Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1104/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1104/2025 (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)490/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC (Vəkil2) tərəfind ən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı1 (sifarişçi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən podratçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sifarişçiyə məxsus 0,12 ha torpaq sahəsində ümumi sahəsi 200 kv.m. olan bağ evinin tikinti və təmirini həyata keçirir. Sifarişçi fərdi yaşayış evinin tikintisi və təmiri üçün 143.050 manat ödəməyi öhdəsinə götürür. Sifarişçi fərdi yaşayış evinin tikintisi və təmiri üçün ilkin olaraq bu müqavilə bağlandığı anda ümumi məbləğin 30 faizini, yəni 42.915 manat ödəməlidir. Sifarişçi tərəfindən podratçıya ödəniləcək məbləğ tər əflərin razılığı ilə hissə-hissə və tikinti-təmir mərhələlərinə uyğun olaraq (30%, 30% 30% və son olaraq tikintinin son mərhələsində 10% olmaqla) həyata keçirilir.
2. Mədaxil qəbzlərinə əsasən İddiaçı1 tərəfindən müqavilə üzrə "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 43.000 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 5.100 manat, xx.xx.2021-ci il tarixdə 34.000 manat və xx.xx.2022-ci il tarixdə 1.600 manat olmaqla, ümumilikdə 124.200 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı1 (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 64.200 manat pulun və ödənilmiş 282,6 manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, tərəfindən müqavilənin şərtlərinə müvafiq olaraq, "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 43.000 manat, xx.xx.2021-ci il tarixdə 40.000 manat, xx.xx.2021-ci il tarixdə 5.100 manat, xx.xx.2021-ci il tarixdə 34.000 manat və xx.xx.2022-ci il tarixdə 1.600 manat, ümumilikdə 124.200 manat məbləğində vəsait ödənilmişdir. Qeyd olunan vəsaitin ödənilməsinə baxmayaraq podratçı tərəfindən ümumilikdə 60.000 manat dəyərində işlər görülmüş və müqavilə üzrə öhdəliklərin icrası dayandırılmışdır, baxmayaraq ki, vəsaitin əsas hissəsi, yəni 122.600 manat tərəfindən xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Artıq 5-6 aydan çox müddət ərzində tikinti işlərinin dayandırılması və lazımınca icra edilməməsi müqavilə öhdəliklərinin podratçı tərəfindən pozulması sayılır. Öhdəliklərin icra edilməsi üçün tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin hər hansı nəticə əldə edə bilməmişdir.
5. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5283 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən baxış zamanı əldə olunmuş məlumatlara əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikinti və təmir işlərinin, həmçinin həyətyanı torpaq sahəsində üzgüçülük hovuzunun tikintisi işlərinin görüldüyü müəyyən edildi. İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi (daş hörgüsü və dam örtüyü) başa çatsa da, daxili və xarici təmir işləri, eləcə də üzgüçülük hovuzunun inşası yarımçıq qalmışdır. Həmçinin, aparılmış tikinti və təmir işlərində aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: sanitar qovşağın (evin arxa tərəfində yerləşən) hörgüsü tam yerinə yetirilməmiş və divarla dam arasında boşluq qalmışdır; damın altında yerləşən seysmik kəmərin daxili və xarici hissələrində çatlar əmələ gəlmişdir. Aparılmış hesablamalar nəticəsində İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0,12 ha torpaq sahəsində görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49.703,9 manat məbləğində müəyyən olunmuşdur.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, cavabdeh MMC-dən 49.703,9 manat məbləğində pulun və ödənilmiş 282,6 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspertin gəldiyi nəticələr əsas götürülməklə, cava bdeh MMC-dən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən (577 və 578 saylı) 0,12 ha torpaq sahəsində görülmüş tikinti və təmir işlərinin dəyəri kimi 49.703,9 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qanuni və əsaslı olmuşdur. Beləliklə İddiaçı1 müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş olsa da, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Bu hal qeyd olunan ekspert rəyi ilə də öz əksini tapmışdır. Beləliklə, məhkəmə bələ qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən artıq ödənilmiş pul məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 421.2, 442, 752.1, 759.1, 759.2-ci və Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 101.7, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
9. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh MMC apellyasiya şikayətləri vermişlər.
10. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49.703,9 manat məbləğində müəyyən olunur. Məhkəmə alınmalı olduğu pul məbləğini hesablayan zamanı yanlışlığa yol vermişdir. Belə ki, ekspert rəyində göstərilən pul vəsaitini yanlış olaraq cavabdehdən alı nmalı olan məbləğ kimi göstərmişdir. Əslində isə ekspert rəyində ümumi görülən işlərin dəyəri müəyyən edilmişdir. Məhkəmə ödənilmiş 124.200 manat vəsaitdən ekspert rəyində göstərilmiş 49.703,9 məbləği çıxmaqla yekun nəticəyə gəlməli idi (124.200- 49.703,9=74.496,1). Bununla da, iddiaçının iddiası tam sübuta yetirilmiş olurdu.
12. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə göndərilməmiş və mübahisəli iş üzrə qətnamədən uzun müddət xəbərləri olmamışdır. İşin icra mərhələsində cavabdeh cəmiyyətdən pulun tutulması barədə qətnamənin olmasından xəbər tutulmuşdur. 2023-cü ilin 10 may tarixində rəs mi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin sürətinin verilməsi xahiş edilmiş və qətnamə cavabdehin təmsilçisinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Tərəflə arasında bağlanmış müqavilənin 3.3-cü maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi və təmiri ümumilikdə 143.050 manat təşkil etmişdir. Həmin Müqavilənin 3.4-cü və 3.5-ci maddələrinə əsasən tikintinin başlanması ilə əlaqədar ilkin olaraq müqavilə qiymətinin 30%-i və sonrakı mərhələrdə isə 30% və 30%, sonda isə 10% ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən tikinti işləri ilkin olaraq 2021-ci ilin iyun ayının 3-cü on günlüyündə başlanmış və 2022-ci ilin oktyabr ayına kimi davam etdirilmişdir. Ümumilikdə fərdi yaşayış evinin tikintisi üçün cəmi 122.600 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" tər əfindən MMC-yə yox, tikintidə çalışan və MMC-yə aid olmayan əlavə işlər üçün 1.600 manat ödəniş edilmişdir. Təqdim edilmiş eskiz-layihəyə əsasən aşağıdakı işlər görülmüşdür: evin eskizinin hazırlanması, evin bünövrəsinin qazılması, izolyasiyası, betona qədər hazırlıq (qəlibin qurulması və armaturla toxunması) və betonla bünövrənin tökülməsi, kürsünün hörgüsü (eni 40 sm və hündürlüyü 60 sm.), kürsünün beton və kubik tozu ilə doldurulması, kürsünün bərkidilməsi, ümumi izolyasiya edilməsi, armatur qatının toxunması, 15 sm hündürlüyündə beton qatının verilməsi, beton səthinin vertolyotla düzləşdirilməsi, evin hörgü işlərinin görülməsi (iç və çöl divarların iki və bir riyad olmaqla hörülməsi), qapı və pencərə üstlüklərinin armaturla toxunması və betonlanması, evin kəmərinin armaturla və betonla işlənilməsi, evin terrasının tikilməsi və evin damının və terrasın damının atmalarının quraşdırılması və betonlanması, tavanın taxtalarla döşənməsi və tavanın izolyasiyası, evin və terrasın damının taxta və metal örtüklə (çerepitsa) örtülməsi, evin bütün daxili divarlarının suvaqlanması, evin və terrasın plastik pəncərələrinin qoyulması, evin pəncərələrinin altlıqlarının vurulması, evin elektrik işlərinin tam icra edilməsi, evin santexnik işlərinin tam icra edilməsi, evin döşəməsinin (həm otaqların və sanitar hissənin) isti poluna betonla örtürülməsi, evin daxili divarlarının bütünlüklə setkalanması, (plastik) bütünlüklə malyar işlərinin tamamlanması, evin bütün tavanının alçipanla toxunması və malyar işlərinin tamamlanması, evin giriş qapısının (seyf qapı) qoyulması, evin giriş pilləkənl ərinin hörülməsi və beton dirəklərlə quraşdırılması və tavanının betonlanması və dəmir çerepitsasının (taxta atma və döşəmə taxta olmaqla) vurulması, evin çöl divarının natamam suvaqlanması, həyətdə hovuzun tikilməsi (yerin 5x11 metrə qazılması, standart daşlarla tikilməsi, hovuzun döşəmə və divarlarının iki qat armaturla toxunması və hovuzun döşəməsinin betonlanması və santexnika işlərinin görülməsi (su borularının quraşdırılması), həyətdə 12 tonluq içməli su hovuzunun tikilməsi (yerin 3x3 qazılması, standart daşlarla hörülməsi, hovuzun döşəməsinin və divarlarının iki qat armaturla toxunması və döşəmənin betonlanması) hovuza aid su nasosunun yerləşdirilməsi üçün tikinti işlərinin görülməsi. Evin tikinti və təmir işləri telefonla çəkilmişdir. Həmin görüntüdən müəyyən etmək olur ki, evin ba şa çatmasına çox az qalmışdır. Həmçinin, evin tikintisi ilə əlaqədar bütün tikinti materiallarını cavabdeh almış və işçilərin əmək haqlarını vermişdir. Tərəflər arasında bağlanın müqavilədə evin həyətində tikilən hovuzların hər ikisi və evə bitişik əlavə sanitar qovşağı (hamam və tualet) müqavilədə nəzərdə tutulmamış və o zaman həmin işlər sifarişçi əlavə ödəniş edəcəyini bildirmişdir. “Sifarişçidən” alınan vəsait tamamilə evin tikintisinə və təmirinə sərf edilmiş və sonradan işlərin davam etdirilməsi üçün əlavə vəsaitə ehtiyac olduğu üçün “Sifarişçidən” vəsait tələb edilmiş, lakin iddiaçı övladının xəstə olmasını əsas gətirərək pul olmadığını və işi tamamlamağa imkanının olmaması bildirmişdir. O zaman iddiaçı təklif etmişdir ki, evin natamam işlərini tam təmir edib ona verilsin və o, da s onradan müqavilə üzrə və əlavə görülmüş işlərin pulunu hissəhissə ödəsin. Lakin bu təklifi qəbul etməmişlər. Bildirmişlər ki, nə zaman imkanı olarasa gəlib işləri tamamlayacaqlar və o zaman onların arasında son haqq-hesabları aparılacaqdır. Həmçinin, iddiaçının evinin tikinti-təmiri ilə əlaqədar əlavə gördükləri işlərin pulunu almamışlar. Belə ki, evin həyətində tikilən hovuzlara və digər əlavə tikililərə görə iddiaçı ümumilikdə müqavilədən kənar danışıqlar üzrə ümumilikdə 40.000 manat əlavə haqq ödəməli idi. İddiaçı müqavilə üzrə evinin tikinti və təmir işləri üzrə aşağıdakı işlər qalmışdır: evin içindəki sanitar qovşağının (hamam və tualetin) kafelləri, evin döşəməsinin laminat və qraniti, otaqların qapıları, divarların boyanması (emulsiya), evin çöl suvağının tamamlanması, həyətdə su ho vuzların divarlarının betonlanması və mozaika işləri, motorxanada motor və filtr sisteminin quraşdırılması. Sonradan məlumat verilmişdir ki, iddiaçı guya evin tikinti və təmir işləri barədə müqavilə öhdəliklərinin onlar tərəfdən, yəni MMC tərəfindən görülməməsi və evin tikinti və təmir işləri üçün artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. Həmçinin, mübahisəli evdə ekspertiza onun iştirakı olmadan keçirilmiş və ekspert evin tikinti-təmir işlərin hansı səviyyədə olmasını müəyyən edə bilməz. Çünki, tikinti altı işlərin görülməsini ekspert müəyyən etməmişdir. İkincisi, ekspertin rəyində tikinti işləri çox aşağı səviyyədə qiymətləndirmişdir. Halbuki, evin bütün tikinti işləri və tikintiyə sərf edilmiş bütün materialların qiymətləndirilməsi və zəhmət haqlarının müəyyən edilm əsi düzgün hesablamamışdır. Üçüncüsü, evin eskiz layihəsindən açıq aşkar görünür ki, evin tikintisi və təmiri ekspertin müəyyən etdiyi qiymətdən üç dəfə çoxdur. Lakin ekspertin hansı hesablamalarla guya evin tikintisinə 49.703,9 manat vəsait sərf edilməsini göstərməsi, ekspertin iş üzrə səmimi olmadığını göstərir. Bu mənada evin tikintisinə və təmirinə çəkilən vəsaitin və alınan materiallarının qiymətinin müəyyən edilməsi üçün, cavabdehin nümayəndəsinin iştirakı ilə təkrar ekspertiza keçirilməlidir. Dördüncüsü, ekspert hazırda layihə üzrə evin hansı tikintisi və təmir işlərinin qalmasını və həmin işlərin görülməsi üçün nə qədər vəsaitin qalmasını aydınlaşdırmalı olduğu halda, nədənsə məhkəmə ekspert qarşısında həmin məsələnin aydınlaşdırılması üçün heç bir sual qoymamışdır. Beşincisi, məhk əmə mübahisəli işə baxarkən mübahisəli evin hansı tikinti-təmir işlərinin qalmasını müəyyən etməli və həmin işlərin görülməsini cavabdehin üzərinə qoymalı və eyni zamanda iddiaçı tərəfindən müqavilə öhdəlikləri üzrə öz vəzifələrini yerinə yetirilməsi öhdəliyini qoymalı olduğu halda, nədənsə göstərilən hallara qiymət verməmişdir. Altıncısı, iddiaçının məhkəməyə müraciət edərək cavabdehdən pul tələb etməsi, “Sifarişçinin” onu aldatmaq məqsədi olduğuna işarədir. Belə ki, Respublikada evlərin bir kvadrat metrinin təmiri 250-350 manat, evin tikinti və təmir işləri isə 500 manatdan 1.000 manat arasındadır. Belə olan halda demək olar ki, “Sifarişçinin” evi eskizlayihə üzrə 240 kvadrat metrdən çoxdur. Ona görə də 240 kv.m. X 600 m. = 144.000 manat təşkil edir. Yeddincisi, ekspertiza rəyində də et iraf olunur ki, müqavilə öhdəlikləri üzrə yalnız evin daxili və xaricində təmir işləri, eləcə də üzgüçülük hovuzunun inşasının yarımçıq qaldığı göstərilmişdir. Bu isə ona dəlalət edir ki, cavabdeh MMC olaraq müqavilə öhdəliləri 90 %- dən çox yerinə yetirilmişdir. Lakin nə ekspertiza, nə də məhkəmə göstərilən halları nəzərə almamışdır. Ekspertiza düzgün qiymətləndirmə aparılmamışdır. Belə ki, fərdi yaşayış evinin qalıq işlərinin ekspertizası aparılmalı olduğu halda, nədənsə ekspertiza fərdi yaşayış evinin tikintisinə sərf edilən vəsaitin aydınlaşdırılması üzrə aparılmışdır. Halbuki, onların arasında mübahisə, məhz tikintinin yarımçıq qalmış sahəsi üzrə yaranmışdır. Məhkəmə prosesləri onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə prosesində aparılmış tikinti işlərinə aid sənədlər və video gör üntülər məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünmüşdür ki, nə iddiaçı, nə də məhkəmə iş üzrə cavabdeh kimi onu iş materialları ilə tanış etməmişdir. Bir daha qeyd olunur ki, tikintidə aparılmış ekspertiza onun iştirakı olmadan aparılmışdır. Bu fakt ona dəlaət etmişdir ki, tikintidə görülmüş işlər süni sürətdə, məqsədi şəkildə azaldılmışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sosial şəbəkədə cavabdehdən bir çox şikayətlərin olduğunu aşkar etmişdir. Şirkət vətəndaşdan görülməli işlərlə bağlı ödənişin böyük hissəsini alır, lakin sonradan işləri yarımçıq saxlay araq gedir. Orada tikinti materialları var idi. Ustaları həmin tikinti materiallarını oğurlamışdılar. Oraya gələn ustalar isə şirkət tərəfindən onlara vəsait verilmədiyini bildirmişlər. Tikili yarımçıq, bərbad və çatlamış şəkildə qalıb. İddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi dövrdə iddiaçıya heç bir iş görməməmişdir. Məhkəmə gedişi dövründə ekspert tərəfindən baxış keçirildikdən və qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən işlər görülmüş və tikili tam şəkildə başa çatdırılmışdır. Hətta orada bəzi yerlər o qədər bərbad idi ki, sökülərək yenidən tikilmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, əl avə olaraq bildirmişdir ki, görülmüş işlərlə bağlı məhkəməyə smeta təqdim ediləcəkdir. Müqavilə ilə orada görüləcək işlər təxmini 200.000 manata yaxın idi. Onlar görüləcək işlərə hovuzu da qatdılar. Sonradan iddiaçının oğlunun səhhətində problemlər olduğu üçün Türkiyəyə vəsait ayırdı və onların işinin pulunu ödəmədi. İki ay ərzində orada əlavə işlər gördülər. Hətta ustalara da borclu qaldılar. Sonra iddiaçı işi dayandırdığını bildirdi. 25.000 manat hovuz, 6.500 manat su deposu, 5.500 manat isə sanitar qovşaq tikilməsi ilə bağlı iddiaçı ilə razılaşmışdılar. Onun müqavilə üzrə gəlirdən təmiz gəliri 12%-dir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən 1.600 manat onlara ödənilmişdir.
16. Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə t ikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə 5 iyul 2024-cü il tarixli məlumatında qeyd olunmuşdur ki, baxış keçirilən zaman tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından və tam təmir olunduğundan tədqiqatın aparılması mümkün olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-490/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh MMC-dən iddiaçıya ödənilməli olan məbləğlə bağlı hissədə dəyişd irilmiş, həmin məbləğ 64.200 manat müəyyən edilmiş, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçı tərəfindən tikintidə çalışan və MMC-yə aid olmayan 1.600 manat məbləğində ödəniş edildiyini bildirsə də, məhkəmə iclasında həmin pulun onlara ödənildiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə qiymətinin (143.050 manat) 85%dən yuxarı hissəsi cavabdehə ödənilmiş (124.200 manat), lakin cavabdeh tərəfindən müqavilədə göstərilən işlər yekunlaşdırılmamışdır. İş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikinti və təmir işlərinin, həmçinin həyətyanı torpaq sahəsində üzgüçülük hovuzunun tikintisi işlərinin görüldüyü müəyyən edilmiş, fərdi yaşayış evinin tikintisi (daş hörgüsü və dam örtüyü) başa çatsa da, daxili və xarici təmir işləri, eləcə də üzgüçülük hovuzunun inşası yarımçıq qalmışdır. Həmçinin, aparılmış tikinti və təmir işlərində aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: sanitar qovşağın (evin arxa tərəfində yerləşən) hörgüsü tam yerinə yetirilməmiş və divarla dam arasında boşluq qalmışdır; damın altında yerləşən seysmik kəmərin daxili və xarici hissələrində çatlar əmələ gəlmişdir. Aparılmış hesablamalar nəticəsində görülmüş tikinti və təmir işlərinin dəyəri orta bazar qiymətinə uyğun olaraq təqribən 49.703,9 manat məbləğində müəyyən olunmuşd ur.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyindən göründüyü kimi, ekspert cavabdeh tərəfindən müqavilədən kənar inşa edilən hovuzun inşasına və evə bitişik əlavə sanitar qovşağına çəkilmiş xərcləri də nəzərə almışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşdən göründüyü kimi, cavabdeh müqavilə qiymətinin 85%-dən yuxarı hissəsini cavabdehə ödəsə də, cavabdeh işləri yekunlaşdırmamış, eyni zamanda, gördüyü işlərdə də qüsurlar aşkar edilmişdir. Hazırda iddiaçı cavabdehd ən 64.200 manat məbləğində vəsaitin tutulmasını tələb edir və cavabdeh tərəfindən görülmüş işlər 60.000 manat məbləğində vəsait xərcləndiyini bildirir. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tikinti işlərinə çəkilmiş xərclər 49.703,9 manat təşkil edir. Beləliklə, tərəflər arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən bilavasitə cavabdehin hərəkətləri ilə bağlı olan səbəbə görə xitam verildiyindən, cavabdehin yalnız yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ olduğundan, iddiaçı tərəfindən 49.703,9 manat dəyərində işlər görüldüyünə baxmayaraq cavabdehə ödənilmiş 124.200 manat məbləğdən 60.000 manat çıxılmaqla yalnız 64.200 manat tələb edildiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiası tam təmin edilməlidir.
20. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, cavabdeh hüquqi şəxs olmaqla vergi ödəyicisi olduğundan, qanunvericiliyin tələblərinə əsasən çəkilmiş xərcləri və mənfəəti ilə bağlı vergi orqanlarına vergi bəyannamələri təqdim etməli olduğuna baxmayaraq, cavabdeh təmir-tikinti işlərinə çəkilmiş xərcləri (ekspert rəyində göstərilən xərcləri təkzib edən) ilə bağlı hər hansı rəsmi sənəd (ödəniş tapşırıqları, qəbzlər və s.), görüləcək işlərlə bağlı tərtib edilmiş smetanı məhkəməyə təqdim etməmişdir.
21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bundan başqa, cavabdeh iddiaçı tərəfindən işləri tamamlamağa maddi imkanının olmamasını bildirildiyinə istinad etsə də, xx.xx.2023-cü il qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin e dilmiş, ekspertizanın aparılmasından imtina barədə məlumata əsasən baxış keçirilən zaman tədqiqat obyekti tam təmir olunduğundan tədqiqatın aparılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən fərdi yaşayış evinin tam təmir olunması cavabdehin bu dəlilini təkzib etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 442, 752,1, 759.1, 759.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.3 və 392.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunma sını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, MMC tərəfindən evin tikintisi zamanı müqavilədə nəzərdə tutulandan əlavə işlərin görülməsi və həmin işlərə görə iddiaçının əlavə xərcləri ödəməməsi apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkan məhkəmə tərəfindən mübahisə predmeti olan iddiaçının sifarişi ilə MMC tərəfindən inşa edilən fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf edilmiş mal-material və vəsaitin həddlərini müəyyən etmək üçün təkrar Məhkəmətikinti ekspertizası keçirilməsi qərara alınmışdır. Lakin iş üzrə təkrar ekspertiza keçirilməmişdir. Daha doğrusu mübahisəli tikinti obyektində ekspertizanın keçirilməsinə iddiaçı icazə verməmişdi r. Bu hal ona dəlalət etmişdir ki, iddiaçının evində aparılan tikintitəmir işlərinə birinci ekspertizanın göstərdiyi məbləğdən daha çox vəsait xərcləndiyini aşakar ediləcəyindən ekspertizanın keçirilməsinə şərait yardlmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdətutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götü rür.
31. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
32. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istif adə etmək hüququna malikdirlər.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
49. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiy a şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin MMC tərəfindən evin tikintisi zamanı müqavilədə nəzərdə tutulandan əlavə işlərin görülməsi, daha çox vəsait xərclənməsi və həmin işlərə görə iddiaçının əlavə xərcləri onlara ödəməməsinin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh qeyd olunan həmin dəlillə bağlı hər hansı sübutu sübutları araşdırmaq səlahiyyəti olan məhkəmələrə təqdim etməmişdir.
51. Kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəmə-tikinti ekspertizasının keçirilməsnə iddiaçının icazə verməməsi və şərait yaratmaması n əticəsində təkrar ekspertizanın keçirilməsinin mümkün olmaması barədə dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə 5 iyul 2024cü il tarixli məlumatında qeyd olunmuşdur ki, baxış keçirilən zaman tədqiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığından və tam təmir olunduğundan tədqiqatın aparılması mümkün olmamışdır. Bu hal isə iddiaçının təkrar ekspertizanın keçirilməsinə və müayinə aparılmasına hər hansı maneə yaratmadığına dəlalət edir.
52. Kassasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsas landırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
53. İzah olunmal ıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 3.1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 217.4-cü və 217.5-ci maddələrində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla, qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxıldıqda isə yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edil miş və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. r.
58. Gö stərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-490/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.