Məhkəmə qərarları › İş №2(102)-1109/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1109/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1109/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) 01.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7489/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 29 aprel 2017-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, bina 12 ünvanında yerləşən, ümumi sahəsi 21,25 m² olan 1 (bir) otaqlı mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək 3 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində, 146% artıq, təmirli 2 otaqlı, ümumi tikinti sahəsi 52,3 m² olan mənzili “mülkiyyətçi”yə təhvil verməyi, eləcə də, binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, cavabdeh yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq, müqavilə şərtlərinə əsasən mənzili təmir edib “mülkiyyətçi”yə təhvil vermək, binanı n tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamaq barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 29.04.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat kontorunda onunla Cavabdeh MMC arasında bağlanılmış müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə ona dəymiş 20200 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi ziyanın, Cavabdeh MMC-nin müqavilə şərtlərini pozaraq onun üçün tikdiyi mənzilin ümumi sahəsini 1,8 kv.m azaltdığı üçün həmin azaldılmış 1,8 kv.m hissəyə müvafiq olaraq 2700 manat kompensasiya məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 29.04.2017-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, mənzilin təmir işlərini olduqca keyfiyyətsiz materiallardan istifadə etməklə həyata keçirmiş, eləcə də, ona ümumi sahəsi 52,3 kv.m. olan mənzil tikib təhvil verməli olduğu halda, 2,41 kv.m. az olmaqla cəmi sahəsi 49,89 kv.m. olan mənzil tikərək onu aldatmışdır.

4. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh MMC-dən 29.04.2017-ci il tarixdə 13 saylı notariat kontorunda onunla Cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən tikinti standartlarına uyğun təmirli vəziyyətdə tikilib ona təhvil verilməli olan ünvan 4 (köhnə: ünvan 1 ünvanda yerləşən 8 3 saylı mənzilin qüsurlu tikilib təmir edilməsinə görə ona dəymiş ziyan qismində 19956 manat məbləğində pulun; həmin müqavilənin 2.2.1, 2.2.3, 2.2.3 və 2.2.5-ci bəndlərinin tələblərinə əsasən ona ödənilməli olan, müqavilənin bağlandığı 29.04.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək keçən 38 ay müddətində hər ay 20 manat olmaqla, cəmi 760 manat birdəfəlik ödəniş qismində pulun; 10000 manat məbləğində mənəvi ziyanın; Cavabdeh MMC-nin müqavilə şərtlərini pozaraq onun üçün tikdiyi mənzilin ümumi sahəsini 2,41 kv.m azaltdığı üçün həmin azaldılmış 2,41 kv.m hissəyə müvafiq olaraq hesablanmış 3133 manat kompensasiya məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbin in rədd edilməsini xahiş edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır, iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Mübahisəli mənzilin ölçüsünün azaldılması barədə iddiaçının mülahizələri tamamilə əsassızdır. Belə ki, məhkəmə iclasında dindirilmiş ekspert Xəyyam İsgəndərov onların verdikləri suallara əsasən göstərmişdir ki, mənzilin sahəsi ölçülərkən, o, həmin sahədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qaydalarına uyğun olaraq arakəsmə divarların altında yerləşən sahələri və təmirli mənzilin divarlarında suvaq və digər işlər nəticəsində mənzilin sahəsinin azaldılmasını nəzərə almamışdır. Ekspertin göstərdiklərinə əsasən mənzilin müqaviləyə uyğun olaraq 52,3 kv.m olan ümumi sahəsinin 2,41 kv. azalmasının səbəbləri məhz yuxarıda göstərilən h allarla bağlıdır. Ekspertin rəhbər tutduğu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qaydaları tərəflər arasında bağlanılmış müqavilə şərtlərində nəzərdə tutulmamış və cavabdehin fəaliyyəti həmin qaydaların yurisdiksiyası altına düşmür. Həmin qaydalar DƏDRX tərəfindən Dövlət qeydiyyatı aparılarkən nəzərə alınmalı olan qaydalardır. Cavabdehin müqavilədə mənzilin ümumi sahəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qaydalarına uyğun təhvil verməsinə dair hər hansı öhdəliyi nəzərdə tutulmamışdır. Qüvvədə olan qanunvericiliyə əsasən "xxxx" MMC-nin belə bir vəzifəsi də müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə tikinti-texniki ekspertizasının 17 aprel 2020-ci il tarixli rəyində göstərilmişdir ki, “ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş b inanın 83 saylı mənzilinin göstərilən qüsurların olduğu və həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 5.158 manat məbləğində təşkil edir. Lakin ekspert rəyi ilə razılaşmır. Belə ki, ekspertin gəldiyi nəticənin əsasları rəydə göstərilməmişdir. Ekspert rəydə hansı xüsusi biliklərini tətbiq etməsi barədə qeydlər etməmiş, cədvəl şəklində tərtib etdiyi smetada göstərilən rəqəmlərin haradan götürüldüyünü göstərməmişdir. Həmin rəqəmlərin bazar qiymətlərinə uyğunluğu da əsaslandırılmamışdır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(009)-44/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə mənzilin qüsurlu təmir edilməsinə görə dəymiş m addi ziyan qismində 5158 manat, mənzilin ümumi sahəsinin azaldılmış 2,41 kv.m hissəsinə görə kompensasiya olaraq 3133 manat, 29.04.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək hər ay 20 manat olmaqla müqavilə üzrə ödənilməli olan cəmi 760 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri kimi 200 manatın cavabdehdən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

7. Məhkəmə işin faktiki halı kimi müəyyən etmişdir ki, 29.04.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda tərəflər arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.02.2016-cı il tarixli Qərarının icrası məqsədi ilə Bakı şəhəri Nizami ra yon İcra Hakimiyyəti başçısının 06.02.2017-ci il tarixli, 1-1/14 nömrəli sərəncamına əsasən Bakı şəhərinin Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülməsi, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirən Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, bina 12 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olan, yaşayış üçün təhlükəli vəziyyətdə ümumi sahəsi 21,25 kv.m. olan 1 (bir) otaqlı mənzilin əvəzinə həmin ünvanda inşa ediləcək 3 bloklu yaşayış bina sının 2-ci blokunun 2- ci mərtəbəsində, 146 % artıq, təmirli 2 (iki) otaqlı, ümumi tikinti sahəsi 52,3 kv.m olan mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən Cavabdeh MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib “mülkiyyətçi”yə təhvil verməyi, 2.2.4-cü bəndinə əsasən binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş nöqsanları, görülməyən işləri tamamlamağı öz öhdəsinə götürmüşdür.

8. Məhkəmə qeyd etmişdir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 17 aprel 2020-ci il tarixli, 26831 nömrəli ekspertiza rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşə n İddiaçı ilə Cavabdeh MMC tərəfindən 29.04.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdehin "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8 bəndinin tələblərinə uyğun olaraq 49.89 kv.m olduğu və həmin mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı müəyyən olunur. ünvan 3 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilində qüsurların olduğu və həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmin-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 5158,0 manat məbləğində t əşkil edir.

9. Məhkəmə bildirmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, iddiaçıya ümumi sahəsi 52,3 kv.m. olan mənzil tikilib təhvil verilməli olduğu halda, 2,41 kv.m. az olmaqla sahəsi 49,89 kv.m. olan mənzil təhvil verilmişdir.

10. Məhkəmə daha sonra qeyd etmişdir ki, iş materiallarında olan «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin 01 iyun 2020-ci il tarixli, 01/06-20/A-01 nömrəli Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən 83 saylı mənzilin (orta təmirli) 1 kv.m-nin bazar dəyəri 01 iyun 2020-ci il tarixinə 1100-1300 manat təşkil etmişdir. Ona görə də, məhkəmə hesab edi r ki, mənzilin sahəsinin 2,41 kv.m. azaldılmasına görə iddiaçıya dəyən ziyan 3133 manat (2,41 kv.m. x 1300 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə cavabdeh tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilində qüsurların mövcud olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmin-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 5158 manat məbləğində təşkil edir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilində olan çatışmazlıqların aradan qaldırılması üçün çəkiləcək xərclər (5158 manat) öhdəliyin lazımınca yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi hesabına ca vabdehdən tutulmalıdır.

13. Məhkəmə iddia tələbinin müqavilənin bağlandığı 29.04.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək keçən 38 ay müddətində hər ay 20 manat olmaqla, cəmi 760 manat birdəfəlik ödəniş qismində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 29.04.2017-ci il tarixli müqavilənin 2.2.1, 2.2.3, 2.2.3 və 2.2.5-ci bəndlərinə əsasən yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “mülkiyyətçi”yə birdəfəlik 20 manat məbləğində vəsait ödəmək, həmin ödənişin hər ayın 1-də “mülkiyyətçi”yə ödənilməsini təmin etmək, hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə həmin ödənişin müddətini mənzil təhvil verilən vaxtadək uzadılmasını təmin etmək Cavabd eh MMC-nin vəzifəsidir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyi üçün iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, 29.04.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək keçən 38 ay müddətində hər ay 20 manat olmaqla, cəmi 760 manat birdəfəlik ödəniş qismində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində təmin edilməməlidir

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385,389, 390, 443-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7489/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışsinki) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilənin şərtlərindən də göründüyü kimi, cavabdehin iddiaçı qarşısında müəyyən öhləlikləri yaranmış, həm in öhdəliklər - iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi nəticəsində ona həmin ünvanda inşa ediləcək 3 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində, 146% artıq, təmirli 2 otaqlı, ümumi tikinti sahəsi 52,3 kv.m olan mənzili vermək, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib iddiaçıya təhvil vermək və s. ibarətdir. İddiaçının tələbinə görə - cavabdeh 29.04.2017-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, mənzilin təmir işlərini keyfiyyətsiz materiallardan istifadə etməklə həyata keçirmiş, eləcə də, ona ümumi müqavilədə nəzərdə tutulmuş sahədən az yaşayış sahəsi vermişdir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişd ir ki, işdə olan sübutlarla (ekspertiza rəyləri və s.) ünvan 2 ünvanında yerləşən tərəflər arasında 29.04.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3- cü bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8 bəndinin tələblərinə uyğun olaraq 49.89 m2 olduğu və həmin mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı müəyyən olunur. Həmçinin, ünvan 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilində qüsurların olduğu və həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmin-tikinti işlərinin bazar qiymətlərinə uyğun ol araq ümumi dəyəri təqribən 5158,0 manat məbləğində təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuş, müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş, iddiaçıya ümumi sahəsi 52,3 m2 olan mənzil tikilib təhvil verilməli olduğu halda, 2,41 m² az olmaqla sahəsi 49,89 m² olan mənzil təhvil verilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmçinin birinci instansiya məhkəməsində dindirilmiş ekspert X1 göstərmişdir ki, ekspertiza tədqiqatı nəticəsində ünvan 4 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilinin ümumi sahəsinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasını n 04 dekabr 2012-ci il tarixli 07 nömrəli 2-ci və 3.8-ci bəndinin tələblərinə uyğun olaraq 49,89 m² olduğu və həmin mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı müəyyən olunmuşdur. Eyni zamanda mənzilin təmirində qüsurların olduğu və həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin bazar qiymətlərinin təqribən 5158 manat təşkil etdiyi müəyyən olunmuşdur. Mənzilin sahəsi hesablanarkən arakəsmə divarların altı, eyni zamanda təmirdən sonra mənzilin sahəsində yarana biləcək bir neçə santimetr azalma fərqi də nəzərə alınmamışdır. Mənzilin təmir xərcləri bazar qiymətləri ilə hesablanmışdır. Bazar qiymətinin dəyərinin müəyyən edilməsi üçün normativlər olmadığı üçün bazar qiymətlərini özləri mütəmadi təhlil etməklə, araşdırmaqla öyrənir və tə tbiq edirlər.

22. Cavabdeh bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 29.04.2017-ci il tarixli müqavilənin 2.2.1, 2.2.3, 2.2.3 və 2.2.5-ci bəndlərinə əsasən, yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “mülkiyyətçi”yə birdəfəlik 20 manat məbləğində vəsait ödəmək, həmin ödənişin hər ayın 1- də “mülkiyyətçi”yə ödənilməsini təmin etmək, hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə həmin ödənişin müddətini mənzil təhvil verilən vaxtadək uzadılmasını təmin etmək Cavabdeh MMC-nin vəzifəsidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan əlavə məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2021-ci il tarixli, 10/3422 nömrəli ekspertiza rəyinə diqqət yetirməmişdir. Həmin rəydə göstərilmişdir ki, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın İddiaçı məxsus 83 saylı mənzilin ümumi sahəsi layihə sənədində 52,52 kv.m. göstərilmişdir. Lakin layihə sənədlərində otaqların konkret ölçüləri göstərilmədiyinə görə, layihədə qeyd olunan ümumi sahənin yoxlanılması və faktiki ölçülərə uyğun olubolmaması üzrə tədqiqat aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ekspertin müəyyən edə bilmədiyi məsələni həll etmiş və mübahisəli mənzilin ölçüsündə heç bir əsas olmadan azalma müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Belə ki, əlavə məhkəmə tikinti-texniki ekspertizasının 08 aprel 2021-ci il tarixli, 10/3422 nömrəli ekspertiza rəyində mübahisəli mənzilin layihə sənədlərində otaqların konkret ölçüləri göstərilmədiyinə görə, layihədə qeyd olunan ümumi sahənin yoxlanılması və faktiki ölçülərə uyğun olub-olmaması üzrə tədqiqat aparılmasının mümkün olmadığı göstərilsə də, bu hissə də yenidən ekspertiza təyin edilməmiş və məsələyə aydınlıq gətirilmədən qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinə işin mühüm hallarının araşdırılması barədə vəsatətlər verilsə də, məhkəmə MPM-nin 14 və 217-ci maddələrinin tələblərini pozaraq, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Cavabdeh kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş z ərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 3

86. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərər in əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

30. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin sökülməsi nəticəsində ona həmin ünvanda inşa ediləcək 3 bloklu yaşayış binasının 2-ci blokunun 2-ci mərtəbəsində, 146% artıq, təmirli 2 otaqlı, ümumi tikinti sahəsi 52,3 kv.m olan mənzili vermək, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib iddiaçı ya təhvil vermək barədə öhdəlik götürmüş, lakin cavabdeh 29.04.2017-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, mənzilin təmir işlərini keyfiyyətsiz materiallardan istifadə etməklə həyata keçirmiş, eləcə də, ona ümumi müqavilədə nəzərdə tutulmuş sahədən az yaşayış sahəsi vermişdir.

35. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, şdə olan sübutlarla (ekspertiza rəyləri və s.) ünvan 2 ünvanında yerləşən tərəflər arasında 29.04.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilinin ümumi sahəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2-ci və 3.8 bəndinin tələblərinə uyğun olaraq 49.89 kv.m olduğu və həmin mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı müəyyən olunur. Bundan başqa, ünvan 3 ünvanında cavabdeh tərəfindən inşa edilmiş binanın 83 saylı mənzilində qüsurların olduğu və həmin qüsurların aradan qaldırılması üçün aparılmalı təmin-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 5158 manat təşkil edir.

36. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, tərəflər arasında bağlanmış 29.04.2017-ci il tarixli müqavilənin 2.2.1, 2.2.3, 2.2.3 və 2.2.5-ci bəndlərinə əsasən, yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “mülkiyyətçi”yə birdəfəlik 20 manat məbləğində vəsait ödəmək, həmin ödənişin hər ayın 1-də “mülkiyyətçi”yə ödənilməsini təmin etmək, hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə həmin ödənişin müddətini mənzil təhvil verilən vaxtadək uzadılmasını təmin etmək Cavabdeh MMC-nin vəzifəsidir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənzilin qüsurlu təmir edilməsinə görə 5158 manat maddi ziyanın ödənilməsi, mənzilin ümumi sahəsinin azaldılmış 2,41 kv.m hissəsinə görə kompensasiya olaraq 3133 manat ödənilməsi, 29.04.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək hər ay 20 manat olmaqla müqavilə üzrə ödənilməli olan cəmi 760 manat pulun tutulması barədə gəlinən nəticə tərəflərin arasında bağlanmış müqavilənin şərtləri və Mülki Məcəllənin 21, 385, 386, 442.1 və 443.1-ci maddələrinin tələblərinə uyğundur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7489/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar