Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-11/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı qarşı ("xxxx" MTK-nın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi, pulun tutulması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3077/2 021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 04 sentyabr 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130- cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzil İddiaçı satılmış, satış qiyməti isə 104.400 ABŞ dolları müəyyən edilmişdir.
2. Mənzilin İddiaçı satılması, dəyərinin və tam ödənilməsi barədə adı çəkilən MTK tərəfindən 08.09.2009-cu və 22.02.2019-cu il tarixli arayışlar verilmişdir.
3. İddiaçı bildirir ki, cavabdeh X7 onun qardaşı X1 arvadıdır, qardaşı 2010-cu ildə ailə qurduqdan sonra sözügedən mənzi li müvəqqəti yaşamaları üçün onlara vermişdir. 2019-cu ildə X21 Şirəliyeva boşansalar da cavabdeh onun mənzilindən çıxması barədə tələblərinə məhəl qoymamışdır.
4. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 isə bildirir ki, mübahisəli mənzili qızı Şirəliyeva Gülşən üçün özü almışdır. Mənzilin 104.000 ABŞ dolları məbləğində dəyərini və əlavə olaraq 45.000 manat pulu özü ödəmiş, mənzil alındıqdan sonra öz vəsaiti hesabına onu təmir etdirmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(007)- 276/2019 nömrəli qətnaməsi ilə, X19 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı arasında 25 iyun 2010-cu il qeydə alınmış nikah pozulmuşdur.
6. İddiaçı və üçüncü şəxs Sənubər Nəbiyeva aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 və qızı X5 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küç.,1130cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzil ona və ailəsinə məxsusdur. Həmin mənzili o, 04.09.2009-cu ildə "xxxx" MTK-nın sədri X31 ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini tam ödəməklə əldə etmişdir. Həmin mənzilin əldə olunması üçün o, "xxxx" MTK-ya mənzilin hər bir kv. metri 600 (altı yüz) ABŞ dolları olmaqla, cəmi 104.400 ABŞ dolları məbləğində pul ödəmişdir. Qeydolunan mənzili o və ailəsi öz şəxsi vəsaitləri hesabına əldə etmişlər. Cavabdeh və ailəsi həmin mənzilin əldə olunması üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməmişdir. Cavabdeh X7 qardaşı X1 arvadıdır. X27 cavabdehlə 25.06.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların 1 (bir) uşaqları - 30.04.2013-cü ildə qızları X15 anadan olmuşdur. X28 cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə o, həyat yoldaşının razılığı ilə ona və ailələrinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev kü ç., 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 (dörd) otaqdan ibarət olan 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişlər. Mənzili X27 və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə o, ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişlər. Məqsədləri o olmuşdur ki, qardaşıgil başqalarının qapısında kirayədə yaşamasınlar, kirayəyə verdikləri pulu da yığıb özlərinə ev və ya mənzil alsınlar. Onların də köməkləri bu şəkildə dəysin. Lakin aradan keçən bu müddət ərzində onlar hələ də özlərinə ev ala bilməmişlər. Cavabdeh Gülşən Şirəliyeva ilə X27in ailə münasibətləri son 3 (üç) ilə kimi, yəni 2016-cı ilin əvəllərinə kimi nisbətən normal olmuşdur. 2016-cı ildən başlayaraq cavabdehlə qardaşı Bəhruzun ailə münasibətləri pozulmağa başlamışdır. Səbəb isə cavabdehin qardaşı Bəhruzu eşitməməsi, ona bir ər kimi hörmət qoymaması, onu saymaması, yersiz iddialar irəli sürməsi, öz istədiyini və bildiyini etməsi və s. olmuşdur. Bu səbəbdən də tez-tez onların ailələrində mübahisələr, söz-söhbətlər və münaqişələr baş vermiş, ailə münasibətləri getdikcə kəskinləşmiş və ailə münasibətlərində ciddi soyuqluq yaranmışdır. Bu üç il ərzində həmişə qardaşı və ailəsi çox çalışmşlar ki, qardaşı və cavabdeh arasında ailə münasibətləri pozulmasın və ailələri dağılmasın. Ancaq cavabdehin ailə məsuliyyətini dərindən dərk etməməsi səbəbindən yaxşılığa doğru heç bir şey baş verməmişdir. Onların bütün səylərinə baxmayaraq qardaşı Bəhruzun cavabdehlə olan ailə münasibətləri getdikcə daha da kəskinləşmiş və pisləşərək dözülməz həddə gəlib çatmışdır. Artıq bir ye rdə yaşamaq mümkün olmadığına görə qardaşı Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Qardaşı Bəhruz başqa ünvanda, cavabdeh Gülşən Şirəliyeva isə qızları Leyla ilə əvvəlki kimi ona və ailəsinə məxsus, onlara müvəqqəti yaşamaq üçün verdikləri 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşayırlar. Artıq cavabdehlə bir yerdə yaşamalarının mümkün olmadığını görən qardaşı Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami rayon məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(007)-3875/2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Lalə cavabdehin yanında saxlanılmışdır. O, indiyə kimi dəfələrlə cavabdehdən ona və ailəsinə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzillərini boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh onu eşitmir, mənzillərindən çıxmır və çıxmaq istəmir. Cavabdeh qardaşı Bəhruz ondan boşandığına görə bu yolla onlardan qisas almaq istəyir. Cavabdeh Gülşən Şirəliyevanın ona və ailəsinə məxsus olan, müvəqqəti yaşamaq üçün ona və X27ə verdiyikləri Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küç.,1130-cu məhəllə, bina 2-də yerləşən 36 saylı mənzilində heç bir hüquq və aidiyyatı yoxdur. Mənzildə köçüb yaşamağa başlayandan indiyə kimi cavabdeh Gülşən Şirəliyeva və ailəsinin ona və ailəsinə ziyanlarından başqa heç bir xeyrləri dəyməmişdir. Belə ki, onlar mənzildə yaşadıqları vaxtdan indiyə kimi 36 saylı mənzilin bütün kommunal xərclərini və vergiləri də o və ailəsi ödəmişdir. Bu yolla da o və ailəsi onlara kömək etmək istəmişlər. Bütün bu qədər yaxşılığın əvəzini cavabdeh mənə və ailəmə bu gün belə verir. Bir daha qeyd edib bildirir ki, cavabdeh X6 ona və ailəsinə məxsus olan 36 saylı mənzili boşaldıb oradan çıxmamaqla onun və ailəsinin hüquqlarını və qanuni mənafeyini ciddi şəkildə pozur. Onun bu hərəkətləri tam qanunsuzluqdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaqli, 36 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kv.m, 4 otaq li, 36 saylı mənzilə dair X13 ilə "xxxx" MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, qızı Gülşən 2008-ci ildə Bəhruz Şirəliyev ilə nişanlanıb. Onların maddi durumları yaxşı idi. X29 maddi durumu aşağı idi. Buna baxmayaraq, bir-birilərini uzun müddətdir tanıdıqlarına və sevdiklərinə görə qızının ürəyini qırmayıb Gülşəni həmin oğlana vermişlər. 2 il nişanlılıq müddətində oğlanın maddi durumu ev almağa uyğun olmadığı üçün qızına ev axtarmağa başlamışdır. Axtarışlar nəticəsində "xxxx" MTK-nı məsləhət görmüşlər. Həm qiymət baxımından uyğun olduğu üçün, həm də öz evinə yaxın ərazidə yerləşdiyi üçün o, "xxxx" MTK-dan ev almaq qərarına gəlmişdir. 104 000 (yüz dörd min) ABŞ dolları (45 000 əlbəəl olmaqla) banka pul ödəyərək evi almışdır. Ödəniş etdikdən sonra onlar müqaviləni hazırlamışlar. Həmin vaxt yanında Bəhruz Şirəliyev və onun bacısı İddiaçı da olub. Onun xəbəri olmadan Bəhruz Şirəliyev müqaviləyə öz bacısının adını yazdırmışdır. Müqaviləyə isə o özü imza atmışdır. Lakin, oradakı qarışıqlıq səbəbindən müqavilədə yazılan ada fikir verməmişdir. Aldığı evin təmirinə 70 000 (yetmiş min) manat xərcləmişdir. Evdə işləyən ustaların hamısı buna şahiddirlər. Bütün otaqlara televizor, kondisioner, mebel və italyan qapılar qoymuşdur. Toydan sonra yoldaşı oğlana Volksvagen markalı avtomobil hədiyyə etdi. 3 il sonra daha bir Hyundai Grandeur markalı avtomobil hədiyyə etmişdir. Hal-hazırda avtomobil onun həyətindədir. Toylarından iki il sonra övladları olmadığı üçün Almaniyanın Köln şəhərində və Türkiyənin İstanbul şəhərində müalicə etdirmişdir. Bütün bu xərclərin hamısını onlar ödəmişlər. Bir müddət sonra onların bir qız övladı Leyla Şirəliyeva dünyaya gəlmişdir. Uşağın bir ayından sonra sağlamlığında problem olduğu üçün uşağı Almaniyaya əməliyyata aparmışlar. Əməliyyat xərcləri onlar tərəfindən ödənilmişdir. Evlilik müddəti ərzində qızı Vergilər Nazirliyində işləyirdi və maaşı oğlanın maaşından dörd qat üstün idi. Leyla Şirəliyeva iki yaş yarımından 600 manatlıq bağçaya gedib, indi də halhazırda 600 manatlıq məktəbdə təhsil alır. Bu günə qədər 14 000 (on dörd min) manat bağçaya, 4000 (dörd min) manat ödəniş olub. Bundan əlavə, qızının ailəsinin bütün maddi çətinliklərinin hamısını onlar ödəmişlər. Bəhruz Şirəliyev və ailəsinin heç bir maddi köməkliyi olmamışdır. Bir müddət sonra Bəhruz Şir əliyev işdən azad edilmişdir, 4 il heç bir yerdə işləməmişdir. Hər dəfə qızından və onlardan pul tələb edirdi. Qızı ona artıq yoruldum deyib pul vermədiyinə görə boşanma ərizəsi vermişdir. Boşanmadan sonra Bəhruz Şirəliyevin bacısı Aynur tərəfindən evə qarşı iddia qaldırılmışdır ki, guya ki, ev Aynurundur. Hansı ki, ev alınanda Aynur özü Əhmədlidə Kirayə yaşıyırdı. Həmin bu iddiadan sonra onlar öyrənmişlər ki, müqavilədə Aynurun adı qeyd olunub. Lakin müqavilədəki imza onundur və ev onun tərəfindən alınıb. Bunu evi satan şəxs və "xxxx" MTK da bilirlər.
11. X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mər təbəsində yerləşən, ümumi sahəsi 172 kv.m olan 4 otaqlı, 36 saylı mənzilinin dəyəri olan 104.400 ABŞ dolları və 45.000 AZN pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77.550 AZN pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, 45.000 AZN pul məbləğinin və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 77.550 AZN pul məbləğinin İddiaçı alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. S.Nəbiyeva ərizəni belə əsaslandırmışdır ki, mübahisəli mənzil sahəsi tərəfindən 104 400 ABŞ dolları və 45.000 AZN ödənilməklə "xxxx" MTK-dan alınmışdır. Müqavilədə və maliyyə arayışında yalnız 104 400 ABŞ dolları göstərils ə də, həmin məbləğdən başqa 45.000 AZN pulu o, əlbəəl ödəmişdir. Baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müqavilədəki imzanın İddiaçı tərəfindən imzalanması göstərilmişdir, faktiki olaraq müqavilə onun tərəfindən imzalanmışdır, ən əsası isə müqavilədə göstərilmiş mənzilin dəyəri şəxsən onun tərəfindən ödənilmişdir. Məhkəməyə dəvət edilmiş şahidlərin ifadələri ilə həmin hallar tam təsdiq olunur. Təsəvvür edin ki, İddiaçı indiyədək ailəsi ilə kirayələrdə yaşadığı halda, onun qızına o cür bahalıqda, 4 otaqlı mənzil aldığını iddia edir. Hansı ki, bu, absurd bir haldır. Müqavilədəki imzanın onun tərəfindən edildiyini digər qaydada təsdiqləyə bilməsə də, mənzilin dəyər məbləğini ödədiyini, mənzilin təmirinə 70.000 manatdan artıq pul xərclədiyini və zəruri, bahalı mebel və digər zəruri əşyalarla təchiz etdiyini təsdiq edən mötəbər sübutlara malikdir. Bu sübutların bir qismi artıq məhkəmədə tədqiq olunmuşdur, bir qismi isə tərəfindən yenə də təqdim ediləcəkdir. 04 sentyabr 2009-cu il tarixli müqavilənin 2-ci bəndinə əsasən mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 600 ABŞ dolları, cəmi 104 400 (bir yüz dörd min dörd yüz) ABŞ dolları müəyyən edilmişdir. MTK tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli arayışda mənzilin dəyərinin ödənildiyi qeyd edilsə də, bu dəyərin məhz İddiaçı tərəfindən ödənildiyi görünmür. Belə ki, bunun sadə bir izahı vardır ki, həmin pul onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir və ödənilə də bilməzdi, buna onun və ailəsinin maddi imkanı heç cür yol vermird i, qeyd etdiyi kimi onlar kirayədə yaşayan insan olmuşlar, mənzil alınan vaxt da kirayədə yaşamışlar. Mənzilin tam dəyəri və təmir xərcləri tərəfindən ödənilmiş, qızının cehizi kimi müvafiq ev əşyaları, avadanlıqları ilə təmin edilmişdir. Bütün bunlar isə məhkəmədə öz təsdiqini tapmışdır. X22 iddiası üzrə cavabdeh İddiaçı X27lə ailə münasibətləri pozulduğu üçün ayrıldıqdan sonra, Bəhruz Şirəliyev mənzili tərk edərək getmişdir, qızı ilə nəvəsi mənzildə yaşayırlar, buradan da görünür ki, Bəhruz Şirəliyev qısa vaxtda başa düşdü ki, mənzilin onunla və ya başqası (hətta bacısı İddiaçı) ilə əlaqəsi, bağlılığı yoxdur, mənzil artıq ona yad hesab olunacaq şəxsə - keçmiş qaynanası olan şəxsə, yəni ona məxsusdur, qızından ayrılıbsa mənzili də tərk etməlidir. Hesab edir ki, İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əmlak əldə etmiş, əsassız varlanmışdır, mənzilin tam dəyəri və təmir haqqı tərəfindən ödənildiyi halda müqavilənin onun adına bağlanmasına nail olmuş, onun əmlak itkisinin hesabına qanunsuz zənginləşmiş, varlanmışdır. Nə qədər ki, mənzil Aynur Şirəlıyevanın adına qeydiyyatdan keçmişdir, o, mənzilin ona məxsus olduğunu iddia edir, mənzili sahibinə qaytarmaq fikrində deyil, qızının və nəvəsinin mənzildən çıxarılmasını tələb edir, onda mənzilin dəyəri kimi ödədiyi pulları və təmirə çəkdiyi xərcin əvəzini ona ödəməlidir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş xətşünaslıq ekspertizasının 12 iyul 2019-cu il tarixli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 88-90-cı vərəqələrində "xxxx" MTK ilə İdd iaçı adından olan 4 sentyabr 2009cu il tarixli № 131/R nömrəli müqavilənin 1-ci və 2-ci vərəqələrinin aşağı sağ küncündəki imzalar və 3-cu vərəqəsində “ALİCİ İddiaçı” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 avqust 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin daxilində 04 sentyabr 2009-cu il tarixli 131/R nömrəli müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş təmir işlərindən başqa təmir işləri aparılmış və aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 77.550 manat məbləğində müəyyən olunmuşdur.
15. Birinci instansiya məhkəməsində icraat zamanı X19 şahid qismində ifadə verərək göstərmişdir ki, 2010-cu ildə Şirəliyeva Gülşənlə nikaha daxil olmuşlar. Evi olmadığından bacısının evinə yerləşmişlər. Evin necə alınmasından xəbəri yoxdur. Ev təmirli olub, evi özləri təmir edib, qayınatası evin alınmasında köməklik etməyib. Qiymətlərdə endirimlərin edilməsi və ustaların əmək haqqı məsələlərində qiymətlərin aşağı endirilməsinə köməklik edib. Cavabdeh tərəf qapı, dörd kondisioneri almışlar. Qayınatasının ona verdiyi avtomobili qaytarmışdır. 2016-cı ildə boşandıqdan sonra o evi tərk etmişdir.
16. Birinci instansiya məhkəməsində icraat zamanı Mamedova Suria şahid qismində ifadə verərək göstərmişdir ki, mənzil qardaşının yoldaşının adınadır. X33 Rusiyada bizneslə məşğuldur. Ev alanda qardaşı b urda olmuşdur. Bankdan pul alıblar. Hansı bank olmasını bilmir. Qardaşının ailəsi bacısıgildə yaşayır. Təmiri Aynurgil başlamışdır. Sonrasını o bilmir. O sonradan gedəndə ev təmirli idi. Gəlinin əşyalarını evə o yerləşdirmişdir.
17. Birinci instansiya məhkəməsində icraat zamanı X16 şahid qismində ifadə verərək göstərmişdir ki, Gülşəni 2011-ci ildən tanıyır, bir yerdə işləyirlər, Mütəmadi olaraq Gülşən evli olduğu müddətdə əsəb keçirirdi. Bir gün özü ona dərdini danışdı, məsləhət vermiş, çalışdı ailəsi dağılmasın. Gülşən günün çox hissəsini onun yanında olurdu və ondan bilir ki, yoldaşının bütün ehtiyaclarını Gülşən özü qarşılayırdı. Mənzilin nə vaxt, hansı qiymətə alındığını bilmir. Lakin bir dəfə maşında Gülşəndən anasına zəng gəldi, Gülşən dedi, Bəhruz deyir ya tütün çatdır evə yada evə gəlmə. Anası da dedi ki, “mənim evimdir”.
18. Birinci instansiya məhkəməsində icraat zamanı X14 şahid qismində ifadə verərək göstərmişdir ki, artıq 17-18 ildir ki, Sənubər xanımgilin evində işləyir. Evdə müəyyən söz-söhbətlər oldu, eşitdi ki, Gülşəngilə alınan ev Aynur xanımın adına imiş, ev alınan vaxt Sənubər xanım dedi ki, işini at gəl pulları sayaq. 104 000 dollar və 45 000 manat pul saydılar. 2-3 ay əvvəl eşitdilər ki, ev Aynur xanımın adınadır. Sənubər xanım da sevindiyindən qol çəkdiyi müqaviləyə baxmayıb. Təmiri də Gülşənin atası edib.
19. Birinci instansiya məhkəməsində icraat zamanı X8 şahid qismində ifadə verərək göstərmişdir ki, Gülşənlə Bəhruz evli olandan o, Gülşənin yaşadığı evdə işləyir. Bəhruzu heç vaxt işləyən görməmişdir. Həmişə evdə yatırdı. Gülşən isə həmişə işləyib. E vdə gördüklərinə əsasən deyə bilər ki, ev Sənubər xanımındır.
20. Birinci instansiya məhkəməsində icraat zamanı X9 şahid qismində ifadə verərək göstərmişdir ki, əsgərlikdən gələndən sonra Sənubər xanımgili tanımışdır. Mübahisəli mənzil Xətai rayonunda Ramstorun yanında yerləşir. Həmin mənzildə təmirində iştirak etmiş, təchizatla məşğul olmuşdur. Tapşırıqları Gülşənin atasından almışdır. Təmir xərclərini Gülşənin atası verirdi.
21. Birinci instansiya məhkəməsində icraat zamanı X10 şahid qismində ifadə verərək göstərmişdir ki, Gülşənin atasını çoxdan tanıyır. Evi təxminən 2009-cu ilin qış aylarında təmir etməyə başladılar. 2010-cu ildə qurtardılar. Evin ünvanını dəqiq bilmir. Həmin evin memarı olmuşdur. Bütün pul haqq-hesablarını Gülşənin atası ilə etmişlər.
22. Birinci instansiya məhkəməsin də icraat zamanı X17 şahid qismində ifadə verərək göstərmişdir ki, təxminən 10 il bundan əvvəl 2009-2010-cu ilin payız-qış ayları idi. Gülşənin atası dedi ki, yeni ev almışlar onu təmir etmək lazımdır. Evə baxdılar. Mənzilin ünvanını dəqiq xatırlamıram, Xətai rayonunda yerləşən körpüdən dönəndə orda olan Ramstorun arxasında yerləşirdi. Mənzil səf etmirəmsə 10-cu mərtəbədə yerləşirdi. Onlar orda isti pol işlədik, iki sanzuel və diğər santexnika işlərini görmüşlər. Müsavər müəllim dedi ki, isti pola etibar yoxdur, ehtiyat üçün divarlardan istilik sisteminin xətlərini də çəksinlər. O təmir işləri aparılarkən Aynur adlı şəxsi görməmişdir. Ona pulu Müsavər müəllim və arxitektor Tofiq müəllim ödəyirdi. Müsavər müəllim evin sahibi olduğunu bilirdi. Bütün göstərişləri Müsavər müəllim verirdi. O, y alnız santexnik işi üçün boruların və diğər lazım olan materialların seçimini etmişdir. İnşaat mağazasına boruların və digər materialların daha keyfiyyətlisinin müəyyən edilməsinə köməklik etmək üçun Müsavər müəllim və Tofiq müəllimlə bərabər gedirdilər. Material seçimi ilə bağlı məsləhətləşirdilər. Evin təmiri bitənədək mənzildə işləmişdir. Təqribən 3-4 ay bundan əvvəl isti suları pis gəldiyi üçün konbiyə baxış keçirmişdir. Onlar, mənzildə işləyən vaxt qaz olmadığı üçün konbini işıqla qoşmuşdurlar. Müəyyən vaxtdan sonra qaz verildiyi üçün konbini qazla istifadəyə vermişdirlər. Elektrik işini rəhmətlik Rauf adlı usta edirdi. Malyar işini Zaur və adını xatırlamadım ustalar edirdilər. Ona pulu Müsavər müəllim hissə-hissə ödəyirdi. Arxitektor Tofiq müəllim Müsavər müəllimə təmir işlərinin apa rılmasında köməklik edirdi. Ona 3-4 ay bundan öncə mənzillə bağlı mübahisə olduğunu dedilər. Ona təmirlə bağlı Müsavər müəllim və Tofiq müəllimdən başqa heçkim ödəniş etməyibdir. Təmir işləri bitdikdən sonra, evin açarlarını Müsavər müəllimə təqdim etmişlər. Mənzildən içəri daxil olarkən hol var, holun üzərində və iki sanzuel var, holun sol tərəfində mənzilin dənizə baxan tərəfində qonaq otağı və mətbəx yerləşir, mətbəxin baş hissəsində katelninin qurlaşdırılması üçün balaca bir otaq var, holun sağ hissəsində isə həyətə baxan tərəfdən iki yataq otağı var və yataq otaqlarının baş hissəsində artırmalar edilmişdir. Lazım gələrsə gedib göstərə bilər. Mənzildə əsas işləri özü görürdü, çapma işlərinə isə qardaşı uşaqlarından Telman, Azad, Mirəli və xalası oğlu Tural köməklik edirdilər. Səf etm irsə ona 3000 manat ödəniş etmişdirlər. O, isti polu vurduqdan sonra müəyyən təmir işləri aparılması üçün fasilə vermiş, ona görə ki, hamamda, tualetdə və mətbəxdə kafel-metlax işi bitəndən sonra unitazın, moytadırın, vannanın qurlaşdırılması və. s işlər təmir yekunlaşana yaxın edilir. Müsavər müəllimlə tanışlıqları 2000-ci ildən onun həyət evinin fundamenti tökülən vaxtdan orada işləyəndə yaranmış, onun işini bəyənmişdir. Bir gün Müsavər müəllim ona işinin bəyəndiyini, qızı üçün ev almasını, həmin evin santexnik işini onun görməsini istəməsini bildirmişdir. Həmin vaxt qızının nişanlı olduğunu eşitmişdir. Sənubər xanımın kürəkənini bir dəfə təmir işləri gedəndə görmüşdür. Dedilər ki, Müsavər müəllimin kürəkənidi, hətda ustalar öz aralarında gülüşərək dedilər ki, “bəxtəvərlinin əcəb qayınat ası var”. Kürəkən onlara təmirlə bağlı pul verməyib. Bir dəfə təmir işləri gedərkən divarlara sıvaq çəkilmişdir, Müsavər müəllim tələsdiyini bildirib, divarların tez qurudulması üçün tokla işləyən trubinlər gətirib qoşmuşdur.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) 28 oktyabr 2020-ci il tarixli, 2(007)-80/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X5 ünvan 4 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzilin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X4 iddia tələbinin təmin edilməsi, İddiaçı 04 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kv.m olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104.400 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45 000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77 550 manat məblğində pul vəsaitinin tutularaq X11 verilməsi, məhkəmə xərcləri qismində ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı, 30 manat dövlət rüsumunun X11 aid edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində xərc müstəqil tələb irəli sürən üçüncü şəxs X3, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pulun İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabın a ödənilməsi qət edilmişdir.
24. Məhkəmə üçüncü şəxsin iddiası üzrə mövqeyini Mülki Məcəllənin 1091-ci və 1092-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanasa da, həmin mənzilin dəyəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 tərəfindən ödənilmişdir. Məhkəmə iclasına şahid qismində çağrılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir. Bundan başqa, şahid ifadələri ilə o da müəyyən olunmuşdur ki, evin təmiri cavabdehin valideyinləri tərəfindən aparılmış və bütün təmir xərclərini cavabdehin valideyinləri ödəmişdir. Məhkə mə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 avqust 2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin daxilində təmir işləri aparılmış və aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 77.550 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Nəbiyeva (Şirəliyeva) Gülşən Müsavər qızının həmin mənzildə müvəqqəti yaşamaq üçün qaldığını bildiyi halda, onun valideyinləri tərəfindən mənzilin təmirinə 77 550 manat pul xərclənməsi, eyni zamanda mənzilə pərdələrin, karnizlərin, çilçırağın, kondisionerlərin qurraşdırılması, daimi istifadə üçün nəzərdə tutulan qapıların dəy işdirilməsi, mətbəx mebelinin sifariş edilərək mətbəxdə qurraşdırılması hallarını onun həmin mənzilə müvəqqəti yaşamaq üçün köçməsini ağlabatan hesab etmir. İddiaçı da bildirdiyinə görə mənzildəki bütün əşyalar cavabdeh Gülşən Nəbiyevaya məxsus olmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 tərəfindən ödənilməsi, o cümlədən mənzilin təmirinə çəkilən xərclərin onun tərəfindən qarşılanması öz təsdiqini tapır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 02 aprel 2021-ci il tarixli, 2(103)-3077/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsində şahid ifadələrinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dind irilə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri əsasında müəyyən olunur ki, ev İddiaçı adına olsa da, mənzilin alınması və təmir edilməsi müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Mənzilin təmirinə sərf olunan xərclərin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tikinti-təmir işlərinin ümumi məbləğinin 77.555 manat olması müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şika yəti iddia ərizəsinə və işin fakti hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, Şirəliyeva Gülşənin və anası X4 məhkəmədə verdikləri ərizə və təkliflərə, məhkəmə gedişi zamanı məhkəmə qarşısında qaldırdıqları məsələlərə və şahidlərinin qeydi müəyyən izahatlarına fikir verəndə bilmək olur ki, cavabdeh tərəfindən sübutları saxta və qondarmadır və istər birinci və istərsə də ikinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, ədalət mühakiməsinin prinsiplərini pozmuşlar. Mənzilin alğı-satqı müqaviləsinin "xxxx" MTK ilə şəxsən İddiaçı özü imzalayaraq və mənzilin dəyəri olan pul məbləğini özü ödəmişdirsə, cavabdeh Nuriyevə Sənubər nə müqaviləni imzalamamışsa və nə də mənzilin pulunu ödəməsi barədə ziddiyyətli fikirlər söyləyən şahid ifadəsindən başqa heç bir sübutu olmadığı halda, mə hkəmələr mənzilin cavabdeh Surayə Nuriyevə tərəfindən alınması qənaətinə necə gələ biliblər? Göstərilən əsaslar bir daha təsdiq edir ki, iddiaçı şəxsən müqavilə bağlayaraq və mənzilin pulunu şəxsən ödəyib almışdırsa, onda məhkəmələr nəyi əsas götürərək onun "əsassız varlanma" qənaətinə gəliblər? İddiaçı "xxxx" MTK ilə 04.09.2009-cu il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq, sözü gedən mənzili almışdır. Həmin vaxt cavabdeh Gülşən Şirəliyeva ilə iddiaçının qardaşı ailə qurmamışdılar. İddiaçı mənzilin pulunu tam şəkildə ödəyərək, mənzilin sahibi olmuşdur və mənzildə təmir işləri görmüşdür. Cavabdeh Güşən Şirəliyeva arasında nikah 25.06.2010-cu il tarixdə bağlanmışdır. Yəni İddiaçı mənzilin pulunu tam şəkildə ödəyəndən 10 ay sonra. Necə ola bilər ki, iddiaçı özünə mənzil alanda hələ rəsmi qo hum olmadığı cavabdeh Sənubər Nəbiyevanı özü ilə birlikdə mənzil almağa aparır və ya hələ qohumluqları rəsmi olmamış, uşaqların toyu olmamış Sənubər Nurəliyeva mənzil alanda öz ailəsi tərəfindən heç kimi aparmır, amma iddiaçı ilə gələcəkdə ailə quracağı X27anı da özü ilə mənzil almağa aparır? Məhkəmə iclasında əvvəl mənzili özü alıb özü imza etdiyini isrla deyərək, iddiaçının "xxxx" MTK arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir, müqavilədəki imzanın İddiaçı deyil, ona məxsus olmasını deyir. Amma ekspert imzaların iddiaçı tərəfindən edildiyini müəyyən edəndən sonra, məhkəməyə deyir ki, imzanın İddiaçı tərəfindən edildiyini əvvəldən bilirdi. İmza məsələsi Sənubər Şirəliyeva tərəfindən imza edilmədiyi sübut olandan sonra, məhkəməyə mənzilin alınması üçü n ödənilmiş pulun onun özü tərəfindən ödənildiyini, evin təmirinə 70.000 manatdan çox pul xərclədiyini deyir, təmir ustalarını gətirib onların bir-birinə uyğun gəlməyən izahatlarından istifadə edir. Pulu sayanda ev xidmətçisi ilə birlikdə sayıb. Hansı ev sahibi ev xidmətçisi ilə birlikdə yüz min manatdan artıq pulu sayır. Necə ola bilər ki, Sinubər Nurəliyeva belə böyük məbləğ pulu ödəməklə mənzil alır, amma evdə, qohumlarında bir nəfər kişi xeylağı tapılmır ki, onunla birlikdə mənzili almağa getsin. Cavabdeh Gülşən Şirəliyeva həmin mənzilə gəlin köçmüşdür. Cavabdeh Gülşən Şirəliyeva cehizini həmin mənzilə aparıb yerləşdirmişdir. Cavabdeh Gülşən Şirəliyeva cehiz olaraq gətirdiyi mənzilə kondisioner, televizor, pərdə, karniz gətirmiş və yerləşdirmişdir. Cavabdeh Gülşən Şirəliyeva mətbəxt mebelini mənzilə gəlin köçəndə gətirmişdir. Lakin, istər Nizami Rayon Məhkəməsi tərəfindən və istərsə də Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən, ilkin olaraq işin faktiki hallan araşdırılmalı olduğu haldı, heç bir araşdırma aparmamış, Nizami rayon Məhkəməsinin qətnaməsini və əsaslarını olduğu kimi şərh edərək, apellyasiya şikayətini əsassız hesab edərək rədd etmişdir. Bununla da, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobudcasına pozmuşdur. Ekspert rəyinə və şahidlərin izahatlarına fikir verəndə bilinir ki, rəydə və şahid ifadələrində birbirini zidd fikirlər var və məhkəmələr bu ziddiyyətləri əks tərəfin xeyrinə şərh etmişlər ki, bu da qanunsuz və ədalətsiz qətnamə qəbul olunmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsas sız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
35. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 8.1. Mülki iş lər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
37. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
38. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ba şqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmir xərcinə aid hissədə təmin edilməməlidir.
49. Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 36 saylı mənzilin 04 sentyabr 2009-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən İddiaçı satılması və dəyərinin tam ödənilməsi həmin MTK-nın 08.09.2009-cu və 22.02.2019-cu il tarixli arayışları ilə təsdiqlənir. Eyni zamanda Sənubər Nəbiyeva həmin mənzilə dair irəli sürdüyü iddianı pul tələbinə dəyişdirdiyi üçün hazırkı işdə daşınmaz əşyaya dair tərəflər arasında mübahisə yoxdur.
50. Belə olan halda, məhkəmələr bu qənaətə gəlmişlər ki, əşyanın aid olduğu İddiaçı, həmin mənzilin təmirinə çəkilmiş xərclər hesabına əsassız varlanmışdır. Təmir xərclərinin İddiaçı tərəfindən deyil, orada faktiki yaşayan Gülşən Şirəliyevanın anası Sənubər Nəbiyeva tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələri məhkəmələr tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparıldığı qənaətinə gəlinmişdir.
51. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14 avqust 2020-ci il tarixli rəylə mənzildə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 77.550 manat məbləğində olması müəyyən edilmişdir.
52. Beləliklə, məhkəmələr İddiaçı aid mənzilin dəyərinin 77.550 manata edilmiş təmir hesabına artmasını, bununla sonuncunun varlanmasını, lakin həmin xərclərin çəkilməsinə səbəb olan əsasın sonradan aradan qalxmasını (Gülşən Şirəliyeva ilə Bəhruz Şirəliyev arasında olan nikahın pozulmasını) nəzərə almaqla, Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən əsassız varlanma qaydaları çərçivəsində qeyd edilən məbləğdə pulu İddiaçı Sənubər Nəbiyevanın xeyrinə tutmuşlar. Həmin normaya görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (§ 32-35).
53. Odur ki, üçüncü ş əxs Sənubər Nəbiyevanın iddiası üzrə mənzilin təmirinə çəkilmiş 77.550 manat məbləğində pul vəsaitinin tutulması hissəsində kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Bununla belə Kollegiya hesab edir ki, məhkəmələr mənzilin dəyəri kimi tələb olunan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin İddiaçı tutulması hissəsində hüquq normalarını düzgün tətbiq etməmişlər.
55. İddianın bu hissədə təmin olunması belə əsaslandırılmışdır ki, mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyəri üçüncü şəxs Sənubər Nəbiyeva tərəfindən ödənilmişdir. Məhkəmələr bu qənaətə şahid ifadələri ilə gəldiklərini ümumi şəkildə bildirmişlər.
56. Halbuki, həmin iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahi səli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir.
57. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə də lil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 39-40,42).
58. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 41).
59. Hazırkı işdə mənzilin alınması üçün ödənilən pul vəsaitinin tutulmasını Sənubər Nəbiyeva tələb etdiyi üçün həmin vəsaiti özünün verməsini sübuta yetirmək vəzifəsi ona aiddir.
60. Buna baxmayaraq məhkəmələr həmin iddia üzrə mübahisəli hal(lar)ın nədən ibarət olduğunu, sübutetmə yükünü kimin daşıdığını və hansı konkret sübutlarla təsdiqləndiyini lazımi şəkildə əsaslandıra bilməmişlər.
61. İş mate riallarından görünür ki, mənzilin kim tərəfindən alınması və dəyərinin ödənilməsi ilə bağlı hər iki tərəf sübutlar təqdim etmişdir.
62. İddiaçı mənzilin ona satılması və dəyərinin tam şəkildə ödənilməsinə dair "xxxx" MTK-nın 08.09.2009-cu və 22.02.2019-cu il tarixli arayışlarını təqdim etmiş, habelə şahid qismində qardaşının arvadı Suraia Mamedovanın və X27in dinlənilməsini təmin etmişdir.
63. Sənubər Nəbiyeva isə şahid qismində qızının iş yoldaşı Gülşən Balayevanın, qızının evində çalışan şəxslər - Rəsmiyyə Sadıxova, Rəfiqə Mehdiyeva və Bayram Bayramovun, öz işçisi Əlimurad Atakişiyevin, ərinin tanışı Tofiq Atakişiyevin ifadələrinə istinad etmişdir.
64. Göründüyü kimi, tərəflər çoxsaylı sübutlar təqdim etsələr də, məhkəmələr müvafiq sənədlərin və şahid ifadələrinin məzmununu qətnamədə əks etdirməklə kifayətlənmiş, dinlənilən şahidlərdən konkret olaraq hansı şəxslərin və hansı məlumatları ilə evin dəyərinin məhz üçüncü şəxs tərəfindən ödənildiyinin təsdiqləndiyini qeyd etməmiş, iddiaçının və üçüncü şəxsin dəvət etdiyi şahidlərin tərəflərin yaxınları olmaları səbəbilə verdikləri ifadələri mötəbərlilik baxımından qiymətləndirməmiş, hansı səbəbdən üçüncü şəxsin şahidlərinin ifadələrini üstün tutduqlarını əsaslandırmamış, mübahisəli hala dair iddiaçının təqdim etdiyi yazılı sənədləri niyə sübut kimi qəbul etmədiklərini göstərməmiş, gəldikləri nəticəyə üçün dinlənilmiş şahid ifadələrinin kifayətedilənliyinə münasibət bildirməmişlər.
65. Bundan əlavə, mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, 45.000 manatın ö dənilməsi iddiasının hansı mötəbər sübuta söykəndiyi ümumiyyətlə əsaslandırılmamışdır.
66. Qeyd edilənlər ona dəlalət edir ki, məhkəmələr işdəki məlumat və sübutları çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə araşdırmamış, onları tətbiq edilməli hüquq normalarına uyğun qiymətləndirməmiş, gəldikləri nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışlar (§ 36-38, 43-44).
67. Halbuki, mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarı).
68. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, mənzilin dəyəri kimi tələb olunan 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, bu da həmin hissədə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.
69. Ona görə də qətnamə bu hissədə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3077/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi mənzilin dəyəri kimi 104.400 ABŞ dolları və 45 000 manat pul vəsaitinin tutulması barədə X4 iddia tələbinə aid hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlə