Məhkəmə qərarları › İş №2(102)-1100/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1100/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1100/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması, mənzildən çıxarılması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb olunması və mənzildən çıxarılması” tələbinə dair ilk iddia, Cavabdeh1 İddiaçı qarşı “pul” tələbinə dair qarşı lıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli 2(105)-1837/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən ümumi sahəsi 67,89 kv metr, yaşayış sahəsi 47,31 kv metr, yardımçı sahəsi 20,58 kv metr olan 56 saylı mənzil 1990-cı ildən İddiaçı sahibliyində olmuşdur, xx.xx.2007-ci il tarixdə də o, həmin mənzili özəlləşdirmişdir.

2. Sumqayıt şəhəri, 12-ci mikrorayonda istifadədə olan 0,16 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 1-ci mərtəbəsində yerləşən 67,89 kv metr ümumi, 47,31 kv metr y aşayış sahəsindən ibarət 3 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin dəyəri 19503,50 manat təşkil edir. Hesabata əlavə edilmiş fotoşəkillərdən görünür ki, mənzil hissəvi olaraq yaşayış üçün qismən yararlı vəziyyətə gətirilmişdir.

4. AN-İ № ******* xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilini X4 60000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavab deh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılma və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən ümumi sahəsi 67,89 kv metr, yaşayış sahəsi 47,31 kv metr, yardımçı sahəsi 20,58 kv metr olan 56 saylı mənzil qanunu əsaslarla 1990 ildən İddiaçı sahibliyində olmuşdur. xx.xx.2007-ci il tarixdə də iddiaçı həmin mənzili özəlləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş seriya MH, № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Reyestrindən Çıxar ış əsasında həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 iddiaçının qardaşıdır, digər Cavabdeh2 isə sonuncunun arvadıdır. Cavabdehlər Gürcüstan Respublikasının vətəndaşlarıdır. Daimi yaşayış yerləri Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçılı kəndidir. Qardaşı Cavabdeh1 Gürcüstandan Azərbaycana köçdükdən sonra iddiaçıya məxsus mənzildə məskunlaşmışdır. Bir müddətdən sonra o, Cavabdeh2 ilə ailə qurmuş və iddiaçının razılığı ilə onlar iddiaçıya məxsus mənzilə köçərək orada yasayırlar. İşi ilə əlaqədar olaraq iddiaçı bir müddət Rusiya Federasiyasında yaşadığına görə, mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzili müvəqqəti yaşamaq üçün cavabdehlərin əvəzsiz istifadəsinə vermişdir. Rusiyadan qayıtdıqdan sonra iddiaçı ailə qurmuş və arvadını da həmin mənzilə köçürtmüşdür. Hal-hazırda iddiaçı, arvadı və xx.xx.2014-cü il təvəllüdlü oğlu Məhəmməd İsayev cavabdehlərlə birgə iddiaçıya məxsus mənzildə yaşayırlar. Cavabdehin iki yetkinlik yaşına çatmayan uşaqları da həmin mənzildə yaşayırlar. Son zamanlar cavabdehlərlə mənzillə bağlı mübahisələr və münaqişələr baş verdiyinə görə, onlarla birgə yaşamaqları qeyri-mümkündür. Bir neçə dəfə cavabdehlərə iddiaçıya məxsus mənzilin boşaldılması təklifini etsə də, bu təkliflər cavabsız qalmışdır. Cavabdehlər qanuna zidd hərəkətləri ilə aşkar şəkildə iddiaçının mənzil üzərində olan mülkiyyət hüququnu pozurlar. Belə bir vəziyyətin saxlanılması iddiaçını qane etmir, çünki mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu həyat a keçirə bilmir və mənzildən istifadə etmək hüququndan faktiki olaraq məhrum olunmuşdur. Mənzilin üzərində mülkiyyət hüququnun bərpası başqa yolla mümkün olmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin təmirinə çəkdiyi 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun İddiaçı tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci il tarixində yuxarıda göstərilən ünvanda anasının vəsaiti ilə üç otaqlı mənzil alınmışdır. Ev iddiaçının (cavabdeh) adına sənədləşdirilib çıxarış alınmışdır. Onlar köçüb getdikdən sonra anası, qardaşları və bacısı sözü gedən mənzilə köçmüşdür. Ev təmirsiz, və bərbad halda olmuşdur. Normal yaşamaq mümkün olmamışdır. Bacısı ailə həyatı qurub ər evinə köçmüşdür. Qardaşının biri geri ata yurduna yaşamaq üçün köçmüş, iddiaçı (cavabdeh) iki ildən sonra Rusiyanın Kemerova şəhərinə köçmüşdür. Cavabdeh1 ailəsi birlikdə sözü gedən mənzildə qalaraq bu günə kimi həmin mənzildə yaşayır. Bacısı və qardaşları köçdükdən sonra evi təmir etmək məcburiyyətində qalmışdır. Əslən Gürcüstan vətəndaşı olan kəndliləri usta X10 ilə görüşmüşdür. Ona yaşadığı evi təmir etdirmək istədiyini bildirmişdir. Yerində mənzillərə baxış keçirib təmir üçün zəhmət haqqı 3000 min manata razılaşmışlar. Əvvəlcə ona ilkin olaraq 1000 manat, işi tamamlamağa az qalmış yenə 1000 manat, iş tamamlanandan sonra isə ona 1000 manat da pul vermişdir. Amma usta materialların alınmasında şəxsən iştirak etmişdir. Ustanın iştirakı ilə alınmış materiallara 16000 min manat pul vermişdir. Hələ pulu çatmadığından otağın birinin döşəməsini vurdurmuş, qalan hissəni isə təmir edə bilməmişdir. Həmin pul ilə mənzillərin döşəməsini, qapılarını, pəncərələrini dəyişmişdir. Hamam və ayaqyolunu yenidən qurmuş, istilik sistemini, hər iki tərəfdən eyvan yığdırmışdır. Evin giriş qapısını metaldan düzəltdirərək dəyişmişdir. Elektrik naqillərini dəyişərək, mis naqillərlə əvəz etmişdir. Tavanı alçıbanla, fiqurlarla yığdırmışdır. Bu gördüyü işlər barəsində X6 və X2 da məlumatlıdırlar. Ona görə də mənzilin təmiri ilə əlaqədar çəkilən xərcin alınması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

9. İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmuşdur. Etirazda qeyd olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbində göstərir ki, guya o, mənzilin təmirinə təxminən 12 il əvvəl 19000 manat məbləğində xərc çəkmiş, həmin məbləğin 3000 manatı mənzili təmir edən ustaya zəhmət haqqı kimi ödənilmiş, qalan 16000 manatı isə material almaq üçün ustaya verilmişdir. Həmin vaxt pulu çatmadığına görə mənzilin 1 otağını təmir etdirə bilməmişdir. Cavabdeh1 mənzilin bir hissəsini təmir etdirsə də, həmin təmirin həcmini və təmirə çəkilən xərclərin məbləğini həddindən artıq şişirtmişdir. Mənzil təmir olunan zaman tikinti materialların alınmasına cavabdeh tərəfindən göstərilən xərclərin çəkilməsi reallığı əks etdirmir və heç bir mötəbər sübutla təsdiq olunmur. Bundan əlavə sanitar qovşaq təxminən 15-20 il əvvəl onun tərəfindən necə təmir olunubsa buğunə kimi də, olduğu kimi qalır. O, ailəsi ilə birgə Rusi ya Federasiyasında bir müddət yaşadığına görə cavabdeh ailəsi ilə birgə təmir etdiyi mənzildə yaşamaqla ondan faydalanmışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd olunmasını xahiş edir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 nümayəndəsi Nümayəndə Möhsüm oğlu göstərmişdir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli mənzili qızı X9 almışdır. Mənzili alarkən orada kənar şəxslərin yaşamasını bilməmişdir, alqı-satqı müqaviləsində satıcı öhdəlik götürmüşdür ki, ev boş vəziyyətdə təhvil veriləcək. İlkin iddia tələbinin təmin edilməsini, mənzilin boşaldılmasını xahiş etmiş, qarşılıqlı iddia tələbi maraqlarına toxunmadığı üçün bu barədə fikir bildirməmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X10 göstərmişdir ki, Cavabde h1 evində usta işləmişdir. Həmin evi təxmini 13-14 il əvvəl təmir etmişdir. İddiaçı onda Rusiya Federasiyasında yaşayırdı. İbrət ona təmir üçün 3000 manat zəhmət haqqı pul vermişdir, əlavə remont üçün İbrətlə birgə material almağa getmişdir. Materialın pulu təxminən 15000-16000 manat əhatə edirdi. Evin qapı-pəncərəsi, istilik sistemi dəyişmişdir, hər iki tərəfdən eyvan yığılmış, tavan alçıbanla yığılmışdır. İbrət evin 1 otağından başqa hər yeri təmir etdirmişdir. Hətta evin hamamına 1500-2000 manat məbləğində xərc çəkmişdir. Evi 13 il əvvəl təmir etdiyindən sahəsinin nə qədər olduğunu xatırlamır.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərmişdir ki, İddiaçılə Cavabdeh1 qardaşdırlar, o (F.Qurbanov) İbrət və Namazın qonşusu, həmçinin kəndlisidir. Hazırda İbrət və Namazın yaşa dığı bina ilə üzbəüz binada yaşayır. İbrətin yaşadığı 3 otaqlı mənzil Namaza məxsusdur. Namaz 3 ilə yaxındır ki, Rusiyadan qayıdıb. Bu vaxta qədər həmin evdə İbrət yaşamış, yaşadığı evi təmir etdirmişdir.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyinə əsasən, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 8 saylı evin 56 saylı mənzilinin təmirinə çəkilmiş xərcin ümumi məbləği hazırki mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 19009,20 manat məbləğində müəyyən olunmuşdur.

14. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 iyun 2022-ci il tarixli, 2(060)-146/2022 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özgəsinin qanunsuz sahibliyindən mənzilin geri tələb o lunması və mənzildən çıxarılması tələbinə dair ilk iddiası təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, uşaqları X15 və X13 ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 İddiaçı qarşı mübahisəli mənzilin təmiri üçün çəkilən 19000 manat xərcin və 30 manat ödədiyi dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə müəyyən etmişdir ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzili Cavabdeh1 əvəzsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, iddiaçıya məlumat vermədən, mənzilin sanitar qovşağında, m ətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına əsasən həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra iddiaçının öz mənzilinə ehtiyacı yaranmış və cavabdehlərdən mənzilin boşaldılmasını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmışlar. İddiaçı pula ehtiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı vasitəsi ilə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür.

16. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 1991-ci ildən cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ü nvanında yerləşən 56 saylı mənzildə əvəzsiz olaraq yaşamışdır, bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, cavabdehə məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra cavabdehin öz mənzilinə ehtiyacı yaranmış və onlardan mənzilin boşaldılmasını xahiş etdikdə, onlar mənzildən çıxmayaraq, təmirə xərclədikləri vəsaiti cavabdehdən tələb etmişlər. Məhkəmə "xxxx" MMC-nin 14 saylı, xx.xx.2021-ci il tarixli hesabatına və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6018 saylı ekspert rəyində əksini tapan nəticələrə qiymət verərək hesab edir ki, mənzil yaşayış üçün yararlı vəziyyətd ə olmadığından Cavabdeh1 tərəfindən hissəvi təmir edilərək istismara-istifadəyə yararlı vəziyyətə gətirilmişdir.

17. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil Cavabdeh1 əvəzsiz olaraq istifadəyə vermiş, cavabdeh bir müddət orada yaşadıqdan sonra mənzilin yaşayış üçün tam yararlı olmadığını görərək, mülkiyyətçi İddiaçı məlumat vermədən, mənzilin sanitar qovşağında, mətbəxində və yaşayış sahəsinin bir hissəsində təmir-bərpa işləri görmüşdür. Cavabdehin etirafına əsasən həmin təmir-bərpa işləri görülmədən mənzildə yaşamaq mümkünsüz olmuşdur. Bundan sonra iddiaçının öz mənzilinə ehtiyacı yaranmış və cavabdehlərdən mənzilin boşaldılm asını xahiş etdikdə, sonuncular mənzildən çıxmayaraq, iddiaçıya mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratmışlar. İddiaçı pula ehtiyacı yarandığından məcburiyyət qarşısında qalaraq mənzili alqı-satqı yolu ilə digər şəxsə satmış və alqı-satqı müqaviləsi ilə mənzili boşaldaraq üçüncü şəxslərin hüquqlarından azad alıcıya təhvil vermək öhdəliyi götürmüşdür.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 60-cı maddələri, Mülki Məcəllənin 152, 157.2, 157.4, 397.2, 572.1, 572.2, 732, 733.1, 734.1, 736.1, 736.2, 736.3, 737, 738, 680.1, 680.1.1, 680.2, 1087.1, 1087.2, 1090.1, 1090.2 və 1090.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh1 ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmşidir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Mülki iş məhkəmə icraatında olarkən mənzil X4 60000 manata satılmışdır. X9 da sözügedən mənzilə xx.xx.2022-ci il tarixdə AH-İ ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında çıxarış almışdır. Bununla da İddiaçı olmaq statusunu itirmişdir. O, məhkəmədə iddiaçı qismində çıxış edə bilməzdi. Lakin məhkəmə bu halları nəzərə almamışdır.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1837/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakimlər X11 (sədrlik edən və məruzəçi), X5 və X1) ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsi ilə eyni məzmun daşımışdır və birinci instansiya məhkəməsi tərəfindən həmin hallar tam araşdırılaraq qiymət verilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən əlavə sübut təqdi m edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun düzgün qiymətləndirmişdir.

23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 43.1 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsi 152, 157.2, 157.4, 397.2, 572.1, 572.2, 680.1, 680.1.1, 680.2, 732, 733.1, 734.1, 736.1, 736.2, 736.3, 737, 738, 1087.1, 1087.2, 1090.1, 1090.2 və 1090.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 ka ssasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, işin baxılması üçün yenidən apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti qarşılıqlı idida ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz.

28. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

29. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə də müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

32. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol veri r. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

33. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əs aslandırır. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini di nləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş yeni apellyasiya baxışına göndərilməlidir.

41. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ilk iddianın predmeti olan ünvan 1 ünvanda yerləşən mənzil 12 fevral 2007-ci il tarixdə İddiaçı tərəfindən özəlləşdirilmiş və bu barədə ona mülkiyyət hüququna dair Seriya MN, ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı həmin Çıxarışa istinad etməklə mülkiyyət hüququnun müdafiəsinə dair hazırkı iddia tələbi ilə məhkəmədə i ddia qaldırmışdır.

42. İşə birinci instansiya məhkəməsində baxılan zaman mənzil İddiaçı tərəfindən X4 xx.xx.2022-ci il tarixdə 60000 manata satılmış və sonuncunun mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmənin 02 iyun 2022-ci il tarixli protokol qərarı X9 iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

43. Göründüyü kimi mübahisə edilən hüquq münasibətində, yəni Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 8 ünvanında yerləşən 56 saylı mənzildən cavabdehlərin çıxarılmaları və mənzilin boşaldılması barədə mübahisə üzrə İddiaçı kimi sıradan çıxmışdır, onun həmin mənzillə əlaqədar mövcud olan hüquq münasibtlərinin subyekti olmaq və iddianı müdafiə etmək imkanı itirilmişdir. Mənzilin mülkiyyətçisinin dəyişməsi ilə mənzillə əlaqədar maddi hüquq münasibətlərində şəxslərin dəyişməsi baş vermişdir. Belə olan halda məhkəmə idddiaçı İddiaçı prosessual hüquq varisi olan X16 ilə əvəz etmək əvəzinə, sonuncunu üçüncü şəxs kimi işə cəlb etməklə işə baxılmasını davam etdirmiş, bununla da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual qanun pozuntusuna yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin səhvi aradan qaldırmamaqla səhvə yol vermişdir.

44. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi n əticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1837/2022 nömrəli mülki iş üzrə 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxış

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar