Məhkəmə qərarları › İş №2(102)-1105/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1105/2025

28.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1105/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddialar barədə iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa edilməsi digər qanunsuz tikililərin sökülməsi; vurulmuş maddi ziyanın ödənilməsi” “Sübutetmə yükü” Mülki mübahisələrin kateqoriyaları: Mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi); Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qa ldırılması ilə bağlı tələblər (neqator tələb)) Bakı şəhəri, 28 aprel 2025-ci Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerinə bərpa edilməsi, digər qanunsuz tikililərin sökülməsi” tələbi barədə ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(106)1501/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra mətndə - qarşılıqlı iddiaçı) tərəfindən inşa edilmiş daş hasarın (15 metr hissəsi) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (bundan sonra mətndə - ilkin iddiaçı) mülkiyyətində olan (qarşılıqlı iddiaçı Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhəddində) ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağın ilkin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qoyulmuş darvaza ilkin İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin sərhəddində olması müəyyən olunmuşdur.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarış Seriya RX № ******* fərdi yaşayış evi ünvan 1, 0.06 ha torpaq sahəsi reyestr № **********7310301 hüquqi sahibləri İddiaçı, X6, X7 və İbadova Şəhərnaz Hacıbubayevna qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

3. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə qarşı məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, həmin torpaq sahəsində qanunsuz tikilmiş, daş çəpərin sökülməsi və çəpərin əvvəlki yerində bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi tələbi qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İbadov X2 şəhəri Qum küçəsi ev 235 də yaşayır. Onun həmin küçədə mülkiyyətində 0.06 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. Ona həmin torpaq sahəsinə və fərdi yaşayış evinə aid 27 dekabr 2014-cü ildə ********** saylı Daşınmaz əmlakın Dövlət Reyestrində Seriya RX №0554840 saylı çıxarış verilmişdir. Bundan əlavə onun istifadəsində 0.20 ha torpaq sahəsi də vardır, o. həmin torpaq sahəsindən də özü istifadə edir və həmin torpaq sahəsində onun çəpərinin daxilində yerləşir. Cavabdeh 2016-cı il tarixdə İddiaçı evinin qarşısında özünə mağaza tikməyə başladı. 0.2017-ci ildə İddiaçı ona 1 metr torpaq sahəsi verməyi xahiş etmiş, oda ona 1 metr torpaq sahəsi verməyə razılaşmışdır, lakin sonradan Cavabdeh onun çəpərini sökmüş və mülkiyyətində olan 0.03 ha torpaq sahəsini zəbt etmişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və o, zəbt olunmuş torpaq sahəsini azad olunmasını ondan tələb etmişdir. Lakin cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini azad etməkdən imtina etmişdir. Cavabdeh bu hərəkətləri ilə onun torpaq üzərində olan mülkiyyət hüququnu pozur və mülkiyyətlərində olan torpaqdan istifadə etməsinə imkan vermir, bununla da onlara maddi ziyan vurur.

