Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1105/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki Regional Ərazi Şöbəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı (mübahisə predmeti barəsində m üstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki Regional Ərazi Şöbəsi) işdən azad edilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1679/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 6 nömrəli Regional Sukanal İdarəsinin (bundan sonra – cavabdeh və ya İdarə) 10.02.2016-cı il tarixli, 12/k nömrəli əmri ilə X13 2-ci dərəcəli gözətçi vəzifəsinə, 02.09.2019-cu il tarixli, 674-K nömrəli əmri ilə isə həmin müəssisənin istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcəli gözətçi vəzifəsinə təyin edilmişdir. 02.10.2020-ci il tarixində X13 aid “Çibinlik” su mənbəyinin yerləşdiyi əraziyə həmin müəssisənin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin mənbədən layihələndirilmiş boru xəttinin çəkilişindən sonra təmir işlərinin aparılması üçün ehtiyat olaraq saxlanılmış 9 ədəd polad borudan 2 ədədinin yerində olmaması aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bu barədə X12 rəisi tərəfindən 6 nömrəli Regional Sukanal İdarəsinin rəhbərliyinə xidməti məlumat verilmişdir. X9 Komitəsinə müraciət edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləs inin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə münasibət bildirilməsini xahiş etmişdir. İddiaçının işdən azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı X12 Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti də 26.11.2020-ci il tarixli, 07/01-2/2/17298 nömrəli məktubla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. İdarənin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmri ilə iddiaçı işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə onun işdən azad edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutu lan işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə əsas kimi isə Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki Regional Ərazi Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi barədə cavabdehin 07.12.2020-ci il tarixli 091-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun X12 istismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 3-cü dərəcəli gözətçi işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubunda qeyd edilənlər həqiqətə uyğun deyildir. Belə ki, 2 ədəd boru oğurlanmamış, qoyulduğu yerdən 30-50 metr kənarda ling qismində istifadə edildikdən sonra istifadə edildiyi yerdə bir neçə gün qalmışdır. Hər hansı oğurluq hadisəsi olmadığından mülkiyyətçiyə də maddi ziyan dəyməmişdir. Polad borular, həqiqətən də, oğurlanmış olsaydı, bu faktın cinayət tərkibi yaradıb-yaratmamasına hüquqi qiymət verilərdi. Həmkarlar İttifaqı Komitəsi də oğurluq hadisəsinin baş vermədiyini diqqətdən qaçırmış və onun işdən azad olunmasına etiraz etməməsi barədə qərar qəbul etmişdir. İşdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır. Cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı vəzifəsində işlədiyi müddətdə öz üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş, mühafizə edilməsi üçün ona təhvil verilmiş əmlakların qorunub saxlanılmasını təmin etməmişdir. Polad boruların dəyəri cəmi 880,74 manat təşkil edir və həmin borular sonradan iddiaçının iradəsindən asılı olmayan şəraitdə müəssisəyə qaytarılmışdır. Buna görə də müəssisəyə faktiki olaraq hər hansı miqdarda maddi ziyan dəyməmişdir. Polad boruların saxlanıldığı “Çibinlik” adlanan ərazinin mühafizəsinin iddiaçıya həvalə edilməsinə dair onunla müəssisə arasında bağlanmış əmək müqaviləsində hər hansı qeyd yoxdur, həmin ərazidə olan əmlaklar iddiaçıya təhvil verilməmiş və bununla əlaqədar hər hansı sənədləşmə işlər i aparılmamışdır. Ancaq iddiaçı əmək intizamını pozduğuna və əmək funksiyalarını yerinə yetirmədiyinə görə ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, eyni zamanda, 05.10.2020-ci il tarixli əmrlə ona intizam tənbehi tədbiri kimi töhmət verilmişdir. Boruların oğurlanması həmin tarixdən bir neçə gün əvvəl baş versə də, iddiaçının boruların oğurlanmasında iştirakı 15.10.2021-ci il tarixdə müəyyən olunmuşdur. İddiaçı işdə ciddi nöqsanlara yol verdiyinə və əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Ona görə də iddia tələbi əsassızdır. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Oğuz rayonu Xaçmaz kəndində yaşayır. 2020-ci ilin sentyabr ayının sonlarında həmin ərazinin meşə gözətçisi X1 gətirən yararsız ağac kötüklərindən birini ət kötüyü kimi istifadə etməsi üçün ona verməsini xahiş etmişdir. X5 ona verdiyi kötük iri olduğundan həmin kötüyü diyirlədib özünün idarə etdiyi “QAZEL” markalı yük avtomobilinə qoymaq üçün yaxınlıqdakı su mənbəyində olan polad borulardan ikisini götürüb ling kimi istifadə etmişlər. Boruları yaxınlıqda olan traktorun qoşqusu vasitəsilə yük avtomobilinin yanına gətirmişlər. Yük avtomobili üstü bağlı avtomobil olduğundan birbaşa kötüyün özünü traktorun qoşqusu vasitəsilə qaldırıb yük avtomobilinə qoymaq mümkünsüz olmuşdur. Kötüyü boruların üzərindən diyirlədib yük avtomobilinə qoyduqdan sonra traktorun qoşqusu qırıldığından boruları yerinə qaytarmaq mümkün olmamışdır. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 da şahid X2 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Oğuz rayonu Xaçmaz kəndində yaşayır və traktor idarə edir. 2020-ci ilin sentyabr ayının sonlarında Oğuz rayonu Filfilli kəndindən Xaçmaz kəndi istiqamətində gələndə körpüdən keçən zaman İddiaçı onu saxlayıb kömək lazım olduğunu, ona iki ədəd borunu yük avtomobilinə qoymaq lazım olduğunu, boruların üzərindən kötüyü diyirlədib avtomobilə yükləyəcəklərini demişdir. O, bu barədə Oğuz Sukanal İdarəsinin rəisinin məlumatı olub-olmamasını soruşduqda İddiaçı rəisin məlumatı olduğunu demişdir. O da idarə etdiyi traktorun qoşqusu vasitəsilə iki ədəd borunu ü stü bağlı “QAZEL” markalı yük avtomobilinə qoymuşdur. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(054)230/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07.12.2020-ci il tarixli 091-K nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmiş, həmin məktubda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. İşçinin işdən azad edilməsi ilə bağlı belə bir əsas müəyyən edilmədiyindən, Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01 -2/2/17298 nömrəli məktubu iddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halları Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbləri baxımından işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsas versə də, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi məsələsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tənzimlənməli olduğu halda, hazırkı iş üzrə işəgötürən tərəfindən də həmin maddəyə istinad edilməsinə baxmayaraq, əmrin məzmununda işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması əsas olaraq qeyd edilmişdir. İddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması əmrdə öz əksini tapmamış, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi mötəbər sübutlarla əsaslandırılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən həmin əmrin verilməsinin əsası kimi istinad edilən hallara düzgün hüquqi qiymət verilməmiş, eyni zamanda əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Ona görə də iddia təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 76, 80, 83, 84, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1679/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), A.Mahmudov və Ə.Məcidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, 04.10.2020-ci il tarixdə aparılan yoxlama zamanı iddiaçının xidməti yerində olmadığı aşkarlanmış, izahatının alınması üçün müraciət edildikdə isə izahat verməkdən imtina etmişdir. İdarənin 05 oktyabr 2020-ci il tarixli əmrinə əsasən, iddiaçı və qeyriləri səbəbsiz işə çıxmadıqları üçün onlara sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində şahid kimi dindiri lmiş şahid xxxx ifadəsində göstərmişdir ki, Xaçmaz kəndi istiqamətində körpüdən keçən zaman iddiaçı onu saxlayıb kömək lazım olduğunu demişdir. Yəni iki ədəd borunu “QAZEL” markalı maşına yükləmək lazım olduğunu demişdir. O da həmin boruları yük maşınına qoymuşdur. Göründüyü kimi, iddiaçı əvvəllər işlədiyi müəssisə tərəfindən əmək funksiyalarını yerinə yetirmədiyi üçün tənbeh edilmişdir. Yəni əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, eyni zamanda əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uy ğun deyil, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 70-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi birinc i instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd etməmiş, iddiaçının işdən azad olunması əsaslarının qanuni olub-olmamasına qiymət verməmiş, iddiaçının yoxlama zamanı xidməti iş yerində olmamasını, iddiaçıya töhmət verilməsini, traktorçudan iki ədəd borunu yükləmək üçün yardım istəməsini, işdən azad edilməsinə Həmkarlar İttifaqının razılığının olmasını qeyd edərək iddiaçının işdən azad edilməsinin qanuni olduğunu əsaslandırmağa çalışmışdır. Halbuki, qeyd olunan hallar əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab oluna bilməz. İddiaçının işdən azad edilməsi barədə əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Cavabdeh ASC-nin 26.11.2020-ci il tarixli 07/01-2/2/17298 nömrəli məktubu göstərilmiş, həmin məktubda isə iddiaçı ilə bağlanm ış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi qeyd olunmuşdur. İstinad olunan məktub iddiaçının işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi qəbul oluna bilməz. Şikayətin digər dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynidir. Şikayətin əsası kimi Əmək Məcəlləsinin 70, 71, 72, 76, 80, 83, 84, 300, MPM-in 77.1, 88-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 70 ( “ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohu munun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud s əhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət gö stərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (m addə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əs aslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1679/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edil