Məhkəmə qərarları › İş №2(102)-1308/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1308/2024

20.05.2024 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1308/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta fəaliyyətindən irəli gələn mübahisələr, sığorta ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5741/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanaraq, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Ə.Əlizadə küçəsi 06 saylı fərdi yaşayış evi 13 dekabr 2019-cu ildən 12 dekabr 2020-ci il tarixədək 25.000 manat məbləğində sığortalanmış və bu barədə BB 057100 saylı “Daşınmaz əmlakın icbari sığortası” Şəhadətnaməsi tərtib edilmişdir.

2. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə - xx.xx.2020-ci il tarixində iddiaçının evində yanğın hadisəsi baş vermişdir.

3. Azərbaycan Respublikası FHN X5 Xidmətinin xx.xx.2020-ci il tarixli “Yanğın baş vermiş hadisə yerinə baxış protokolunda” yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə isə zərər dəymədiyi qeyd göstərilmiş, xx.xx.2020-ci il tarixində keçirilən ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən hadisədən sonra evə baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə təmir-bərpa işlərinin dəyərinin cəmi 12.812 manat olduğu müəyyən edilmişdir

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019,90 manat müəyyən edilmişdir. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

5. Müstəqil ekspert Rafiq Əlişov tərəfindən hazırlanmış hesabata əsasən, yanğın nəticəsində fərdi yaşayış evinə dəymiş ziy anın məbləği 7.387,20 manat müəyyən edilmiş, 21 may 2020-ci il tarixli, CPİ 000420 saylı sığorta aktı ilə "xxxx" ASC tərəfindən əmlakın yanğın sığortası hadisəsinə görə İddiaçı 250 manat azadolma məbləği və 8.02 manat əlavə sığorta haqqı çıxılaraq 7.129,18 manat məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli sığorta aktını imzalayaraq həmin məbləği qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə 02 mart 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 25.000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, himayəsində 3 azyaşlı uşağı vardır və uşaqları təkbaşına böyüdür. Cavabdehin xidmətlərindən istifadə etmək üçün ünvan ünvanda yerləşən fərdi yaşayış evini sığorta etmişdir. 22 aprel 2020-ci il tarixində sözügedən fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi zamanı ona daşınmaz əmlak üzrə 35.000 manat, daşınar əmlak üzrə isə 25.000 manat zərər dəyib. Lakin evi sığorta edən cavabdeh ona dəymiş zərəri tam ödəməyib və hüquqlarını pozub. Hadisədən sonra evi inşa etdirmək üçün maddi vəsaiti və dəstəyi olmadığından uşaqları ilə küçədə yaşamağa başlayıb.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2700 saylı rəyinə əsasən, iddiaçıya məxsus evdə xx.xx.2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində evə dəymiş ziyanın dəyəri ni dəqiqliklə müəyyən etmək mümkün deyil.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 17.870,82 manat sığorta ödənişinin tutulması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dəymiş zərər 30019.90 manat məbləğində qiymətləndirildiyi halda, iddiaçının cavabdeh tərəfindən ona ödənilmiş 7129.18 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür. Bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavabdehin həmin öhdəliyinin tam icrası kimi qiymətləndirilə v ə qəbul oluna bilməz.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia olunan 25.000 manat məbləğdən ödənilmiş 7.129,18 manat çıxılmalı və qalan 17.870,82 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 926.1-ci maddəsinə, “İcbari sığortalar haqqında” Qanunun 3.1, 3.1.2, 8.2, 9.1, 10.1, 16.2, 35.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 113.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 21 may 2020-ci il ta rixli, CPİ 0004/20 saylı sığorta aktını imzalayaraq sığorta ödənişinin məbləği və üsulu ilə razı olduğunu və cavabdehə qarşı heç bir şikayət və iddiasının olmadığını təsdiqləmişdir. Tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq edilmiş əqd- sığorta aktı olduğundan, həmin əqd etibarsız hesab edilmədən zərərin məbləğinin mübahisələndirilməsi hüquqi baxımdan mümkün deyil. Lakin məhkəmə tərəfindən ümumiyyətlə əqdin etibarsızlığı məsələsinə və göstərilən maddələrin məzmununa toxunulmamış, qanunvericiliyin hansı normalarına və işin faktiki hallarında konkret olaraq hansı əsaslara istinad etməsi aydın deyil. Belə ki, iddiaçı cavabdehdən daha artıq məbləğdə pul əldə edərək əmlakını tam yenidən tikdirmək niyyətində olmuşdur. Halbuki zərər dəymiş əmlak tamamilə sökülməyə və təmir edilərək əvvəlki vəziyyətə qaytarıla bilərdi. Lakin iddiaçı fürsətdən istifadə edərək zərər dəymiş fərdi yaşayış evinin yerində daha geniş ev tikdirməyə başlamış və təbii olaraq verilmiş sığorta ödənişi məbləği onu qarşılaya bilməmişdir. Səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Hadisədən sonra əməkdaşlar tərəfindən çəkilmiş fotoşəkillərlə də qeyd olunan hal sübut olunur. Məhkəmə qərarda qiymətlə bağlı məhkəmə tərəfindən təyin edilməyən və yanğından sonra həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2020-ci il tarixli ekspert rəyinə istinad etmiş və ekspertin hesabladığı zərər məbləğini əsas kimi götürmüşdür. Lakin, məhkəmənin istinad etdiyi ekspert rəyi işin hallarına uyğun olmayıb, rəydə məhkəmənin digər ekspertiza qarşısında qoyduğu suallara cavab olmamışdır. Beləliklə, məhkəmənin istinad etdiyi ekspert rəyi işin hallarını araşdırması ilə bağlı keçirilmiş ekspertiza deyil və məhkəmə, işin hallarına uyğun olmayan və əmlakın sığorta baxımından (yəni hadisədən əvvəlki vəziyyətinin bərpa olunması üçün çəkilən xərclərin hesablanması) qiymətləndirilməsi ilə bağlı olmayan ekspert rəyinə istinad edə bilməzdi. Aydındır ki, məhkəmə qərarı- dəymiş zərər məbləği sübut edilmədən qəbul edilmişdir. Məhkəmə prosesi dövründə təyin edilmiş ekspertiza rəyində isə ekspert, qarşısında qoyulmuş suallara cavab tapa bilməmiş, bu halı isə əmlakın hadisədən sonrakı vəziyyətdə olmaması ilə izah etmişdir. Bu hal isə həqiqətən də, hadisədən sonra əmlakın tam sökül düyünü və yerində yeni evin tikildiyini sübut edir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)694/2023 saylı qətnaməsi ilə (hakimlər G.T.Axundova sədrlik edən, məruzəçi, F.V.Abdıyev və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsı dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sığorta aktı sığorta edilmiş əmlaka dəymiş zərəri müəyyən edən sənəddir, tərəflərin qarşılıqlı olaraq hüquq və vəzifələri müəyyən edilmədiyindən, habelə mülki hüquqi əqdlə bağlı qanunvericiliyin digər tələblərinə cavab vermədiyindən sığorta aktı əqd kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsində qeyd edilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

17. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı, 21 may 2020-ci il tarixdə sığorta aktına əsasən 7.129,18 manat sığorta ödənişini aldıqdan sonra müəyyən etmişdir ki, həmin məbləğ dəymiş zərəri qarşılamır və bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri ilə də öz təsdiqini tapmışdır.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 22 aprel 2020-ci il tarixdə baş vermiş və hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmışdır. Məhz araşdırma nəticəsində qəbul edilmiş qərarda keçirilmiş ilkin ekspertizanın nəticəsinə əsasən tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12.812 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı, aparılan müvafiq araşdırma ərəfəsində yenidən müraciət edərək təmir bərpa işləri apardığı zaman yanğının təsirindən evin divarlarının çatladığını, təmir məqsədilə dəvət etdiyi ustaların evin sökülərək yenidən bərpa olunmasına ehtiyac olduğunu, dəymiş ziyanın tərtib olunmuş tikinti smetasında göstərilmədiyini bildirmişdir. Keçirilmiş ikinci ekspertizanın nəticəsinə əsasən yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 30019,90 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilən ekspertiza zamanı artıq hadisənin baş vediyi tarixdən 1 ildən çox vaxt keçmişdir və tikili artıq mövcud olmadığından və yaşayış evinin mövcud olmadığı və ərazinin daxilində mişar daşından inşa olunmuş (tikintisi tam başa çatmamış vəziyyətdə) tikilinin olduğu müəyyən edildiyindən sonuncu rəyə uyğun zərərin məbləği qeyd edilmişdir.

19. Məhkəmə kollegiyası həmçinin “iddiaçının yeni və geniş ev tikdirməyə başlaması və aldığı sığorta ödənişi məbləğinin buna kifayət etməməsi” barədə cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan fotoşəkillərdən və 24 aprel 2020-ci il tarixli yanğın haqqında Aktdan da müəyyən olunduğu kimi yanğın nəticəsində evin yanar konstruksiyaları yanmışdır. Habelə, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yeti rilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30.019,90 manat müəyyən edilərkən isə iddiaçının bildirdiyi kimi, ölçü baxımından daha geniş ev deyil, məhz yanmış vəziyyətdə olan tikilinin bərpa xərci nəzərə alınmışdır.

20. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 883.1, 884.3, 884.4, 904.2, 922.1, 926.1, 927.1-ci maddələrinə, habelə “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 8.1, 16.2, 35.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası ad ından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2571/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. (hakimlər Ə.A.Əhmədov-məruzəçi, V.T.Həsənov və İ.Ə.Şəfiyev)

23. Kollegiya qeyd etmişdir ki, sığorta hadisəsi nəticəsində iddiaçının evinə dəymiş zərərin miqdarı barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən və sığorta ödənişi iddiaçının seçimi əsasında pul şəklində ona ödənildikdən sonra, onun yenidən zərərin miqdarını mübahisələndirərək əlavə sığorta ödənişi tələb etməsi, mülki hüququn hüquqa uyğun həyata keçirilməməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqasına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən sığorta hadisəsi üzrə dəymiş zərərin miqdarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq olunmuş sığorta aktı mövcud olduğu üçün, tərəflər arasında razılaşdırılmış zərər məbləğinin yenidən mübahisələndirilməsi hüquqi baxımdan doğru olmamışdır. Belə ki, 21 may 2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktı dəymiş zərər məbləği və bunun əsasında sığorta ödənişinin həyata keçirilməsi üzrə qarşılıqlı razılığ ın əsası qismində çıxış edir və hər iki tərəfin iradə ifadəsini özündə əks etdirir. Tərəflər arasında mövcud razılaşmanın apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqətə alınmaması tərəflərin iradə sərbəstliyi prinsipinə zidd olmaqla yanaşı, mülki münasibətlərdə hüquqi baxımdan qeyri-müəyyənlik yaradacaqdır.

24. Kollegiya bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi, həmçinin cavabdehin apellyasiya şikayətində iddiaçının yuxarıda sadalanan bütün mərhələlərdə iştirak edərək öz razılığını bildirməsi, sonradan onun cavabdehdən daha artıq məbləğdə sığorta ödənişi alıb evini tam yenidən və əvvəlkindən fərqli, daha geniş ölçüdə inşa etmək niyyətində olması, təbii ki, ödənilmiş sığorta məbləğinin əlavə tikililəri qarşılaya bilməməsinə dair dəlilləri üzrə heç bir araşdırma aparmamış, xüsusi bilik tələb edən bu sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almamışdır. Əksinə, apellyasiya instansiyası məhkəməsi göstərilən məsələlərə münasibət bildirərək qeyd etmişdir ki, mülki iş materiallarında olan fotoşəkillərdən, 24 aprel 2020-ci il tarixli yanğın haqqında Aktdan müəyyən olunduğu kimi yanğın nəticəsində evin yanar konstruksiyaları yanmışdır. Habelə, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30.019,90 manat müəyyən edilərkən isə cavabdehin bildirdiyi kimi, ölçü baxımından daha geniş ev deyil, məhz yanmış vəziyyətdə olan tikilinin bərpa xərcləri nəzərə alınmışdır. Halbuki, Azərbaycan Respublikasının FHN Əməliyyat-İ stintaq İdarəsinin 11 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında, həmçinin bu işlə bağlı digər qərarlarda yanğının sadəcə ikinci yataq otağının tavan səviyyəsində olduğu qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası FHN X5 Xidmətinin 22 aprel 2020-ci il tarixli “Yanğın baş vermiş hadisə yerinə baxış protokolun”da da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə isə zərər dəymədiyi qeyd göstərilmişdir. Göründüyü kimi, səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Bu baxımdan işə baxan məhkəmələrin qeyd edilən evin tamamilə məhv olmuş əmlak kimi qiymətləndirilmələri düzgün deyil.

25. Kollegiya daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin öz qərarında istinad etdiyi 24 aprel 2020-ci il tarixli yanğın haqqında Aktda və digər sənədlərdə sadəcə yanğının baş verməsi faktı aydın olub, dəymiş zərərin həcmi barədə heç bir məbləğ qeyd edilməmişdir. Qətnamədə dəymiş zərərin həcmi ilə bağlı istinad edilən sonuncu 10 dekabr 2021-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilən fərdi yaşayış evinin əvvəlki vəziyyətdə inşa olunmasına nə qədər pul vəsaitinin tələb olunmasını dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Buna səbəb isə fərdi yaşayış evinin ilkin vəziyyətinə dair mülki iş materialında məlumatların (texniki pasport, plan-sxem, tikilinin ilkin konstruktiv elementləri və sair) olmaması, həmçinin faktiki olaraq yaşayış evinin mövcud olmaması göstərilmişdir. Həmçinin, həmin ekspert rəyində ekspert qiymətləndirmə apara bilməyəcəyini bildirərək, Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2020-ci il tarixli təmir-bərpa işlərinin təqribi dəyərinin 30.010,90 manat müəyyən edilməsinə dair rəyə istinad etmişdir. İstinad edilən həmin rəyi isə iş üzrə sayca ikinci ekspert rəyidir və həmin ekspertiza keçirilən zaman ev artıq hadisədən sonrakı vəziyyətdə olmayıb, əksinə ekspertiza aparılan zaman ev artıq sökülərək ilkin vəziyyətə nisbətən daha geniş ölçülərdə tikilməkdə idi. Halbuki, 10 iyun 2020-ci il tarixində ilk dəfə keçirilən ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən hadisədən sonra evə baxış keçirilib və 12 avqust 2020-ci il tarixli ekspertiza rəyi ilə təmir-bərpa işlərinin d əyərinin cəmi 12.812 manat olduğu müəyyən edilmişdir.

26. Kollegiya qeyd etmişdir ki, sonuncu (üçüncü) ekspert rəyində ekspert, niyə hadisədən dərhal sonra aparılan, evin hadisədən sonrakı vəziyyətdə olduğu və zərərin 12.812 manat müəyyən edildiyi birinci ekspertiza rəyini deyil, zərərin 30.010,90 manat müəyyən edildiyi və evin yanğından sonrakı vəziyyətini əks etdirməyən və yenidən inşa edildiyi zaman aparılan ikinci ekspert rəyini əsas tutmasını rəydə əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara ümumiyyətlə diqqət yetirməmiş və qətnamədə sonuncu ekspertiza tərəfindən zərər məbləğinin müəyyən edilməməsi əsası kimi hadisənin baş verdiyi tarixdən 1 ildən çox vaxt keçməsi, tikilinin artıq mövcud olmaması, yeni yaşayış evinin mövcud olması və ərazinin daxilində mişar daşından inşa olunmuş (tikintisi tam başa çatmamış vəziyyətdə) tikilinin olması hallarını qeyd etmişdir. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

27. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 883.1, 884.3, 884.4, 922.1, 926.1, 927.1, 927.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 8.1, 16.2, 35.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instanisyası məhkəməsində ikinci icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının (X1 (sədrlik edən və məruzəçi), X2 və X6) 2(103)-5741/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməmişdir.

29. Kollegiya qeyd etmişdir ki, iddiaçı, sözügedən rəylə tanış olub onu imzalamaqla, dəymiş zərərin məbləği ilə razılaşmış, xx.xx.2020-ci il tarixdə tərəflərin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı evə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair CPİ 0004/20 saylı Sığorta aktı tərtib edilmiş və iddiaçı, cavabdehin bu sığorta aktına müvafiq olaraq sığorta ödənişinin məbləği və üsulu ilə tam r azı olduğunu, cavabdehə qarşı heç bir şikayətinin və iddiasının olmadığını göstərərək akta imza atmışdır. İddiaçı həmçinin həmin aktda qeyd etmişdir ki, onun təqsirkar şəxsdən zərərin əvəzini tələb etmək hüququnun ona verilən məbləğdə cavabdehə keçməsinə etiraz etmir. Göründüyü kimi, sığorta hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən və iddiaçı sığorta ödənişini xx.xx.2020-ci il tarixdə aldıqdan 9 ay sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə qeyd olunan hallara əhəmiyyət verməmiş və nəticədə Mülki Məcəlləsinin 925, 925-1, 926 və 927-ci maddələrinin tələblərini pozmuşdur.

30. Kollegiya həmçinin apellyasiya şikayətinin iddiaçının yuxarıda sadalanan bütün mərhəl ələrdə iştirak edərək öz razılığını bildirməsi, sonradan onun cavabdehdən daha artıq məbləğdə sığorta ödənişi alıb evini tam yenidən və əvvəlkindən fərqli, daha geniş ölçüdə inşa etmək niyyətində olması, təbii ki, ödənilmiş sığorta məbləğinin əlavə tikililəri qarşılaya bilməməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında, həmçinin bu işlə bağlı digər qərarlarda yanğının sadəcə ikinci yataq otağının tavan səviyyəsində olduğu qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası FHN X5 Xidmətinin xx.xx.2020-ci il tarixli “Yanğın baş vermiş hadisə yerinə baxış protokolunda” da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldü yü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə isə zərər dəymədiyi qeyd göstərilmişdir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə hər hansı qeyd olmadığından iddiaçıya məxsus ev tamamilə məhv olmuş əmlak kimi qiymətləndirilə bilməz. İşdə olan xx.xx.2020-ci il tarixli “Yanğın haqqında aktda” və digər sənədlərdə sadəcə yanğının baş verməsi faktı aydın olmuş, dəymiş zərərin həcmi barədə heç bir məbləğ qeyd edilməmişdir.

31. Kollegiya daha sonra qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021ci il tarixli 10/2700 saylı rəyində qeyd edilən fərdi yaşayış evinin əvvəlki vəziyyətdə inşa olunmasına nə qədər pul vəsaitinin tələb olunmasını dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Buna səbəb isə fərdi yaşayış evinin ilkin vəziyyətinə dair mülki iş materialında məlumatların (texniki pasport, plan-sxem, tikilinin ilkin konstruktiv elementləri və sair) olmaması, həmçinin faktiki olaraq yaşayış evinin mövcud olmaması göstərilmişdir. Həmin rəyində ekspert qiymətləndirmə apara bilməyəcəyini bildirərək, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli təmir-bərpa işlərinin təqribi dəyərinin 30.010,90 manat müəyyən edilməsinə dair Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2110 saylı rəyinə istinad etmişdir.

32. Məhkəmə hesab etmişdir ki, istinad edilən həmin rəy iş üzrə sayca ikinci ekspert rəyidir və həmin ekspertiza keçirilən zaman ev artıq hadisədən sonrakı vəziyyətdə olmamışdır. Halbuki, xx.xx.2020-ci il tarixində keçirilən ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən hadisədən sonra evə baxış keçirilmiş və xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə təmir-bərpa işlərinin dəyərinin cəmi 12.812 manat olduğu müəyyən edilmişdir. Sonuncu (üçüncü) ekspert rəyində isə ekspert, niyə hadisədən dərhal sonra aparılan, evin hadisədən sonrakı vəziyyətdə olduğu və zərərin 12.812 manat müəyyən edildiyi birinci ekspertiza rəyini deyil, zərərin 30.010,90 manat müəyyən edildiyi və evin yanğından sonrakı vəziyyətini əks etdirməyən və yenidən inşa edildiyi zaman aparılan ikinci ekspert rəyini əsas tutmasını rəydə əsaslandırmamışdır.

33. Qeyd edilənlərə əsasən sübutlara müqayisəli şəkildə qiymət verən Məhkəmə hesab etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2020-ci il ta rixli 10/2110 saylı və xx.xx.2021-ci il tarixli 10/2700 saylı ekspert rəyləri dəymiş ziyanın məbləğinin düzgün müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz.

34. Məhkəmə həmçinin iddiaçının milliyyətçə rus olması və azərbaycan dilini bilmədiyindən sığorta aktının məzmununu anlamadan imza etməsi ilə bağlı dəlilini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, 1978-ci ildə Azərbaycan Respublikasına doğulmuş, daima Azərbaycan Respublikasına yaşayan, Azərbaycan Respublikasındatəhsil almış iddiaçının imzaladığı və Vəkil1 verilmiş notarial qaydada təsdiq edilmiş etibarnamə (işin İ cildi, vərəq 26), xx.xx.2020-ci il tarixli “Müstəqil ekspert rəyinin təyin edilməsi haqqında razılaşma” (işin İ cildi, vərəq 33), iddiaçı tərəfindən cavabdeh ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış ərizə (işin İİ cildi, vərəq 60-61), iddiaçı tərəfindən özünə məxsus e-maildən Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Ali Məhkəməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və digər rəsmi qurumların elektron poçt ünvanlarına ünvanlanmış məktublar (işin İ cildi, vərəq 130-150) da azərbaycan dilində tərtib edilmişdir. Bu sənədlərin arasında yalnız sığorta aktında qeyd edilənləri anlamaması Məhkəmə tərəfindən inandırıcı dəlil kimi qəbul edilə bilməz.

35. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəlləsinin 925, 925-1, 926 və 927, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanununun 3.1, 8.2, 9.1, 10.1, 16.2, 35.1, MPM-in 88-ci maddəərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

36. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin normasını pozmuşdur. Belə ki, iş materiallarında olan FHN Əməliyyat İstintaq İdarəsi tərəfindən ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/905 saylı tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12812 m anat məbləğində müəyyən edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyini dəlillərin sırasında sadalasa da, həmin dəlilə qiymət verməmişdir. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktı ilə müəyyən olunmuş 7.129,18 manat məbləğində sığorta ödənişinin iddiaçının yanmış evinin təmirinin qarşılaya bilməsinə dair dəlilləri üzrə heç bir araşdırma aparılmamış, xüsusi bilik tələb edən bu sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirilib əsaslandırılmış rəy alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdeh "xxxx" ASC iddiaçının kassasiya şikayətinə qarşı etiraz edərək kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayətinə etiraz apellyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

40. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

41. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.

42. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.

43. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

44. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

45. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

46. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məblə ği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

47. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

48. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4cümaddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməs i; sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

49. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan- fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.

50. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Qanunun 10.1-ci maddəsində qeyd edilir ki, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

51. Maddə 16.2. Sığortaçı sığorta ha disəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.

52. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı form ada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasl Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçıya dəymiş zərərin həcmi və sığorta ödənişi onun özünün də razılığı əsasında müəyyənləşdirilməklə ödənilmişdir. Belə olan halda iddianın təmin olunması üçün əsaslar müəyyən edilmir.

63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya k ollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5741/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar