Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1106/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1106/21 (Açar sözlər: ipoteka predmeti olmuş mənzilin boşaldılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası ) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Bank “xxxx” ASC-nin vəkili X3 Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı “mənzilin boşaldılma sı” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5342/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 05 aprel 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Füzuli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X2 Bank “xxxx” ASC-nin xeyrinə SMN-00007- 17/14U saylı kredit müqaviləsinə əsasən cəmi 31682.69 ABŞ doları borc tutulmuş, tələb ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39, mənzil 76-ya yönəlmiş, ipoteka predmetinin ilkin satış qiyməti 75000 manat müəyyən edilmişdir. Qətnamə qanunu qüvvəyə minmişdir. 2. xx.xx.2018-ci il tarixli, 129 saylı “Hərracın nəticələri haqqı nda yekun Protokol”a və “X4” MMC ilə bağlanmış xx.xx.2018-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan xxx mənzili Bank “xxxx” ASC-nin balansına keçmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 39 saylı evin, 76 saylı mənzilinin boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxx mənzili DƏDRX-in nömrəli Çıxarışına əsasən Bank xxxxASC-nin mülkiyyətindədir.
5. Cavabdeh həmin mənzili boşaltmır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad etmişdir.
8. Xətai Rayon Məhk əməsinin 2(011)-568/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xxx Cavabdeh tərəfindən boşaldılaraq Bank “xxxx” ASCyə təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim İlahə Abbasova)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, cavabdehin yaşadığı mübahisəli mənzil sonuncunun Bank “xxxx” ASC-si ilə bağladığı kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsi üzrə öhdəliklər icra edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən Bank“xxxx” ASC-nin xeyrinə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipot eka predmetlərinin açıq hərracda satılması qət edilmişdir. İpoteka predmeti olan mənzil hərracın nəticəsi olaraq alqı-satqı müqaviləsinə əsasən Bank “xxxx” ASC-nin mülkiyyətinə keçmişdir. Bankın mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli, RX seriyalı, saylı dövlət reyestrindən çıxarış verilmişdir.
10. Məhkəmə işin müəyyən edilmiş hallarına və mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin təsbit etdiyi qaydalara əsasən belə qənaətə gəlmişdir ki, iddiaçı bank artıq mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də xxx Cavabdeh tərəfindən boşaldılmalı və mənzil iddiaçı Bank“xxxx” ASC-yə təhvil verilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4 -cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin dəyişdirilməsi, iddiaçıdan 42000 manat pulun tutulub ona verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.
13. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, ipoteka predmeti olan mənzili 90 min manat qiymətində olub. Buna baxmayaraq, 75 min manat qiymətləndirilən mənzili hərracda 47812 manata satılıb. Buna görə də iddiaçı mənzilin minimum fərqini cavabdehə ödəməlidir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5342/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), E min Mehdiyev, Xəyal Sarıyev)
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı bank artıq mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də təmin edilməsi düzgün olmuşdur.
16. Apellyasiya instansiyası həmçinin apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları
19. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxx kassassiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bank “xxxx” ASC-nin vəkili X1 şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunverici liklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Qanun Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tər k etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Hazırkı kassasiya şikayətində Cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam q iymət verilib.
26. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
27. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında Bank “xxxx” ASC-yə məxsus yaşayış sahəsin boşaldılması barədədir.
28. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 39 saylı evin 76 saylı mənzili mülkiyyət hüququ əsasında “xxxx” ASC-yə məxsusdur.
29. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
30. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Azərbaycan Res publikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
31. Məhkəmə kollegiyası mənzilin real dəyəri ilə hərracda satış qiyməti arasındakı fərqin cavabdehə təklif edilməli olması barədə kassasiya şikayətini dəlillərini əsasız sayır. Belə ki, bu dəlillər iddianın təmin edilməsini istisna edən dəlillər deyil. Çünki iddiaçı mənzili hərracdan alıb, hərracın hər hansı əsasla qanunsuz keçirilməsi halı isə işə mahiyyəti üzrə məhkəmələr tərəfindən müəyyən edilməyib.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5342/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan