Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1793/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 4953.00 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5843.00 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1024/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh 20 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin çıxarılmasından xəbəri olmadığını göstərərək həmin qətnamənin ləğv edilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilərək iş məhkəmə baxışına təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 4953 (dörd min doqquz yüz əlli üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan hissəsinin əvəzi kimi 27 (iyirmi yeddi) manat məbləğində pulun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi, 500 manat məbləğində işlərin görülməsi xərcinin Cavabdeh alınib, "xxxx" ASC-yə verilməsi tələbi hissədə iddianın əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ti ilə X23 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Qeyd olunana zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması 453.00 manat, X6 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X4 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X3 zəymiş zərərrin aradan qaldırılması üçün 750.00 manat, X5 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 1500.0 manat, cəmi 4953.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Göygöl RPŞ İQ-dən ünvanlarına xx.xx.2019cu il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında Qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanmış və qərarda İsmayılov X28 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Göygöl Rayon Polis X20 "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 163-24938-1219 saylı arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, iş üzrə Göygöl rayon Məhkəmsinin 1(066)-12/2020-ci il hökmündə də göstərildiyi kimi o, hadisə yerində avtoqəza nəticəsində (idarə etdiyi avtomobil aşıb) xəsarət almışdır .Yaxınlıqda olan şəxslərin köməkliyi ilə tibbi yardım edilməyi üçün, hadisənin şokunda olduğu üçün öz iradəsi olmadan Göygöl rayon avtovagzalına gətirilmişdir. Hadisəyə görə şoka düşdüyü üçün onu evə gətiriblər. Hadisənin səhərisi günü sabahın erkən saatlarında saat 06.00 radələrində yaşadığı yerin sahə rəisinə məlumat verib avtoqəza törətdiyini bildirimiş və sahə rəisi ilə birlikdə Göygöl şəhər polisinə getmişdir. Gəncə Şəhər Məhkəməsi heç bir sübuta və məntiqə sığmayan ağır avtoqəza zamanı aşmış maşından çıxıb şok vəziyyətində öz iradəsi olmadan Göygöl rayon avtovagzalına aparılmağını oradan evə yola salınmağını nəzərə almayaraq "xxxx" ASC Subroqasiya hüququna (sürücü hadisə yerindən yayınmış olduğu halda) uyğun görərək barəsində əsassız qərar çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatl və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməməsinə dair qətnamənin qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli PAA-********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilinin sığortalanması barədə "xxxx" ASC ilə X23 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ƏN-V021756 saylı etibarnamənin surətindən görünür ki, X23 tərəfindən Cavabdeh “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobilinə dair 4 il 6 ay 16 gün müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AS-SHTD-20/515 saylı geriyə tələb (subroqasiya) məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh zərərin aradan qaldırılması üçün ödənilmiş 4953.00 manat sığorta ödənişi məbləğinin, 500.00 manat işlərin görülməsi xərcinin, cəmi 5453.00 manat sıgorta ödənişi məbləğinin 10 gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20-01021/02/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “CHEVROLET NİVA” markalı 99HM929 qeydiyyat nömrə nişanlı avtomobilinə dəymiş 453 manat məbləğində sığorta ödənişi X22 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19-12127/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X14 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X9 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19-12128/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X10 ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 19-12106/12/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X9 dəymiş 1500.00 manat məbləğində sığorta ödənişi X9 ödənilmişdir. İş materiallarında olan 20-00064/01/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X19 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X19 ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 20-00063/01/AA-9940/19 saylı Sığorta Aktının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC şirkətində sığortalanmış X18 məxsus “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2019-cu il tarixdə Göygöl rayonu, Zurnabad yolunda törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində X24 dəymiş 750.00 manat məbləğində sığorta ödənişi X24 ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 000504 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X19 750.00 manat sığorta ödənişi olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 018921 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 750.00 manat sığorta ödənişi olmuşdur İş materiallarında olan xx.xx.2019-cu il tarixli 018952 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 750.00 manat sığorta ödənişi olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 000493 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X24 750.00 manat sığorta ödənişi olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 002361 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X22 453 manat sığorta ödənişi olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 018954 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 1500.00 manat sığorta ödənişi olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 15 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2006-saylı ekspert rəyinin surətindən görünür ki, 2019-cu il təvəllüdlü azyaşlı X13 bədəni üzərində müəyyən edilmiş xəsarət xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. İş materiallarında olan n, xx.xx.2019-cu il tarixli 2005-saylı ekspert rəyinin surətindən görünür ki, 2017-ci il təvəllüdlü X12 bədəni üzərində müəyyən edilmiş xəsarət xx.xx.2019cu il tarixə uyğun gəlir və sağlanmlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1990 saylı ekspert rəyinin surətindən görünür ki, 1992-ci il təvəllüdlü X8 bədəni üzərində müəyyən edilmiş xəsarətlər xx.xx.2019-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1907 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X21 bədənində aşkar edilmiş xəsarət xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 97 saylı ekspert rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X17 meyidinin müayinəsi zamanı onun bədəni üzərində - sol ağciyərin və qaraciyəri cırılması, döş sümüyün İİİ qabırğa səviyyəsindən sınması; İİ, İİİ bel fəqərələrin sınığı; döş qəfəsinin sol tərəfində VİİX qabırğaların məmə xətti üzrə sınması; baş beyinin yumşaq qışasına sol ənsə nahiyəsinə, başın yumşaq toxumalarına sol ənsətəpə nahiyəsinə qansızma. Kəskin daxili qanitirmə; daxili orqanların azqanlı olması. Sol təpə nahiyəsinin hematoması, alt çənə nahiyəsinin və sağ qulaq sırqalığının yarası, sağ yanaq nahiyəsinin və sağ döş vəzinin qançırları, sol çiyin-körpücük nahiyəsinin sıyrığı, bu xəsarətlər həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X7 ölümünə səbəb olan döş qəfəsinin, qarının qapalı küt travması nəticəsində sol ağciyərin və qaraciyərin cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. X7 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə hərəkətdə olan avtomobilin aşması nəticəsində əmələ gələ bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1996-cı il tarixli ekspert rəyindən görünür ki, 1973-cü il təvəllüdlü X16 bədənində aşkar edilmiş xəsarətlər – sol açıq-bədən baldır oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sıl baldır nahiyyəsindin yumşaq toxumalarının hematoma halında əzilməsi, əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmünün təsdiq olunmuş surətindən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, ona görə ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yolnəqliyyat hadisəsi törətmiş, X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Baş vermiş hadisə nəticəsində X25 ölmüşdür. “Chevrolet Niva” markalı, ** HM *** qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh qəsdən hadisə yerindən qaçmışdır. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC ilə X23 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuşdur. Qeyd olunana zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması 453.00 manat, X6 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X4 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X3 zəymiş zərərrin aradan qaldırılması üçün 750.00 manat, X5 dəymiş zərərin aradan qaldırılması üçün 750.00 manat, X1 dəymiş zərərin aradan qaldırılması üçün 1500.0 manat, cəmi 4953.0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göygöl Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə Cavabdeh yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Ona görə də Cavabdeh zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla ( nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "xxxx" haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Qanunun 25.1 və 25.1.1-ci maddələrinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə kollegiyası yuxarıda istinad olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, işdən göründüy kimi "xxxx" haqqında ASC ilə X23 arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BC *** qeydiyyat nişanlı avtomobili idarə edərkən Göygöl rayonu, Zurnabad yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Niva” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 yüngül zərər, X2 yüngül zərər, X3 yüngül zərər, X5 yüngül zərər, X1 ağır zərər vurmuş, özü hadisə yerindən qaçmışdır. İddiaçı sığortalıya dəymiş ziyanı ödəmiş, ona görə də onun sığortalının ödədiyi məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun hadisə yerindən qaçmaması, hadisə nəticəsində şokda olması, kim isə onu Göygöl rayon avtovağzalına gətirməsi, oradan da evlərinə yola salınmasına dair dəlilləri bağlı qeyd edir ki, cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən qaçması iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 1(066)-2020 saylı hökmü ilə təsdiqini tapır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini cavabdehin formal mülahizəsi sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3713/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1793/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1793/2024
28.08.2024 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver