Məhkəmə qərarları › İş №2(102)-1097/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1097/2023

18.04.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1097/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin ödənilməsi 18.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)6858/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini "xxxx" ASC-də xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə, saat 23:59:00-dək sığorta etdirmişdir. Sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat təşkil etmişdir. Bakı şəhəri, Xətai rayonu ərazisində leysan yağışları yağması nəticəsində sığorta edilmiş fərdi yaşayış evi yararsız hala düşmüş və bununla da, sığorta hadisəsi baş vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə axşam və gündüz saatlarında; xx.xx.2020-ci il tarixdə gecə saatlarında; xx.xx.2020-ci il tarixdə gecə, səhər və gündüz saatlarında; xx.xx.2020ci il tarixdə gecə saatlarında; xx.xx.2020-ci il tarixdə axşam saatlarında; xx.xx.2020-ci il tarixdə səhər saatlarında X xarakterli yağış yağmış, yağıntıların miqdarı yuxarıda qeyd olunan günlər üzrə 6,6 mm, 5,3 mm, 2,6 mm, 0,4 mm, 0,4 mm, 0,2 mm olmuşdur. İddiaçı qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-yə müraciət edərək, hadisə ilə bağlı ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. "xxxx" ASC-nin 15 dekabr 2020-ci il tarixdə iddiaçıya ünvanladığı AS-20/1496 saylı məktubda iddiaçının ərizəsinə baxıldığı bildirilərək qeyd olunmuşdur ki, "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş evə baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dəymiş zərər məbləği 1.022 manat məbləğində müəyyən edilmişdir. Yekun sığorta ödənişi sığorta şəhadətnaməsində qeyd olunan 250 manat azadolma məbləği çıxılmaqla 772 manat təşkil edir. Fərdi yaşayış evinin təmiri üçün müəyyən ed ilmiş 772 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində ödənilə biləcəyi barədə iddiaçı məlumatlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 08 yanvar 2020-ci il tarixdə bağlanmış daşınmaz əmlakın icbari sığortası haqqında RAA ********** saylı Şəhadətnamə verilmiş sığorta obyektinə- Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Ş.Səmədov küçəsi 1-ci döngə ev 2 Q-yə sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün 15.000 manat sığorta haqqının və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi Ş.Səmədov küçəsi 1-ci döngə ev 2 Q üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına xx.xx.2019- cu il tarixli çıxarış verilmişdir. Qeyd edilən daşınmaz əmlakını o, cavabdehlə xx.xx.2020-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə əsasən sığorta etdirmiş və ona daşınmaz əmlakın icbari sığortası haqqında RAA ********** saylı Şəhadətnamə verilmiş, onun tərəfindən sığorta haqqı ödənilmişdir. Lakin, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə baş vermiş güclü yağıntı və leysan yağışları nəticəsində onun mülkiyyətində olan 4 otaqlı, 2 mərtəbədən ibarət, ümumi sahəsi 170,2 kv.metr olan bu ev yaşayış üçün yararsız hala düşmüş və nəticədə ona ziyan dəymişdir. Bu barədə fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Qeyd edilən hadisə sığorta müqaviləsinin qüvvədə olduğu vaxtda baş vermiş, lakin dəymiş ziyanınfəsadlarının aradan qaldırılması və daşınmaz əmlakın bərpa-təmir işləri məqsədi ilə sığorta haqqının ödənilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etsə də, cavabdeh həmin pulu ödəməkdən imtina etmişdir. Bu evdə təmir-bərpa işlərinin aparılması üçün təxminən 15.000 manat vəsait tələb olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1272 saylı ekspert rəyindən görünür ki, hazırki iş üzrə məhkəmə tərəfindən cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq müt əxəssisləri tərəfindən tədqiq olunan yaşayış evinə dəymiş ziyanın səbəbinin müəyyən edilməsi üzrə müayinə tədqiqat işləri aparılaraq müvafiq mütəxəssis rəyi tərtib edilmədiyindən, iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə xx.xx.2020; xx.xx.2020; xx.xx.2020; xx.xx.2020; xx.xx.2020-ci il tarixlərdə baş vermiş təbii fəlakət (güclü yağış və leysan yağışları) hadisəsi nəticəsində zərər dəyibdəymədiyini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin rəyin tədqiqat hissəsində göstərilən əlamətlər nəzərə alınmaqla, tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, evin qarşısındakı giriş hissənin kənarlarına vurulmuş alğaybalyasinaların və üzlük plitələrinin divardan aralanmasının, həyətyanı sahəyə döşənmiş tam et plitələrin çatlamasının və bir-birindən aralanmasının, döşəmənin bəzi yerlərinin aşağı doğru çökməsinin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələrdən, yəni torpaq sürüşməsi, zəlzələ, leysan yağışları və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən, torpaq qatının boşalmasından, sürüşməsindən əmələ gələ bilər. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-191/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) iddia qismən təmin edilmiş, cavabdehdən 5.740 manat pul vəsaiti və ödənilmiş 31 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evinə iddiaçının iddia etdiyi kimi 15.000 manat deyil, cəmi 5.990 manat ziyan dəymişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin yuxarıda qeyd edilən rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 manat müəyyən olunmuşdur. Ona görə də 5.990 manat sığorta məbləğindən 250 manat azad olma məbləği çıxılmalı 5.740 manat sığorta ödənişi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi hüquq i mövqeyini Mülki Məcəllənin 21, 883.1, 898.2, 922.1, 922.2, 922.3, 933.1, 935.1.8-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.7, 35.1, 36.1, 38, 39.3, 41.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün müəyyən olunmuş 772 manat sığorta ödənişi məbləğinin pul şəklində ödənilə biləcəyi barədə iddiaçı məlumatlandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)6858/2022 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-191/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin halla rını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş, həmin rəyə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilən rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşmış və cavabdehdən sığorta müqavilə si üzrə 5.740 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun saymışdır. Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 883.1, 898.2, 922.1, 922.2, 922.3, 933.1, 935.1.8-ci maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 6.7, 35.1, 36.1, 38, 39.3, 41.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianı n rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfin dən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqa viləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 933.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinin; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədin; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişi nin verilməsi üçün tələb olunan digər sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə

38. Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. Maddə 36.1.8. Daşınmaz əmlak ın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsinəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Maddə 39.3.1. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manatmüəyyən edilir. Maddə 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyind ən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini cavabdehdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixə saat 23:59:00-dək sığorta etdirmişdir. Sığorta məbləği 25.000 manat, sığorta haqqı 50 manat, azadolma məbləği 250 manat təşkil etmişdir. Bakı şəhəri, Xətai rayonu ərazisində leysan yağışları yağması nəticəsində sığorta edilmiş fərdi yaşayış evi yararsız hala düşmüş və bununla da, sığorta hadisəsi baş vermişdir. Hazırda tərəflər arasında mübahisə sığorta ödənişinin məbləği ilə əlaqədardır. Belə ki, iddiaçı baş vermiş sığorta hadisəsi nəti cəsində ona məxsus yaşayış sahəsinə 15.000 manat ziyan dəydiyini iddia etmiş, cavabdeh isə buna etiraz edərək dəymiş ziyanın 1.022 manat təşkil etdiyini bildirmişdir. Qeyd edilən fikir ayrılığını araşdırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək keçirilmiş, həmin rəyə əsasən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi üzrə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5.990 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşmış və cavabdehdən sığorta müqaviləsi üzrə 5.740 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını işin hallarına uyğun sayımışdır. Qeyd edilən rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb, cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyn i məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(103)-6858/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar