Məhkəmə qərarları › İş №2(102)-1097/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1097/2022

06.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1097/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa tələbi, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8014/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh MMC ilə əmək müqaviləsinə 09.07.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir.

2. İddiaçı işdən azad olunmasının qanunsuz olduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə əvvəlki işinə bərpa edilməsi, iş vaxtından əlavə işlədiyi iş saatlarına görə, gecə növbəsində işləməyinə görə, istirahət günlərində işləməyinə görə pul vəsaitinin cavabdehdən tutulması, 5 il ərzində istirahət, bayram günlərində işləməyinə görə və məzuniyyət haqqının tut ulması, vurulmuş mənəvi zərərə görə 5000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 10 sentyabr 2015-ci il tarixdə cavabdehlə əmək müqaviləsi bağlayaraq, müddətsiz olaraq aylıq əmək haqqı 300 manat olmaqla, ilməçi (fəhlə) peşəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi və müqavilənin qeydə alınmasına dair bildirişi ona veilməmişdir. Əmək qanunvericiliyini bilmədiyindən və işi itirmək təhlükəsi olduğundan heç vaxt hüquqlarını tələb etməmişdir. Onunla işləyən digər insanlara da əmək müqavilələrini verməyiblər. 5 il ərzində onu qul kimi istismar ediblər. Həftənin 7 gününü işləmiş, heç bir istirahəti olmamışdır. Həftəlik iş saatı 62 saat təşkil edirdi. 5 il ərzində məzuniyyətə də çıxmamışdır. Etiraz etdikdə, işdən çıxarmaqla hədələyirdilər. 2 azyaşlı övladı var. 2020-ci ilin iyul ayının 9-da onlara əmək haqqı paylayan Telman Kərimov bildirdi ki, onu işdən çıxarıblar. O, işdən çıxma barədə ərizə verməmişdir. Əmək müqaviləsi müddətsizdir. Nazirlər Kabinetinin məlum qərarına əsasən müəssisənin fəaliyyəti qadağan edilməyib. Ondan heç bir ərizə alınmadan guya öz arzusu ilə işdən çıxarılmışdır.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin, o, işdən çıxma barədə ərizəni məhv etdiyindən həmin ərizəni məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçının ərizəsində qeyd etdiyi faktlar sübutlarla öz təsdiqini tapmamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 06 aprel 2021 -ci il tarixli, 2(004)659/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-nin İddiaçı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 09 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə lift operatoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 09 iyul 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin “Azvil Tikinti“MMC-nin üzərinə qoyulması, cavabdehdən 200 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

7. Məhkəmə Əmək Məcəllənin 300.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, işdən görünür ki, iddiaçı 10 sentyabr 2015-ci il tarixdə Cavabdeh MMC-yə ilməkçi vəzifəsinə işə qəbul edilmiş, 4 may 2020-ci il tarixdə əmək müqavi ləsinə öz xahişi ilə xitam verilmiş, eyni tarixli əmrdən görünür ki, iddiaçıya istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın və son haqq hesabın verilməsinin təmin edilməsi əmr edilmişdir. 04.05.2020-ci il tarixdə iddiaçı Cavabdeh MMC-yə lift operatoru peşəsinə işə qəbul edilmiş, iddiaçının əmək müqaviləsinə 09.07.2020-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir. Lakin cavabdeh iddiaçının onun öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bunu iddiaçının həmin ərizəni əzərək özü ilə aparması ilə izah etmiş və bu barədə tərtib edilmiş 22 iyul 2020-ci il tarixli aktı və videogörüntünü məhkəməyə təqdim etmişdir. Tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əmək müqaviləs inin Əmək Məcəlləsi ilə müəyyən olunmuş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan ləğv edildiyi təsdiq edildiyindən iddia işə bərpa tələbinə dair hissədə təmin olunmalı, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddiaçının iş vaxtından artıq vaxtda işləməsi, gecə növbəsində işləməsi, istirahət günlərində işləməsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia iddiaçının həmin vaxtlarda işləməsinə görə əmək haqqı tələbinə dair hissədə iddiası təmin edilə bilməz. Məzuniyyət haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlarlardan görünür ki, həm 2020-ci ilin may ayında, həm də 9 iyul 2020-ci il tarixdə iddiaçının əmək mü qaviləsinə xitam verilərkən ona son haqq-hesab, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 11 oktyabr 2021-ci il tarixli, 2(103)-8014/21 nömrəli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004 )-659/2021 saylı 06 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabde h MMC kassasiya şikayəti verərək qətnamənin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 09 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə lift operatoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 09 iyul 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsinin “Azvil Tikinti“ MMC-nin üzərinə qoyulması, cavabdehdən 200 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi, 1,20 manat rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi hissəsində iddianın rədd edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 69.1-ci maddəsində nəzərdə tutulan halları sübut etmək yükünün işəgötürən olaraq cavabdeh tərəfin üzərinə düşdüyünü göstərməklə səhv etmişdir. Belə ki, işçinin öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etdiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi ilə xəbərdarlıq müddəti 1 ay müəyyən edilib. İddiaçı ərizəsində başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə onunla bağlanılmış əmək müqaviləsini 09.07.2020-ci il tarixində ləğv etməsini xahiş etdiyindən, cavabdeh tərəfindən qanunun tələbinə tam uyğun olaraq həmin tarixdən onunla bağlanılmış əmək müqaviləsini ləğv edilmiş, bu işəgötürənin əmri ilə müvafiq qaydada rəsmiləşdirilmiş və bu barədə də iddiaçının əmək kitabçasında 10-cu sıra nömrəsi ilə müvafiq qeyd edilmiş və həmin qeyd cavabdehin möhürü və məsul şəxsinin imzası ilə təsdiq olunmuşdur. Lakin iddiaçı həmin ərizəni özü ilə götürüb apardığından onu məhkəməyə t əqdim etmək mümkün olmamışdır. Yəni, bu onların iradəsindən və niyyətindən asılı olmayan haldır. Eləcə də, iddiaçı əmək müqaviləsini ləğv etmək barədə verdiyi ərizəsinin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi barədə işəgötürənə yeni ərizə verməmiş (maddə 69, bənd 4), bunu yalnız ərizəsinin özü ilə icazəsiz şəkildə, işəgötürənə bu niyyətinin olmasını əvvəlcədən bildirmədən aparmaqla etmişdir ki, bu da iddiaçının işdən çıxma barədə ərizəsindən imtina etmək anlamına gəlməməlidir. İddiaçı ərizəni özü ilə apardığına görə, cavabdeh mübahisəyə dair əlində olan sübutları, yəni müvafiq əmri, əmək kitabçasını, iddiaçıya son haqq-hesabın ödənilməsi barədə qəbzi, iddiaçının ərizəni aparmasını sübut edən videogörüntüləri və aktı məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya instansiyası mə hkəməsi nəinki bunu, eləcə də apellyasiya şikayətində araşdırılması tələb olunan digər halları araşdırmamış, onlara hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cavabdeh iddiaçının işdən çıxmasını arzu etməmiş və buna çalışmamışdır, əksinə iddiaçının işdən azad olunması barədə xahişini əmək qanunvericiliyinin tələblərinə dəqiq əməl etməklə rəsmiləşdirmişdir. Bu zaman cavabdeh tərəfindən iddiaçıya münasibətdə zor işlədilməmiş, hədə-qorxu gəlinməmiş, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə iddiaçı məcbur edilməmişdir ki, bu da iddiaçı tərəfindən mübahisələndirilməmiş və iddia tələbinin əsası kimi irəli sürülməmişdir. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əla və təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmalı olduğu, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə yoxlamalı, eləcə də şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalı olduğu halda, bunu etməmişdir. Belə ki, iddiaçının ərizəni aparmasını sübut edən videogörüntülərə və akta münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdir ki, bu da apellyasiya instansiyası məhkəməsinin səhv hüquqi qənaətinə səbəb olmuşdur. Şərh olunanlar apellyasiya instansiyası məhkəməsinin sübutların tədqiqinə və araşdırılmasına iddiaçının xeyrinə birtərəfli və subyektiv yanaşdığını təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

13. Maddə 68, hissə 1 və

2. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

14. Maddə 69, hissə

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

15. Maddə 69, hissə

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

16. Maddə 69, hissə

3. İşçi yaşa, əlilliyə görə“əmə k pensiyasına“çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda,“seksual qısnamaya məruz qaldıqda“və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

17. Maddə 69, hissə

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdə n sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

18. Maddə 69, hissə

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

19. Maddə 300, hissə

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq mə cburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi“barədə qətnamə“və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə“qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.“ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təq dim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təşkilat 04.05.2020-ci il tarixli əmrlə iddiaçı ilə olan əmək müqaviləsini Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçinin xahişinə) əsasən ləğv etmişdir.

31. İddiaçı işdən çıxmaq barədə iradə bəyan etmədiyini və qanuni əsas olmadan işdən çıxarıldığını iddia edir, cavabdeh isə mübahisəli əmri işçinin işdən azad edilmə haqqında ərizəsi əsasında əmək qanunvericiliyinə uyğun şəkildə verdiyini bildirir.

32. Beləliklə, işin mübahisəli halı əmək müqaviləsinin işçinin xahişi əsasında ləğv edilibedilməməsidir. Bu zaman həmin halı sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır.

33. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 23).

34. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) tə şkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 21- 22).

35. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı hal da iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş verib-vermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür.

36. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarla bağlı istisna qayda müəyyən edir. MPM-in 106-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (§ 25).

37. Göstərilən hüquqi mövqeləri hazırkı işə tətbiq etdikdə aydın olur ki, iddiaçını öz xahişi ilə işdən çıxardığına istinad edən cavabdehin həmin sübutu məhkəməyə təqdim etmək vəzifəsi olmu şdur.““

38. Cavabdeh MMC İddiaçıla əmək müqaviləsinin ləğv edilməsi haqqında 04.05.2020-ci il tarixli, 16 nömrəli əmri təqdim etsə də, ona əsas olmuş sənədi, yəni işçinin işdən azad edilməsi haqqında ərizəsini təqdim edə bilməmişdir. Bu halı onunla əsaslandırmışdır ki, İddiaçı 22.07.2020-ci ildə MMC-nin Mərkəzi ofisinin holunda əmək kitabçasını alması barədə qeydə imza etmək üçün ona təqdim edilən, özü tərəfindən imzalanmış, işdən öz xahişi ilə azad olunması barədə ərizəni götürərək əzmiş və özü ilə aparmışdır. Ona görə də həmin sübut işəgötürən kimi onda qalmamışdır. Cavabdeh istinad etdiyi halı təsdiqləyən sübut kimi göstərilən hadisənin fiksə olunmasına dair MMC-nin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş 22.07.2020-ci il tarixli aktı və ofisin müşahidə kameralarının görüntülərini mə hkəməyə təqdim etmişdir.

39. Göstərilən tarixdə və yerdə İddiaçı hansısa bir sənədi götürərək özü ilə aparması, sözügedən akt və videogörüntülərlə yanaşı iddiaçının özünün izahatı ilə də təsdiqlənmişdir.

40. Bununla belə, mübahisənin düzgün həlli üçün həmin sənədin İddiaçı işdən çıxma barədə ərizəsi olub-olmamasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

41. Bu xüsusata dair apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Cavabdeh iddiaçının özü ilə apardığı vərəqin işdən azad olunması barədə ərizə olmadığını sübut edə bilmədiyini göstərsə də, əslində bunun sübut edilməsinə də zərurət yoxdur. Çünki, iddiaçı heç vaxt işdən öz təşəbbüsü ilə çıxmaq fikrinin olmadığını bildirir. Əgər iddiaçı həqiqətən də öz iradəsi ilə könüllü olaraq belə bir ərizə yazmışdırsa, onda hansı səbəbdən həmin ərizə ni məhv etməli yaxud bundan imtina etməli idi. Əlbətdə ki, əslində cavabdeh tərəf bunun motivlərini göstərməli idi yaxud ümumiyyətlə bunun üçün hansısa səbəb olmalıdır. İddiaçı videogörüntüdə göstərilən ərizə ilə bağlı kifayət qədər dolğun izahat verdi. Bu izahat inandırıcı və ağlabatan olmaqla, işin hallarına da uyğun gəlir...”.

42. Bu əsaslandırma ilə məhkəmənin əsas mübahisəli halı (İddiaçı götürdüyü sənədin işdən çıxma barədə ərizəsi olub-olmadığını) konkret olaraq müəyyən etdiyi aydın olmur.

43. Kollegiya nəzərə alır ki, iddiaçı sözügedən sənədlərlə bağlı ziddiyyətli məlumatlar vermişdir. Belə ki, o, iddia ərizəsində imzalaması üçün boş vərəq verildiyini, sonradan onu çevirdikdə əmək müqaviləsinə xitam verilməsi bildirişi gördüyünü qeyd etmiş, apellyasiya məhkəməsinin 11.10.2021-ci il tarixli iclasında isə yazılmamış ərizə olduğunu, ona adını və soyadını yazmaqla imzalamasının deyildiyini, ərizəni imzaladığını, ərizədə öz xahişi ilə çıxması barədə maddə yazıldığını, adı, soyadı yazılan ərizəni sonradan əleyhinə istifadə edə bilməsinlər deyə götürüb çıxdığını bildirmişdir.

44. Kollegiya hesab edir ki, iddiaçının verdiyi məlumatlar arasındakı ziddiyyət və apellyasiya baxışında mübahisəli hala dair verdiyi izahat işdə olan digər sübutlarla (işəgötürənin tərtib etdiyi akt, videogörüntü və s.) müqayisəli təhlili edilməklə iddiaçının öz xahişi ilə işdən çıxma barədə ərizə verib-vermədiyi halına düzgün hüquqi qiymət verilməlidir.

45. Nəzərə alınmalıdır ki, məhkəmə, iddiaçının əmək müqaviləsini ləğv etmək barədə imzaladığı ərizəni işəgötürənin iradəsi xaricində götürüb apardığ ını təsbit etdiyi halda əmr verilərkən həmin sənədin mövcud olduğu qəbul edilir. Çünki, özbaşınalıq qanunla qorunmadığı kimi, onun mənfi nəticələrinə qatlaşmaq vəzifəsi də həmin əməli törədən şəxsin üzərinə düşür. Bundan sonra sözügedən ərizə əsasında müəyyən edilməli olan halları (o cümlədən ərizədə göstərilməli olan işdən çıxma səbəbi və ya tarixi) sübut etmək iddiaçının vəzifəsidir. Başqa sözlə, sözügedən ərizə İddiaçı tərəfindən özbaşına şəkildə götürülməklə aparıldığı təqdirdə həmin sənədi məhkəməyə təqdim etmək və onunla bağlı mübahisəli halları sübutetmə yükü cavabdehə deyil, iddiaçıya aid olacaq. Ona görə ki, heç kəs özbaşınalıqla və əşyaya sahiblik edənin iradəsi xaricində qəsb etdiyi bir şeyi sahiblikdən məhrum olan şəxsdən tələb edə bilməz, eyni zamanda sonuncu, göstərilən səbəb dən özündə (və ya təsir dairəsində) olmayan bir sübutu məhkəməyə təqdim etməyə məcbur edilə bilməz.

46. Ərizəni özü ilə apardığı müəyyən olunduğu təqdirdə isə iddiaçı, əgər işdən çıxma səbəbi və müddətinə dair qanunvericiliyin tələblərinə riayət olunmadığını, ərizədə konkret müddət göstərmədiyini, işəgötürənin ərizə verildiyi tarixdən bir aylıq müddəti gözləməli, özünün isə bu müddətdə ərizəsini geri götürməyə haqqı olduğunu iddia edirsə həmin halların mövcud olduğunu təsdiq edən sübutlarını (xüsusilə də özünün təsir və risk dairəsində olan ərizəni) məhkəməyə təqdim etməyə borcludur. Əks halda, sözügedən sübutların təqdim olunmamasının riskləri iddiaçıya aid olacaqdır.

47. Hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələr isə yuxarıda qeyd edilən halları nəzərə almamış, sübutlara tətbiq edilmə li hüquq normalarına uyğun qiymət verməmiş, mübahisəli hallara dair sübutetmə yükünü düzgün müəyyən etməmiş, qətnaməni iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır (§ 23-24, 26).

48. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8014/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar