Məhkəmə qərarları › İş №2(102)-1104/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1104/2019

26.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1104/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1104/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 oğlunun iştirakı ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(106)-2723/2018 saylı qətnaməsindən Cavabdeh1 oğlu və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lerik rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2(048)-41/2018 s aylı qətnaməsi ilə (sədrlik edən, hakim A.Q.Kiçibəyov) İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “zəbt edilmiş həyətyanı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi, həyətdə sökülmüş təndirin, ayaq yolunun yenidən bərpa edilməsi” barədə ilk iddia ərizəsi, həmçinin Cavabdeh1 oğlunun İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, gediş-gəliş yolunun açılması, sökülmüş su anbarının, toyuq tövləsinin bərpa edilməsi və ya dəyəri olaraq 2.120 manat pulun tutulması” barədə qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin 209 kv.metr hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad edilməsi, həmin torpaq sahəsinin İddiaçı təhvil ve rilməsi, eləcə də Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin 1 kv.metr hissəsinin İddiaçı zəbtindən azad edilməsi və həmin torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 təhvil verilməsi, ilk və qarşılıqlı iddia ərizələrinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(106)-2723/2018 saylı qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən, məruzəçi, N.F.Mirzəyev və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Lerik rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HA LLARİ: İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş həyətyanı torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi, həyətdə sökülmüş təndirin, ayaq yolunun yenidən bərpa edilməsi” barədə ilk iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, valideynlərindən miras qalmış yarı tikili vəziyyətdə olan ünvan 2 ünvanda yerləşən ev ona məxsusdur. Həmin evi və 0,15 ha həyətyanı torpaq sahəsini özəlləşdirmişdir. Qonşuluqda yaşayan qardaşı Cavabdeh1 onun Bakı şəhərində olmağından istifadə edərək, həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Dəfələrlə Cavabdeh1 torpaq sahəsini boşaltmasını xahiş etsə də, sonuncu buna məhəl qoymamışdır. Cavabdeh1 ona məxsus olan həyətyanı torpaq sahəsində özü üçün tikinti işləri aparmışdır. Cavabdeh1 ona məxsus ola n həyətində yerləşən 3x3 diametr ölçüdə olan təndiri, 6x5 diametr ölçüdə olan tövləni, 2x2 diametr ölçüdə olan ayaqyolunu sökmüşdür. Cavabdeh1 onun torpaq sahəsindən öz şəxsi torpaq sahəsi kimi istifadə etməklə onun və ailə üzvlərinin hüquqlarını pozur. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 isə məhkəmədə İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, tikinti işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, gediş-gəliş yolunun açılması, sökülmüş su anbarının, toyuq tövləsinin bərpa edilməsi və ya dəyəri olaraq 2.120 manat pulun tutulması” barədə qarşılıqlı iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, hazırda ünvan 3 ünvanda yerləşən evdə yaşayır. Qardaşı İddiaçı isə ailə üzvləri ilə birlikdə Bakı şəhərin də yaşayır. 2015-ci ilin yay aylarından İddiaçı istirahət etmək üçün Lerik şəhərinə gələrək torpaq sahəsini zəbt etdiyini bildirmişdir. Halbuki, Lerik rayon XDS İcrayyə Komitəsinin 11 dekabr 1979-cu il tarixli, 22 saylı qərarına əsasən ona atası Fərzi İmaməliyevin ərizəsi nəzərə alinmaqla istifadəsində olan 0,14 ha torpaq sahəsində ev tikməsinə icazə verilmiş və 0,07 ha həyətyanı torpaq sahəsi ona təhkim edimişdir. Həmin qərardan sonra o, özünə qeyd olunan ərazidə 1 mərtəbəli, 7 otaqlı, ümumi sahəsi 197,8 kv.metr, yaşayış sahəsi 141,4 kv.metr, köməkçi sahəsi 56,4 kv.metr olan ev tikməklə ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçı ilk iddia ərizəsində 0,15 ha həyətyanı torpaq sahəsinin ona məxsus olmasını qeyd etsə də, atası Fərzi İmaməliyev yalnız 22 metr uzunluğunda olan evi on a vermişdir. Ailə üzvlərinin razılığı olmadan İddiaçı həmin evi öz adına rəsmiləşdirmişdir. 0,15 ha həyətyanı torpaq səhəsindən 0,07 ha ona verilibsə qalan torpaq sahəsi ailə üzvləri arasında bölüşdürülməlidir. İddiaçı onun evdə olmamasından istifadə edərək ona məxsus olan, övladına verdiyi torpaq sahəsini zəbt edərək həyətdə tikdiyi toyuq tövləsini dağıdaraq torpaq sahəsinin 0,02 ha hissəsini zəbt etmişdir. Eləcə də həmin torpaq sahəsində tikdiyi 3x4x1,5 ölçüdə su anbarını sökərək, tövlənin və anbarın materiallarını evinin bünövrəsinə, bundan başqa tikinti üçün gətirdiyi dəmir beton məmulatları, mişar daşları və başqa tikinti materiallarını götümüş və evin tikintisində sərf etmişdir. İddiaçı həyətində olan meyvə ağaclarının 24 ədədini kəsmiş, 18 metr dəmir toru, 32 metr 20 diametrli su bo rsunu ekskavatorla qazıb yarasız hala salmış və evin təmərinə sərf etmişdir. İddiaçı bu hərəkətləri nəticəsində ona ümumilikdə 2.120 manat maddi ziyan dəymişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barəd ə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 vəkili X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlill ərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilməsinə və apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmasına baxmayaraq, İddiaçı və Cavabdeh2 qətn amə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişlər, Cavabdeh1 isə kassasiya şikayətində qətnaməni ilk iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunilyi və əsaslılığı Cavabdeh1 kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli 209 kv.metr torpaq sahəsinin İddiaçı, 1 kv.metr torpaq sahəsinin isə Cavabdeh1 məxsus olmasına, ilk və qarşılıqlı iddia ərizələrini qismən təmin edərkən birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 11 avqust 2015-ci il tarix li Çıxarışa və 08 avqust 2015-ci il tarixli “Texniki pasporta” əsasən Lerik şəhəri, A.Nuriyev küçəsi, mülkiyyətdə olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 121,8 kv.metr olan 39 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Eləcə də “Torpağın mülkiyyətə verilməsinə dair” JN-123 “A” saylı şəhadətnaməyə əsasən Lerik rayon AİK-nın 05 yanvar 2005-ci il tarixli, 83 saylı qərarı əsas tutulmaqla 0,08 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. Eləcə də “Texniki pasporta” əsasən Lerik şəhəri, A.Nuriyev küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi Cavabdeh1 məxsusdur. Həmçinin işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2018-ci il tarixli ekpert rəyi ilə müəyyən olunur ki, Lerik şəhəri, A.Nuriyev küçəsində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinin, eyni zamanda İddiaçı mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi iki hissədə ümumi sahəsi 209 kv.metr olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən tutulduğu müəyyən olunur. Birinci hissədə 187 kv.metr torpaq sahəsi, ikinci hissədə 22 kv.metr torpaq sahəsi və həmin sahədə köməkçi tikili olduğu müəyyən olunur. Cavabdeh1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin 1 kv.metr hissəsinin İddiaçı tərəfindən tutulduğu müəyyən olunur. Cavabdeh1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə onun göstərdiyi yerdən gediş-gəliş yolu (piyada və ya avtomobil yolu) kompleks yerquruluşu layihəsinə əsasən nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin i radəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsin dən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan m addi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 209 kv.metr hissəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən özbaşına tutulduğundan, eləcə də onların mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin 1 kv.metr hissəsi İddiaçı tərəfindən özbaşına tutulduğundan və bu faktlar işə əlavə edilmiş çoxsaylı sübutlarla, o cümlədən ekspertin rəyi ilə öz təsdiqini tapdığından və qalan hissədə qarşılıqlı iddia ərizəsi əsassız olduğundan, ilk və qarşılıqlı iddia ərizələrini mübahisələndirilən hissədə tə min etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində ekspertin rəyi ilə razılaşmamasını, qardaşı İddiaçı 400 kv.metr torpaq sahəsini özbaşına zəbt etməsini, mübahisəli torpaq sahəsinin sərhədlərinin yerində düzgün müəyyən edilməməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən e dilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edil mədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(106)-2723/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərarqəbul edildiyiandan qüvvəyəminir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar