Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3713/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X37 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, bu qətnaməni qəbul etdi; İşin halları Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli PAA-********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilinin sığortalanması barədə "xxxx" ASC ilə X23 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli ƏN-V021756 saylı etibarnamənin surətindən görünür ki, X23 tərəfindən Cavabdeh “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilinə dair 4 il 6 ay 16 gün müddətinə etibarnamə verilmişdir. Mülki işin materiallarında olan,xx.xx.2020-ci il tarixli AS-SHTD-20/515 saylı geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh zərərin aradan qaldırılması üçün ödənilmiş 4953.00 manat sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin, cəmi 5453.00 manat sögorta ödənişi məbləğinin 10 gün müddətində "xxxx" ASC-nə ödənilməsi xahiş olunmuşdur. Mülki işin materiallarında olan,xx.xx.2020-ci il tarixli 20-01021/02/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “CHEVROLET NİVA” markalı 99HM929 qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş 453 manat məbləğində sığorta ödənişi X21 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 19-12127/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X9 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 19-12128/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X10 ödənilmişdir. Mülki işin materiallarında olan,xx.xx.2019-cu il tarixli 19-12106/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X9 dəymiş 1500.00 manat məbləğində sığorta ödənişi X9 ödənilmişdir. Mülki işin materiallarında olan, 20-00064/01/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X19 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X19 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli 20-00063/01/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X24 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X24 ödənilmişdir. Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli 000504 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X19 750.00 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 018921 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 750.00 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 018952 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 750.00 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli 000493 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X24 750.00 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2020-ci il tarixli 002361 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X21 453 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 018954 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 1500.00 manat sığorta ödənişi olmuşdur. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 15 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 2006-saylı ekspert rəyinin surətindən görünür ki, 2019-cu il təvəllüdlü azyaşlı X11 bədəni üzərində müəyyən edilmiş xəsarət xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 2005-saylı ekspert rəyinin surətindən görünür ki, 2017-ci il təvəllüdlü X12 bədəni üzərində müəyyən edilmiş xəsarət xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 1990 saylı ekspert rəyinin surətindən görünür ki, 1992-ci il təvəllüdlü X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər xx.xx.2019-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 1907 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X22 bədənində aşkar edilmiş xəsarət xx.xx.2019cu il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 97 saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X16 meyidinin müayinəsi zamanı onun bədəni üzərində sol ağciyərin və qaraciyəri cırılması, döş sümüyün İİİ qabırğa səviyyəsindən sınması; İİ, İİİ bel fəqərələrin sınığı; döş qəfəsinin sol tərəfində Vİİ-X qabırğaların məmə xətti üzrə sınması; baş beyinin yumşaq qışasına sol ənsə nahiyəsinə, başın yumşaq toxumalarına sol ənsə-təpə nahiyəsinə qansızma. Kəskin daxili qanitirmə; daxili orqanların azqanlı olması. Sol təpə nahiyəsinin hematoması, alt çənə nahiyəsinin və sağ qulaq sırqalığının yarası, sağ yanaq nahiyəsinin və sağ döş vəzinin qançırları, sol çiyin-körpücük nahiyəsinin sıyrığı, bu xəsarətlər həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X7 ölümünə səbəb olan döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində sol ağciyərin və qaraciyərin cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə hərəkətdə olan avtomobilin aşması nəticəsində əmələ gələ bilər. Mülki işin materiallarında olan, xx.xx.2019-cu il tarixli 1996-cı il tarixli ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü X17 bədənində aşkar edilmiş xəsarətlər – sol açıq-bədən baldır oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sıl baldır nahiyyəsindin yumşaq toxumalarının hematoma halında əzilməsi, əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. Mülki işin materiallarına əlavə olunan, Göygöl Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmünün təsdiq olunmuş surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cavabdeh xx.xx.2019cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Baş vermiş hadisə nəticəsində X25 ölmüşdür. “Chevrolet Niva” markalı, ** HM *** qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh qəsdən hadisə yerindən qaçmışdır. İddia tələbi barədə məlumatlar. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4953.00 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5843.00 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ti ilə X23 arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Qeyd olunana zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması 453.00 manat, X6 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X4 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X3 zəymiş zərərrin aradan qaldırılması üçün 750.00 manat, X5 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 1500.0 manat, cəmi 4953.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Göygöl RPŞ İQ-dən ünvanlarına xx.xx.2019-cu il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərar daxil olmuş, Həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanmış və qərarda İsmayılov X28 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Göygöl Rayon Polis X20 "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 163-24938-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin iş üzrə əvvəlki-15 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizəsinə əsasən, Gəncə Şəhər Məhkəməsinin iş üzrə 30 may 2024-cü il tarixli qərardadı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin iş üzrə 15 aprel 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Tərəflərin izahatları Məhkəmədə Cavabdeh iştirak etmiş, iddia ərizəsinə etiraz edərək, izahatında göstərmişdir ki, hadisənin baş verməsinə baxmayaraq zərərçəkmişlərə iddia edilən məbləğlərdə ziyan dəyməmişdir. Həmçinin, baş vermiş hadisə ilə bağlı cinayət işinə baxılarkən zərərçəkmişlərin ondan heç bir şikayəti olmamışdır. Ona görə də hesab edir ki, iddia əsassızdır. Sonda cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yari barədə lazımi qaydada məlumat verilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq, işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Tətbiq edilən hüquq Maddi hüquq normaları «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.3. Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur Maddə 23.1.6 Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: -25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Prosessual hüquq normaları, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin iş üzrə mövqeyi Məhkəmə Cavabdeh dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə göstərir ki, iş materiallarında olan mötəbər sübutetmə vasitələri ilə işin faktiki halları kimi müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən siğortalanmış “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Baş vermiş hadisə nəticəsində X25 ölmüşdür. Cavabdeh qəsdən hadisə yerindən qaçmışdır. Göygöl Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qeyd olunan hadisə ilə bağlı zərərçəkmiş şəxslərə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 4953.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh etirazları ona qarşı irəli sürülən iddianın 4953.0 manat pul tələbi hissədə rədd edilməsinə əsas vermir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən edilir ki, irəli sürülən iddia "xxxx" ASC tərəfindən ödənilən 4953.0 manat məbləğində sığorta ödənişlərinin Cavabdeh subroqasiya qaydasında geri alınması tələbi hissədə qanuni əsaslıdır, ona görə də həmin hissədə təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 500 manat işlərin görülməsi xərcinin Cavabdeh alınması tələbi hissədə iddianın təmin olunması üçün əsaslar yoxdur. Belə ki, iddia ərizəsində həmin xərclərin nədən ibarət olması açıqlanmamışdır və bu xərclərin həqiqətən də çəkildiyini təsdiq edə bilən heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, sübuta yetirilməyən tələb əsaslı sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, 500 manat məbləğində işlərin görülməsi xərcinin Cavabdeh alınıb "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbi hissədə iddia rədd edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan 27 manat hissəsinin əvəzi Cavabdeh alınıb "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 4953 (dörd min doqquz yüz əlli üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 27 (iyirmi yeddi) manat məbləğində pul alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. 500 manat məbləğində işlərin görülməsi xərcinin Cavabdeh alınib, "xxxx" ASC-yə verilməsi tələbi hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3713/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3713/2024
01.07.2024 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver