Məhkəmə qərarları › İş №2(102)-1105/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1105/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1105/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi- iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə) (Mülki mübahisənin kateqoriyası: mənzil mübahisələri; mənzildən istifadə hüququnun tanınması; mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququ nun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddiasına mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2329/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Vİ-JQ 489012 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh1 arasında olan nikah xx.xx.1998-ci ildə qeydə alınmışdır;

2. XX-JQ 153821 və AZ-İ 838170 nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.1998-ci il tarixdə Yeganə və xx.xx.2006-cı il tarixdə Murad adlı uşaqları anadan olmuşdur.

3. Gən cə şəhəri İcra Hakimiyyəti MKTİB-i tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 308 nömrəli arayışa əsasən iddiaçı Gəncə şəhəri, V.Xuluflu küçəsi, 5-ci bina 30 saylı mənzildə yaşayır və 2001-ci ildən etibarən göstərilən ünvanda qeydiyyatdadır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubuna əsasən, Gəncə şəhəri 3 saylı notariat ofisinin xx.xx.2001-ci il tarixli 4Ə-1-112 saylı alğı- satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu,Vəli Xuluflu küçəsi, ev 5, mənzil 30 Cavabdeh2 satılmışdır və ona xx.xx.2001-ci il tarixli 18853 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

5. İddiasçı İddiaçı nümayən dəsi və vəkili Vəkil2 “”elektron kabinet” vasitəsilə Ali Məhkəməyə müraciət edərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(104)-2329/2023 saylı qətnaməsindən kassasiya şikayəti ilə müraciət etmişlər və iş hazırda icraatdadlr. Onunla nümayəndəsi olduğu şəxs İddiaçı atası İddiaçı məxsus 055 ***-**-** məbil nömrəsi ilə əlaqə saxlayaraq sonuncunun öldüyünü bildirmişdir. Həmin şəxsə İddiaçı ölüm haqqında şəhadətnaməsini təqdim etməsini bildirilməyinə baxmayaraq, şəhadətnamə təqdim edilməmişdir. 6. “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki İddiaçı 24 fevral 2024-ci il tarixində ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək onun Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 5-ci bina, 30 saylı mənzilə (bundan sonra mübahisələndirilən mənzil) istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əridir. Onunla 1997-ci ildə el adəti ilə ailə qurmuşlar, nikahlarını xx.xx.1998-ci il tarixdə qeydə aldırmışlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. xx.xx.1998-ci il tarixdə X2 və xx.xx.2006-cı il tarixdə X3 anadan olmuşdur. Ailə qurarkən ərinin atasının adına olan Gəncə şəhəri, Taqi Arani küçəsində yerləşən evə gəlin köçüb orada yaşamışlar. Maddi vəziyyətləri yaxşı olmadığından 1998-ci ildə işləmək üçün Rusiya Federasiyasına köçüb orada yaşamışlar və orada işləyib pul qazanaraq əri Xəqaninin basısı, Cavabdeh2 pul göndərmişlər və 2001-ci ildə Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 5-ci bina 30 saylı mənzili əri Cavabdeh1 bacısının adına almışlar və təmir etdirmişlər. Mənzili aldıqdan sonra bütün əmlaklarını da məhz həmin mənzilə yığmışdır. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2001-ci il tarixli, 4Ə-1-112 saylı alqı-satqı müqaviləsinə əsasən ərinin bacısı Cavabdeh2 adına xx.xx.2001-ci il tarixli, 18853 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Ancaq Cavabdeh2 həmin mənzildə heç vaxt yaşamamışdır. 2006-cı ildə onlar daimi olaraq Azərbaycana köçüb həmin mənzildə yaşamış, evi dəfələrlə təmir etdirmişlər. Həmçinin, 2001-ci ildən etibarən həmin ünvanda qeydiyyatdadır. Cavabdeh son vaxtlar tez-tez sərxoş olaraq onu döyüb uşaqları ilə birlikdə evdən qovmuşdur. Nkahları pozulmamışdır. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etmişdir.

9. İddiaçının vəkili Vəkil1 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, mübahisələndirilən mənzil onun bacısı Cavabdeh2dır. Rusiyadan köçüb gəldikdən sonra 2006-cı ildən basısı Cavabdeh2 razılığı ilə həmin mənzilə köçmüşlər və hal-hazırda da həmin mənzildə yaşayırlar. İddiaçını o, evdən qovmamışdır. Evin sahibi olan bacısı idiaçını evə buraxmaq istəmir.İddianın təmin olunmamasını xahiş etmişdir.

11. Cavabdeh2 izahatında göstərdi ki, sözügedən mənzili 2001-ci ildə ata və anası öz vəsaitləri hesabına onun adına almışdır. İddiaçı ilə qardaşı Cavabdeh1 xx.xx.199 8-ci ildə ailə qurmuşlar və 2006-cı ildən etibarən hazırki mübahisəli mənzildə yaşayırlar. İddiaçı evi təmir etdirərək cehizlərini də orada yerləşdirmişdir. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsinə etiraz etdiyini bildirdi.

12. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 nömrəli qətnaməsi (hakim X6) ilə, iddia təmin edilmişdir və iddiaçı mübahisələndirilən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququ tanınması qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edil məsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, mübahisələndirilən mənzil X7 İcraiyyə Komitəsinin 16 nömrəli 17 noyabr 1987-ci il tarixli Qərarı ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Cavabdeh2 mübahisələndirilən mənzilinin mülkiyyətçisi olduğuna görə o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. İddiaçı Cavabdeh2 məxsus yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Qeyd olunan maddi hüquq normalarında mülkiyyətçinin saxlamaq vəzifəsi olmayan digər qohumlarının yaşayış sahəsindən istifadə h üququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin tərəflər arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2329/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- Ş.Q. Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov, A.H.Hüseynzadə), Cavabdeh2 nümayəndəsi (vəkil) X1 apellyasiya şikayəti təmin edilmişdir və birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1336/2023 saylı qətnaməsinın ləğv edilməsi və yeni qətna mə çıxarılmağla, iddiaçının iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a)Kassasiya şikayətinin dəlilləri:

16. İddiaçı (Vəkil2) apellyasiya instansiya məhkəməsinin bu iş üzrə çıxardığı qətnaməsinin ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya məhkəməsinin onunla mülkiyyətçi arasında razılaşma olmadığından onun mənzilə istifadə hüququnun yaranmadığı barədə gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya məhkəməsi onun müəyyən müddətə mənzildən istifa də hüququmun saxlanılması üçün başqa yaşayış sahəsinin olub-olmaması, maddi vəziyyətinin və diqqətə layiq digər halların (öhdəsində yetkinlik yaşına çatmayan uşağının olması) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsi istiqamətində heç bir araşdırma aparmamışdır.Mübahisəli mənzilə cavabdehlərin razılığı ilə köçərək həmin mənzildə birgə təsərrüfat apararaq digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edib. İş üzrə həmçinin cavabdeh kimi Cavabdeh1 göstərilmişdir. Lakin Cavabdeh1 heç vaxt mübahisənin predmeti olan yaşayış evinin mülkiyyətçisi olmamış, mənimlə ilə eyni hüquqi statusla mülkiyyətçinin razılığı ilə həmin evə köçürülmüş, iddiaya cavab verməli şəxs deyildir və iddia tələbi ona qarşı yönələ bilməzdi. İşə baxan apellyasiya məhkəməsi iddianı təmin etməyə rkən bu halı nəzərə almamış, iddianın rədd olunması əsası kimi həmin halı göstərməmişdir. Məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil.

18. Kassasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarına, Azərbaycan Respublikasının MPM-in 88,217.1-ci maddələrinə istinad edər ək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;...

21. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bi lər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 2(104)-2329/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

23. Belə ki, iddiaçının tələbi mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmədir. İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edildikdən sonra iddiaçı 24 fevral 2024-cü il tarixində ölmüşdür. İddiaçı tərəfindən barəsində mübahisə edilən hüquq münasibəti isə hüquq varisliyinə yol vermir.

24. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.7-ci maddələrinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasib əti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir.Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrinin tələbinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, Mülki Prosessual Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

25. Yuxarıda qeyd edilənlərə əsasən də Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2023-cü il tarixli 2(104)-2329/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 ok tyabr 2023-cü il tarixli 2(104)-2329/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar