Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1102/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Ab bas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5913/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2004-cü il tarixdə 87 nömrəli əmrlə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin 18 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 3-17-4/3-2864/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrdə eyni zamanda İddiaçı son haqq hesabı və istifadə edilməmiş 52 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əmrdə əmrin verilməsi üçün əsas kimi Həmkarlar Komitəsinin xx.xx.2023-cü il tarixli qərarı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20213-cü il tarixli 13 mart tarixli razılığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra cavabdeh və ya Agentlik) qarşı (müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inunla əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3-174/3-2-864/2023 saylı əmrin ləğv olunması, iddiaçının işə bərpa olunması və məcburi işburaxma günləri üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi dövrdə hər zaman vəzifə öhdəliklərini ləyaqətlə yerinə yetirərək müəssisənin maraqlarına xidmət etməyə çalışmışdır. Müəssisədə işlədiyi 19 ildən artıq müddətdə öz vəzifə öhdəliyini layiqincə yerinə yetirdiyinə görə bir neçə dəfə vəzifəsi yüksəldilmiş, işdən azad olunarkən böyük tibb bacısı vəzifəsində çalışmışdır. Lakin xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq 3-17-4/3-2-864/2023 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad olunmamışdan öncə ona hər hansı vəzifə öhdəliyini pozması ilə bağlı heç bir xəbərdarlıq edilməmiş, işdən azad olunmasını barəsində qəbul edilən əmrdən sonra öyrənmişdir. İddiaçı hesab edir ki, əmr tam əsassız və qərəzli olaraq qəbul edilmişdir. Belə ki, həmin maddənin müvafiq bəndinin tələblərinə əsasən, əgər o, yerinə yetirdiyi fəaliyyətlə əlaqədar olaraq, tərəfindən hər hansı vəzifə öhdəliyini pozmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməli idi. Lakin bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir.
5. Cavabdeh tərəf iddia tələbinə qarşı yazılı etirazda bildirmişdir ki, X6 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində aparılmış əlillik təyinatları üzrə mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Yoxlamalar zamanı 14 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyas ının tibb bacısı İddiaçı tərəfindən vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparması, səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etdiyi məlum olmuşdur. Qeyd olunan faktlar üzrə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların daxili nəzarət tədbirləri həyata keçirən şöbə və departamentləri tərəfindən dövri nəzarət tədbirlərinin aparılması reqlamenti”nin 5.4. bəndinə əsasən, xx.xx.2023-cü il tarixdə İddiaçı izahatı alınmışdır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunmasın xahiş etmiş, həmçinin iddiaçının iddia müddətini ötürməsini nəzə rə alaraq, tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Müstəqil tələblər irəli sürməyən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddiaçının idarəyə müraciət etməsi barədə heç bir məlumatı yoxdur. Cavabdeh tərəfin iddiaçını Əmək Məcəlləsinin 70 maddəsinin “c” bəndi ilə işdən azad etməsi barədə mülki işdə heç bir sənəd olmadığı üçün, bu barədə fikir söyləmək mümkün deyil.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-3891/2023 nömrəli, 04 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə edilən hüquq m ünasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilmiş, bundan sonra iddiaçı ilkin olaraq Mediasiya Şurasına müraciət etmiş və mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan sonra iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş, aidiyyət qaydaları pozulduğundan geri qaytarılmış, daha sonra iddiaçı aidiyyəti üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia müddəti fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlandığından, hüququnun pozulmasının aşkar edildiyi gün isə - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edildiyindən, əmrin surəti isə iddiaçıya təqdim edilmədiyindən, məhkəmə iclasında iddiaçıya təqdim edildiyindən, bununla da iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin dəlilləri əsassızdır.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı (işçi) tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəti cəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi heç bir mötəbər sübutla təsdiq edilməmiş və əmək vəzifələrinin kobud şəkildə pozulması cavabdeh (işəgötürən) tərəfindən sübuta yetirilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun əmr tərtib etməmişdir. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununa mütləq qaydada daxil edilir və Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-hissəsində göstərilən məlumatlar əhatə edilir. Lakin mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 3-17- 4/3-2-864/2023 nömrəli əmr işçinin (iddiaçının) yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi bar ədə hər hansı rəsmi sənədə istinad edilməməklə, formal olaraq cavabdeh (işəgötürən) tərəfindən tərtib edilmişdir və nəticədə iddiaçının (işçinin) hüquqları pozulmuşdur. Əlavə olaraq məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2023-cü il tarixli aktında İddiaçı İlk X3 iclasına dəvət edilmiş, lakin iclasa gəlməməsi barədə qeyd olunsa da, iddiaçının həmin iclasın keçirilməsi barədə məlumatının olub-olmamasını təsdiq edən heç bir sübut (bildiriş, məktub və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 76, 79, 83.1, 239, 296, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, X11 Heyətinin 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş Mediasiya Prosesinin tətbiqi barədə təklifdən görünür ki, 27 mart 2023-cü il tarixdə ilkin mediasiya sessiyasının keçirilməsi təklif edilmişdir. Beləliklə, əmək müqaviləsinə xitam verildiyi tarixdən mediasiya təklifi göndərilən tarixədək artıq iddia müddətinin axımı 12 gün geçmişdir. Mediasiya təklifinin göndərilməsi ilə iddia müddətinin axımı dayandırılmış, lakin daha sonra iddiaçı aidiyyət qaydalarını pozaraq xx.xx.2023-cü il tarixdə cavabdehin hüquqi ünvanının yerləşdiyi ərazi üzrə Binəqədi Rayon Məhkəməsinə deyil də, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə isə xx.xx.2023-cü il tarixli 2(007)-1735/2023 saylı qərardadla iddia ərizəsini geri qaytarmışdır. İddiaçı müddəti ötürərək xx.xx.2023-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsini təqdim etmişdir. Binəqədi Rayon Məhkəməsi işə baxan zaman aidiyyət qaydasının pozulması ilə verilmiş iddia ərizəsinin verildiyi tarixdən geri qaytarıldığı tarixədək olan müddəti iddia müddətinə daxil etməmişdir. Halbuki mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilərək mediasiya prosesi başa çatmasına baxmayaraq iddiaçının təqsiri ucbatından iddia müddəti ötürülərək Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bununl a da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisəsi üzrə 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. 14.1. Məhkəmə iclasında iştirak edən nümayəndələri iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud pozuntu ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını bildirərək sübut əldə edilməsi üçün müvafiq orqana sorğu verilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə tərəfindən qeyd edilən vəsatətə hər hansı bir münasibət bildirilməmişdir. 14.2. X6 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistem inin “Əlillik” altsistemində mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Yoxlamalar zamanı 14 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının böyük tibb bacısı vəzifəsində çalışan İddiaçıTofiq qızı tərəfindən vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparması, səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etdiyi məlum olmuşdur. Qeyd olunan faktlar üzrə Agentliyin 14 nömrəli Ərazi Tibbi-Sosial Ekspert Komissiyasının sədri X8 “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların daxili nəzarət tədbirləri həyata keçirən şöbə və departamentləri tərəfindən dövrü nəzarət tədbirlərinin aparılması reqlamenti”nin 5.4-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə, İddiaçı i sə xx.xx.2023-cü il tarixdə Nazirliyin Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq yazılı izahatı alınmışdır. Sübut olaraq iddiaçıdan xx.xx.2023-cü il tarixində alınmış izahat təqdim edilsə də, məhkəmə qeyd edilən sübuta hər hansı bir qiymət vermədən əsassız olaraq iddianı təmin etməklə qətnamə qəbul etmişdir. İddiaçı həmin izahatında ehtiyac olduqda Rizvan həkimin istifadəçi adı vasitəsilə əlillik altsisteminə daxil olaraq müayinə aktlarını müvafiq sistemə daxil edə bildiyini etiraf etmişdir. İddiaçı böyük tibbi bacısı vəzifəsində çalışmış və onunla bağlanmış əmək müqaviləsində əmək funksiyaları sırasında izahatında qeyd etdiyi səlahiyyətlərin icrası ona həvalə edilməmişdir. 14.3. Məhkəmə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə u yğun olaraq tərtib edilmədiyini - əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan sənədlərin əmrin məzmununda göstərilmədiyini qeyd etmişdir. Müvafiq əmrdə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas qismində Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar Komitəsinin 2023-cü il 15 mart tarixli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023cü il 13 mart tarixli 3-17-4/3- 1-6923/2023, 3-17-4/3-1-6922/2023 nömrəli razılıqları göstərilmişdir. Həmin sənədlərdə həmçinin iddiaçıdan alınmış xx.xx.2023-cü il tarixli izahata da istinad edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-5913/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - X.A.Mərdanova (sədrlik edən və məru zəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ümumi sözlərdən istifadə etməklə işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə səbəb olmuş hallar üzrə araşdırma aparmamış, cavabdeh tərəfin iddiaya etirazının əsasları kimi irəli sürdüyü dəlillərə qiymət verməyərək iddianın əsaslı olması kimi səhv nəticəyə gəlmiş, mübahisələndirilən əmrin verilməsinə mühüm əsaslar mövcud olduğu halda, bu hallara qiymət verməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia çının tələbinin əsaslarından biri ondan ibarətdir ki, onun tərəfindən hər hansı vəzifə öhdəliyi pozulmuşdursa, bununla bağlı işlədiyi orqan tərəfindən ilkin olaraq ona xəbərdarlıq edilməli idi, lakin bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Cavabdeh tərəfin iddiaya etirazının əsasları ondan ibarət olmuşdur ki, Komissiyanın tibb bacısı vəzifəsində çalışan İddiaçı vəzifə səlahiyyətlərini aşaraq özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparmış, səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı Nazirliyin Daxili nəzarət və audit şöbəsinə dəvət olunaraq yazılı izahatı alınmışdır.
18. Agentliyin məhkəmə kollegiyasına ünvanlanan məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazi rlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyətinin qiymətləndirilməsi vətəndaşların iştirakı olmadan tibb müəssisələrinin göndərişləri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi vasitəsilə aparılır. X6 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil şöbəsi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində aparılmış əlillik təyinatları üzrə yoxlamalar çərçivəsində Agentliyin 14 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının üzvləri tər əfindən əlillik təyinatı sahəsində qanunsuz əməlləri barədə müvafiq faktlar aşkar olunmuşdur. Belə ki, əlilik təyinatı ilə bağlı 16 vətəndaşa verilmiş elektron imtina qərarları 14 nömrəli TSEK əməkdaşları tərəfindən vətəndaşların adına əlillik təyinatının aparılması məqsədilə göndəriş rəsmiləşdirilmədiyi halda “yeni müayinə kimi” daxil etmək üsulu ilə “Əlillik” altsisteminə daxil edilmiş və təsdiqlənərək həmin vətəndaşlara əsassız əlillik təyinatının aparıldığı müəyyən edilmişdir. Aşkarlanmış faktlar “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların daxili nəzarət tədbirləri həyata keçirən şöbə və departamentləri tərəfindən dövrü nəzarət tədbirlərinin aparılması reqlamenti”nin 5.4. bəndinə əsasən, nəzarət tədbirlərinin aparılması zamanı aşk ar edilmiş neqativ halların, eləcə də bilavasitə korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozma faktlarının daha ətraflı araşdırılması üçün Nazirliyin Daxili nəzarət və audit şöbəsinə təqdim olunmuşdur. Bundan sonra Nazirlik tərəfindən tam və ətraflı araşdırma aparılmış, 14 saylı ərazi TSEKin əməkdaşlarının yazılı izahatları alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli yazılı izahatında Agentlik tərəfindən ona heç bir səlahiyyət verilmədiyi halda vəzifə səlahiyyətlərini aşaraq üzvü olduğu 14 saylı Ərazi Tibbi-sosial ekspert komissiyasının sədri X10 məxsus elektron imza kartından istifadə etdiyini etiraf etmişdir. Araşdırmanın nəticəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ehtimal ol unduğundan, qanunvericiliyə zidd şəkildə əlillik təyinatı aparılmasına yol vermiş əməkdaşların 3-cü şəxslərlə sövdələşməsi və digər vətəndaşlar barəsində də oxşar əməlləri istisna olunmayan hərəkətlərinə dair faktlara hüquqi qiymətin verilməsi üçün müvafiq materiallar Nazirliyin xx.xx.2023-cü il tarixli 317/2-2893/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir. Hazırda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən əsassız əlillik təyinatlarının aparılması faktları üzrə araşdırma aparılmaqdadır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən təqdim etdiyi əsaslarla razılaşmayaraq həm xx.xx.2023-cü il tarix li izahatı təzyiq altında yazmasını, həm də əlilliklə bağlı bütün məlumatların bilavasitə Nazirlik tərəfindən sistemə daxil edilməsini göstərsə də, cavabdeh tərəfin kollegiyanın iclasında təqdim etdiyi, 16 nəfərin adının sistemə iddiaçının iş yerindən, yəni Bərdə şəhərindən sədr X8 adından daxil edilməsi barədə sübutla onun irəli sürdüyü bu arqument təkzib olunmuşdur. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə səbəb olmuş hallar mövcud olmuş, bu hallar iş materiallarında olan sənədlərlə, eləcə də, iddiaçını özünün xx.xx.2023-cü il tarixli izahatının məzmunu ilə də təsdiq edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun əmr tərtib edilməməsinə dair birinci instansiya məhkəməsinin qənaəti də səhvdir. Belə ki, müvafiq əmrdə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas qismində Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar Komitəsinin 2023-cü il 15 mart tarixli qərarı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü il 13 mart tarixli 3-17-4/3- 1-6923/2023, 3-17-4/3-1-6922/2023 nömrəli razılıqları göstərilmişdir. Həmin sənədlərdə eyni zamanda iddiaçıdan alınmış xx.xx.2023cü il tarixli izahata da istinad edilmişdir. Qeyd edilən izahatda da iddiaçı Rizvan həkimin istifadəçi adı vasitəsilə Əlillik altsisteminə daxil olaraq müayinə aktlarını müvafiq sistemə daxil etdiyini etiraf etmişdir. Halbuki, onunla bağlanmış əmək müqaviləsində əmək funk siyaları sırasında izahatında qeyd etdiyi səlahiyyətlərin icrası ona həvalə edilməmişdir.
21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının həmkarlar ittifaqının iclasının keçirilməsi barədə məlumatının olub-olmamasının təsdiq edən heç bir sübutun (bildiriş, məktub və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsinə istinad etməsi də işin araşdırılmış hallarına uyğun deyil. Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli akta əsasən, İddiaçı X3 iclasına dəvət edilmiş, lakin iclasa gəlməmişdir. Başqa sözlə, iddiaçının həmin iclasın keçirilməsi barədə məlumatının olub-olmamasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşürdü. Həmçinin də, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2023-cü il tarixli razılığın təqdim edilməsi haqqında məktubdan və xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Agentliyin 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsas olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunveric iliyin tələblərinə riayət olunmuş, qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarda ifadə olunmuş hüquqi mövqelərə istinadla hesab etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə kollegiyası tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.
24. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Əmək Məcəlləsinin 68, 70, 71, 72, 80, 83, 186-cı və MPM-nin 1 4.2, 77.1, 80, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Tibb-Sosial Ekspertiza və X2 tərəfindən aparılmış yoxlamalar zamanı öz vəzifə səlahiyyətlərini aşaraq guya özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatlar aparmış və səlahiyyəti olmadığı halda vətəndaşlara əlillik təyinatının aparılmasında iştirak etdiyi müəyyən edildiyi bildirilir. Lakin onun tərəfindən işlədiyi müddət ərzində heç bir zaman özgəsinə məxsus elektron imza kartı ilə əməliyyatla r aparılmamış, vəzifə səlahiyyətlərini aşan davranışlara, ümumiyyətlə heç bir qanun pozuntusuna yol verilməmişdir. xx.xx.2023-cü il tarixdə Nazirliyin Daxili nəzarət və audit şöbəsində izahat verərkən ona güclü psixoloji təsir olmuşdur. Həmin izahata nəzər saldıqda ilk əvvəl izahatında “Rizvan həkimin istifadəçi adı ilə sistemə girə bildiyini” qeyd edimiş, lakin ona edilmiş psixoloji təsirdən sonra məcbur qalaraq təhdid altında yalandan “müayinə aktlarını Rizvan həkimin istifadəçi adı ilə TSERASA məlumatları daxil etdiyini bildirmişdir. Lakin tərəfindən TSERASA heç bir məlumat daxil edilməmişdir. Tibb bacıları ümumiyyətlə TSERASA heç bir məlumat daxil etməmişdir, bu onların vəzifə səlahiyyətlərinə daxil deyildir. Sadəcə istifadəçi adlarından istifadə edə bilir, həmin istifadəçi adları ilə heç bir məlumat daxil etməmişdir. İstifadəçi adlarından istifadə edə bilmək və istifadəçi adları ilə məlumat daxil etmək tamamilə fərqli anlayışlardır və fərqli məna ifadə edir. Tərəfindən əlilliklə bağlı hər hansı məlumatın sistemə daxil edilməməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışla da təsdiq olunmuşdur. Belə ki, apellyasiya məhkəməsinin istinad etdiyi həmin məktubda bilavasitə qeyd olunmuşdur ki, 16 nəfər barəsində məlumat Rizvan Əliyevin adından daxil edilmişdir. Yəni, həmin məlumatlar Rizvan Əliyev tərəfindən təsdiq edilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən aramızda bağlanmış əmək müqaviləsinin qanunsuz və əsassız ləğv edildiyini sübuta yetirən faktlardan biri də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinini tabeliyində X4 X9 filialı tərəfindən yenidən işə dəvət olunmağı idi. Əgər tərəfindən əmək vəzifələrini həyata keçirən zaman yol vermiş olduğu kobud səhv və qanun pozuntusu nəticəsində işlədiyi müəssisənin nüfuzuna ciddi xələl gəlmişdirsə, nəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinini tabeliyində X9 filialı tərəfindən yenidən işə dəvət olunur. Bu sualın çox sadə bir cavabı var - əmək vəzifələrini həyata keçirən zaman onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qay dada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək;...
29. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;...
30. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
31. Maddə
80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötü rən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir.
32. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətna mə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrini mübahisələndirir. Bu tələbin maddi hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir.
43. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu norma əsasında təhlil edərək işin halları kimi müəyyən etmişdir ki, Hacıyeva X5 14 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında tibb bacısı vəzifəsində işləmişdir. X6 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorin q və təhlil şöbəsi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik" altsistemində aparılmış əlillik təyinatları üzrə yoxlamalar çərçivəsində Agentliyin 14 nömrəli Ərazi Tibbi Sosial Ekspert Komissiyasının üzvləri tərəfindən əlillik təyinatı sahəsində qanunsuz əməlləri barədə müvafiq faktlar aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, əlilik təyinatı ilə bağlı 16 vətəndaşa verilmiş elektron imtina qərarları 14 nömrəli TSEK əməkdaşları tərəfindən vətəndaşların adına əlillik təyinatının aparılması məqsədilə göndəriş rəsmiləşdirilmədiyi halda “yeni müayinə kimi” daxil etmək üsulu ilə “Əlillik” altsisteminə daxil edilmiş və təsdiqlənərək həmin vətəndaşlara əsassız əlillik təyinatının aparıldığı müəyyən edilmişdir. Bu faktların araşdırılması ilə əlaqədar İddiaçı xx. xx.2023-cü il tarixdə yazılı izahat alınmış, iddiaçı Rizvan həkimin istifadəçi adı vasitəsilə Əlillik altsisteminə daxil olaraq müayinə aktlarını müvafiq sistemə daxil etdiyini etiraf etmişdir. Halbuki, onunla bağlanmış əmək müqaviləsində əmək funksiyaları sırasında izahatında qeyd etdiyi səlahiyyətlərin icrası ona həvalə edilməmişdir.
44. İddiaçının xx.xx.2023-cü il tarixli izahatı təzyiq altında yazması, həm də əlilliklə bağlı bütün məlumatların bilavasitə Nazirlik tərəfindən sistemə daxil edilməsi barədə dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 16 nəfərin adının sistemə iddiaçının iş yerindən, yəni Bərdə şəhərindən sədr X8 adından daxil edilməsi barədə sübutla onun irəli sürdüyü bu arqument təkzib olunur. Həmçinin iddiaçının xx.xx.2023-cü il tarixli izahatı təzyiq altında yazması barədə dəlili də təsdiqini tapmamışdır.
45. Kassatorun “istifadəçi adlarından istifadə edə bilmək və istifadəçi adları ilə məlumat daxil etmək tamamilə fərqli anlayışlardır və fərqli məna ifadə edir” dəlili gəlinən nəticəyə təsir etmir. Hər bir halda iddiaçının onun əmək funksiyalarına uyğun hərəkət etməsi müəyyən edilməmişdir.
46. Kassatorun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinini tabeliyində X9 filialı tərəfindən yenidən nəyə görə işə dəvət olunması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu fakt iddia tələbinin əsaslı və əsassız sayılması üçün heç bir təsirə malik deyildir. Belə ki, iddiaçının istinad etdiyi həmin məktub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 3-17/2-H-4704/5/2023 saylı cavab məktubudur. Həmin məktubda qeyd olunub ki, Nazirliyin tabeliyində X4 X9 filialı tərəfindən məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi məşğulluq proqramının tərtib edilməsi məqsədilə ilə İddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq filiala dəvət edilmiş, lakin o, əvvəlki işinə bərpa olunmaq istədiyini bildirərək filiala getməkdən imtina etmişdir.
47. Göründüyü kimi bu təklif cavabdehə aid olmayıb, Nazirliyin tabeliyində olan X4 təklifidir və iddiaçıya məşğulluqla bağlı məsələlərin müzakirəsi üçün həmin Agentliyə dəvəti əks etdirir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onla ra mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5913/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət