Məhkəmə qərarları › İş №2(102)-111/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-111/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-111/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-111/21 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma) Bakı şəhəri, 01 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, cavabdeh Cavabdeh1 vəkili Gülalıyev Zəngi Qəhrəman oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qar şı «yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və evdən məcburi qaydada çıxarılma» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020 il tarixli 2(105)1425/2020 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 01 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şamaxı şəhəri, N.Hikmət kucəsi, ev 53 iddiaçının mulkiyyətindədir.

2. Cavabdehlər iddiaçının mülkiyyətində olan həmin evdə yaşayırlar. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 öz azyaşlı uşaqları ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların həmi n evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Şamaxı şəhəri, N.Hikmət kucəsindəki 53 saylı ev iddiaçının anası X1 miras qalıb və ev xx.xx.2015-ci il tarixində iddiaçının mulkiyyətinə kecmişdir.

5. İddiaçının həmin həyətdə iki ev var. Qardaşları Zohrab və Əli oz ailələri ilə həmin evlərdə yaşayırlar. Hazırda iddiaçı iş yeri ilə əlaqədar Bakı şəhərində, yataqxanada yaşayır.

6. Müəyyən vaxtlarda iddiaçı Şamaxıya evinə gələndə arzuolunmaz mənzərə ilə rastlaşır. İki qardaş bir həyətdə yola getmirlər. İddiaçı özu qalmağa yer tapmır.

7. Cavabdeh1 2012-ci ildə Şamaxı şəhəri, Xətai kucəsindəki 10 saylı evi alıb. Amma muqavilə Cavabdeh1 arvadı, digər Cavabdeh2 adından bağlanmışdır. Cavabdehlər həmin il bütün yayı yeni evl ərində yaşayıblar.

8. Cavabdehlər oğlanlarının kiçik toyunu da həmin həyətdə etmişlər.

9. İddiaçı iki il əvvəl də cavabdehlərə qarşı evdən cıxarılma baradə iddia ilə məhkəməyə muraciət etmişdir. Həmin vaxt cavabdehlər iddiaçıdan vaxt istəmiş, iddiaçı nə vaxt istəsə evdən çıxacaqlarını demişlər.

10. İddiaçı cavabdehin təklifi ilə razılaşmış və fikirləşmişdir ki, yəqin bundan sonra öz evinə gəlib-getməyə, orada yaşamağa hec bir manecilik torətməzlər.

11. Amma üstundən az kecməmiş hər şey yaddan cıxmış, cavabdehlər yenə onu oz evinə buraxmamışlar.

12. Cavabdehlər 8 ildir ki, oz evlərinin qapısını qıfıllayıb, onun evində yaşayırlar.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 164.1, Mənzil Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmişdir.

14. Cavabdeh1 iddia tələbinə etira z ərizəsi məhkəməyə göndərərək bildirmişdir ki, ünvan 2 ünvanında doğulmuşdur. Həmin ünvanda böyümüş, həmin ünvandan hərbi xidmətə getmiş, həmin ünvana geri qayıtmış və hazırda həmin ünvanda ailəsi ilə qeydiyyatda olmaqla yaşayır. Anası xx xxxxx 2014-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı rəhmətə getmişdir. Anasının ölümündən sonra vərəsələrin 5000 manat məbləğində sığortanı alması uçun miras əmlakın bir nəfərin adına çıxarış alınmasının sığorta təşkilatı tərəfindən şərt kimi qoyulmasını bacısı İddiaçı onlara bildirmişdir. Bu səbəbdən özü və digər vərəsələr xx.xx.2015-ci il tarixdə X4 ərizə verərək paylarına düşən mirasdan bacısı İddiaçı xeyrinə imtina etmişlər. Çünki iddiaçı Bakıda yaşadığı üçün sığorta məsələsinin həll olunması və alınmasını o daha yaxşı edə bilərdi. Məqsəd sığorta pulunu alıb yas xərclərini ödəmək idi. Bütün vərəsələr kimi o, da Yeganədən miras əmlakdan imtina etdiklərinə görə pul almamış və o da heç kimə pul ödəməmişdir.

15. Sonradan bacısı İddiaçı etibarlarından istifadə edərək miras əmlakı öz adına rəsmiləşdiib, ata mülklərini öz adın keçirərək ******* saylı çıxarış almışdır.

16. İddiaçı vərəsəlik şəhadətnaməsini alan zaman sığorta məbləğini almaq üçün belə etdiyini, bu evdən heç bir payın ona lazım olmadığını, ildə bir-iki dəfə istirahətə gəldiyi zaman evdən istifadə edəcəyini bildirmişdir.

17. Öz ata evində, öz ata evinin həyətində ata mülkündən ayrı olan, şəxsən özü tərəfindən inşa etdiyi tikilidə ailəsi ilə birlikdə yaşayır. İddiaçı ata mülkünə çıxarış alanda tikdiyi və yaşadığı evi də çəkdirdiyi sxemə əlavə etdirərək ata mülkünün tərkib hi ssəsi kimi qeyd etdirmiş, onu da öz adın rəsmiləşdirmişdir.

18. Bu barədə İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra xəbəri olmuşdur.

19. Cavabdeh2 birinci instansiya məhkəməsində iddiaya etiraz edərək bildirib ki, 2005-ci ildən mübahisəli evdə yaşayır. Həmin evi əri Cavabdeh1 təmir etdirib, başqa yaşayış yerləri yoxdur. Onun adına alınan ev bacısına məxsusdur.

20. Şamaxı Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(074)-1228/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Etibar Hümbətov)

21. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 bacısıdır. Cavabdeh1 mübahisələndirilən evdə doğulmuş, yaşamış, digər Cavabdeh2 fərdi yaşayış evinin X3 məxsus olduğu vaxt, 2005-ci ildə ora gəlin köçmüş, cavabdehləri n 2 azyaşlı övladları da həmin ünvanda doğulmuşlar. X2 xx.xx.2014-cü ildə ölümündən sonra ev iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər 2 azyaşlı övladları ilə bilikdə hazırda da iddiaçıya məxsus həmin fərdi yaşayış evində yaşayırlar.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin iddiaçıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxması halı sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarına istinad etmişdir. Həmin qərarda göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sözügedən qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə ailə üzvlərinin arasında etibarlı ailə əlaqələrinin kəsilməsi və onun yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaması – hüququ əmələ gətirən əsasın aradan qalxması ailə üzvünün mənzildən isti fadə hüququnun xitamı ilə nəticələnir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəllənin 228, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.

27. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

28. Məhkəmə faktlara əhəmiyyət vermədən iddia tələbinin rədd olunması qərarına gəlmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020 il tarixli 2(105)-1425/2020 nömrəli qətnaməsi ilə apelyas iya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 azyaşlı uşaqları ilə birlikdə Şamaxı şəhəri N.Hikmət küçəsi, 53 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 ünvan 4 saylı ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi hissəsində iddia tələbinin rədd edilməsi, Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Telman Məmmədov)

30. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin iddiacıya məxsus yaşayış sahəsinə ehtiyaclarının aradan qalxmasını təsdiq edən halı iddiacının subut edə bilməməsinə istinad edərək iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

31. Apellyasiya məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsi cavabdeh Zohrab Bağırovun mubahisəli mənzilə istifadə huququnun həmin mənzildə anadan olması, digər Cavabdeh2 isə 2005-ci ildə gəlin kocməsi ilə yaranması faktını, onların xx xxxxxx 2012-ci il tarixli alqı-satqı muqaviləsi əsasında Şamaxı şəhəri, Xətai kucəsi 10 saylı unvanda 2 otaqlı mənzil əldə etdiklərini nəzərə almamış, hazırki mubahisəyə tətbiq edilməli olan maddi huquq normalarını tətbiq etməməklə səhvə yol vermişdir.

32. Apellyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi cavabdehlərin hazırda əqd əsasında mənzil əldə etmələrinə diqqət yetirməmiş, n əticədə isə tətbiq edilməli olan xx xxxxxxx 2009-cu il tarixədək quvvədə olan Mənzil Məcəlləsinin 123-cu maddəsinin muddəalarını tətbiq etməmişdir.

33. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında huquq munasibəti cavabdeh Zohrab Bağırova munasibətdə 2000-ci il, Cavabdeh2 munasibətdə isə 2005-ci il tarixdə yaranmışdır. Apellyasiya hesab etmişdir ki, mubahisə predmetini təşkil edən mənzillə bağlı tərəflər arasında huquq munasibətinə həmin dövrdə tətbiq edilən Mənzil Məcəlləsinin və həm də hazırkı Mulki Məcəllənin muddəalarına uyğun olaraq baxılaraq huquqi qiymət verilməlidir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan huquq munasibətləri ilə bağlı mubahisələr Mulki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydaların a uyğun, bu tarixədək yaranmış huquq munasibətləri ilə bağlı mubahisələr isə Mənzil Məcəlləsinin 123cu maddəsinin qaydalarına uyğun həll edilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı).

34. Apellyasiya instansiyası qeyd etmişdir ki, Cavabdeh1 mubahisəli mənzildə istifadə huququ əldə etmiş olsa da, hazırda o, rəsmi nikahda olduğu digər Cavabdeh2 ilə birlikdə alqı-satqı muqaviləsi əsasında əldə etdiyi Şamaxı şəhəri Xətai kucəsindəki fərdi yaşayış evinə Mulki Məcəllənin 146.1-ci maddəsinə əsasən istifadə və sahiblik huququ əldə etdiyindən, iddiacının tələbi ilə onun mubahisəli mənzildən istifadə huququna xitam verilə bilər. Bu zaman həmcinin o da nəzərə alınmalıdır ki, qanunvercilik mənzildən istifadə huququna kompensasiya verilməsi yolu ilə x itam verilməsini nəzərdə tutsa da, mənzilin dəyərinin muəyyən hissəsinin istifadə huququna xitam edilən şəxsə verilməsindən deyil, onun ağlabatan muddətdə ozunə yaşayış sahəsi əldə edənə kimi zəruri xərclərin odənilməsindən sohbət gedir.

35. Cavabdeh1 yaşayış sahəsinə olan ehtiyacını iddiacının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması, hələ onun bu huququna xitam verilməsindən əvvəl ozunə əqd əsasında (əvəzlı şəkildə) yaşayış sahəsi əldə etməsi ilə bu ehtiyacı aradan qalxmışdır.

36. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 munasibətdə əsaslı olduğundan, bu tələb təmin edilməklə Cavabdeh1 istifadə huququna xitam verilməklə, sonuncu mənzildən cıxarılmalıdır.

37. Apellyasiya məhkəməsi iddia tələbinin Cavabdeh2 dair hissəsində isə qeyd etmişdir ki, Cava bdeh2 mubahisəli mənzilə 2005-ci il tarixdə iddiacının qardaşı Cavabdeh1la rəsmi nikaha daxil olmaqla gəlin köçmuş, həmin vaxt mənzil iddiaçının valideyninə məxsus olsa da, sonradan vərəsəlik qaydasında iddiaçının mulkiyyətinə keçmişdir.

38. Cavabdeh2 evin istər əvvəlki, istərsə də hazırki mulkiyyətcisi ilə Mulki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılaşması olmamışdır. Bu hal da, Cavabdeh2 həmin mənzildə istifadə huququnun olmadığını qaçılmaz edir.

39. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mubahisəli mənzildə istifadə huququ yaranmadığından, əksinə, sonuncunun Mulki Məcəllənin 146.1-ci maddəsinə əsasən istifadə huququ əqd uzrə əldə etdiyi Şamaxı şəhəri, Xətai kucəsi 10 saylı ünvanda 2 otaqlı fərdi yaşayış evinə yarandığından, onun iddiacıya məxs us mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilə bilməz.

40. Cavabdeh2 evdən cıxarılması hissəsinə gəldikdə isə apelyasiya məhkəməsi qeyd etmişdir ki, sonuncunun iddiacıya məxsus mubahisəli mənzildə hər hansı huquq əsas olmadan yaşaması iddiacının mulkiyyətindən sərbəst surətdə sahiblik və istifadə etməsinə mudaxiləni qacılmaz etdiyindən, iddiacı Mulki Məcəllənin 157.2-ci. maddəsinin tələbi baxımından onun həmin evdən cıxarılmasını tələb etməkdə haqlıdır.

41. İddia tələbinin azyaşlı uşaqların istifadə huququna xitam verilməklə çıxarılması hissəsi ilə bağlı apellyaisya instansiyasının mövqeyi belə olub ki, Mulki Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq azyaşlı uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri olaraq muəyyən edildiyindən, onların da m ubahisəli mənzilə dair istifadə huquqlarına xitam verilməklə həmin mənzildən cıxarılmalıdır.

42. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 157.2, 228.2, 228.5, Mənzil Məcəlləsinin 53, 123, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh1 kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti belə əsaslandırılıb ki, hazırda da ailəsi ilə birgə mübahisəli evdə yaşayır. Həyat yoldaşı Cavabdeh2 adına qohumları tərəfindən alınan evə heç bir hüququ olmadığı halda, apellyasiya məhkəməsi onun yaşayış sahəsinə ehtiyacının ol mamasını qeyd etməklə səhvə yol verib. Kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

45. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

46. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 vəkili Gülalıyev Zəngi Qəhrəman oğlu kassasiya sikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

47. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər.

48. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkə mə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən özəmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçiril məsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçin in razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi (1982-ci il) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümu mi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ail əüzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı 27iyul 2001-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2 17.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Madd ə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 mübahisələndirdiyi hissədə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 mübahisələndirdiyi hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi Cavabdeh1 aid hissədə qanuni nəticəyə gəlmişdir.

53. İddia tələbi cavabdehlərin azyaşlı uşaqları ilə birgə xüsusi mülkiyyətdə olan evə istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması barədədir.

54. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1la bağlı gəlinən nəticə işin müəyyən edilmiş hallarına, tətbiq edilən hü quq normalarına və hüququn tətbiqi ilə bağlı isitnad edilən Konstitusiya Məhkəməsinin qərarlarına uyğun olmuşdur.

55. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın Cavabdeh1la bağlı hissəsində hazırki qərarın 34-36-cı bəndlərində sadaladığı dəlilləri təkrar etməyə zərurət görmür.

56. Kompensasiya ödənilməli olması ilə bağlı kassasiya şikayətini dəlili əsassızdır. Çünki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi belə olub ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müva fiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

57. Hazırki işdə də apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 mubahisəli mənzildə istifadə huququ əldə etmiş olsa da, hazırda o, rəsmi nikahda olduğu digər Cavabdeh2 ilə birlikdə alqı-satqı muqaviləsi əsasında əldə etdiyi Şamaxı şəhəri Xətai kucəsindəki fərdi yaşayış evinə istifadə və sahiblik huququ əldə edib.

58. Göründüyü kimi, Cavabdeh1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacının aradan qalxması müəyyən edildiyindən, Konstitusiya Məhkəməsinin qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından ona istifadə hüququnun xitamı müqabilində kompensaisya verilməsi də istisna edilir.

59. Apelyasiya məhkəməsi bütün sübutları Mül ki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2020 il tarixli 2(105)-1425/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar