Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2910/2023 10.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2046/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 10 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Fiziki şəxslər ə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Şəhadətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır.
2. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 29 dekabr 2019-cu il tarixli “iltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. 3. "x xxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 06 may 2020-ci il tarixli məktuba əsasən X1 xx.xx.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar bildirmişlər ki, İddiaçı **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) İddiaçı avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalar”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq İddiaçı bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnun bu ərizənin 7-ci bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı məlumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qi smində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda yerilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, xx.xx.2019-cu il tarixli “iltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verilmiş şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edil məsi hüququ X2 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətə yazılı müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq və göstərilən müddəalar rəhbər tutularaq, xx.xx.2020-ci il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. 4. "xxxx" ASC-nin X7 Oruclu tərəfindən tərtib edilmiş raporta əsasən hadisə barədə 17 aprel 2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X3 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. 5. “Land Motors” tərəfindən verilmiş 5 fevral 2021-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərə rin məbləği 29.135 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən sığorta məbləği olan 29.135 manat pulun və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun müvafiq olaraq hesablanaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı, “Mercedes Benz G63 AMG” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini cavabdehin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” 3 illik müqavilə bağla maqla kasko sığorta etdirmiş və bu əsasda qəbzlə 28 dekabr 2019-cu il tarixində 3.120 manat, 5 manat və 8.400 manat sığorta haqqı ödəmişdir. İddiaçıya bağlanmış müqavilə ilə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhvil-təslim” aktında 014717 saylı, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən sığortanın bitmə vaxtı xx.xx.2022-ci il nəzərdə tutulmuşdur. İddiaçı, xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdehə müraciət ünvanlamışdır. İddiaçının müraciətinə baxmayaraq cavabdeh sığorta öhdəliyindən imtina etdiyinə görə iddiaçı avtomobilini indiki vəziyyətdə idarə edə bilməmişdir. İddiaç ı bu günədək olan müddətdə cavabdeh sığorta şirkətindən onunla aralarında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan pul məbləğini ala bilməmişdir və bu istiqamətdə etdiyi müraciətlər nəticəsiz qalmış və sığorta məbləğinin verilməməsi qanunsuz və haqsız olaraq qeyri-mümkün hesab edilmişdir.
8. Cavabdeh, iddia tələbinə yazılı qaydada etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sığortalanmış avtomobil X4 tərəfindən xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X2 verilməzdən öncə adının sı ğorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cəmiyyətə yazılı müraciət edilməmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı, “MercedecBenz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.
9. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəmə araşdırması zamanı mübahisələndirilən avtomobili heç vaxt istifadə etmədiyini, avtomobilin başqa bir şəxsin faktiki istifadəsində olduğunu bildirmişdir. İddiaçının “Merce des Benz G63 AMG” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobil, 3-cü şəxsə vermiş, lakin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, PMİ-014717 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsində qeyd edilən məsələ üzrə isə şəhadətnamədə hər hansı bir qeyd öz əksini tapmamış, başqa sözlə iddiaçı tərəfindən avtomobili etibar etdiyi şəxsin məlumatları yuxarıda göstərilən şəhadətnamədə qeyd edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə əsasən iddiaçı həmin şərtlərlə tanış olmuşdur, lakin iddiaçı tərəfindən avtomobil kimin tərəfindən idarə edilməsi ilə əlaqədar cavabdehə hər hansı bir məlum at verilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin mülki hüquqi baxımdan təqsirini sübuta yetirilə bilməmişdir.
13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 899.1, 901, 923-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-2596/2022 saylı mülki iş üzrə 18 may 2022ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov sədrlik edən, məruzəçi, Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikay əti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddianın təmin edilərək, cavabdehdən sığorta məbləği olan 29.135 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 12091,025 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41.256,025 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi ədalətsiz olmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh imtinanın əsası kimi, MM-in 935-ci maddəsinin hər hansı bəndinə əsaslanmamış və yalnız “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nı rəhbər tutaraq sığorta ödənişini ödəməkdən imtina etmişdir. Cavabdehin istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”ində qeyd olunan müddəası mülki prosessual qanunvericiliyin təməl prinsiplərinə və sığorta fəaliyyəti üzrə formalaşmış işgüzar adətlərə uyğun olmamışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hadisə baş verən zaman avtomobilin onun tərəfindən idarə edilmədiyi üçün cavabdeh tərəfindən sığorta ödənişindən imtina ediləcəyini bilmiş olsaydı, məqsədli şəkildə avtomobilin məhz onun tərəfindən idarə edildiyini qeyd edərək yalan məlumat da verə bilərdi. Lakin, iddiaçı bunu etməmiş və hadisəyə vicdanlı yanaşmışdır. Cavabdeh istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”i və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”ına istinad edilməklə sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə b ilər.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən bir halı da ondan ibarət olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə nə iddiaçı, nə də onun oğlu X3 inzibati məsuliyyətə cəlb edilməmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ödəməlidir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktı cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyindən, həmin akt ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas sübut hesab edilməli və aktla müəyyən edilən 29.135 manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir.
21. Məhkəmə kollegiyası sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması ilə bağlı qeyd etmişdir ki, cavabdeh sığorta ödənişindən xx.xx.2020-ci ildə imtina etmiş və iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhz aşağıda göstərilən qaydada dəbbə pulu hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (xx.xx.2020 + xx.xx.2021)= 415 gün. 29135 manat: 0,1% = 29,135 manat. 415 x 29,135 = 12091,025.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 385.1, 390.1, 442, 901, 923, 934-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
23. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2596/2022 saylı, 18 may 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
25. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd- sığorta şəhadətnaməsinin əlavə şərtlərinin 4-cü bəndində sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur.
26. İddiaçı bu şərtlə tanış olmuş, həmin şərtlərlə razılaşaraq sığorta müqaviləsi bağlamışdır. İddiaçı, xx.xx.2019-cu il tarixdə imzaladığı “iltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir.
27. Göründüyü kimi, adı sığorta şəhadətnaməsinin a vtomobili idarəetmə hüququ olan şəxslərin siyahısında nəzərdə tutulmayan şəxslər tərəfindən törədilən hadisələr sığorta təminatına aid olmadığından, apellyasiya instansiyası məhkəməsinin baş vermiş bu hadisəni sığorta hadisəsi kimi qəbul etmiş olduğu mövqeyi yalnış olmuşdur.
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi həmin əsasın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansi yası məhkəməsi işin araşdırılmış halları və qeyd edilən maddi normaların tələbləri baxımından səhv hüquqi nəticəyə gəlməklə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.
30. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 2(103)-2046/2023 saylı mülki iş üzrə 13 mart 2023cü il ta rixli qətnaməsi ilə (hakimlər G.T.Axundova sədrlik edən, məruzəçi, R.Ə.Eyvazov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı, sözügedən sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta hadisəsi hesab edilməyən hallar barədə, həmçinin müqavilə üzrə yerinə yetirməli olduğu tələblər barədə məlumatlı olmuş və bu şərtlərlə razılaşaraq müqaviləyə imza atmışdır. Lakin, iddiaçı sığorta olunan avtomobilin X4 tərəfindən idarə edilməsi ilə bağlı etibarnamə verilməsi barədə cavabdehə məlumat verməmişdir.
33. Belə olan halda Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən tərəflər arasında imzalanmış mü qavilə şərtlərinə əməl edilməmişdir. Sığorta olunan avtomobilin sığorta şəhadətnaməsində adı qeyd edilməyən şəxslər tərəfindən idarə edilməsi halında baş vermiş avto-nəqliyyat hadisələri sığorta hadisəsi hesab edilmədiyi üçün sığorta təminatına daxil edilməməsi əsası ilə cavabdeh iddiaçıya sığorta ödənişi ödəməkdən imtina etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bütün bu prosessual tələblərə işə məhkəmə tərəfindən riay ət olunmamış və işin faktiki halları araşdırılmamışdır. Belə ki, X1 xx.xx.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. "xxxx" ASC-nin X7 Oruclu tərəfindən tərtib edilmiş raportdan görünür ki, hadisə barədə xx.xx.2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X3 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz G63 AMG” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi və həmin avtomobilin "xxxx" ASC-də sığortalı olması işin mübahisəsiz haldır. Bununla yanaşı işin digər mübahisəs iz halıdır ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və hadisə barədə xx.xx.2020-ci il tarixdə çağırış edilmişdir. Hadisə baş verən zaman “Mercedes BenzG63 AMG” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin kimin tərəfindən idarə edilməsini təsdiq edən yeganə sübut məhz cavabdeh "xxxx" ASC-nin X7 Oruclu tərəfindən tərtib edilmiş raportdur. Həmçinin işin mübahisələndirilməyən daha bir halı da ondan ibarətdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə nə iddiaçı, nə də onun oğlu X3 inzibati məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, cavabdeh sığorta hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etməklə sığorta institutunun mahiyyətinə zidd hərəkət etmiş və iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bütün bu prosessual tələblərə işə məhkəmə tərəfindən riayət olunmamış və işin faktiki halları araşdırılmamışdır. X1 xx.xx.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. "xxxx" ASC-nin X7 Oruclu tərəfindən tərtib edilmiş raportdan görünür ki, hadisə barədə xx.xx.2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X3 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes BenzG63 AMG” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi və həmin avtomobilin “Rəvan Sığorta" ASC-də sı ğortalı olması işin mübahisəsiz haldır. Bununla yanaşı işin digər mübahisəsiz halıdır ki, yol nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və hadisə barədə xx.xx.2020-ci il tarixdə çağırış edilmişdir. Hadisə baş verən zaman “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin kimin tərəfindən idarə edilməsini təsdiq edən yeganə sübut məhz cavabdeh "xxxx" ASC-nin X7 Oruclu tərəfindən tərtib edilmiş raportdur. Həmçinin işin mübahisələndirilməyən daha bir halı ondan ibarətdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə nə iddiaçı, nə də onun oğlu X3 inzibati məsuliyyətə cəlb edilməmişdir. Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, cavabdeh "xxxx" ASC sığorta hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etməklə sığorta institutunun mah iyyətinə zidd hərəkət etmiş və iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdehin kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surə tdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 40. 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
41. Maddə 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
42. Maddə 913.Sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, ham ı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
43. Maddə 915.Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.
44. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən h adisə və ya yaranan haldır.
45. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
46. Maddə
934. Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
57. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üz rə sığorta Şəhadətnaməsi”nə əsasən tərəflər arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, iddiaçıya məxsus **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 saylı şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır.
58. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 29 dekabr 2019-cu il tarixli “iltizam”ın 2-ci bəndinə əsasən ona məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində cavabdehə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir.
59. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdehə tərəfindən iddiaçıya ünvanlanmış 06 may 2020-ci il tarixli məktuba əsasən X1 xx.xx.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir.
60. Cavabdeh, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirmişdir ki, cavabdeh özünə məxsus olan **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta Qaydalarının 1.3-cü bəndinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən a vtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizəsin”də (ərizənin 7-ci bəndi) iddiaçı həmin avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir.
61. Belə ki, cavabdeh “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalar”nın 9.2.4-cü bəndinə əsaslanaraq iddiaçıya izah etmişdir ki, avtomobili idarə etmək hüququ sözügedən ərizənin 7-ci bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl o, həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün cavabdehə yazılı məlumat verməlidir.
62. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda yerilir.
63. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə- adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur.
64. Bundan başqa, xx.xx.2019-cu il tarixli “iltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin id arə olunmasına səlahiyyət verilmiş şəxslər barəsində cavabdehə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi bir daha iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış sözügedən avtomobilin idarə edilməsi hüququ X2 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cavabdehə yazılı müraciət edilməmişdir.
65. İddiaçı, apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində cavabdehin sığorta ödənişini verməkdən əsassız olaraq imtina etdiyini və imtinanı n qanuna zidd olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razlaşmır və hesab edir ki, iddiaçının oğlu X1 adı sığorta şəhadətnaməsində sığortalı avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında nəzərdə tutulmadığından, sözügedən baş vermiş hadisə sığorta təminatı altına alına bilməz.
66. Apellyasiya instansiyası məhkəməsi baş vermiş sözügedən hadisəni sığorta təminatına aid etməyib, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
67. Daha sonra, iddiaçının kassasiya şikayətinin dəlillərinin əsassız olması "xxxx" ASC-nin X7 Oruclu tərəfindən tərtib edilmiş raportla da təsdiq olunur və hə min raporta əsasən hadisə barədə 17 aprel 2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda iddiaçı deyil, onun oğlu X3 qeyd edilmişdir və tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər.
68. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əməl edilmədiyindən, sığorta olunan avtomobilin sığorta şəhadətnaməsində adı qeyd edilməyən oğlu X3 tərəfindən idarə edilməsi halında baş verdiyindən, cavabdeh iddiaçıya sığorta ödənişi verməkdən imtina etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-2046/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.