Məhkəmə qərarları › İş №2(102)-1103/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1103/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1103/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı K Cavabdeh T və Cavabdeh T İddiaçı K qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak bölgüsü, mənzildən istifadə hüququna xitam verilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh T İddiaçı K iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh T tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı K Cavabdeh T qarşı “ümumi mülkiyyətin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan1 ünvanında yerləşən mənzilin 2/3 hissəsinə azyaşlı övladının mənafeyi nəzərə alınmaqla onun, 1/3 hissəsinə Cavabdeh Tin payının müəyyən edilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən pulun paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı K Cavabdeh T İddiaçı K qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh T İddiaçı K Bakı şəhər i,************ saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh T xx.xx.2008-ci il tarixdə nişanlanmışlar. Cavabdeh T nişanlanandan sonra onun ailə üzvlərinin maddi köməkliyi ilə, eyni zamanda bankdan götürdüyükləri kredit pul hesabına Bakı şəhəri,******** saylı evin *** saylı mənzilini almışlar. Onlar həmin mənzili alanda mənzil tam təmirsiz vəziyyətdə olmuşdur. xx.xx.2009-cu il tarixdə Cavabdeh T rəsmi nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onun valideynlərinin maddi dəstəyi ilə və onun şəxsi vəsaiti hesabına həmin mənzilin yenidənqurma işlərini görmüşlər, əsasl ı təmir etmişlər, yeni avadanlıqlarla təchiz etmişlər. xx.xx.2009-cu ildə toyları olmuş və o, həmin mənzilə köçmüşdür. xx.xx.2009-cu il tarixdə Cavabdeh T birlikdə “CredAgro” BOKT-dan 30 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Həmin kredit məbləği tam olaraq mənzilin alınmasına faktiki yönəlmişdir. Kredit Cavabdeh T adına rəsmiləşdirilsə də, həmin krediti birgə nikah dövründə hər ikisinin qazancı hesabına bank olmayan kredit təşkilatına ödəmişlər. Bundan başqa mənzil almağa pulları kifayət etmədiyinə görə mənzili aldıqları gün xx.xx.2009-cu ildə atası X3 Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən Cavabdeh ə xx.xx.2010-cu il 1 il müddətinə 6456 manat (8000 ABŞ dolları o vaxtın məzənnəsinə uyğun olaraq) məb ləğində faizsiz kredit vermişdir. Lakin Cavabdeh T kredit məbləğini müəyyən edilmiş müddətdə qaytarmamışdır. Rəsmi nikah dövründə xx.xx.2015-ci il tarixdə X9 anadan olmuşdur. Cavabdeh T münasibətləri Cavabdeh T əxlaqsız həyat tərzi sürməsi səbəbindən son illər kəskinləşərək, nəticədə pozulmuş, ailə dağılmış və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)****/2017 saylı qətnaməsi ilə Cavabdeh T aralarında bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Cavabdeh T ona qarşı davranışı aqressivdir, bir neçə dəfə onun həyat və sağlamlığına təhlükə yaradıb, onu döyüb, bir neçə dəfə birgə mənzilin giriş qapısının açar yerlərini qəsdən yararsız hala gətirərək onu və azyaşlı uşaqlarını qapı arxasında qoyaraq mənzilə daxil olmaql arını ənqəlləmişdir. Cavabdeh T aralarındakı nikah pozulduqdan sonra onların bir mənzildə yaşamaları qeyd olunan səbəblərə qörə qeyri-mümkündür. Cavabdeh T əməlləri barədə dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər etmişdir. Cavabdeh T polis əməkdaşıdır. Cavabdeh T ailədə normal münasibət yaratmadığına görə, azyaşlı övladma laqeyd münasibət bəslədiyinə görə Bakı şəhəri BPİ-nin xx.xx.2016-cı il tarixli əmri ilə ona “şiddətli töhmət” verilmişdir. Eyni zamanda ona qarşı etdiyi hərəkətlərə görə inzibati məsuliyytə cəlb edilmişdir. Qeyd edilən mənzil birgə mülkiyyətdir. Azyaşlı qızının mənafeyi nəzərə alınaraq qeyd edilən mənzilin 2/3 hissəsinə onun 1/3 hissəsinə Cavabdeh Tin mülkiyyət hüququ tanınmalıdır. Həmin mənzil çoxmərtəbəli binanın 6-cı mərtəbəsində yerləşdiyindən və bir giriş qap ısı olduğundan həmin mənzildən naturada pay ayrılması açıq-aşkar məqsədəuyğun deyil. Ona görə də mənzil açıq hərracdan satılmalı və satış pulu Cavabdeh Tlə onun arasında onların paylarına (2/3 hissə iddiaçı, 1/3 hissə Cavabdeh T mütənasib surətdə bölüşdürülməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı K ilə nikahlarını xx.xx.2009-cu il də rəsmiləşdirsələr də, xx.xx.2009-cu il tarixdə el adəti ilə toy edib ailə həyatı quraraq mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ************** saylı mənzilinə gəlin köçmüşdür. Mülkiyyətində olan qeyd edilən mənzili xx.xx.2009-cu il tarixli Bakı şəhəri 15 saylı dövlət notariat kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən öz şəxsi vəsaiti hesabına almışdır və Azərbaycan Respublikasnm Daşınmaz X4 Xidmətinin Hüquqlar ın Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmtekın Dövlət Reyestrində mülkiyyət hüququ qeydə alınaraq bu barədə ona MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. xx.xx.2009-cu il tarixdə “CredAgro” qeyri-bank kredit təşkilatlıdan müqavilə şərtlərinə əsasən mübahisəli mənzilin alınmasına yox, yeni avadanlıqların alınması üçün atası X1 məxsus Bakı şəhəri,****** saylı evin, ***** saylı mənzili girov qoyaraq 35000 ABŞ dolları məbləğində pul götürmüşdür. Odur ki, mübahisəli mənzil aralarında nikah bağlanmamışdan əvvəl onun mülkiyyəti kimi qeydiyyatdan keçdiyinə görə həmin mənzilin 2/3 hissəsinə Cavabdeh T, 1/3 hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi əsassızdır və təmin oluna bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2018-ci il tarixli, 2(011)-****/2018 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı K Bakı şəhəri, *********** saylı evin *** saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənxzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.9, 135.10, 213, 223.2, 223.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 34.1, 35, 37.1, 37.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh T qeyd edilən qətnamədən apellyasiya şikayəti verm işdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İsmayıl Vəliyev- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-****/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(011)-****/2018 saylı qətnaməsinin qarşılıqlı iddanın təmin olunması hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan əmlakına Cavabdeh Tin istifadə hüququna yalnız onun tələbi ilə kompensasiya vermək yolu ilə xitam verilə bilər. Mülkiyyə tçi öz ailəsini (arvadını) mübahisəli mənzilə köçürdüyündən mövcud mübahisə Mülki Məcəllənin 228.2-ci maddəsinin qaydalarına uyğun həll edilməli və Cavabdeh Tə müvafiq kompensasiya ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov- sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-****/2018 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-****/2018 saylı qətnaməsinə düzəliş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən qətnamədən kasasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki kollegiyasının (hakimlər – Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Ələsgər Əliyev) xx xxx 2019-cu il tarixli, 2(102)****/2019 saylı qərarı ilə kasasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin qismən-qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyasının sözügedən qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarına, "R.Ağalarovun şikayəti üzrə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasma dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarına istinad edərək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh T müvafiq kompensasiya ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilərək mənzildən çıxarılması nəticəsinə gələrək qarşılıqlı iddianı təmin etməməsi tamamilə əsassız və qanunaziddir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2019-cu il tarixli q ətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 1018-ci il tarixli, 2(011)*****/2018 saylı qətnaməsinin mübahisələndirilən hissədə - yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı K Bakı səhəri,***** saylı evin, *** saylı mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməsi, İddiaçı K qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan Bakı səhəri, Gəncə prospekti, *** saylı evin,***6 saylı mənzilinə 1 (bir) il 6 (altı) ay müddətinə istifadə hüququnun saxlanılması, həmin müddət başa çatdıqda mənzildən çıxarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı K ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Cavabdeh T arasında olan nikah münasibətlərinə xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında xitam verilmiş və beləliklə də, onunla mənzilin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh T iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Lakin birinci instansiya məhkəməsinin İddiaçı K maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər q aydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılmasının mümkün olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Apelyasiya kollegiyası Cavabdeh T mübahisəli mənzildə uzun müddət yaşamasını, yanında azyaşlı uşağının olmasını, onun mənzilə ehtiyacının olmasını və bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasını ədalətli hesab edərək belə qənaətə gəlmişdir ki, Cavabdeh T istifadə hüququ olmayan şəxs hesab edilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 1 il 6 ay müddətinə istifadə hüququ saxlanılmalı, həmin müddət başa çatdıqda mənzildən çıxarılmalıdır. İlk iddia üzrə iddiaçı qeyd edilən qətnamədən kasasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, İlqar Xələfov) xx xxxxxx 2020-ci il tarixli, 2(102)***/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, onun göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Deməli qanunverici yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün istifadə hüququnun saxlanmasına yuxarıda göstərilən əsaslar mövcud olduğu hallarda müəyyən müddətə saxlanmasını nəzərdə tutmuşdur. Eyni zamanda yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün istifadə hüququnun saxlanması və hansı müddətə saxlanılması maddi vəziyyəti və diqqətə layiq digər halların mövcud olub-olmaması ilə şərtləndirilmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, iddiaçının azyaşlı uşağı ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün əsaslar mövcuddur. Digər tərəfdən kassator birgə nikah dövründə mənzildə yenidə n qurma işləri apardıqlarını göstərmişdir. Beləliklə, azyaşlı uşağı olan qarşılıqlı iddia üzrə Cavabdeh Tin mübahisəli mənzildə istifadə hüququnun saxlanılması barədə qanunvericiliyin tələbləri pozularaq istifadə hüququnun saxlanması müddətinin cəmi 01 il 06 ay müəyyən edilməsi barədə gəlinən nəticə qanunsuz və əsassızdır. f) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 1018-ci il tarixli, 2(011)****/2018 saylı qətnaməsinin qarşılıqlı iddia hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh T İddiaçı K qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 5 il müddətinə Bakı səhəri,******** saylı evin, *** saylı mənzilinə istifadə hüququnun saxlanılması, həmin müddət başa çatdıqda mənzildən çıxarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi, İddiaçı K ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan Cavabdeh T arasında olan nikah münasibətlərinə xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında xitam verilmiş və onunla mənzilin mülkiyyətçisi arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Cavabdeh Tlə iddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan iddiaçının yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Lakin birin ci instansiya məhkəməsi İddiaçı K maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılmasının mümkün olmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işi materialları ilə müəyyən olunmuşdur ki, cavabbeh xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə yaşamış, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə X9 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh T azyaşlı uşağı ilə həmin mənzildə qeydiyyatda olmaqla, 10 ilə yaxın bir müddət ərzində həmin mənzildə yaşayır. Beləliklə apelyasiya kollegiyası Cavabdeh Tin mübahisəli mənzildə uzun müddə t yaşamasını, yanında azyaşlı uşağının olmasını, onun mənzilə ehtiyacının olmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh T istifadə hüququ olmayan şəxs hesab edilməli, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 5 il müddətinə istifadə hüququ saxlanılmalı, həmin müddət başa çatdıqda mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən qətnamədən kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh T (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin qismən təmin olunmaması hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı K ilə aralarında olan nikah pozulmuşdur. O, nikahları pozulmamışdan əvvəl mübahisəli mənzil tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. Hal-hazırda həmin mənzildə yaşamır və həmin mənzilə ehtiyacı yoxdur. Onun həmin mənzildə yaşamaması barədə məhkəməyə sübutlar təqdim etsə də, məhkəmə kollegiyası həmin sübutları araşdırmadan, həmin sübutlara heç bir hüquqi qiymət vermədən və İddiaçı K maddi vəziyyətinin və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə məhkəməyə bir sübut təqdim etmədiyi halda, məhkəmə yalnız öz subyektiv fikrini və ehtimallarını əsas tutaraq Cavabde h T mübahisəli mənzildə 10 ilə yaxın bir müddət yaşamasını, yanında azyaşlı uşağının olmasını, onun mənzilə ehtiyacının olmasını və bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasını ədalətli hesab edərək tam qanunsuz və qərəzli nəticəyə gələrək 5 il müddətinə həmin mənzilə istifadə hüququnun saxlanılması qənaətinə gəlmişdir. İddiaçı K mübahisəli mənzildə həqiqətən də 2017-ci ilin oktyabrından yaşamadığı halda və həmin vaxtdan 3 ilə yaxındır ki, məhkəmə çəkişmələrinin getməsi və 5 il müddətinə əgər həmin mənzilə istifadə hüququnun saxlanılması qüvvədə qalarsa, onun 8 ildən artıq həmin mənzilə mülkiyyət hüququ 8-9 il ərzində məhdudlaşmaqla mülkiyyət hüququ pozulmuş olur. Məhkəmə qərar qəbul edərkən bu halları nəzərdən qaçırmışdır. Odu r ki, İddiaçı K ilə nikaha daxil olana qədər və nikah dövründə aralarında nikah müqaviləsi bağlanmadığı, mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma olmadığı, onun həqiqətən də həmin mənzildə 2017-ci ilin oktyabrından yaşamadığı və həmin mənzilə ehtiyacı olmadığı (əgər ehtiyacı olsaydı həmin mənzildə yaşayardı) onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır və buna görə də İddiaçı K həmin mənzildən məhkəmə qərarı qaydasında çıxarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh T və vəkili V əkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İlk iddia üzrə İddiaçı K məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə ü zvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlan ıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin qərara əsasən “Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçiril məsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan R espublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə qarşılıqlı iddiaya dair hissədə mübahisələndirild iyindən və apelyasiya instansiyası məhkəməsinin aktının qeyd edilən hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı yalnız həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, qarşılıqlı iddia üzrə Cavabdeh Tin 5 il müddətinə mübahisəli mənzil üzrə istifadə hüququnun saxlanmasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni təyin edilmiş müddətlə bağlı hissədə tam əsaslı və ədalətli hesab etmir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması dedikdə, təyin ediləcək olan “müəyyən müddət” anlayışı uzun müddət kimi qəbul edilməməli, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edildiyi kimi, bu hüququn yalnız müəyyən müddətə saxlanılmasının mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət etməli olması nəzərə alınmalıdır. Bundan əlavə nəzərə alınmalıdır ki, tərəflər arasında olan nikah uzun müddətdir ki, pozulmuş və tərəflər ayrı yaşamağa başlamışlar. Hazırki halda qanunvericiliyin müəyyən etdiyi “müəyyən müddət” anlayışının istənilən kimi qəbul edilməsi və ya uzun müddətlik bir zaman kəsiyi kimi təyin edilməsi mülkiyyətçi hüquqlarına da əhəmiyyətli dərəcədə müdaxiləyə və onun mülkiyyətçi kimi hüquqlarının pozulmasına gətirib bərabər hesab edilə bilər ki, bu hal da mülkiyyətçinin konstitusion hüquqlarının pozulması deməkdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə Cavabdeh T mübahisəli mənzil üzrə istifadə hüququnun saxlanması müddəti hissəsində dəyişdirilməli, Cavabdeh T İddiaçı K qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 2 il müddətinə Bakı şəhəri, ****** saylı evin, **** saylı mənzilinə istifadə hüququnun saxlanılması müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh T, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh T tərəfindən verilmiş kasasiya şika yəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)*****/2020 nömrəli qətnaməsi qarşılıqlı iddia üzrə Cavabdeh T İddiaçı K Bakı şəhəri, ************* saylı evin, **** saylı mənzilinə istifadə hüququnun saxlanılması müddəti hissəsində dəyişdirilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh T İddiaçı K Bakı şəhəri, Gəncə prospekti, 53 saylı evin, 66 saylı mənzilinə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 2 il müddətinə istifadə hüququ saxlanılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar