvi sintez” zavodunda Nazirlər Kabinetinin müəyyən etdiyi 1 nömrəli siyahı üzrə zərərli işdə işləmişdir. “Azərkimya” İB-in “Üzvi sintez” zavodu dağılandan sonra oranın arxiv sənədlərini almaq mümkün olmamış və bu səbəbdən onun əmək kitabçası həmin zavodun arxivində qalmışdır. X9 Şirkətinə çoxsaylı müraciətlərindən sonra 2010-cu ildə əldə etmişdir. 2002-ci ilin may ayından 2009-cu ilin dekabr ayına kimi "xxxx" MMC-də fəhlə kimi çalışmış, şirkət Bakı şəhərində tikinti işləri aparmışdır. Daha sonra 2014-cü ildən 03 iyul 2021-ci ilədək İİ qrup əlillik dərəcəsi almışdır. 2019-cu ildən hal-hazıradək X10 çalışır. MMC- də işlədiyi illər əmək kitabçasına yazılmayıb və bunun səbəbi “Azərkimya” İB-in “Üzvi sintez” zavodunun arxivindən əmək kitabçasını ala bilməməsi olmuşdur. "xxxx" MMC ləğv edildiyindən həmin müəssisədən müvafiq arayışın alınması mümkün deyildir. Həmçinin 2006-cı ilə kimi işəgötürənlər tərəfindən sosial müdafiə fonduna elektron ödəniş edə bilmədiyi üçün elektron arayışda onun MMC-də işləməsi barədə 2002-2006-cı illər üçün məlumat yoxdur. "xxxx" MMC-nin ləğv edilməsinə baxmayaraq, orada onunla işləmiş iş yoldaşlarını məhkəməyə şahid kimi dəvət edə bilər. MMC-də işlədiyi 2002-2009-cu illər əmək stajına daxil edilərsə, 2006-cı ilə kimi hüququnun yaranması üçün lazım olan 20 illik iş stajı tamamlanmış olacaqdır.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – maraqlı şəxs) məhkəməyə etiraz təqdim edərək, bildirmişdir ki, ərizəçinin MMC-də işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları iddia ərizəsinə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Həmçinin ərizəçinin xx.xx.2006cı ilədək ümumi iş stajı 20 ildən az (17 il 07 ay 27 gün) təşkil edir. Ona görə də ərizə təmin edilə bilməz.
4. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3420 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) ərizə q ismən təmin edilmiş, ərizəçinin 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək "xxxx" MMC-də fəhlə kimi işləməsi faktı müəyyən edilmişdir.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında dindirilən şahidlərdən ikisinin (onlara məxsus əmək kitabçalarında bu barədə qeydlər edilməklə) ifadəsi ilə ərizəçinin MMC-də fəhlə kimi işləməsi faktı öz təsdiqini tapmışdır. Ərizəçinin MMC-də işlədiyi müddətə gəldikdə isə həmin müddət 22 mart 2004-cü ildən 01 dekabr 2009-cu ilədək müəyyən edilməlidir. Belə ki, əmək kitabçalarında sözügedən müəssisədə işləmələri barədə qeyd olan şahidlərin (X2 və X4) MMC-də əmək fəaliyyəti yalnız həmin dövrlərdə üst-üstə düşür.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ra - MPM) 14.1, 14.2, 77.1, 307.1, 308, 310.1-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Maraqlı şəxs də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-22 20/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X3 (sədrlik edən və məruzəçi) X1 və X6) ərizəçinin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin bu iş üzrə 19 avqust 2022-ci il tarixli 2(060)- 3420/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, ərizəçinin 2002-ci ilin may ayından 01 dekabr 2009-cu ilədək "xxxx"MMC-də fəhlə kimi işləməsi faktı müəyyən edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni MPM-in 14.1, 14.2, 77.1, 307.1, 308, 310.1-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillər i a) Kassasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Ərizəçi kassasiya şikayətinə yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
17. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında...
20. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
21. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
22. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məh kəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
27. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması ba şa düşülür (bənd 1.4).
28. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır (bənd 13).
29. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006- cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənəd lər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir (bənd 13.1).
30. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı icraat üzrə ərizənin təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin aktı maraqlı şəxsin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. MPM-ə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır (305.1.1). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyi şməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1).
34. Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilmişdir.
35. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir.
36. Nəzərə almaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərp ası mümkün olmasın (MPM-in 308-ci maddəsi).
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.4-cü bəndinə müvafiq olaraq lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur.
38. Göründüyü kimi qanunverici hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin əsas zəruri şərti kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu baş qa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını nəzərdə tutmuşdur.
39. Baxılan iş üzrə ərizəçi 2002-2009-cu illərdə "xxxx" MMC-də fəhlə kimi çalışması faktının müəyyən olunmasını xahiş edir. Ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsini həmin hüquqi şəxsin ləğv edildiyi ilə əsaslandırmış, lakin müəyyən edilməsini xahiş etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi, o cümlədən əvvəllər işlədiyi hüquqi şəxsin həqiqətən hüquqi varisi olmadan l əğv edildiyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
40. Halbuki ərizəçinin əvvəllər işlədiyi hüquqi şəxsin mövcud olması (hətta həmin şəxsin ləğv prosesində olması, yaxud fəaliyyətini müvəqqəti dayandırması) hazırkı ərizə üzrə xüsusi icraatın həyata keçirilməsini istisna edir. Belə olan halda hüquqi pozulmuş şəxs müvafiq hüquqi şəxsə (onun idarəetmə orqanlarına və ya səlahiyyətli şəxsinə) müraciət edərək pozulmuş hüququnun aradan qaldırılmasını tələb etməli, zərurət olduqda isə müvafiq vəzifələrin həmin şəxslərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etməlidir.
41. Lakin baxılan iş üzrə ərizəçinin tanınmasını xahiş etdiyi hüquqi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi barədə qənaətə gəlmək mümkün olmadığ ı halda birinci və apellyasiya instansiyası məhkəmələri ərizəyə mahiyyəti üzrə qiymət verərək, yekunda ərizəni təmin etmişlər.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. S umqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2220/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.