5. Qarşılıqlı iddiaçı ilkin iddiaçıya qarşı “vurulmuş maddi ziyanın və dövlət rüsumunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə ilkin iddianı təmin edəcəyi halda, ilkin İddiaçı 5.200 manat (tualetin tikintisi üçün), 1.500 manat (darvazanın qoyulması üçün) və 5.200 manat (mişar daşlarından hörülmüş hasar üçün) olmaqla torpaq sahəsi üzərində apardığı yaxşılaşdırmalara görə ümumilikdə 11.900 (on bir min doqquz yüz) manat məbləğində pulun, nağd qaydada ödəmiş olduğu 3100 (üç min yüz) manat pulun iddiaçı Cavabdeh qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə qarşı “mülkiyyətində olan torpaq sahələrinin zəbt olunmuş hissəsinin qanunsuz istifadədən azad olunması, qanunsuz tikilmiş daş çəpərin sökülməsi, çəpərin əvvəlki yerinə bərpa edilməsi və digər qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi əsasında məhkəməyə müraciət etmişdir. Həmin iddia tələblərini qəbul etmir və iddianın rə dd olunması istiqamətində aşağıdakı əsasları qeyd edir. Hazırkı qarşılıqlı iddia tələbində əsaslarını qeyd edərkən iddia ərizəsində göstərilən ayrı-ayrı halları qeyd edib, daha sonra onlara münasibətimi bildirilib. Belə ki, iddia ərizəsinin birinci abzasında İddiaçı mülkiyyətində 0,6 ha torpaq sahəsi və fərdi yaşayış evinin olduğu, həmin halların verilmiş çıxarış əsasında təsdiq olunduğu qeyd olunur. Sonrakı hissədə isə İddiaçı istifadəsində 0,20 ha torpaq sahəsinin də olduğu, həmin torpaq sahəsindən özünün istifadə etdiyi və qeyd olunan torpaq sahəsinin onun çəpərinin daxilində yerləşməsi göstərilmişdir. Yəni belə anlaşılır ki, İddiaçı mülkiyyətində və zəbt etdiyi, başqa sözlə istifadəsində olan torpaq sahələrinin cəmi ölçüsü 0,26 hektardan ibarət olmuşdur. İddia ərizəsinin 3-cü abzasında mübahisəyə səbəb ola biləcək hallar qeyd olunmuşdur. Göstərilmişdir ki, 2016-cı ildə mən onun evinin qarşısında özümə mağaza tikməyə başlamışam. Həmin ifadəyə münasibət bildirməklə qeyd edirəm ki, həqiqətən də 2016-cı ildə mən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in seriya RX ******* nömrəli çıxarışı əsasında xüsusi mülkiyyətimdə olan 0,0775 ha torpaq sahəsində anbar tikintisinə verilmiş icazə əsasında həmin tikilini inşa etdirdim. Lakin inşa etdirdiyi həmin tikili İddiaçı evinin qarşı tərəfində deyil, cənub tərəfindədir. Daha sonra iddia ərizəsində göstərilir ki, tikinti işinin davam etdiyi dövrdə, yəni 2016-cı ildə İddiaçı mənə 1 metr torpaq sahəsi verməyini xahiş etmişəm və o da 1 metr enində torpaq sahəsi verməyə razılaşmışdır. Lakin sonradan özbaşına olaraq onun çəpərini sökmüşəm və mülkiyyətində olan 0,03 ha torpaq sahəsini zəbt etmişəm. Bundan sonra guya bizim aramızda mübahisə yaranmış və ona görə də iddiaçı zəbt olunmuş torpaq sahəsinin azad olunmasını məndən tələb etmişdir. Lakin o, bundan imtina etdiyindən, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin həmin hissəsinə münasibət bildirməklə qeyd edir ki, 2016-cı ildə iddiaçının evinin cənub tərəfində anbar tikintisini başa vurandan sonra İddiaçı ona torpaq sahəsinin müəyyən hissəsini satacağı barədə heç düşünməmişdi. Həmin dövrdə o, özü bunu təklif etmiş və ona kifayət qədər torpaq sahəsi sata biləcəyini demişdir. O, gələcəkdə avtomaşının həmin sahəyə daxil olmasının təmin olunması üçün ondan təxminən 2 metr enində torpaq sahəsini ona satmağını xahiş etmi şdir. Çünki anbarın sol tərəfindən təxminən 1 metr ölçüdə ona məxsus torpaq sahəsi var idi. Ona görə də bütövlükdə 3 metr torpaq sahəsinin boş olacağını və avtomaşının həmin sahəyə daxil ola biləcəyini nəzərə alıb, 2 metr enində torpaq sahəsinin kifayət edəcəyini bildirdi. Lakin buna baxmayaraq İddiaçı təxminən 3 metrdən də çox torpaq sahəsini azad etdi, əvvəlki setka çəpərini sökdü, inşa ediləcək daş çəpərin bünövrə hissəsinin qazılmasında oğlu ilə birlikdə əvvəlcədən ip çəkməklə qazılmasında mənə kömək etdi və bundan sonra Lənkəran rayonundan dəvət etdiyi ustalar işə başladılar. Nə tikinti işinin aparıldığı 2016-cı ildə və nə də ondan sonrakı dövrdə İddiaçıla aralarında heç bir narazılıq və mübahisə olmamışdır. Həmin dövrdə həm iddiaçı özü və həm də onun müəllimə işləmiş həyat yoldaşı ona təkrar-təkrar bildirdilər ki, istənilən vaxt notariat kontoruna getməklə alqı-satqı müqaviləsini rəsmiləşdirməyə hazırdırlar. Yəni aradan 7 il keçəndən sonra iddiaçı A. İbadovun məhkəmədə belə bir iddia qaldıracağını onun ağlına belə gətirməmişdi. Onu da qeyd edib ki, iddia ərizəsində İddiaçı 3 metr deyil, təxminən 1 metr enində torpaq sahəsini razılaşma yolu ilə mənə verdiyini etiraf etmişdir. Lakin həmin ölçünü kiçiltməsi açıq-aşkar anlaşılır. Çünki əgər mən razılaşmadan kənara çıxmaqla İddiaçı iradəsinə zidd olaraq 1 metr enində deyil, 3 metr enində torpaq sahəsini zəbt etmiş olsaydım, o, sonradan inşa olunacaq daş hasarın tikilməsində şübhəsiz ki, mənə kömək etməyəcəkdi. Nəinki kömək etməyəcəkdi, hətta məndən aidiyyəti orqanlara şikayət edəcəkdi. Lakin bunu etməmişdir. Ona görə də İddiaçıla aramızda şifahi əqdin bağlanmış olduğunu təsdiq edən razılaşmanın olduğu anlaşılır. Məsələ bununla bitmir. Çünki daş hasardan şimal tərəfdə, yəni İddiaçı mülkiyyətində və zəbtində olan həyətyanı torpaq sahəsinin giriş qapısı da onun tələbinə əsasən onun tərəfimdən dəyişdirilmiş və dəmir qapı qoyulmuşdur. Bundan əlavə İddiaçı onunla şifahi qaydada razılaşarkən ailənin istifadəsində olan tualetin ona verdiyi torpaq sahəsində qalmasını nəzərə almaqla, eyni formada və ölçüdə deyil, fundamental tualet tikməyini və onun istifadəsinə verməyini tələb etdi. O, da onun istədiyi formada və ölçüdə tualet tikdirməklə ona təhvil vermişdi. Nəhayət, İddiaçı dəmir darvazanın, tualetin və mişar daşından inşa etdirdiyi hasarın tikintisi ilə kifayətlənməyib əlavə olaraq ona 3100 manat pul verməyini tələb etmişdir ki, tərəfindən buna da əməl olunmaqla icra edilmişdir. Bütün bu qeyd olunanların fonunda sadaladığım işləri görərkən İddiaçıla razılaşmaya bilməzdi. Başqa sözlə onunda razılaşmadan bu işlərin görülməsi əsla mümkün deyildi. İddiaçı onun həyətyanı sahəsində öz razılığı əsasında etdiyi yaxşılaşdırmaların əvəzini pulla ona ödəməlidir və ona verdiyi 3100 manat məbləğində pulu da ona qaytarmalıdır. Məlumat üçün onu da qeyd edib ki, o, təxminən üç həftə bundan əvvəl iddiaçı A.lbadovun evində olmaqla məhkəmədənkənar razılığa gələ biləcəklərini təklif etdi. Lakin İddiaçı bundan yayındığından hesab edib ki, məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi və keçirilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə tərəfindən təyin oluna biləcək ekspertiza isə həyətyanı sahənin qarşısında qoyulmuş dəmir darvazanın qiyməti və usta xərcləri, tərəfindən inşa edilmiş tualetin tikinti materiallarının dəyəri və usta xərcləri, habelə təxminən 35-40 metr uzunluğunda mişar daşlarından inşa etdirdiyi hasarın və digər tikinti materiallarının dəyəri və usta xərcləri ilə bağlıdır. Yəni bununla əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və keçirilməsi zəruridir. Bundan əlavə ona məlumdur ki, İddiaçı tərəfindən razılaşma əsasında ona verdiyi təxminən 0,02 ha torpaq sahəsi onun mülkiyyətində deyil, istifadəsində olmuşdur. Başqa sözlə, həmin torpaq sahəsi İddiaçı tərəfindən zəbt olunmuşdur və ona görə də bələdiyyənin mülkiyyətində olan torpaq sahəsidir. Hesab edirəm ki, mübahisənin bu hissəsinə də aydınlıq gətirilməsi üçün ekspertizanın təyin edilməsi və keçirilməsi zəru ridir. Yəni ekspertizadan sonra mübahisəli torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması müəyyən ediləcəyi halda, işin məhkəmə iclasında Astara bələdiyyəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21 -3-43/2-617/2024 №li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış **********73-10301 reyestr nömrəli 'Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sənəd üzrə (mövcud baza məlumatlarına əsasən) koordinatları ilə naturadakı faktiki koordinatlarının müəyyən qədər üst-üstə düşməməsi müəyyən olunmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sözügedən 0,06 ha torpaq sahəsinin sənəd üzrə şimal istiqamətdə 0,0047 ha hissəsinin, cənub (mübahisəli yerdə) istiqamətdə 0,0075 ha hissəsinin faktiki istifadə vəziyyətindəki koordinatlardan kənarda yerləşməsi müəyyən olunmuşdur.

8. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43 /2-617/2024 №-li mütəxəssis rəyinə əsasən,. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73-10301 reyestr nömrəli "Texniki Pasporta” (17\12.2014-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçıcavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin faktiki vəziyyətdə 0,0075 ha hissəsinin cavabdeh-iddiaçı Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı cavabdeh iddiaçı Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın (15 metr hissəsi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********73-10301 reyestr nömrəli T exniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçıcavabdeh İddiaçı mülkiyyətində olan (cavabdeh-iddiaçı Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhəddində) ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********73-10301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi müəyyən olunmuşd ur. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qoyulmuş darvazanın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və **********7310301 reyestr nömrəli “Texniki Pasporta” (xx.xx.2014-cü il tarixdə o vəziyyətə əsasən tərtib olunmuş) əsasən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşər) 0,06 ha torpaq sahəsinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Smeta üzrə aparılmış hesablamalara əsasən, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qovulmuş darvazanın qiymətinin qoyulma xərcləri ilə birlikdə 928 manat təşkil etməsi müəyyən edilmişdir.

9. Astara Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsi ilə (hakim İ. Məmmədov ) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 0,0075 ha hissəsinin Cavabdeh tərəfindən azad edilməsi və Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın 15 metr hissədə sökülməsi, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın (15 metr hissəsi) iddiaçı- cavabdeh İddiaçı mülkiyyətində olan (cavabdeh-iddiaçı Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhəddində) ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini n üzərində yerləşməsi, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağın iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən qoyulmuş darvaza iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşər) 0,06 ha torpaq sahəsinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur.

11. Məhkəmədə ilkin iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut etdi.

12. Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı-cavabdeh tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi.

13. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin 07 may 2024-cü il tarixli ekspert rəyini nəzərə alaraq hesab edib ki, ilkin iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ) 0,0075 ha hissəsi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən azad edilsin, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasar 15 metr hissədə sökülməli, qarşılıqlı iddia rədd edilərək, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan, dövlət rüsumu tələbinə dair iddiası təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77., 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 qətnaməsinin ləğv edib, təyin edilməli olan ekspertiza rəylərinə müvafiq olaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticələr iş materiallarına uyğun olmamış, üstəlik əlavə araşdırılmalı, mütəxəssis və ekspert rəyi ilə ziddiyyət təşkil edən məqamlara aydınlıq gətirilməmiş, Cavab deh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş “Kompleks qaydada əlavə məhkəmə-əmtəəşünaslıq və mühəndis-texniki ekspertizaların təyin edilməsi və keçirilməsi” barədə vəsatətin yarımçıq təmin edilməsi əsaslarına isə ümumiyyətlə münasibət bildirilməmişdir. Qətnamənin nəticə hissəsində “həll edilən” birinci məsələ ilkin iddianın qismən təmin edilməsi və İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 0,0075 ha hissəsinin Cavabdeh tərəfindən azad edilməsi olmuşdur. Buna münasibətdə, mühəndistexniki ekspertizasının rəyində İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 006 ha torpaq sahəsinin faktiki vəziyyətdə 0,0075 ha hissəsinin cavabdeh-iddiaçı alğısatqı müqaviləsi ilə Cavabdeh satmışdır. Bu hal Cavabdeh mütəxəssis tərəfindən torpaq sahəsi ölçülə rkən aydın olmuşdur. Digər bir tərəfdən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0075 ha hissəsi onun ərazi hüdudları daxilində olsa belə, Cavabdeh faktiki olaraq (şifahi alğı-satqı müqaviləsi ilə) 3100 manata satılmış mübahisəli 0,0075 ha torpaq sahəsinə münasibətdə qət edilməli bir çox məsələlər həllini tapmamışdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarına və işin digər həqiqi və faktiki hallarına əsasən müəyyən edilməli olan, lakin qeyd edilməyən mübahisəsiz haldır ki, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin mübahisəli 0,0075 ha hissəsi faktiki olaraq (şifahi alğı-satqı müqaviləsi ilə) 3100 manata Cavabdeh satılmışdır. Bu halı təsdiq edən bir məntiq (hüquq düşüncəsi) də vardır. Belə ki, əgər İddiaçı mülkiyyətində olan 0,06 h a torpaq sahəsinin mübahisəli 0,0075 ha hissəsi Cavabdeh satılmamışdısa, onda nə üçün keçən illər ərzində İddiaçı orada yaşadığı halda, bu halı heç vaxt mübahisələndirməmiş olub. Deməli, İddiaçı bu halı mübahisələndirməməklə razılığını ifadə etmişdir. Mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşirsə, faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) 3100 manata satdığı torpağı geri istəməyə haqqı çatmır. Çünki o, rəsmi olmasa da, faktiki olaraq əqdlə bağlı iradəsini ifadə etmişdir. Əgər mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirsə, faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) 3100 manata satdığı torpağı geri almaqla bərabər etibarsız olan şifahi əqd üzrə aldıqlarını geri qaytarmalıdır. Əgər mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşmirsə, onda onun bu hərəkətlərində aldatma və etibardan sui-istifadə etmə ilə bağlı cinayət tərkibinin əlamətləri vardır və ona görə də, cinayət məsuliyyəti daşımalıdır. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsinin nəticə hissəsində “həll edilən” ikinci məsələ Cavabdeh tərəfindən İddiaçı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş daş hasarın 15 metr hissədə sökülməsidir. Mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, mübahisələndirilən 3 məsələ dəqiqliklə müəyyən edilmişdir: a). Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın 15 metr hissəsinin İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində (Cavabdeh istifadəsində olan həmin 0,0075 ha torpaq sahəsinin sərhədində) yerləşməsi; b). Cavabdeh tərəfindən inşa etdirilmiş sanitar qovşağının İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhəd hüdudlarından kənarda yerləşməsi; c). Cavabdeh tərəfindən qoyulmuş darvazanın İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin sərhədində yerləşməsi. Göründüyü kimi, Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın, sanitar qovşağı və qoyulmuş darvazanın İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədində və sərhəd hüdudlarından kənarda yerləşməsi rəylə öz təsdiqini tapmışdır. Belə olan vəziyyətdə məhkəmə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən “0,06 ha torpaq sahəsində inşa edilmiş” daş hasarın 15 metr hissədə sökülməsi qənaətinə necə gəlmiş olması aydın deyil. İş üzrə mütəxəssis və məhkəmə mühəndistexniki ekspertizasının rəyləri, habelə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə yuxarıda qeyd etdiyi halların müəyyən edilməsi Cavabdeh hüquqlarının kobud surətdə pozulduğunu deməyə əsas verir. Mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşmədiyi üçün bu normaların tələbləri pozulmuşdur. Bu qənaətə gəlməklərinin əsas səbəbi budur ki, Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın, sanitar qovşağı və qoyulmuş darvazanın İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sərhədində və sərhəd hüdudlarından kənarda yerləşməsi rəylə öz təsdiqini tapmışdır. Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etməsindən söhbət gedə bilməz. Ona görə də, İddiaçı mülkiyyətində olmayan torpaq sahəsinə münasibətdə pozulmuş mülkiyyət hüquqlarına istinad etməyə haqlı deyildir. Maddi hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh İddiaçı qarşı vurulmuş maddi ziyan tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi olmuşdur. Əgər ilk iddia təmin edilirsə, qarşılıqlı iddia da aşağıdakı hissələrdə təmin edilməli idi. Guya zəbt edilmiş mübahisəli 0,0075 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılarkən onun tərəfindən faktiki olaraq (şifahi alqı-satqı müqaviləsi ilə) ödənilən 3100 manat pul ona qaytarılmalı, Cavabdeh tərəfindən inşa etdirilmiş daş hasarın 15 metr hissəsinin sonuncunun hesabına sökülməsi qət edilirsə, bununla əlaqədar vurulmuş ziyan da İ ddiaçı tərəfindən ödənilməli idi. Məhkəmə birtərəfli və açıq-aşkar qanunsuz mövqe sərgiləməklə şifahi əqdin etibarsızlığı şərtlərinə uyğun olaraq etməli olduğunu etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır.

17. Cavabdehin nümayəndəsi Vəkil3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin alğı-satqısı şifahi qaydada bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində mübahisə olmamışdır. Torpaq sahəsinin alınması üçün 3100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hüquqlarını təmsil etdiyi şəxsin hüquqi savadı olmamışdır. Əgər həmin torpaq sahəsinin qarşılığında iddiaçıya 3100 manat ödəniş etməmişsə, 6 il ərzində cavabdeh oranı necə istifadə etmişdir.

18. İdd iaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, qarşı tərəfin dediyi 3100 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(106)-1501/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər – P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov, C.F.İmanov) qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmişdir, birinci instansiya məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2(018)-36/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Məhkəmə kollegiyası mövgeyində qeyd edib ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməy ən dəlillər İddiaçı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir, habelə qarşılıqlı tələb üzrə ona zərərin əvəzinin ödənilməsi barədə halları təsdiq etmir.

21. Bundan əlavə, apellyasiya şikayətində ekspertiza təyin edilməsi barədə dəlil öz əksini tapsa da, Cavabdeh mübahisəli torpaq sahəsini “şifahi alğı-satqı” müqaviləsi əsasında aldığını qeyd etməklə mübahisəli ərazinin İddiaçı məxsus olmasını dolayısı ilə qəbul etmişdir. Bununla bərabər qeyd edilməlidir ki, ona zərərin dəyməsi, hansı miqdar təşkil etməsi və digər faktları təsdiq edən sübutlarını verməmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 3-cü bəndində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15 2.1, 152.5, 157.2, 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə, 49, 65.1, 67, 68, 84-cü maddəsinin 1ci bəndinə, 111-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 14.1, 14.2, 77.1, 88, 97.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: c) Kassasiya şikayətinin dəlilləri

25. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(106)-1501/2024 sa ylı qətnaməsini qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar, həmçinin əlavə sübutlar əsasında qarşılıqlı iddia əsassız olaraq təmin edilmədiyi üçün işin yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, Cavabdeh hüquqi savadı olmadığından və İddiaçı 3100 manat pul müqabilində şifahi razılaşma üzrə ona torpaq verdiyini etiraf edəcəyini güman etdiyindən (çünki onunla söhbət zamanı bu halı inkar etməmişdir) özündə olan fotoşəkilləri və videoçəkilişləri məhkəməyə təqdim etməmişdir. Həmin fotoşəkillərdən və videoçəkilişlərdən görünür ki, hasar çəkilərkən İddiaçı özü də heç bir narazılıq bildirmədən orada olmuş, hətta oğlu Seymur İbadov hasarın çəkilməsində fəhlə kimi işləmişdir. Bu faktlara əsasən hasarın çəkilməsi zamanı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə razılaşmanın əldə olunması tam şəkildə təsdiq olunur. Fotoşəkillər və videodisk apelyasiya instansiyası məhkəməsində təqdim edilsə də, onlar müddətin keçməsi əsası ilə materiallara əlavə edilməmişdir. Foto və videoçəkilişlər 2017-ci ildə hasarlama işləri görülərkən Cavabdeh oğlu İbrahim Hüseynov tərəfindən aparılmışdır. Həmçinin onu da qeyd edirəm ki, sanitar qovşağın yarısı İddiaçı istifadəsində olan torpaq sahəsinə, digər yarısı isə Cavabdeh istifadəsində olan torpaq sahəsinə düşür və sanitar qovşağın hər tərəfində bir qapı olmaqla, cəmi iki qapısı vardır. Bir tərəfi Cavabdeh, digər tərəfi isə İddiaçı istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu hallar videoçəkilişdən aydın şəkildə görünür. 0,0075 ha həyətyanı torpaq sahəsi 2017-ci ildən hazırkı vaxtadək cavabdehin mübahisəsiz qaydada istifadəsində olmuşdur. Çünki pulu ödənilmişdir. Bu halları əlavə şahidlər də təsdiq edə bilərlər. Onların Astara rayon Məhkəməsində dindirilmələri barədə vəsatətin verilməməsinin səbəbi sonuncu iclasda Cavabdeh vəkili Vəkil2 “Kompleks qaydada əlavə məhkəmə-əmtəəşünaslıq və mühəndis-texniki ekspertizaların təyin edilməsi və keçirilməsi” barədə vəsatətinin təmin edilmədən birbaşa çıxışlar mərhələsinə keçilməsi olmuşdur. Həmin vəsatətin təmin edilməmə səbəbi kimi isə məhkəmə elektron kabinet üzrə işə ayrılan vaxtın bitməsini göstərmişdir. Sədrlik edən işin baxılmasının 3 dəfə təyin edilmiş oldu ğunu, dördüncü dəfə təyin edilməsinin isə imkan xaricində olduğunu bildirmişdir. Həmçinin yuxarıda da qeyd etdiyim kimi Cavabdeh hüquqi savadı olmadığından və İddiaçı 3100 manat pul müqabilində şifahi razılaşma üzrə ona torpaq sahəsi verdiyini etiraf edəcəyini güman etdiyindən (çünki onunla söhbət zamanı bu halı inkar etməmişdir) bu barədə vəsatət birinci instansiya məhkəməsində verilməmişdir. Həm də 12 iyun 2024-cü il tarixdə keçirilən sonuncu məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 3100 manatın verilmiş olması ilə bağlı sübut tələb etdiyindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 növbəti məhkəmə iclasında sübut qismində yazılı vəsatət verməklə, şahidlərin bilavasitə həmin günü iştirakını təmin etməyi nəzərdə tutsa da, məhkəmə iclasının yekunlaşdırılması səbəbindən bu mümkü n olmamışdır. Eyni zamanda Astara rayon Məhkəməsində hazırkı mülki iş aparılarkən hakim İlqar Məmmədov tərəfindən 3100 manat pulun kim tərəfindən, hansı şəraitdə, harada və nə məqsədlə verilməsi, habelə bu hallarla əlaqədar Cavabdeh nə kimi sübutlarının olub olmaması ilə bağlı heç bir araşdırma aparmamış və bu məsələlərdən yan keçmişdir. Ona görə də işin yenidən apelyasiya baxışına qaytarılması və məhkəmə iclasında aşağıdakı şəxslərin şahid qismində dindirilmələrini xahiş edirəm:

1. X4 - Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ev 126 mənzil 42;

2. X5 - Lənkəran rayonunun Türkəkəran kəndi;

3. X1 - Astara şəhəri N.Nərimanov küçəsi ev

260. Kassasiya şikayəti təmin olunacağı halda, bu şahidlərin apelyasiya məhkəməsinə gətirilməsi tərəfimizdən təmin ediləcəkdir. Məhkəmə Kollegiyasının nəz ərinə çatdırıb ki, Astara rayon Məhkəməsində hazırkı mülki işə baxılarkən məhkəmənin sonuncu iclasının audio və videoyazısında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 təmsil etdiyi şəxsin 3100 manat pulu almadığını deyil, bu barədə sübut təqdim edilmədiyini audio və videoyazının 28-ci dəqiqəsindən sonra təkrar-təkrar vurğulamışdır. Həmçinin İddiaçı 2 metr yerin verilməsinə əvvəl razı olduğunu, lakin Cavabdeh bununla razılaşmadığını bildirmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 öz çıxışında da pulun alınmamasını deyil, sübutun təqdim edilməməsini və İddiaçı 2 metr yerin verilməsinə əvvəl razı olduğunu bildirməsi də tərəflərin aralarında şifahi qaydada razılaşmanın olmasını və pulun verilməməsi ilə bağlı apelyasi ya məhkəməsində qeyd etdiyi fikirlərin həqiqəti əks etdirmədiyini təsdiq edir. Sadalananlara əsasən hesab edib ki, qeyd olunan normalar düzgün tətbiq edilməmişdir. 3100 manat pul və mübahisəli torpaq sahəsində tikilmiş sanitar qovşağı, hasar və darvazaya çəkilmiş xərclə bağlı maddi ziyan cavabdeh-iddiaçı Cavabdeh ödənilməlidir. Lakin qeyd olunan normanın tələbləri əsassız və qanunsuz olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən pozulmuş və hüquq normaları düzgün tətbiq edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün araşdırmanı tam və düzgün aparmamışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sına təqdim edilmiş “maddi sübutların iş materiallarına əlavə edilməsi və şahidlərin və qarşılıqlı iddia üzrə cavabdehin məhkəmə iclasında dindirilmələri” barədə xx.xx.2024-cü il tarixli vəsatət əsassız olaraq təmin edilməmişdir. Bununla da qətnamənin qarşılıqlı iddianın təmin edilməməsi hissəsində Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qanunsuz nəticəyə gəlmişdir. Hesab edirəm ki, apelyasiya instansiyası məhkəməsi tam, obyektiv və hərtərəfli yoxlama aparmamışdır

25. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 329.3,337.5,382, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 217.1, 217.3, 372.1, 372.2-ci maddələrinə, “İnsan H üquqları haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sa hibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması.

31. Maddə 239.2 Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

34. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 97.1 İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində ilkin iddia üzrə cavabdeh tərəfindən qətnamə qismən – qarşılıqlı iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və k assasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia üzrə iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq bu qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və mülki iş həmin hissədə əlavə araşdırmanın aparılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

50. Kollegiya gəldiyi bu qənaəti aşağıdakı qaydada əsaslandırır.

51. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı kassasiya baxışının predmetini qətnamənin yalnız qarşılıqlı iddianın təmin edilməyən hissəsi təşkil edir.

52. İş materialları üz rə məhkəmələrin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, qarşılıqlı iddiaçı buna qanuni əsaslar olmadan ilkin iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmiş və həmin hissədə daş hasar inşa etməklə mülkiyyət hüquqlarının maneəsiz həyata keçirilməsinə mane olmuşdur. Bu səbəbdən də, ilkin iddiaçının həmin torpaq sahəsini özgəsinin qeyri-qanuni sahibliyindən geri tələb etməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə görə əsaslı olmuşdur.

53. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmələr qeyd etmişlər ki, qarşılıqlı iddiaçı iddia tələbində göstərdiyi xüsusatları sübuta yetirə bilmədiyindən həmin iddia əsassız olmuşdur və bu səbəbdən qarşılıqlı iddia təmin edilməmişdir.

54. İş materialları ilə mübahisəsiz qaydada müəyyən edilir ki, tərəflər qonşu olmuşlar və onlara məxsus torpaq sahələri arasında olan əvvəl mövcud olmuş arakəsmə-hasar qarşılıqlı iddiaçı tərəfindən 2016-2017-ci illərdə sökülüb ilkin iddiaçıya məxsus torpaq sahəsinin içərisinə doğru sürüşdürülməklə yeni daş hasar inşa edilmişdir.

55. Həmçinin, ilkin iddiaçı tərəflər arasında bununla bağlı razılaşma olduğunu bildirmiş, lakin iddia etmişdir ki, qeyd edilən razılaşma üzrə o, qarşılıqlı iddiaçıya yalnız 1 metr enində torpaq sahəsini vermiş, qarşılıqlı iddiaçı isə torpaq sahəsinin 1 metr deyil, 3 metr hissəsini hasara alaraq öz torpaq sahəsinə qatmışdır.

56. Lakin iş materiallarından ilkin iddiaçının qeyd edilən ünvanda yaşamaqla buna mane olmağa imkanı olduğu halda, hasar inşa edilən zaman buna hər hansı şəkildə etiraz etməsi müəyyən edilmir. Əksinə, ilkin iddiaçı torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə hazırkı iddianı hasar inşa edildikdən yalnız 6-7 il sonra qaldırmış, bütün bu müddət ərzində torpaq sahəsinin mövcud vəziyyətdə istifadə edilməsinə etiraz etməmişdir.

57. Belə olan halda, ilkin iddiaçının qeyd edilən iddia tələbini irəli sürərkən vicdanlı davranması və hüquqlarından sui-istifadə etməsi məsələsi ortaya çıxır ki, bu hala nə birinci, nə də apellyasiya instansiya məhkəməsində araşdırılıb qiymət verilməmişdir.

58. Həmçinin, qarşılıqlı iddiaçının bununla bağlı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunan etirazları da məhkəmələr tərəfindən müzakirə edilməmişdir.

59. Kollegiya hesab edir ki, hazırkı kassasiya baxışının predmetini təşkil edən maddi ziyanın ödənilməsinə dair qarşılıqlı iddia tələbinə qiymət verilərkən bu hallar nəzərə alınmalı, qarşılıqlı iddiaçı tərəfindən tikildiyi müəyyən edilən mübahisəli tikililərin, o cümlədən sökülməsi qət edilmiş daş hasarın qarşılıqlı iddiaçı tərəfindən özbaşına deyil, ilkin iddiaçının buna hər hansı etirazının olmadığı şəraitdə inşa edilməsinə qiymət verilməli idi.

60. Nəzərə alınmalıdır ki, özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi (MM-nin 560.1-560.2, 560.3.4-cü maddələri), tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülki yyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır.

61. Yoxlanılan qətnamədə dəymiş ziyanın məbləğinin qarşılıqlı iddiaçı tərəfindən sübuta yetirilməməsi ilə bağlı da məhkəmələrin mövqeyi ilə razılaşmaq olmaz.

62. Belə ki, mübahisəli ərazidə inşaat işləri hazırkı mübahisə yaranandan 6-7 il əvvəl yerinə yetirilmiş və bütün bu müddət ərzində hazırkı mövcud vəziyyətində mübahisəsiz qaydada istifadə edilmişdir. Bu isə şübhəsiz ki, həmin tikintiyə çəkilən xərcləri əks etdirən sübutların qorunub saxlanmasını və məhkəməyə təqdim edilməsini çətinləşdirir.

63. Məhz bu səbəbdən qarşılıqlı iddiaçı tərəfindən həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri qarşısında çəkilən xərclərin müəyyən edilməsi məqsədilə müvafiq məhkəmə ekspertizasının təyin edilməsi barədə məsələ qa ldırılmış, lakin belə bir ekspertiza keçirilməmişdir.

64. Halbuki, əvvəllər inşa edilmiş tikililərə çəkilən xərclərin müxtəlif üsullarla müəyyən edilməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizasının imkanlarından məhkəmə praktikasında geniş istifadə edilir.

65. Göründüyü kimi, işə baxan apellyasiya məhkəməsi tərəfindən işin mübahisələndirilən hissəsi üzrə düzgün hüquqi dəyərləndirmə aparılmamış, həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə tərəflərin həqiqi hüquq münasibətləri və ona tətbiq edilməli olan maddi hüquq normaları düzgün müəyyən edilməmişdir.

66. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilmədiyi hissə də ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə göstərilən hissədə qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilənlər nəzərə alınmaqla, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1501/2024 saylı, xx.xx.2024-cü il qət naməsi qismən – qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar