Məhkəmə qərarları › İş №2(102)-1110/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1110/2023

14.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1110/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X3 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə vitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunması, əmək müqaviləsində və əmək müqaviləsi bildirişində əksini tapmış müqavilə müddətləri arasında fərq olduğu halda mübahisənin həlli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 İdarəsinə qarşı “işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti ü çün əmək haqqının ödənilməsi, sənədlərin saxtalaşdırılması və mənəvi ziyana görə təzminat” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(106)-2130/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1997-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinin Ağcabədi şəhəri, Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində işləmişdir. Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsi onunla xx.xx.2018-ci ildə bir ilədək, xx.xx.2019-ci ildə bir ilədək əmək müqaviləsi bağlamışdır.

2. İddiaçı xx.xx.1956-cı il t əvəllüdlüdür və dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə xx.xx.2021-ci ildə çatmışdır.

3. İddiaçı ilə sonuncu əmək müqaviləsi xx.xx.2021-ci ildə bağlanıb. Həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış, elektron informasiya sistemində əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il qeyd olunmuşdur.

4. Lakin X3 İdarəsi iddiaçı ilə əmək müqaviləsinə 21 oktyabr 2021-ci il tarixli, 161 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən, 21 oktyabr 2021-ci il tarixdən xitam vermişdir.

5. İddiaçıya əmək kitabçası xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir.

6. X3 İdarəsi xx.xx.2021-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı 17 aprel 2021-ci ildə tamam olduğuna görə, 17 oktyabr 2021-ci ildən İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş etmişdir (səh. 129).

7. Mədəniyyət Nazirliyi xx.xx.2021-ci il tarixli məktubla X3 İdarəsinə cavab verərək, iddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirmişdir (həmin məktub X3 İdarəsinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur (səh.130).

8. İddiaçı əmək müqaviləsinin surətini təsdiqləmək üçün Ağcabədi regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin iddiaçının adına olan ******* №-li əmək kitabçasının 57-ci səhifəsində pozulma olduğu üçün n otarius əmək kitabçasının surətini təsdiq etməkdən imtina etmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bərdə Regional ərazi Şöbəsinin İddiaçı ünvanladığı 11 yanvar 2022-ci il tarixli, **********1 saylı məktubunda göstərilir: Çalışmanın yaş həddi 2021-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X3 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə xx.xx.2021ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə xx.xx.2021-ci ilin sentyabr ayından xx.xx.2021-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sabiq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Sabiq mühasib X4 izahat verərək bildirmişdir ki, əmək müqaviləsini sistemə daxil edərkən texniki səhv olaraq 1 ay əvəzinə 6 ay uzadıldığını qeyd etmişdir. İdarənin kargüzarı X2 təqdim etdiyi izahatda isə işdən çıxmağınız barədəki əmr əmək kitabçanıza işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir. Araşdırma zamanı həmçinin əmək müqavilənizə xitam verilərkən, sizə mövcud qanunvericiliyə uyğun olaraq son haqq hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur.Yol verilmiş nöqsanlarla əlaqədar X3 İdarəsinin rəisi X8 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq xx.xx.2021-ci il tarixli ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət tələbi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir”.

10. Azərbaycan R espublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin 21 iyun 2022-ci il tarixli, xx/xx-1574/2022 saylı məktubuna əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 İdarəsinin tabeliyində fəaliyyət göstərən Üzeyir Hacibəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində Nazirlik tərəfindən xidməti araşdırma aparılmış, araşdırma nəticəsində cinayət əməlləri olan hüquqpozmalar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1-ci maddəsinə uyğun olaraq sözügedən müəssisədə aparılmış araşdırma ilə bağlı sənədləri hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.

11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 İdarəsinin xx.xx.2022-ci il tarixli, 190 saylı məktubuna əsasən, Ü.Hacıbəyli adına Şəhər uşaq incəsənət məktəbinin keçmiş direktoru İddiaçı son haqq-hesabı 400,65 manat hesablanmış, hesablanmış son haqq-hesabdan (gəlir vergisi 28,09 manat, sosial sığorta haqqı 3 faiz -12,02 manat, işsizlik 0,5 faiz - 2,0 manat, tibbi sığorta - 8,01 manat və YAP üzvülük haqqı - 4,01 manat) cəmi 54,13 manat tutulmaqla kart hesabına 24 dekabr 2021-ci il tarixdə 346,52 manat köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinə (bundan sonra X3 İdarəsi və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İdarəsi rəisinin xx.xx.2021-ci il tarixli, 161 №-li əmrinin ləğv edilməsi, onun Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İ ncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2021-ci ildən əvvəlki vəzifəyə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutulmaqla ödənilməsi, ona məxsus əmək kitabçasına, X3 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntuları xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 1 (bir) ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması, işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə Heydər Əliyev və Y aşat fonduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, elektron imza ilə təsdiq olunmuş 2FP85FD000208 №-li əmək müqaviləsi bildirişinə əsasən bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək dövrü əhatə etmişdir. X3 İdarəsinin rəisi LLL hüquqa zidd nəticələrə səbəb olan hərəkətlər etmişdir. Belə ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək müqavilə bağlanması razılaşdırıldıqdan sonra, içərisi doldurulmamış 2 nüsxə əmək müqaviləsi onun tərəfindən imzalanaraq, idarənin əməkdaşı R.Əmirovaya verilmiş və heç nədən şübhələnmədən əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2021-ci il tarixdə iş günü başa çatdıqdan sonra idarənin rəisi LLL idarənin ə məkdaşı YYYnı məcbur edərək, onun işdən azad olunması barədə əmr və 1 ay əvvəlki müddətə, yəni 1 ay müddəti olan müqavilə hazırlamağı tapşırmışdır. Eyni zamanda yeni müqaviləyə məktəbin direktoru, yəni onun imza etdirməyəcəyi təqdirdə onu işdən azad edəcəyini bildirmişdir. Həmin anda qüvvədə olan xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcud olan 1 nüsxəsini onun gözləri önündə cıraraq məhv etmişdir. Sonradan işdən çıxarılma təhdidi altında olan R.Əmirova təsadüfən qovluğun arasında imzalanmış, lakin içərisi tam yazılaraq doldurulmamış əmək müqaviləsi blankının ikinci nüsxəsini LLLa göstərmiş və onun təhriki ilə müəyyən pozuntular aparılmaqla qanunsuz olaraq tərtib etmişdir. Mübahisəli əmrin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatların surətini 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bərdə Regional ərazi Şöbəsinə vəkil vasitəsi ilə sorğu ilə müraciət olunaraq əldə edilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tərkibi süni surətdə, əslində ciddi qanun pozuntusuna yol verilməklə yaradılmışdır. Göründüyü kimi xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat portalda mövcud olmuş və məlumat əmək kitabçasına daxil edilmiş xx.xx.2021-ci il tarixli 93 №-li əmrlə imzalanmışdır. Ona məxsus əmək kitabçası sonradan tərtib edilmiş, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 1 ay müddətinə saxta müqavilənin tarixləri dəyişdirilmişdir. X3 İdarəsinin əmr kitabında portalda mövcud olan xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan 7 ay müddətli əmək müqaviləsi qeydiyyatının yazılışda pozularaq saxtakarlıq edilmişdir. Əmr kitabından əmək kitabçasına köçürülərkən edilən bu pozuntular virtual olaraq mövcud deyilsə, bu o deməkdir ki, əmr kitabı bütövlükdə dəyişdirilərək, 2021-ci ilin dekabr ayının sonlarında yenidən yazılmışdır. Yuxarıda göstərilən halların ekspertiza edilməsi, “Azercell” mobil operatoru vasitəsi ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə R.Əmirovaya məxsus ***-***-**-** nömrəli mobil telefonu ilə aparılan danışıqlar idarə rəisinin tabeliyində olan R.Əmirovanın sa xtakarlığa təhrik edilməsinin sübutudur. Onunla əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin kobud şəkildə pozulması ilə baş vermişdir. Yəni 7 ay müddətinə mövcud olan əmək nüqaviləsi ciddi saxtakarlıq edilərək, müdaxilə edilməklə müddətin birtərəfli qaydada azaldılması ciddi qanun pozuntusu olmaqla yol verilməzdir.

14. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Onun müqaviləsinə xitam verilərkən artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilmiş şərtlərlə ehtiva etmişdir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından ası lıdır. Həmin razılıq isə məhkəməyə tədim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, əsaslı olaraq müqavilə müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçı ilə müqavilənin 1 ay kimi qısa müddətə uzadılmasına səbəb isə, nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır. Həmçinin müqaviləyə işəgötürənin təşəbbüsü ilə xitam verilmədiyi üçün bu məsələdə işəgötürənin hansısa məsuliyyəti mövcud deyil, yəni əmrin ləğv olunması üçün hər hansı bir hüquqi əsas yoxdur. Göründüyü kimi iddiaçının müqaviləsinin 1 aylıq müddətinə uzadılmasına səbəb onun həmin ərəfədə bu vəzifəyə təyin olunmağı və nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlə nilməsi olmuşdur. Həmin müqavilə müddətinin elektron informasiya ehtiyatında çox göstərilməsi yalnız texniki səhvdir. İddiaçı özü də elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu bilməmişdir. Əgər bilsə idi, ondan çalışma müddətinin artırılması ilə bağlı Mədəniyyət Nazirliyinə məktub göndərilməsini xahiş etməzdi. Bu faktlar da elektron informasiya qeydiyyat sistemində 2022-ci ilin aprel ayına qədər yazılmış məlumatın texniki səhv olduğunu təsdiq edir. İddiaçı elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu sonradan bilmiş və özü əmək kitabçasında bu barədə qaralama aparmışdır. İddiaçının çalışma müddətinin 2022-ci ilin aprel ayına qədər uzadıldığı barədə idarənin əmrlər kitabında heç bir qeydiyyat aparılmamışdır. O cümlədən, iddiaçının iddia etdiyi kimi əmrlər kitabının dəyişdirilməsi mümkün deyildir, çünki o, 2021-ci ilin avqust ayından vəzifəyə təyin edilmiş, əmrlər kitabı isə onun təyinatından 4 ay öncə tərtib edilmiş, əvvəlki rəhbərlik tərəfindən təsdiq edilmiş, möhürlənmiş və may ayından avqust ayına qədər olan əmrlər əvvəlki rəhbərliyin imzası ilə əmrlər kitabına işlənmişdir. İddiaçı ona son haqq hesabın ödənmədiyi barədə də Əmək Müfəttişliyinə müraciət etmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə qeyd edilmişdir ki, əmrin surəti mühasibatlığa verilsin. Ona son haqq-hesabın verilib-verilməməsi mühasibatlığın öhdəsindədir. Baş mühasib Namizəd Muxtarov izahatında bildirmişdir ki, iddiaçıya son haqq hesabı oktyabr ayının 28-29-u vermə yi planlaşdırdığını, lakin özünün noyabr ayının 1-dən işdən azad edildiyi üçün verə bilməmişdir. İddiaçı özü isə məqsədli şəkildə ona son haqq hesabın verilməsini tələb etməmişdir. Bundan başqa, iddiaçı əmək kitabçasında qaralama olduğunu bildirmişdir. İdarənin kargüzarı YYY qaralamanın texniki səhv olduğu barədə həm idarənin rəisinə, Əmək Müfəttişliyinə bu barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının özü tərəfindən əmək kitabçasında qaralama aparılmışdır. İdarənin kargüzarı YYY bunu bildikdən sonra demişdir ki, o əmrdə tarixlərin dəyişdirilməsi məqsədi ilə heç bir qaralama aparmamışdır. Belə ki, iddiaçı idarənin müvafiq jurnalına imza ataraq, əmək kitabçasını təhvil almış, hər hansı bir qaralama olduğu barədə heç bir qeyd etməmişdir. Bu da bir daha onu deməyə əsas veri r ki, iddiaçının özü tərəfindən əmək kitabçasında qaralamalar aparılmış və əmək kitabçasını təhvil alarkən əmək kitabçasında heç bir qaralama olmamışdır. Eyni zamanda o, iddia edir ki, guya əmək müqaviləsinə oxumadan boş şəkildə imzalamışdır. İddiaçı kimi təcrübəli bir vəzifəli şəxsin onun özü üçün bu qədər həssas bir mövzuda guya bu cür davranması başa düşülən deyil. X3 İdarəsinin baş kargüzarı YYY ərizə ilə X3 İdarəsinin rəisinə və Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021 tarixdən xx.xx.2021 tarixə qədər müddəti əhatə edən əmək müqaviləsini iddiaçının iki nüsxəsini də onun xidməti otağında oxuduğunu, imza etdiyi və bir nüsxəsini iddiaçının götürdüyü barədə yazılı məlumat vermişdir. Digər tərəfdən iddiaçı bildirir ki, onunla 2022-ci ilin aprel ayına qədər baş kargüzar YYY tə rəfindən doldurulub imzalanmış, onun tərəfindən imzalanmış və möhürlənmiş müqavilə olmuşdur. Göründüyü kimi belə bir müqavilə heç vaxt mövcud olmamışdr. xx.xx.2021-ci tarixdə aktla elektron imzanı keçmiş baş mühasib N.Muxtarova təhvil vermiş və xx.xx.2021-ci il tarixdə elektron imzanı geri təhvil almışdır.

15. Xocavənd Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(069)-143/2022 nömrəli, 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək hüquq nəzəriyyəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisədə əmək müqaviləsi ilə çalışan 65 yaşa çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin və nizamna məsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsin hüququdur, vəzifəsi deyil. İş materiallarındakı sənədlərdən göründüyü kimi, cavabdeh idarənin rəisi Qalib Həsənov iddiaçı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək öz hüququndan istifadə edərək 1 ay müddətli əmək müqaviləsi bağlamış, həmin müddət ərzində təqdimatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov isə öz hüququndan istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasını əsaslı hesab etməmişdir.

17. Həmçinin, birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı hesab etmişdir ki, cavabdehin təqsirl i hərəkətləri nəticəsində iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına xəsarət yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də əsassızdır və təmin oluna bilməz.

18. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməsi, iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 35.2, 35.4, 60.1, 71-ci maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 21.3-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, 10-1.1, 10-1.2, 68.1, 70-ci maddəsinin “e” bəndinə, 73.1, 288, 292.1, 292.2, 294.1, 296.1, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4, 265.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 24 noyabr 2022-ci il tarixli, 2(106)2130/2022 nömrəli qətnaməsi ilə (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, bir inci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.

23. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən işə baxan məhkəmənin iddiaçının yaş həddinə münasibət bildirsə də, onun xüsusi statusuna münasibət bildirməməsi, hüquqi qiymət verməməsi barədə apellyasiya şikayətinin dəlilləri işin hallarına uyğun olmadığından əsassız hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək müqaviləsi bağlanması barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin e-sisteminə texniki səhv olaraq daxil edilməsi iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.

25. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, iddiaçının saxta hesab etdiyi əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbərdar olması, bununla bağlı heç bir bildirişi almaması barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır.

26. Digər tərəfdən iddiaçı onunla bağlanmış başqa əmək müqaviləsini təqdim edə bilməmiş, bildirməsinə görə onunla iki əmək müqaviləsi bağlanması, əmək müqaviləsinin cırılaraq atılması, cavabdeh təşkilatda başqa əmək müqaviləsi olması barədə sübut təqdim edə bi lmədiyi üçün dəlilləri əsassız hesab edilmişdir. Belə ki, cavabdehin dəlillərindən görünür ki, iddiaçı ilə yalnız 15 sentyabr 2021-ci il tarixdə bir əmək müqaviləsi, 1 ay, yəni 15 oktyabr 2021-ci il tarixədək bağlanmaqla imzalanmışdır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 1 (bir) ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması barədə iddiaçının dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığından əsassız hesab edilmişdir.

28. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının onunla 15 sentyabr 2021-c i il tarixdən 17 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 21 oktyabr 2021-ci il tarixli 161 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz xitam verilməsi barədə dəlillərinə münasibətdə bildirmişdir ki, əmək müqaviləsi elektron informasiya sistemində 7 ay, 17 aprel 2022-ci il tarixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının 17 aprel 2021-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 21 oktyabr 2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur.

29. Həmçinin, cavabdehin təqsirli hər əkətləri nəticəsində iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına zərər yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilməsi hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş imza ekspertiza mərkəzinin 4 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərlə və 04 noyabr 2022-ci il tarixli ərizədə və vəsatətdə göstərilmiş kargüzar R.Əhmədovanın cəlb edilərək izahat verməsi və qanunsuz hərəkətləri barədə prokurorluq orqanlarına göndərilməsi barədə dəlillərlə bağlı qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında X7 Xidməti Bərdə Begional ərazi Şöbəsinin İddiaçı ünvanladığı 11 yanvar 2022-ci il tarixli məktubu ilə müəyyən edildiyi kimi, X3 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə xx.xx.2021-ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, cavabdeh idarənin kargüzarı X6 izahatında iddiaçının işdən çıxmağı barədəki əmr əmək kitabçasına işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir.

31. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 35.2, 35.4, 60.1, 71-ci maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, 10-1.1, 10-1.2, 10-1.3, 45-ci maddəsinin 4-cü hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68.1, 70-ci maddəsinin “e” bən dinə, 71.3, 73.1, 73.2, 76, 288, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4, 265.4-cü maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək münasibətlərinin xitamı ilə bağlı hər hansı bir xəbərdarlıq edi lməmişdir. Bundan başqa, iddiaçının xəbəri olmadan əmək müqaviləsi tərtib olunmuşdur. Belə ki, 1 aylıq əmək müqaviləsi iddiaçıdan xəbərsiz tərtib edilmiş və xitam verilmişdir. İddiaçının saxta əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbəri olmuş, bununla bağlı heç bir bildiriş almamışdır. Yol verilmiş nöqsanlarla əlaqədar cavabdehə Əmək Müfəttişliyi tərəfindən cərimə tətbiq edilmişdir. Həmin qərar qüvvəyə minmiş və icra olunmuşdur. Beləliklə, cavabdeh iddiaçının razılığı olmadan əmək müqaviləsini saxtalaşdırmış və əmək münasibətlərinə xitam verərək qərar qəbul etmişdir. Lakin bu qərarla iddiaçını tanış etməmiş, üstəlik əmək kitabçasına müdaxilə edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi sübutların düzgün qiymətləndirilməsi üçün ekspertiza təyin etməmiş, Əmək Məcəlləsinin müvafiq maddələrinin cavabdeh tərəfindən kobud şəkildə pozulmasını diqqətə almamışdır. Həmçinin, cavabdeh qanunsuz hərəkətlərin iddiaçı tərəfindən edildiyini bildirsə də, iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi ekspert rəyi vasitəsilə cavabdeh ifşa olunmuşdur.

34. Kassator kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, saxtalaşdırmanın əsas icraatçısı olan idarənin baş kargüzarı R.Əmirova ilə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli telefon danışıqları qeyd edilmiş yaddaş kartı hər iki instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, araşdırılmamış, ekspertizaya göndərilməmiş, verilən vəsatətlərə baxmayaraq R.Əmirova məhkəməyə çağırılmamışdır. O cümlədən, xx.xx.2021-ci il tarixdə istər 7, istərsə də saxt a 1 aylıq əmək müqaviləsi bağlanması zərurəti araşdırılarkən bundan əvvəlki əmək müqaviləsinin başa çatıb-çatmaması araşdırılmamışdır. Digər tərəfdən, Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbinin direktoru ilə müqavilə imzalamaq Mədəniyyət Nazirliyinin deyil, LLLun müstəsna səlahiyyətidir. Əgər o, bu məqsədlə 1 aylıq müqavilə bağlamışsa, Mədəniyyət Nazirliyinə müraciət saxta müqavilə müddətinin başa çatmasına 2 gün qalmış deyil, müqavilə imzalanan ərəfədə müraciət edilməli idi. Müraciətin əslində bəhanə olduğunu sübut edən digər amil isə işdən çıxma tarixinin xx.xx.2021-ci il, Mədəniyyət Nazirliyinin məktubunun isə xx.xx.2021-ci il tarixli olmasıdır.

35. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1, 43, 44, 45, 73, 83, 300-cü, Azərbaycan Resp ublikası Mülki Prosesual Məcəlləsinin 87.2, 386-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

37. Maddə 35 (2-ci hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

38. Maddə 35 (4-cü hissə). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 9 (bənd “b”). Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdir.

40. Maddə 10-1.1. Dövlət büdcəsin dən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

41. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

42. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.

43. Maddə 12 (birinci hissə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək m üqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;

44. Maddə 45. (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

45. Maddə 47. (bənd “f”). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

46. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

47. Maddə 68 (2-ci hissə, bənd “b”). əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.

48. Maddə 70 (bənd “e”). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

49. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

50. Maddə 73. müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

51. Maddə

76. İşəgötürən tərəfindən əmək mü qaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

52. Maddə

288. Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrin həlli Əmək Məcəlləsi ilə nizama salınır.

53. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

54. Maddə 296 (3-cü hissə). hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət v erir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı

61. Bənd

2. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərərin vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirrlərinin açıqlanması, şərəf, ləyaqət və üşgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verir. Kassasiya baxışının hədləri

62. Qanunun tələbin ə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırki icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddianın təmin olunmaması zamanı apellyasiya ins tansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə tam riayət etməmişdir. Buna görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

65. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilmişdir. Həmin norma əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsinin mümkünlüyünü müəyyən edir.

66. Bu halda mübahisənin düzgün həlli (əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun tələbinə əməl olunmasının yoxla nması) üçün ilk növbədə əmək müqaviləsi müddətinin müəyyən edilməsi zəruridir.

67. İşçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

68. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində deyilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

69. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinin d) bəndinin tələbinə görə, ə mək müqaviləsində mütləq əmək müqaviləsinin müddəti göstərilməlidir.

70. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır (Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsi).

71. İddiaçı onda əmək müqaviləsinin nüsxəsinin olmadığını bildirib. Cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətində isə müqavilə müddəti xx.xx.2021-ci ilədək qeyd olunub və işə baxmış məhkəmələr də həmin müqaviləni sübut kimi qəbul ediblər.

72. Lakin iddiaçı onunla xx.xx.2021-ci ildə bağlanmış əmək müqaviləsi ilə müqavilə müddətinin xx.xx.2022-ci ilədək müəyyən edildiyini bildirir. Cavabdeh isə, bu dəlili rədd edir və müqavilə müddətinin xx.xx.2021-ci il tarixədək müəyyən edildiyini iddia edir.

73. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad edir və əmək müqaviləsi bildirişini təqdim edir. Həqiqətən də elektron informasiya sistemində iddiaçı ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin xx.xx.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur.

74. Bu qeydin baxılan iş üzrə mübahisəli hallara aydınlıq gətirilməsi baxımından əhəmiyyəti və mötəbərliyi ilə bağlı məsələyə gəldikdə qeyd olunmalıdır ki, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada q eydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi).

75. Əmək Məcəlləsinin 7-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 76. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbayca n Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.3.9 və 4.3.10-cu bəndlərinə əsasən, “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən başqa məlumatlarla yanaşı əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz) və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix barədə məlumatlar da sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir.

77. Həmin qaydaların 8.1-ci bəndində deyilir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilm iş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.

78. Göründüyü kimi əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar vardır. Həmin bildirişə daxil edilən məlumatlar işəgötürən tərəfindən, əmək müqaviləsi əsasında tərtib olunur və elektron imza vasitəsilə təsdiq olunur. Başqa sözlə, əmək müqaviləsi bildirişi əmək müqaviləsində olan məlumatları əks etdirməklə yanaşı, hüquqiliyi və mötəbərliyi şübhə doğurmur.

79. Bundan başqa, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər g östərilir.

80. İşçilərin əmək kitabçasının tərtibi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” ilə tənzimlənir.

81. Bu Qaydaların 3.2-ci bəndində deyilir ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.

82. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. 8

3. Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır” (Qaydaların 3.6-cı bəndi).

84. İddiaçının əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı həmin düzəlişin də işəgötürənin işçisi – kargüzar X6 tərəfindən icra edildiyini bildirmişdir. İddiaçı bunu təsdiq edən sübut kimi Əmək Müfəttişliyinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunu təqdim etmişdir (səh 18). Həmin məktubda göstərilir ki, X6 izahatında iddiaçının əmək kitabçasına düzəliş etdiyini bildirmişdir.

85. Göründüyü kimi iddiaçının əmək kitabçasında da əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən pozuntu ilə dəyişdirilmişdir.

86. Lak in apelyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətinə, habelə Mədəniyyət Nazirliyi X3 İdarəsində əvvəllər mühasib işləmiş X1 məhkəməyə ünvanladığı yazılı izahata istinad etməklə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsində müqavilə müddəti xx.xx.2021-ci ilədək müəyyən olunmuşdur.

87. Halbuki, MPM-nin 89.3-cü maddəsi yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməsini tələb edir. Ancaq əmək müqaviləsinin əsli təqdim olunmamışdır. Həmçinin işə əlavə olunmuş əmək müqaviləsi işəgötürən tərəfindən təsdiq olunsa belə, işin halları, araşdırmanın obyektiv aparılması üçün müqavilənin əsli əsasında tədqiqat aparılmasını tələb edirdi.

88. Bundan başqa, X1 məhkəməyə ünvanladığı yazılı iza hata sübut kimi istinad edilməsi də qanunauyğun olmamışdır. Belə ki, MPM-nin 62.1-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.

89. Şahidin ifadəsi MPM-nin 83 və 84-cü maddələrinə uyğun alındıqda da sübut kimi tədqiq oluna bilər. Qanunvericilikdə şahidin dindirilməsi üçün xüsusi qaydalar müəyyən olunmuşdur (MPM-nin 195 və 196-cı maddələri). Yalnız prosessual qaydalara uyğun alınmış ifadə sübut kimi qəbul oluna və həmin məlumatlata istinad oluna bilər. Lakin apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi X1 yazılı izahatı bu qaydalarla əldə edilməmişdir. Ümumiyyətlə həmin izahatda olan imza notariat qaydada təsdiq edilməmişdir. Məhkəmənin X1 həqiqətən də Mədəniyyət Nazirliyi X3 İd arəsində əvvəllər mühasib işləməsi barədə nəticəyə nəyin əsasında (əmək müqaviləsi, işə qəbul əmri) gəldiyi də əsaslandırılmayıb.

90. Məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

92. Bundan əlavə, apellyasiya instansiyası məhkəm əsi, iddiaçının onunla 15 sentyabr 2021-ci il tarixdən 17 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 21 oktyabr 2021-ci il tarixli 161 №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz xitam verilməsi barədə dəlillərinə münasibət bildirəndə qeyd edib ki, əmək müqaviləsi elektron informasiya sistemində 7 ay, 17 aprel 2022-ci il tarixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının 17 aprel 2021-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 21 oktyabr 2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur.

93. Məhkəmənin bu əsaslandırması ziddiyyətlidir. Çünki, iddiaçı ilə əmək müqaviləsinə əmək müqaviləsi müddətinin bitməsi (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi) əsası ilə xitam verilmişdir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması isə, əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində müəyyən edilmişdir.

94. Bundan başqa, cavabdeh iddia tələbinə qarşı izahatında bildirmişdir ki, iddiaçının 65 yaşı tamam olduqdan sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır, həmin razılıq isə məhkəməyə tədim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir.

95. Lakin işin hallarından görünür ki, cavabdeh xx.x x.2021-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı 17 aprel 2021-ci ildə tamam olduğuna görə, 17 oktyabr 2021-ci ildən onunla yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş edib. Mədəniyyət Nazirliyi cavabdehə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək, iddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirib. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh Mədəniyyət Nazirliyinin cavabını gözləyirdi və Mədəniyyət Nazirliyinin xx.xx.2021-ci il tarixli cavab məktubu cavabdeh X3 İdarəsinə xx.xx.2021-ci ildə daxil olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə isə artıq həmin cavab gələnədək – xx.xx.2021-ci ildə xitam verilmişdi.

96. Yəni, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə, əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verdiyi mübahisəsizdir.

97. Əmək Məcəlləsinin 76-cı maddəsinin birinci hissəsinin imperativ tələbinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

98. Göründüyü kimi məhkəmənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsini həm də onun dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əsaslandırması həm işin hallarına, həm də qanuna (Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə) ziddir.

99. Cavabdehin iddiaçı ilə sonuncu əmək müqaviləsini bir ay müddətinə bağlanmasını təsdiq etmək üçün irəli sürdüyü dəlillərdən biri ondan ibarətdir ki, «İddiaçı ilə müqaviləni n 1 ay kimi qısa müddətə uzadılmasına səbəb, nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır.... Göründüyü kimi iddiaçının müqaviləsinin 1 aylıq müddətinə uzadılmasına səbəb onun həmin ərəfədə bu vəzifəyə təyin olunmağı və nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi olmuşdur».

100. Lakin iddiaçının bu dəlili də işin halları baxımından ziddiyyətlidir. Belə ki, Nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi məqsədi ilə iddiaçı ilə əmək müqaviləsi müddəti bir ay müəyyən etdiyi halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin bağlanmasına münasibət bildirmək üçün Mədəniyyət Nazirliyinə xx.xx.2021-ci il tarixli məktubla, yəni əmək müqaviləsi bağlandığı bir ayın tamamında müraciət e tmişdir.

101. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

102. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

103. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiy a şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(106)-2130/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar