Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1101/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1101/22 (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Bakı şəhəri, 01 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9346/2021 nömrəli, 05.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 99M/1 saylı fərdi yaşayış evinə dair heç bir rəsmi sənəd yoxdur, ev özbaşına tikilidir.
2. Bakı şəhəri, Xətai rayonu 27 saylı MKİS-in 12.02.2019-cu il tarixli, 191 saylı arayışına əsasən, MKİS-in ərazisində, məhəllə 2944 ünvanında yerləşən 99 saylı fərdi yaşayış evinin sahibi Cavabdehdır.
3. Paylayıcı “Azəriqaz” İB ilə istehlakçı 27 saylı MKİS 2944 məhəllədə yaşayan Cavabdeh arasında bağlanmış 28.12.2019-ci il tarixli, AKX-0196714/12- 2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun ola raq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
4. Cavabdeh 16.02.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 99 saylı fərdi yaşayış evinə dair “istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlər”in razılaşdırılması üçün "xxxx" ASC-yə müraciət etmiş, 10.03.2021-ci il tarixdə onlar arasında texniki şərtlər razılaşdırılmışdır.
5. İddiaçı yuxarıda qeyd olunan tikilinini mərhum əri Elxan Xakiyev tərəfindən işa edilməsini və onlara məxsus olmasını israr edir. Ona görə 17.02.2021-ci il tarixdə İddiaçı oğlu X3 mərhum atası tərəfindən tikilmiş ünvan 1 ünvanında yerləşən 99M/1 saylı fərdi yaşayış evinin Cavabdeh tərəfindən zəbt olunması əsası ilə Xətai RPİ-nin 36-cı PBnə müraciət etmiş, PB tərəfindən mövcud məsələyə bağlı aidiyyəti üzrə məhkəməyə m üraciət olunması tövsiyə olunmuşdur.
6. İddiaçı evin mərhum əri Elxan Xakiyev tərəfindən inşa edildiyini, Cavabdeh onlara məxsus evi zəbt etməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus ünvan 1 ünvanda yerləşən 99M/1 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(011)4601/2021 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia rədd edilmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən evin sahibi Elxan Xakiyevin göstərişi ilə həmin evdə fəhlə kimi işləmi ş və həmin şəxs onun əmək haqqını vaxtlı-vaxtında vermişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, onunla birlikdə qonşuluqda yaşayan və hazırda dünyasını dəyişən X7 rayonu, M.Hadi küçəsi 2944, məhəllə-99 saylı ünvanında yerləşən evini təmir etdirən zaman şahidi olmuşdur. Bundan əlavə olaraq, orada işləyən ustaların pulunu onlara verən zaman özü görmüşdür, buna görə də, həmin evin Elxan Xakiyevə məxsus olmasını təsdiq etmişdir.
11. Məhkəmə tərəflərin çıxışlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, mübahisəli özbaşına tikilinin mərhum Xakiyev tərəfindən inşa edilməsi və ona məxsus olması sübuta yetirilməmiş, həmin tikilinin orada yaşayan Cavabde h məxsus olması, onun tərəfindən inşa edilməsi və bütün koommunal xidmət müqavilələrinin də uzun müddət əvvəl onun adına rəsmiləşməsi təsdiq olunmuşdur.
12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 157.2, 157.8, 158.1.2, 158.4, 180.1, 180.2 və MPM-in 14.2, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9346/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(011)-4601/2021 nömrəli qətnaməsi dəyişdirilmə dən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, evin iddiaçının əri tərəfindən inşa edildiyini, yəni onun əməyinin nəticəsi olduğunu təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, birinci instansiya məhkəməsində iki nəfər şəxs şahid qismində dindirilib. Şahidlərdən biri - Bəhmən Mahmudov MKİS-də fəhlə olub. O, bildirib ki, iddiaçının ərinin tapşırığına əsasən 2017-2018-ci illərdə evin tikintisində fəhlə kimi işləyib. Digər şahid – Mərdan Camalov evin qonşuluğunda yaşayır. O, bildirib ki, 2010-cu ildən həmin ərazidə yaşayır, iddiaçının əri ona deyib ki, evi özü üçün tikdirir, bir qonşu kimi tikintiyə nəzarət etməyi ona tapşırıb, aradabir iddiaçının əri tikintiyə baxmaq üçün gəlib-gedirdi. Məhkəmə həmin iki şahidin ifadəsinə istinad edərək evin iddiaçının əri tərəfindən tikild iyini müəyyənləşdirə və cavabdehin oradan çıxarılmasını qət edə bilməz. Belə ki, şahid ifadələrinin məzmunu və şahidlər ilə iddiaçının ərinin arasında olmuş münasibətlər şahidlərin verdiyi məlumatın mötəbər sübut kimi qəbul edilməsinə imkan vermir. Bundan başqa, iddiaçının ərinin davranışı nəzərə alınmalıdır. O, ölənə qədər (06.01.2021-ci ilədək) evin özü tərəfindən inşa edildiyini, cavabdehin isə evə qanunsuz sahiblik etdiyini rəsmi və ya qeyri-rəsmi iddia etməyib. Ümumiyyətlə, sağlığında iddiaçının ərinin evə sahiblik etdiyini təsdiq edən sübut yoxdur.
16. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflərin apellyasiya instansiya məhkəməsində təqdim etdiyi sənədlər sübut kimi istifadə oluna bilməz, çünki tərəflər həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim edilməsinin o nlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmayıblar. Nəzərə alınmalıdır ki, hər iki tərəfin vəkili birinci instansiya məhkəməsində iştirak edib.
17. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır: 1. “Azəriqaz” İB və cavabdeh arasında bağlanmış müqavilədə göstərilən ev hazırda mübahisələndirilən ev deyil, həmin müqavilədəki ünvan ümumiyy ətlə konkret deyildir. Cavabdehin başqa ünvanda özünə məxsus evi var və həmin müqavilə də, o evə aiddir. Bu hal nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
2. Mübahisəli evin Elxan Xakiyev tərəfindən inşa edildiyini təsdiq edə biləcək 10 nəfərdən artıq şahid mövcuddur. Belə bir halın olması mütləq nəzərə alınmalı idi.
3. Elxan Xakiyevin mübahisəli evin tikintisinə xərclədiyi məbləğlərin qeyd olunduğu ayrıca dəftər də mövcuddur ki, müvafiq ekspertiza təşkil edərək həmin əlyazısının və imzanın ona aid olması müəyyən olunsun.
4. Birinci instansiya məhkəməsində müvafiq sübutları təqdim etmək imkanı olmamışdır, çünki həmin sübutlar sonradan əldə olunmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi həmin sübutları təqdim etməyi tələb etmə mişdir.
5. Cavabdeh evin tikintisinə xərclənən miqdar və digər məlumatlar barədə heç bir sənəd təqdim etməmişdir. Onun mübahisəli evə dair hər hansı hüququnun mövcudluğundan söhbət gedə bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyə ti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
24. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
26. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qan unla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən e dilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
37. İşin mübahisəsiz halı bundan ibarətdir ki, tərəflərin heç birinin mübahisəli evə dair hüquqmüəyyənedici sənədi yoxdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmamış, özbaşına tikilidir. İddiaçı israr edir ki, həmin evi mərhum əri inşa edib, cavabdeh isə evin onun tərəfindən inşa edilməsini bildiririr.
38. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri sağlığında mübahisəli evə heç bir tələb irəli sürməmiş, evin zəbt olunmasına dair hər hansı bir orqana mürac iət etməmişdir. Həmçinin, mübahisəli evin kommunal xidmətlərinə dair müraciətlər Cavabdeh tərəfindən edilmiş, müqavilələr müvafiq qurumlarla cavabdeh arasında bağlanmış, kommunal xidmət haqları da məhz onun tərəfindən ödənilmişdir. (mülki iş, İ cild, səhifə 51, 55-58, 93-98)
39. Göründüyü kimi, mübahisəli evə sahiblik cavabdeh tərəfindən həyata keçirilmişdir. Elə buna görə də, müvafiq ərazi üzrə Mənzil Kommunal Təsərrüfatı Birliyinin 27 saylı Mənzil Kommunal İstismar Birliyi tərəfindən verilmiş arayışda Cavabdeh mübahisəli evin sahibi kimi göstərilmişdir.
40. Apellyasiya məhkəməsi iddiaçı tərəfin apellyasiya icraatı zamanı vermiş olduğu sübutları nəzərə almamaqda da haqlı olmuşdur. Həmin məhkəmə bununla bağlı əsaslandırma aparmış və qeyd etmişdir ki, tərəflərin apellyasiya instansiya məhkə məsində təqdim etdiyi sənədlər sübut kimi istifadə oluna bilməz, çünki tərəflər həmin sənədləri birinci instansiya məhkəməsinə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmayıblar.
41. Eyni zamanda qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir.
42. Bundan başqa, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə bağlıdır ki, MPM-ə əsasən (§34), Ali Məhkəmədə işin faktiki halları deyil, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlanılır.
43. Mülki Prosessual Məcəllə yə (§28-§30) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşı masını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9346/2021 nömrəli, 05.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələs