Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-110/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 16 yanvar 2019-cu il iş № 2(102)-110/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehin vəkili ÜSnun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tаrixli qətnaməsi ilə (hakim Toğrul Əliyev, 2(039)-348 2/2017 saylı mülki iş) İddiaçı cavabdehlər Cavabdeh1 Rna və Cavabdeh2 qarşı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən X1 mülkiyyətində olmuş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən, məruzəçi), Ə.Məcidov və İ.Quliyev, 2(107)-676/2018 saylı mülki iş) hazırki iş üzrə Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tаrixli, 2(039)-3482/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən X1 mülkiyyətində olmuş torpaq sahəsində yerləşən fərdi yaşa yış evinə köçürülməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili ÜS kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının v axtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN-685A, KOD 90100028 №-li torpağa mülkiyyət hüququna dair şəhadətnamənin surətinə əsasən Yevlax Rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən 0,17 hektar həyətyanı sahəs i X1 və X2 birgə mülkiyyətinə verilmiş, torpaq sahəsindən mülkiyyətçilərin payları müəyyən olunmamışdır. JN-531 nömrəli torpağa mülkiyyət hüququna dair aktının surətindən aydın olmuşdur ki, həmin kənddə X1 mülkiyyətində 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda istinad edilən hallar təsdiq edilmiş və daha sonra qeyd edilmişdir ki, X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdıraraq iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə təsdiq olunmuşdur ki, TƏnın adına mülkiyyət hüququ üzrə qeydə alınmış torpaq sahəsind ə tikili mövcuddur. Həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla TƏya və yaxud hər hansı digər şəxsə xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına və ya bu tikilinin dövlət mənzil fonduna aid olmasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İş üzrə iddiaçının həmin tikiliyə dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilməmiş, bundan başqa, iddiaçının özünün etirafı ilə də təsdiq olunmuşdur ki, o, 1985ci ildə nikaha daxil olduqdan sonra həmin evi tərk etmiş və orada həmin vaxtdan yaşamamışdır. Mübahisənin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış s ahəsinə köçdükdə, yaşayış sahəsini ıcarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlanndan məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkə n yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələri ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 29 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-110/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-110/2019
16.01.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver